66
("İblis" kimi realistik bir əsər üçün belə bir sonluq
bağışlanmaz olardı). Əsər Arif üçün ən gərgin və faciəvi bir
vəziyyətdə, ziddiyyətlərin kulminasiyasında bitir və belə
təəssürat yarana bilər ki, Arifin inkişaf yolu öz tam əksini
tapmamışdır, yarımçıq qalmışdır. Əslində isə belə deyil.
Zirvəyə qalxdıqda dağın o biri üzü də göründüyü kimi,
məhz əsərin finalında, hadisələrin kulminasiyasında Arifin
həyatının üçüncü mərhələsi aşkar görünür. Arif daha artıq
ədalət haqqındakı mücərrəd düşüncələrdən ayrılmış,
həyatın sərt həqiqəti ilə üz-üzə dayanmışdır. O, şərin əsil
mənbəyini - İblisin ictimai mahiyyətini dərk etmiş və ona
qarşı silahsız, gücsüz mübarizə aparmağın mümkün
olmadığını başa düşmüşdür. Şaşqınlıq mərhələsində İblisin
iradəsi ilə əlinə alıb işlətdiyi silahı Arif indi İblisin, eybəcər
ictimai mühitin ozünə qarşı çevirmək səviyyəsinə
yüksəlmişdir. Əsərdə hətta silah da rəmz kimi çıxış edir və
onun da keçdiyi inkişaf yolunu izləmək mümkündür; İbn
Yəminin əlindəki silah, Arifin əlindəki silah və Elxanın
əlindəki silah. Başqa cür şərh etsək, yəni məhz Arif-silah
münasibətini izləsək, belə demək olar; əvvəlcə Arif
silahsızdır, silah yalnız İbn Yəminlərin əlindədir; sonrakı
mərhələdə Arif də əlinə silah alır və onu məhz İbn
Yəminlərin işlətdiyi kimi işlədir, lakin bu mövqe ona
hakim kəsilə bilmir, daxilində hələ sönməmiş olan ədalət
və insanpərvərlik hissi ilə toqquşaraq, kəskin mənəvi
67
mübarizəyə səbəb olur; həyatın, mühitin silah götürmək
tələbi haqq, ədalət tələbi ilə birləşərək tamamilə yeni
məzmun və məna kəsb edir. Arif silahının bu yeni
məzmunu bilavasitə Elxanın fəaliyyətində özünü göstərir
və axırıncı mərhələdə silah İbn Yəminlərin tərki-silah
olunmasına, haqq-ədalət işinə xidmət edir.
"Faust"da olduğu kimi, "İblis"də də məntiqi
sonluqdan başqa, rəmzi sonluq da vardır. Bu əsərin
ideyasının düzgün anlaşılması üçündür. Cavid rəmz kimi
mələklərdən deyil, real insan obrazından istifadə etmişdir.
Bu rəmz - Elxandır. Arif əsərin sonunda mövhumi cənnətə
deyil, Elxanın hakim olduğu real ədalət dünyasına köçür.
Arifin gələcəyi - həyat yolunun üçüncü mərhələsi bu
rəmz vasitəsilə daha aşkar əks etdirilmişdir. Həm də Elxan
obrazı və onunla bağlı səhnə fa-ciənin ideya bütövlüyünü,
nikbin ruhunu daha qabarıq vermək üçün ən yaxşı vasitədir,
Elxan - öz gücünü dərk etmiş və gücə istinad edən
həqiqətin - ictimai inqilabın rəmzidir. Elxanın rəmzi
mənası nəzərdən qaçırıldıqda onu asanlıqla anarxist kimi,
utopist kimi və hətta dindar kimi qələmə vermək
mümkündür. Halbuki o, Faustdan fərqli olaraq, dənizi
qurutmaq və onun hesabına adamlara torpaq paylamaq kimi
utopik fəaliyyətlə deyil, ictimai ədalətsizliyə qarşı çıxmaq
və ədaləti güc vasitəsilə bərqərar etmək kimi real bir işlə
məşğuldur.
68
İblis dünyadakı vəhşətlərdən qaçan, bir növ tərki-
dünyalıq mövqeyi tutan insanı həyata daxil edir. Lakin bu
həyat eybəcər həyatdır, cinayətlərlə doludur. İblis insana
həyatın məntiqini, bu həyatda nailiyyətlərin açarını,
üsulunu öyrədir, lakin bu həyata qarşı çıxmaq, onunla
mübarizə etmək üçün yox. İblis bunu heç ağlına da
gətirmir.
İblis, doğrudan da, realistdir, habelə ağlı və biliyi ilə
seçilir və bu mənada, doğrudan da, Lüsiferi və Mefistofeli
xatırladır. Qabili və Faustu ən çox cəlb edən bu mövhumi
qüvvənin qeyri-adi və qeyri-məhdud biliyidir. Hətta
M.Y.Lermontovun Demonu da sevdiyi qıza məhəbbəti
müqabilində idrak vəd edir:
Açım əvəzində sənə tamamən
İdrakın ən dərin sirlərini mən.
1
Bütün İblislərə xas olan ağıl, bilik Cavidin İblisi
üçün də yad deyil. Lakin simvolun özü üçün bu dərəcədə
xarakterik olan bu cəhət onun əks etdirdiyi obyektə də
uyğun gəlirmi? - Tamamilə.
Bu mənada A. Şaiq ingilis imperializminin fitnə-
fəsadlarını, müstəmləkə siyasətini də İblis rəmzi kimi izah
etməkdə tamamən haqlıdır. Zira, fitnə-fəsad da əslində
ağlın törəməsidir. Rəqabin zəif cəhətlərindən məharətlə
1
M.Y. Lermontov. Əsərləri, IIjild, Bakı, 1964, səh. 398.
69
istifadə etmək üçün də ağıl lazımdır. Azlıqın çoxluq
üzərində hakimiyyətini hələ bir qədər də qoruyub saxlamaq
üçün təkcə güc deyil, həm də ağıl lazımdır. Bu cəhətlər
İblisə doğrudan da xasdır və yəqin buna görədir ki, A.Şaiq
yazır: "İblis kəskin ağla və sarsılmaz iradəyə malikdir… O,
bütün qüvvətini və hərarətini ağıl və mühakimədən alır."
2
Digər tərəfdən də, burcua cəmiyyəti hələ
yaranışdan elm texnikann nailiyyətlərinə arxalanmış,
bundan
öz
niyyəti
üçün,
iqtisadi
hakimiyyəti
gücləndirməyin bir vasitəsi kimi istifadə etmişdir. Hər iki
baxımdan, İblisin ağıl və fərasət sahibi olmas onun hakim
ictimai mühiti təmsil etməsinə nəinki zidd gəlmir, əksinə,
bu fikri bir daha təsdiq edir.
İblis məhz öz ağlı ilə insan üzərində yüksəlməyə
çalışır, ona məsləhətlər verir, həyat həqiqətlərini «öyrədir».
Lakin İblisin özündənrazı olmasının səbəbləri heç
də yalnız onun həm güclü, həm də ağıll olması deyil.
Əksinə, əsil səbəb həyat həqiqətlərini heç də axra qədər
dərk edə bilməməsi, yalnz özünə faydalı olanları bilməklə
kifayətlənməsidir. İblis ona görə özündən razdr ki, çox
gözəl bildiyi cari «həyat həqiqətlərinin» əslində müvəqqəti
olduğunu və bir gün öz yerini həqiqətə verəcəyini bilmir.
İnsan cari həyatı pis bilir, ən çox ona görə ki, onun
2
A. Şaiq. Əsərləri, IV jild, səh. 187.
Dostları ilə paylaş: |