54
Götedə insan iki qütbün - Allah və Mefistofelin
arasındadır və onun hansı səmtə meyl edəcəyi izlənilir.
Burada insan nuru məhz Allahın hümməti ilə kəşf edir.
Caviddə isə insan özü müstəqil bir qütbdür. Digər qütbü isə
İblis təşkil edir. Beləliklə, Caviddə İblis və Allah heç də
eyni tərtibli obrazlar deyil. Allah hər iki qütbü ehtiva edən
mürəkkəb, daxili ziddiyyətli vəhdət rəmzidir. Allah və İblis
arasındakı ənənəvi əkslik saxlanılır, lakin bu, iki qütb
arasındakı əkslik deyil, tam ilə hissə (yarımçıq) arasındakı
əkslikdir. İnsan İblisə tapınanda, maddi dünyanın, mövcud
ictimai mühitin ritminə daxil olub onun fəal ünsürünə
çevriləndə, o da yarımçıq və naqis olur. İblis bütün əsər
boyu bu yarımçığı qabartmaqla, maddi aktiv dünyanı,
mənəviyyatsız dünyanı ön plana çəkməklə dünyanın o biri
qutbünü, mənəvi dəyərləri, mələyə tapınan insanı kölgədə
qoymağa çalışır. İblis Allahı heç də insan naminə deyil,
özünü təsdiq etmək naminə, tək hakimiyyətlilik ehtirası ilə
ifşa edir. İblis real ictimai qüvvələri təmsil etdiyinə görə,
hadisələrin fəal iştirakçısıdır və ya bilavasitə subyekt
olmasa da, müşayiətçisidir, şərait yaradan və təhrik
edəndir.
Düzdür, H.Cavid Xeyiri də hər halda rəmziləşdirmək
üçün proloqda Mələk obrazından istifadə edir, lakin əsər
başlandıqda onun insanla (Arif) eyniyyət təşkil etdiyi aydın
olur. Buna görə də, əsərin əsas dramatik xətti İnsan-İblis
55
(ictimai mühit) əksliyi ilə bağlıdır. Mələk obrazına
müraciət isə, görünür, simmetriya, forma bütövlüyü
naminədir.
Götenin "Faust" əsəri nəinki ümumiyyətlə dinin,
Allah ideyasının əleyhinə yazılmayıb, burada hətta
yuxarıda danışdığımız mənada Allaha qarşı üsyan da
yoxdur. Bununla belə, bu əsər kilsə inkvizisiyasını tənqid
etməklə (kilsənin mövqeyinə görə, elmi yaradıcılıqla
məşğul olan, "ruhunu şeytana satan" Faust nəticə etibarilə
cəhənnəmə getməli idi, əsərin ifşa obyekti olmalı idi, yazıçı
isə, əksinə, onu müdafiə edir) dinə qarşı mübarizədə
müəyyən bir mərhələdir.
Bayronun "Qabil"i, bu baxımdan, daha ardıcıldır.
Təkcə müstəqillik və
itaətsizliyin deyil, həm də idrakın
və biliyin rəmzi olan Lüsiferin öz rəmzi əksliyi olan Allaha
qarşı çıxışı ilk növbədə məhz insanları yaradıcı düşüncədən
məhrum etməyə çalışan, kortəbii itaətə və miskinliyə sövq
edən kilsə inkvizisiyasına qarşı mübarizədir. Bu mübarizə
ümumiyyətlə Allaha, onun mövcudluğu ideyasına qarşı
yox, elmin, biliyin əleyhinə çıxış edən, insanların heç
olmasa öz yaradıcılıqları ilə sonsuzluğa, əbədiyyətə
qovuşmalarına mane olan Allaha - kilsəyə qarşı
mübarizədir. Müəllif Allahın adilliyi haqqındakı dini
təsəvvürləri sarsıtsa da, yuxarıda göstərdiyimiz kimi,
ilahiyyət çərçivəsindən tamamilə kənara çıxa bilmir.
56
Əslində isə "İblis" əsəri H.Cavidin "idealizm
cəbhəsindən çıxış etməsi" haqdakı qənaətə heç bir əsas
vermir. İxtiyar şeyxin və əsərin əvvəlində Arifin tutduğu
mövqelər idealist xarakter daşısa da, əsər özü ümumən
materialist mövqedən yazılmışdır. Belə ki, başlıca ideyası
insanların fərdi hərəkət və fəaliyyətinin, düşüncə, istək və
amallarının (ictimai şüur) tam müstəqil xarakter daşımayıb
mövcud mühitdən (ictimai varlıq) asılı olduğunu, habelə
insanların azadlıq haqdakı düşüncələrinin fəaliyyətlə
birləşməsinin zəruriliyini açıb göstərmək olan bir əsər
əslində tarixə materialist münasibətin mükəmməl nümunəsi
sayılmalıdır.
Digər tərəfdən də, "İblis"də materiatast dünyagörüşü
hazır, kənardan verilmiş bir təlim kimi təqdim olunmur.
Əsərin qəhrəmanı Arif ardıcıl idealist mövqedən ardıcıl
materializmədək bütün mövqe çalarlarını real həyati
sarsıntılarla yaşayır. Düzdür, o, materializmi, həm də onun
primitiv və bayağı formasını İblisdən öyrənir (Allahı atıb
altun və qurşunu tutmaq), lakin hadisələrin sonrakı davamı
göstərir ki, Arif altun və qurşun bataqlığından da çıxmaq,
yalnız ideyadan, ya da yalnız maddilikdən bəhrələnməyin
məhdudluğunu dərk etmək, əqidə müəyyənliyi, ideya
saflığı ilə maddi zəminin, real gücün vəhdətinə cəhd
göstərmək əzmindədir).
Beləliklə, "şərin əsil baisi Allahdır" ideyası
57
H.Cavidin "İblis" faciəsi üçün səciyyəvi deyil. Əsər daha
ciddi fəlsəfi qayəyə malikdir.
Geniş yayılmış olan digər bir fikir -"Şər insanın
təbiətindədir" ideyasının "İblisə" nə dərəcədə xas olduğunu
araşdırmazdan əvvəl, Qərbi Avropa ədəbiyyatında bu
ideyanı doğrudan da ifadə edən, habelə İblis-Mefistofel
obrazı ilə bilavasitə bağlı olan bəzi məşhur nümunələri
yada salaq.
F.M.Klingerin "Faust, onun həyatı, fəaliyyəti və
cəhənnəmə atılması" əsərində Faust müxtəlif ölkələrdəki
dəhşətli qaydalarla tanış olaraq, ümumiyyətlə, insan
təbiətinin naqisliyi qənaətinə gəlir və ümidsizlik içərisində
özünü İblisin hakimiyyətinə verir, İblisə satılır (bu qənaət o
dövrün xristian aləmi üçün çox səciyyəvidir). Faust
məğlub olur. Çünki iblis hər yerdə, o cümlədən insan
mənəviyyatında hakimdir. Bu sonluq bədbin sonluqdur.
Lakin, bununla belə, ədəbi tənqid əsərin əsasən müsbət
səciyyəsini verir. Çünki burada mövcud cəmiyyət, ictimai
mühit ifşa olunur. Düzdür, bu ifşa əsassız olaraq,
ümumiyyətlə insanın ifşasına çevrilir, lakin, görünür, o
dövr (XVIII əsr) üçün bu problemin sadəcə qoyuluşu da
müəyyən irəliləyiş idi.
İblis-şər insan təbiətinin zəruri ünsürüdürmü, yoxsa
insan iblis-şərdən uzaq ola bilərmi və hansı yolla? Məhz bu
yolun tapılması, "çıxış yolu" məsələsi o dövrün ən ciddi
Dostları ilə paylaş: |