Cəbrayılova Şəmail İsrafil qızı Azərbaycanda maliyyə bazarının formalaşması problemləri” mövzusunda magistr dissertasiyasi



Yüklə 0,6 Mb.
səhifə1/9
tarix28.08.2018
ölçüsü0,6 Mb.
#65139
  1   2   3   4   5   6   7   8   9


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda

Cəbrayılova Şəmail İsrafil qızı
"Azərbaycanda maliyyə bazarının formalaşması problemləri” mövzusunda
MAGİSTR DİSSERTASİYASI

İstiqamətin şifri və adı: 060403 - “Maliyyə”

İxtisaslaşma: “Sığorta işinin təşkili”

Elmi rəhbər: i.ü.f.d., dosent B.Ş Qurbanov
Magistr proqramının rəhbəri: Prof. A.M.Kərimov

Kafedra müdiri: i.e.d., Ə.Ə.Ələkbərov 




Bakı - 2016

MÜNDƏRİCAT





MÜNDƏRİCAT 2

GİRİŞ 3


FƏSİL 1. MALİYYƏ BAZARININ MAHİYYƏTİ VƏ BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ FORMALAŞMASININ NƏZƏRİ 6

VƏ PRAKTİKİ MƏSƏLƏLƏRİ 6

1.1.Maliyyə bazarının mahiyyəti və rolu haqqında nəzəri baxışlar 6

1.2.Ölkəmizdə maliyyə bazarının inkişafının qanunvericilik əsasları və mərhələləri 15

FƏSİL 2. AZƏRBAYCAN RESPUBLİKASINDA MALİYYƏ BAZARININ MÜASİR DURUMUNUN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ 21

2.1. Maliyyə bazarında dövlət və korporativ qiymətli kağızların dövriyyəsinin təhlili və qiymətləndirilməsi 21

2.2. Sığorta bazarının formalaşması və müasir 34

vəziyyətinin qiymətləndirilməsi 34

2.3. Valyuta bazarı, onun tənzimlənməsi problemləri 50

FƏSİL 3. AZƏRBAYCAN RESPUBLİKASINDA MALİYYƏ BAZARININ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ 59

3.1. Maliyyə bazarının dövlət tənzimlənməsinin və qanunvericilik 59

bazasının təkmilləşdirilməsi istiqamətləri 59

3.2. Azərbaycan Respublikasında maliyyə bazarının beynəlxalq əlaqələrin gücləndirilməsi yolları 65

77


77

NƏTİCƏ 78

İstifadə edilmiş ədəbiyyat 80

R E F E R A T I 84

regionların inkışafını təmin etmək məqsədi ilə kreditləşmənin prioritetlərı təhlil edilmişdir; 86




GİRİŞ



Mövzunun aktuallığı. Azərbaycan iqtisadiyyatının bazar münasibət-lərinə ke­çidi bazar mexanizminin iqtisadi fəaliyyətin bütün tərəflərinin tənzim­lən­mə­sin­də rolunun artmasına gətirib çıxarmışdır. Bu baxımdan, maliyyə bazarının for­malaşması ölkədə həyata keçirilən iqtisadi islahatlarla bilavasitə əla­qədar­dır. Ölkədə dövlət əmlakının özəlləşdirilməsi nəticəsində xüsusi banklar və di­gər maliyyə firmaları və maliyyə sektoru ilə qaşılıqlı əlaqədə fəaliyyət göstərən özəl biznes subyektləri yaranmışdır.

Maliyyə bazarlarının inkişafı bazar münasibətələrinin formalaşması və davamlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. Çün­ki, ölkədə maliyyə vasitəçilərinin inkişafı yığım vəsaitlərinin səfərbər edil­mə­sinə və bu vəsaitlərin investisiya qoyuluşlarının maliyyələşdirilməsinə istiq­mət­ləndirməyə əlverişli şərait yaradır.

Artıq təcrübə göstərir ki, bazar münasibətələrinə keçid avtomatik olaraq iqtisadi inkişafı təmin etmir. İqtisadi inkişafın təmin olunması, ölkə iqtisadiy­ya­tının kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması iri həcmli in­ves­tisiya qoyuluşları tələb edir. Eyni zamanda, bu investisiya qoyuluşlarını hə­yata keçirmək iqtidarında olan biznes strukturlarının mövcud olması da iqti­sadi inkişafın zəruri şərtlərindən biridir. Ölkədə biznesin inkişafı və maliyyə ba­zarlarının formalaşması biri digərinin səbəb-nəticəsi kimi çıxış edir. Real sek­torun inkişafı maliyyə bazarlarının formalaşmasına gətirib çıxarır, maliyyə bazarlarının inkişafı isə real sektorun inkişafının zəruri şərtlərindən biri kimi çıxış edir. Bu baxımdan, hazırda maliyyə bazarları ilə iqtisadiyyatın real sek­torunun qarşılıqlı əlaqələrinin və onların bir-birlərinə təsirinin elmi tədqiqinə böyük ehtiyac vardır.

Son illərdə Azərbaycan Respublikasında maliyyə bazarının bütün sub­yekt­­ləri inkişaf etməkdədir. Ölkənin bank sektorunda, qiymətli kağızlar baza­rın­da, sığorta sahəsində və s. inkişaf meylləri baş verir. Bununla belə, həm biz­nesin inkişaf səviyyəsi maliyyə bazarlarının inkişafını, həm də maliyyə bazar­la­rının inkişaf səviyyəsi biznesin inkişafını lazımi səviyyədə təmin etmir.

Maliyyə bazarında maliyyə vəsaitləri alqı-satqı obyektidir. Bu bazarda pul maliyyə alətlərindən istifadə edilməklə satıcıdan, yəni yığım sahiblərindən investorlara ötürülür. Müxtəlif maliyyə təşkilatları bu prosesdə vasitəçiləri rolunda çıxış edirlər. Onlar pul sahiblərindən pulu alır və onu pula ehtiyacı olana satır. Başqa sözlə maliyyə təşkilatları maliyyə bazarının əsas iştirakçılarındandır. Onlar həm satıcı, həm alıcı, həm də maliyyə vasitəçisi sifətində çıxış edə bilərlər.

Maliyyə bazarının inkişafının digər bir şərti iqtisadiyyatda sabitliyin olmasıdır. Çünki gəlirlərin bir hissəsinin yığıma yönəldilməsi müəyyən dərəcədə riskli fəaliyyət tələb edir. Qeyri-müəyyən situasiyalarda ayrı-ayrı şəxslər öz vəsaitlərini bir maliyyə aktivi şəklində saxlamaqdan çəkinirlər. Qeyri müəyyənliklə müşayiət olunan iqtisadi və siyasi situasiyalarda fərdlər öz sərvətlərini daha çox qızıl, dayanıqlı istehlak malları, xarici dönərli valyuta, digər qiymətli əşyalar şəklində saxlamağa üstünlük verirlər. Bu baxımdan ölkənin maliyyə bazarının fəaliyyəti üçün makroiqtisadi və siyasi sahədə sabitliyin olması başlıca şərtdir.



Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi maliyyə bazarının formalaşması problemlərini təhlil etmək, maliyyə bazarında dövlət və korporativ qiymətli kağızların dövriyyəsi, sığorta və valyuta bazarlarının müasir vəziyyətinin qiymətləndirilməsi və tənzimlənməsi problemlərini araşdırmaq əsasında elmi cəhətdən əsaslandırılmış konkret nəticə və təkliflər hazırlamaqdan ibarətdir.

Qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı vəzifələr müəyyənləşdirilmişdir:



  • maliyyə bazarının mahiyyəti və rolu haqqında nəzəri baxışları araşdırmaq;

  • maliyyə bazarında dövlət və korporativ qiymətli kağızların dövriyyəsinin təhlil etmək;

  • sığorta bazarının formalaşması mərhələlərini araşdırmaq;

  • valyuta bazarının tənzimlənməsi problemlərini təhlil etmək;

  • maliyyə bazarının dövlət tənzimlənməsinin və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətlərini öyrənmək;

  • maliyyə bazarının beynəlxalq əlaqələrin gücləndirilməsində əhəmiyyətinin əsaslandırılması.

Tədqiqatın obyekti Azərbaycanda fəaliyyət göstərən bank, birja, sığorta, valyuta, qiymətli kağızlar, borc və ya kredit ba­za­rı seçilmişdir.

Tədqiqatın nəzəri-metodoloji əsaslarını dünyanın və Azərbaycanın tanınmış iqtisadçı alimlərinin əsərləri, Azərbaycan Respublikasının Konstitusiyası, Azərbay-can Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, müvafiq qanunvericilik və normativ sənədlər təşkil edir.

Dissertasiyanın yazılması prosesində müqayisəli-statistik, iqtisadi və digər hesablama materiallarından istifadə olunmuşdur.



Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:

  • maliyyə bazarının formalaşmasının mərhələləri araşdırılmışdır;

  • maliyyə bazarının ən səmərəli investisiya qərar­la­rı­nın qəbul olunduğu mərkəz olduğu müəyyənləşdirilmişdir;

  • dövlət və korporativ qiymətli kağızların dövriyyəsi təhlil edilmişdir;

  • maliyyə bazarının dövlət tənzimlənməsi metodları araşdırılmışdır;

  • regionların inkişafını təmin etmək məqsədi ilə kreditləşmənin prioritetləri təhlil edilmişdir;

  • sığorta bazarının müasir vəziyyəti öyrənilmişdir;

  • risklərin azaldılması və kreditor­la­rın məsuliyyətlərinin artırılması üçün tədbirlərin hazırlanması metodikası müəyyənləşdirilmişdir;

  • maliyyə bazarının beynəlxalq əlaqələrin qurulmasındakı rolu əsaslandırılmışdır.

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə