CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə19/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   15   16   17   18   19   20   21   22   ...   85

 
 
58 
Əliyev,  Rasim  Nəcəf  oğlu.  Alternativ  enerji  və  ekologiya.  -  Bakı: 
Təknur, 2015. - 68s. 
Geologiya elmləri doktoru, Rusiya Təbii Elmlər Akademiyasınınhəqiqi 
üzvü Rasim Əliyevin bu  kitabı orta  və  ali  təhsil ocaqlarının  şagird,tələbə  və 
müəllim heyyəti üçün köməkçi, elmin hər hansı sahəsindəfəaliyyətindən asılı 
olmayaraq, mütəxəssislərin ətraf mühitə, atmosferəatılan tullantıların, xüsusən 
də  istilik  effekti  yaradan  qazların  azalmasınayönəlmiş  layihələrin,  alternativ 
enerji mənbələrindən istifadəninekoloji qiymətləndirilməsi, ekoloji ekspertiza-
nın  aparılması  yollarınınseçilməsinə  və  tətbiq  edilməsinə  yardımçı  və istiqa-
mətləndirici vəsaitkimi nəzərdə tutulub. Bu vəsait nəinki dövlət orqanlan nü-
mayəndələri,bələdiyyələr,  yerli  özünü  idarəetmə  orqanlarının,  təsərrüfat 
fəaliyyətiilə  məşğul  olanların,  ekoloji  qeyri-hökumət  təşkilatlarının,  habelə 
neftqaz,kimya,  energetika,  sənaye,  kənd  təssərrüfatı,  alternativ  enerji 
mənbələrindənistifadə 
kimi 
sahələrin 
ekoloji 
qiymətləndirmə 
layihələrinintərtib  edilməsi  və  emissiya  qazlarının  inventarizasiyası, 
tullantılarınproqnozu, iqlim dəyişmələrinin tədqiqi və adaptasiya tədbirlərinin 
qiymətləndirilməsi üçün dəyərlidir. 
Bioloji müxtəliflik: Xəzərin əsrarəngiz balıqları = Biodiversity: Amazing 
Caspian FishesBəşər - XXI nəşriyyatı. - Bakı, 2003. – 164 s. 
BP  şirkəti  ətraf  mühitin  mühafizəsinə  olduqca  ciddi  yanaşaraq  bu 
sahədə  öz  öhdəliklərini  dəqiq  yerinə  yetirməyə  çalışır.  Sağlamlıq,  əməyin 
təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində bizim məqsədimizi qısa 
şəkildə belə ifadə etmək olar: "Heç bir qəzaya yol verməmək, insanlara heç 
bir  xəsarət  yetirməmək  və  ətraf  mühitə  heç  bir  ziyan  vurmamaq"  Ətraf 
mühitin məhv olması hesabına yaradılan iqtisadi rifahın da heç bir əhəmiyyəti 
yoxdur.  Bundan  başqa  rifah  halından  asılı  olmayaraq  sosial  ədalətdən 
məhrum  olmuş  cəmiyyətdə  sabitlik  ola  bilməz.  Bəzi  insanlar  balığı  ancaq 
əyləncə məqsədilə tuturlar. Onların çoxu balıqovu idmanına üstünlük verirlər. 
Balıqçılar öz döyüşkənliyi ilə fərqlənən və ov zamanı kəskin duyğular yaşat-
mağa imkan verən balıqlara üstünlük verirlər. Belə balıqlara nəhəng okean 
balıqları olan marlin və yelkənbalıq, eyni zamanda qara xanı, əlvan qızılxallı 
kimi  şirinsu  balıqları  aiddir.  Bu  balıqların  əksəriyyəti  qida  əhəmiyyətli 
balıqlardır.  BP  şirkətinin  Azərbaycanda  planlaşdırdığı  bioloji  müxtəliflik 
seriyasından  birinci  olan  bu  kitabda  müəlliflər  Xəzərdə  yaşayan,  əsasən 
vətəgə  əhəmiyyəti  olan  və  olmayan  maraqlı  balıqların  davranış  və 


 
 
59 
biologiyasından  bəhs  edirlər.  Müxtəlif  növlərin  həyat  tərzi,  biologiyası 
haqqında  məlumatlar  insanların  həyatında  və  beynəlxalq  ticarətdə  çox 
vacibdir. Ticarət əhəmiyyəti olmayan bir sıra balıqlar da var ki, onlar Xəzərdə 
biomüxtəlifliyin vacib elementi olub, başqa vətəgə əhəmiyyətli balıqların qi-
dasını təşkil edir, yəni trofık zəncirin bir hissəsidirlər. 
Məmmədov, Q. Ş. Meşə ekologiyası./ Q. Ş Məmmədov., K.S Əsədov. 
– Bakı: Elm, 2010. - 452s. 
Meşə ekologiyasına kompleks şəkildə yanaşılır. Ağaclar, kollar, onları 
əhatə  edən  ekoloji mühit, meşələrin bitmə  şəraiti, onların quruluşu, forması, 
yaratdıqları meşə tipləri şərh olunur. Meşələrə təsir edən kompleks təbii şərait, 
torpaq, iqlim, atmosfer, külək, işıq, istilik, rütubət və s. təsiri və bu amillərin 
meşə  ilə  qarşılıqlı  əlaqəsi  göstərilir.  Meşələrin  təbii  bərpası,  böyümə  və 
inkişafı, ağac cinslərinin bir-birini əvəz etməsi meşələrin xidməti qırma üsulları 
və ekoloji mühit, meşə-lərdən əlavə istifadə, meşə bağların təsnifatı, meşə yan-
ğınları və onunla mübarizə tədbirləri və s. aspektlər təsvir olunur. Kitab 452 
səhifə, 48 cədvəl, 27 şəkil və 184 adda ədəbiyyat siyahısından ibarətdir. Əsər 
müəlliflərin  şəxsi  tədqiqatlarına  və  geniş  elmi  mənbələrə  əsasən  tərtib 
edilmişdir.  Kitab  ali  və  orta  ixtisas  məktəb  tələbələri  üçün  dərslik  olmaqla, 
meşəçilər,  ekoloqlar,  elmiişçilər  və  geniş  oxucular  üçün  də  nəzərdə 
tutulmuşdur. 
Azərbaycan  Respublikası:  ekoloji  atlas.  -  Bakı:  Bakı  Kartoqra  -fiya 
Fabriki, 2009. -156 s. 
 
 
Ətraf Mühit sahəsində beynəlxalq konvensiyalar 
 
1.BMT-nin  “Təhlükəli  tullantıların  sərhədlərarası  daşınmasına  və 
kənarlaşdınlmasına  nəzarət  haqqında”  Bazel  Konvensiyası.  Azərbaycan 
Respublikası bu Konvensiyaya 2001-ci ildə qoşulmuşdur. 
2."Kökünün kəsilməsi təhlükəsi" olan vəhşi fauna və yabanı flora növ-
lərinin  Beynəlxalq  ticarəti  haqqinda”  Konvensiya  (CİTES).  Azərbaycan 
Respublikasının  Milli  Məclisi  sözügedən  Konvensiyanı  23.06.1998-ci  ildə 
ratifikasiya etmişdir. 
3.“Ozon qatının qorunması haqqında” Vyana Konvensiyası və "Ozon 
qatını dağıdan maddələr üzrə Monreal Protokolu". Azərbaycan Respublikası 


 
 
60 
sözügedən Konvensiyaya və Protokola 25 iyun 1995-ci il tarixli Qanunu ilə 
qoşulmuşdur. 
4.BMT-nin iqlim dəyişmələri üzrə çərçivə Konvensiyası. Azərbaycan 
Respublikası  bu  Konvensiyanı  1995-ci  ildə,  18  iyul  2000-ci  ildə  isə 
Konvensiyaya əlavə olan Kioto Protokolunu ratifikasiya etmişdir. 
5.Sərhəddən keçən su axınlannın və beynəlxalq göllərin mühafizəsi və 
istifadəsi  üzrə  Konvensiya  (Su  Konvensiyası).  14.03.2000-ci  ildə  Milli 
Məclis  tərəfindən  ratifikasiya  olunmuş  və  03.08.2000-ci  ildə  Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən təsdiq edilərək qüvvəyə minmişdir. 
6.Biomüxtəliflik  üzrə  Konvensiya.  Azərbaycan  Hökuməti  14  mart 
2000-ci il tarixindəadı çəkilən Konvensiyaya və 2005-ci ildə isə Konvensi-
yanın Bioloji təhlükəsizliyə dair Kartagena Protokoluna qoşulmuşdur. 
7."Davamlı Üzvi Çirkləndiricilər haqqında”  Stokholm Konvensiyası. 
Azərbaycan  Respublikası  bu  Konvensiyaya  19  dekabr  2003-cü  il  tarixində 
qoşulmuşdur. 
8.BMT-nin  Səhralaşm  aya  Qarşı  Mübarizə  Konvensiyası.  Bu 
Konvensiya 24 aprel 1998-ci ildə ratifikasiya olunmuşdur. 
 
     
          
 
       Ətraf mühitin mühafizəsi günü : biblioqrafik icmal / tərt. Y. Z. Sadıqlı. 
- Bakı : C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, 2017. - 12 s. -
 
ryl.az@mail.ru. 
   
 
 
 
 
 
 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə