106
qovul-muş 20 mindən çox soydaşımızı Gəncə mahalında yerləşdirmək,
onlara ilkin yardım göstərmək, ərzaq məhsulları ilə təmin etmək, yaralılara
və xəstələrə tibbi xidmət göstərmək sahəsində gərgin fəaliyyət göstərmişdi.
Aprel işğalından (1920) sonra Rəfibəyli aprelin 30-da bolşeviklərin
qubernatoru kimi səlahiyyəti öz üzərindən götürdü. Hakimiyyəti yeni
yaranmış inqilab komitəsinə təhvil verdi. Mayın 12-də Rəfibəyli həbs olundu
və ona qarşı bir neşə ittiham irəli sürüldü. Əsas ittiham ermənilərin yazdığı
danoslara əsaslandı. Bolşeviklər onu erməni kəndlərinin yaradılması,
quberniyanın erməni sakinlərinin sıxışdırıl-ması ittihamı ilə Nargin adasında
güllələdilər. Rəfibəylinin arvadı Cəvahir xanım kiçik yaşlı 3 uşaqla birlikdə
taleyin ümidinə qaldı: ataları qətlə yetirilərkən Kamilin 11, Rəşidin 9, Nigarın
isə 7 yaşı vardı. 1930 ilin oktyabrında Gəncə Şəhər Soveti Rəyasət Heyəti X.
Rəfibəylinin arvadı Cəvahir xanımın ailəsi ilə birlikdə, əmlakı müsa-dirə
olunmaqla keçmiş Gəncə dairəsi hüdudlarından çıxarılması (sür-gün
edilməsi) haqqında qərar qəbul etmişdir.
Azərbaycan Respublikası Prokurorluğunun 1990 il 2 iyul tarixli qərarı
ilə Xudadat bəy Rəfibəyli barəsində cinayət işinə cinayət hadisəsi tərkibi
olmadığına görə xitam verildi.
Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabineti
17 iyun 19187 dekabr
Nazirlər Şurasının sədri və ədliyyə naziri – Fətəli xan Xoyski (bitərəf).
Xarici işlər naziri (eyni zamanda, müvəqqəti olaraq, dövlət nəzarəti
naziri) – Məmmədhəsən Hacınski (müsavat).
Xalq maarifi və dini etiqad naziri – Nəsib bəy Yusifbəyli (müsavat).
Daxili işlər naziri – Behbud xan Cavanşir (bitərəf).
Əkinçilik naziri – Xosrov Paşa bəy Sultanov (müsavat).
Səhiyyə və sosial təminat naziri – Xudadat bəy Rəfibəyli (bitərəf)
Yollar naziri (eyni zamanda, müvəqqəti olaraq, poçt və teleqraf naziri)
– Xudadat bəy Məlikaslanov (bitərəf).
Ticarət və sənaye naziri – Ağa Aşurov (bitərəf).
Maliyyə naziri – Əbdüləli bəy Əmircanov (bitərəf).
Portfelsiz nazir – Əlimərdan bəy Topçubaşov (bitərəf).
Portfelsiz nazir – Musa bəy Rəfiyev (müsavat).
Portfelsiz nazir – Xəlil bəy Xasməmmədov (müsavat)
107
Media
XəbərləriTarix«
Azərbaycan
Xalq
Cümhuriyyətinin
tarixi»Yazar: Elçin
Qeyd edək ki, səhiyyəmizin inkişafı istiqamətində göstərilən səylər
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası (ADR)
yaradıldıqdan sonra daha çox artdı. Buna Xalq Cümhuriyyəti Hökumətinin
17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə bağlı qərarı xüsusi
təkan verdi. Nazirliyin 5 əsas şöbəsi – şəhər və məhkəmə tibbi şöbəsi, tibbi
statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri yaradıldı.
Müstəqil Azərbaycanın səhiyyə naziri vəzifəsinə ilk təyin edilən 1903-
cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş cərrah Xudadat bəy
Rəfibəyov oldu. Onun rəhbərliyi müddətində dövlət hesabına pulsuz
xəstəxanalar açıldı, yeni tibb ocaqlarının, laboratoriyaların tikintisinə
başlanıldı və lazımi avadanlıqlar alındı, yoluxucu xəstəliklərə qarşı mübarizə
tədbirləri görüldü.
ADR dövründə Azərbaycan səhiyyəsinə dövlət qayğısının yüksək
olmasına baxmayaraq, ilk addımlarını atan respublikanın qarşılaşdığı sosial-
iqtisadi və siyasi problemlər onun fəaliyyətinə ciddi təsir edirdi. Bu amil
səhiyyə nazirlərinin tez-tez dəyişməsində də özünü göstərirdi. Belə ki, 1919-
cu ildə səhiyyə naziri vəzifəsinə Y.Y.Gindes təyin olundu. Azərbaycanda
pediatriyanın əsasını qoyan Y.Gindes rus, alman və fransız dillərində 170-ə
yaxın elmi əsərin müəllifi, Azərbaycanın əmək qəhrəmanı olub. Onun nazir
olduğu dövrdə ölkənin digər bölgələrində də pulsuz xəstəxanalar açıldı, pe-
diatriya sahəsi inkişaf etdi. Y.Gindes öz hesabına Buzovnada Sümük vərəmi
sanatoriyası tikdirdi. Azərbaycan Demokratik Respublikasının sonuncu
səhiyyə naziri isə M.Rəfiyev oldu.
Xalq Cümhuriyyəti yarandığı ilk gündən səhiyyənin bütün isti-
qamətlərdə inkişafını sürətləndirmək üçün tədbirlər görüldü. Hökumət
əhaliyə göstərilən tibbi xidməti yaxşılaşdırmaq, epidemiyalara qarşı
mübarizəni gücləndirmək üçün hərtərəfli planlar işləyib hazırladı, qərarlar
qəbul etdi və Səhiyyə Nazirliyi qarşısında çox ciddi vəzifələr qoydu.
Onlardan ən önəmlisi əhalinin sağlamlığının qorunması üçün lazımi şəraitin
yaradılması və antisanitariya ilə mübarizənin gücləndirilməsi idi.
ADR hökumətinin xüsusi diqqət yetirdiyi sahələrdən biri də milli
təbabət kadrlarının hazırlanması idi. Bu məqsədlə bir qrup gənc xarici
ölkələrdə təhsil almağa göndərildi. Lakin bu, əlbəttə, kifayət etmirdi.
ADR hökumətinin 1919-cu ildə sentyabrın 1-də Bakı Dövlət Uni-
veritetinin təsis olunması haqqında qərarından sonra vəziyyət dəyişdi. Demək
olar ki, Azərbaycanda tibb elminin inkişafı Bakı Dövlət Universitetinin
108
açılması ilə sürətləndi. Universitetdə tarix-filologiya və tibb fakültələri açıldı.
Bakı Dövlət Universitetinin ilk rektoru, görkəmli cərrah, professor
V.İ.Razumovski, tibb fakültəsinin ilk dekanı isə professor İ.İ.Şirokoqorov
oldu. Onlar qısa müddətdə Bakıda yaşayan tibb kadrlarının ən istedadlılarını
BDU-da işə cəlb etdilər. Tibb fakültəsini bitirənlər arasında gələcəyin
görkəmli alimləri yetişdi. Universitetin ilk məzunlarından akademik C.Əfən-
diyevin, professorlar K.Balakişiyevin, Ə.Sultanovun, A.Tahirovun, A.Qara-
yevin, A.Sadıqovun və başqalarının adını xüsusi vurğulamağa dəyər. Qeyd
edək ki, artıq bir neçə ildən sonra universitetdə ilk azərbaycanlı elmlər
doktorları – M.Mirqasımov, M.Topçubaşov, M.Sultanov, S.Vəlixan,
A.Cəfərov var idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş ənənələrdən
AXC-nin süqutu və ölkədə sovet hakimiyyətinin qurulmasından sonra yeni
yaranan Xalq Səhiyyə Komissarlığı və onun səhiyyə orqanları da bəhrələndi.
Yeni Komissarlığın ümdə vəzifəsi respublikada geniş yayılmış vəba, çiçək,
malyariya, qarın yatalağı, qızılca kimi yoluxucu xəstəliklərlə mübarizə
aparmaq idi. Bu və digər sahələrdə islahatlar aparmaq üçün səhiyyə komissarı
(səhiyyə naziri) vəzifəsinə 1921-ci ilin 28 noyabrında M.Qədirli təyin edildi.
Onun səhiyyə komissarı kimi fəaliyyət göstərdiyi dövrdə vahid tibbi-səhiyyə
sistemi yaradıldı, kadr hazırlığına, kənd səhiyyəsinin yüksəldilməsinə,
əhalinin dərman təminatının yaxşılaşdırılmasına, qadın və uşaqlara tibbi
xidmətin inkişafına xüsusi fikir verildi. Bir çox qəza mərkəzlərində, böyük
yaşayış məntəqələrində xəstəxanalar, ambulatoriyalar, apteklər və digər tibb
müəssisələri təşkil olundu. Xalq Komissarları Sovetinin təşkili, apteklərin
milliləşdirilməsi, uşaqlara pulsuz yeməklərin paylanması və əhaliyə pulsuz
tibbi xidmətin göstərilməsi ilə bağlı ilk dekretlər həyata keçirildi.
Anar
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
Bir neçə gün bundan əvvəl Rəfibəylilər nəslinin ağsaqqalı, dostum və
qohumum, Ədliyyə generalı Akif Rəfiyev mənə:
Yadındadır da - dedi - yanvarın 12-də Xudadat bəyin doğum günüdür,
həm də anadan olmasının 140 ili tamam olur. Televiziya kanallarından biriylə
danış, heç olmasa 2002-ci ildə onun haqqında çəkilmiş 45 dəqiqəlik “Tanrı
adamı” filmini göstərsinlər o gün.
Doğrusu xəcalət çəkdim.1918-ci ildə Azərbaycan Xalq Cümhu-
riyyətinin ilk səhiyyə naziri, 1919-cu ildən 1920-ci ilin mayında həbsinə
Dostları ilə paylaş: |