CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə37/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   33   34   35   36   37   38   39   40   ...   85

 
 
115 
olacaq  7  yaşlı  Nigarı  buraxdı.Xudadat  bəydən  sonra  ailəsi  didərgin  düşdü, 
başqa adlar altında yaşamağa məcbur oldu. 
Həmin ağır günlər haqqında Rəfibəylilər nəslinin tədqiqatçısı, tanınmış 
alim Rafael Hüseynov belə yazır: Sovet dövləti Rəfibəyliləri doqquz dəfə ən 
sərt  repressiyalara  məruz  qoydu.  Həbs  etdi,  sürgünlərə  yolladı,  güllələdi. 
Gözlədi  ki,  yeni  Rəfibəylilər  yetişsin,  sonra  eyni  bəlaları  onların  başına 
gətirdi. Rəfibəylilərin iri dəstəsi isə İrana, Türkiyəyə mühacirət etdi. 
Amma şər imperiyasının caynağından qurtulmuş mühacir Rəfibəylilər 
xaricdə də rahat yaşaya bilmədilər. Təqiblər orda da davam etdi. Rəfibəylilər 
izi itirmək üçün Türkiyədə 3 müxtəlif soyadla ömür sürdülər - Arran, Sayqın, 
Əsgəran.  Sovet  İttifaqında  qalanlar  da  bəyliklərini,  Rəfibəyliliklərini 
gizlətmək üçün Rəfiyev oldular, Rəfizadə oldular, Babayev oldular, Kərimov 
oldular”... 
Amma 70 ildən sonra Xudadat bəy Rəfibəyliyə günahı olmadığı barədə 
bəraət verildi. 
Son söz əvəzi 
Azərbaycan  xalqının  düşmənlərinin  Rəfibəylilər  nəslini  yer  üzündən 
silmək  cəhdlərinə  baxmayaraq,  bu  şərəfli  nəslin  nümayəndələri  öz 
mübarizələrindən dönmədilər. Bir vaxt atası gedər-gəlməzə göndəriləndə 7 yaşı 
olan Nigar xanım və digərləri ata-babalarının haqq yolunu davam etdirdilər, bu 
nəslin görkəmli davamçıları olaraq tarixdə iz buraxdılar. Onların yolunu isə Xalq 
yazıçısı Anar davam etdirir. 
Yazını ulu öndər Heydər Əliyeyin bu məşhur nəsil haqqında dedikləri 
ilə  bitirmək  istəyirəm:“İyirminci  illərin  repressiyalarında,  outzuncu  illərin 
repressiyalarında çox dəyərli gəncəlilər- ziyalılar məhv edilmişdir. Onlardan 
biri  də  Nigar  xanımın  atası  Xudadat  bəy  Rəfibəyli  -  Azərbaycanın  ilk 
müstəqil  hökumətində,  Xalq  Cümhuriyyətində  nazir  vəzifəsini  tutmuş  bir 
insan,  sonra  repressiya  qurbanı  olmuşdur.  Ancaq  tarix  hər  şeyi  öz  yerinə 
qoyur. Repressiya qurbanı olmuş Xudadat bəy Rəfibəylinin qızı Nigar xanım 
Rəfibəyli böyük bir yol keçmiş,  Azərbaycan  mədəniyyətinin  inkişaf etməsi 
uğrunda çalışmışdır. O, öz həyat yoldaşı -  Azərbaycanın böyük şairi Rəsul 
Rza  ilə  birlikdə  Azərbaycan  ədəbiyyatının  yüksəlməsində  xüsusi  rol 
oynamışdır və məmnunam ki, onların övladı, Azərbaycanın böyük yazıçısı, 
Yazıçılar Birliyinin sədri, hörmətli  Anar da əcdadlarının, anasının, atasının 
işini davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına 
öz  xidmətlərini  göstərir.  Görürsünüz,  Gəncə  nə  qədər  böyük  insanlar 
yetişdirir. Bir ailədə üç Xalq yazıçısı- Rəsul Rza, Nigar Rəfibəyli, Anar”. 
                                                     Zaman.-2013.-6 fevral.-S.12. 


 
 
116 
Xudadat Bəy Rəfibəyli 
 
Anarın  ana  babası  Xudadat  bəy  Rəfibəyli  1918-1920-ci  illərdə  fəa-
liyyət göstərən Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri 
olmuşdur.  1918-ci  ildə  Gəncədə  ilk  müstəqil  Azərbaycan  Cümhuriyyəti 
qurulan zaman Xudadat bəy Fətəli xan Xoyskinin hökümətində ilk Səhiyyə 
və Sosial Təminat Naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru 
vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs 
edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir. 
Xudadat  bəy  Gəncənin  məşhur  Rəfibəylilər  nəslindəndir.  Atası 
Ələkbər  bəy  Rəfibəyli  -  el  ağsaqqalı,  maarifçi,  Azərbaycanda  ilk  siya-sı 
partiya olan «Difai» partiyasının yaradıcılarındandır. 
Xudadat bəy Rəfibəyli Azərbaycanın ilk ali təhsilli cərrahlarındandır. 
O,  Xarkov  Tibb  Universitetini  (Ukrayna)  bitirdikdən  sonra  17  il  Gəncə 
xəstəxanasının baş həkimi və Həkimlər Cəmiyyətinin sədri kimi çalışmışdır. 
"Söz  verirəm  ki,  daxil  olduğum  silkin  şərəfini  qətiyyən  ləkələmə-
yəcəyəm…"  Xarkov  İmperator  Universitetinin  məzunu  Xudadat  bəyin 
dilindən fakultə andının bu təntənəli sözləri 1904-cü ilin baharında çıxmışdır. 
Buraxılış  imtahanları  arxada  qalmışdı.  Yenicə  təqdim  olunmuş  diplomda 
deyilirdi  ki,  ona  "bütün  hüquqlar  və  imtiyazlarla  birlikdə"  həkim  dərəcəsi 
verilirdi. İşə təyinat da vermişdilər - Xarkov untversitetinin qospital cərrahlığı 
klinikasında ştatdan əlavə ordinator işləməli idi. 
1907-ci ildə o, təcrübəli həkim kimi Gəncəyə qayıtdı və Yelizavetpol 
şəhər  idarəsinin  təqdimatı  ilə  6  nömrəli  şəhər  müalicəxanasının  direktoru 
vəzifəsinə  təyin  olundu.  Yaşlı  adamlar  xatırlayırlar  ki,  Xudadat  bəy 
gəncəlilərin təkidi ilə daha sonralar şəhər qubernatorunun vəzifəsinin icrasına 
başlayandan  sonra  da  həkimliyi  yerə  qoymadı.  Onun  yeganə  şərti  belə  idi: 
günün  birinci  yarısında  xəstələri  müalicə  edəcəm,  qalan  vaxtda  isə 
quberniyanın işləri ilə məşğul olacağam… 
Gəncədə elə həkimlər çox az idi ki, kömək üçün onlara gecə-gündüz 
müraciət etmək mümkün olsun. Əla cərrah olan Xudadat bəy çoxlu əməliyyat 
aparırdı.  Çox  vaxt  xəstələri  müalicə  edərkən  qabaqcadan  bilirdi  ki,  onların 
həkimə verməyə pulu yoxdur. Kasıbın yanına gələndə isə nüsxə yazıb yanına 
qoyurdu ki, dərman alsın… 
Xudadat  bəy  gənc  yaşlarında  "Yelizavetpol  Tibb  Cəmiyyəti"  yarat-
mışdı  və  bu  cəmiyyətin  üzvləri  Gəncə  yoxsullarına  pulsuz  tibbi  yardım 
göstərirdilər. Bəli, Xudadat bəy siyasi və ictimai xadim olmaqla yanaşı, eyni 


 
 
117 
zamanda peşəsinə sadiq gözəl bir həkim idi. Və bu xeyirxah insanın şəfqətli 
əlləri bir çox insana şəfa bəxş etmişdi… 
Xudadat bəy Azərbaycan Cümhuriyyətinin Səhiyyə və Sosial Təminat 
Naziri  təyin  edildikdən  sonra  onun  bütün  diqqəti  Azərbaycanda  səhiyyə 
ocaqlarının  artırılmasına,  epidemiya  və  digər  xəstəliklərlə  mübarizəyə  həsr 
edildi.  Onun  göstərişi  ilə  ölkə  ərazisində  pulsuz  müalicə  göstərən  bir  neçə 
xəstəxana açıldı, kənd yerlərində yeni müalicəxana və feldşer məntəqələrinin 
tikintisinə  başlandı,  ekspertizalar  üçün  labaratoriya  təşkil  olundu.  Gəncə 
yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiya yaradıldı. 
Təəsüf ki, nəzərdə tutulan işlərin hamısını görmək mumkün olmadı. 1918-
ci  ilin  dekabrında  Xoyskinin  höküməti  istehfa  verdi  və  Xudadat  bəy  ölkənin 
Səhiyyə və Sosial Təminat Naziri vəzifəsini tərk etdi. 
Gəncə  əhalisinin  ciddi  təkid  və  tələblərindən  sonra  1919-cu  ildə 
Xudadat  bəy  Gəncə  quberniyasının  general-qubernatoru  vəzifəsinə  təyin 
edildi.  Gəncə  quberniyası  o  illərdə  heç  də  sakit  bir  əyalət  deyildi.  Kəndli 
çıxışları,  əhalinin  vahiməyə  salan  quldur  dəstələrinin  özbaşınalığı,  heç  bir 
hakimiyyəti  tanımayan  anarxist  qrupların  mənəm-mənəmliyi  Gəncədə 
həyatın  ahəngini  pozurdu.  Bir  il  sonra  Sovet  Ordusunun  Azərbaycana 
müdaxiləsi zaman həbs edilən Xudadat bəy istintaq zamanı bunları demişdi: 
"Quberniyanı  idarə  etməyə  başlayarkən  məndən  tələb  olunmuşdu  ki,əmin-
amanlıq yaradım. Görülən tədbirlər  nəticəsində bütün quberniyadan quldur 
dəstələri təmizləndi və ləğv olundu, onların bəzi başçıları öz ayaqları ilə gəl-
dilər,  məhkəmə  tədqiqatına  və  istintaqa  qədər  pulla  zaminə  buraxıldılar. 
Nəticədə xeyli sakitlik yaramağa başladı". 
1920-ci  aprelin  28-də  Azərbaycanda  Sovet  hakimiyyəti  quruldu. 
Aprelin 30-da Xudadat bəy Gəncə qeneral-qubernatorluğu vəzifəsindən istefa 
etdi. Onun qubernator kimi imzalamış olduğu axırıncı sənəd birlikdə işləmiş 
olduğu adamların hamısına müraciət idi. Xudadat bəy yazırdı: 
"Bir ilə yaxın Gəncə qubernatoru vəzifəsini icra edərkən əmin oldum 
ki, həm quberniya idarəsinin və qubernator dəftərxanasının qulluqçuları, həm 
də  mənə  tabe  olan  polis  idarəsinin  qulluqçuları  onlara  həvalə  olunmuş 
vəzifələri  vicdanla  yerinə  yetirmiş  və  quberniyada  asayiş,  sülh  və  əmin-
amanlıq  yaratmaq  işində  mənə  kömək  etmək  üçün  var  qüvvələrini 
əsirgəməmişlər.  Ona  görə  də  qubernator  vəzifəsini  tərk  edərkən  adlarını 
saydığım  idarələrin  qulluqçularına  çəkdikləri  zəhmətlərə  və  qeyrətlə 
işlədiklərinə görə səmimi minnətdarlıq etməyi özümə mənəvi borc bilirəm və 
ümidvaram ki, onlar Azərbaycan Respublikasının tərəqqisi və çiçəklənməsi 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə