Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə1/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
  1   2   3   4   5   6   7   8   9   ...   45


Cəfər Cəfərov
Cəlal Allahverdiyev
TƏHSİL TARİXİMİZDƏN:
İRƏVAN PEDAQOJİ 
MƏKTƏBİ
Bakı-2017


Redaktorlar: 
Rəyçilər:
Buludxan Xəlilov,
Filologiya üzrə elmləri doktoru, professor.
Nazim Mustafa,
Tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı 
Laureatı
Əjdər Ağayev,
Pedaqoji elmlər doktoru, professor
Məhərrəm Hüseynov
Filologiya üzrə elmlər doktoru,professor
Mahirə Hüseynova,
Filologiya üzrə elmlər doktoru, dosent
Əziz Ələkbərli,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Cəfər Cəfərov: Cəlal Allahverdiyev
TƏHSİL TARİXİMİZDƏN:İRƏVAN PEDAQOJİ MƏKTƏBİ
«ORXAN NPM BAKI-2017, Səh 464
Filologiya üzrə fəlsəfə doktoru, dosent Cəfər Əsəd oğlu Cəfərovun 
və Cəlal Vaqif oğlu Allahverdiyev “Təhsil tariximizdən: İrəvan Pedaqoji 
Məktəbi” adlı kitabında 1924-1949-cu illərdə “Ermənistan”da fəaliyyət 
göstərmiş, Azərbaycanlı  məktəbləri üçün pedaqoji kadrların hazırlan-
ması  işində  böyük  rol  oynamış  pedaqoji  məktəbin  yaran masından, 
fəaliyyətindən,  erməni  şovinizmi  əhatəsində  üzləşdiyi  problemlərdən, 
eləcə də görkəmli məzunlarından bəhs olunur.
Kitab təhsil tariximizlə maraqlananlar, pedaqoqlar və geniş oxucu 
kütləsi üçün nəzərdə tutulmuşdur.
İSBN
©С. Сəfərov,C. Allahverdiyev 2017


3
ÖN SÖZ
Azərbaycan təhsilinin tarixi tədqiq olunmağa ehtiya-
cı  olan  bir  sahədir.  Bu  sahənin  hərtərəfli  araşdırılması 
təhsilimizin  keçdiyi  yolu  üzə  çıxarmaqla  yanaşı,  həm 
də  təhsilimizin  dünəni  ilə  bu  günü  arasında  körpü 
yarat maqda  mühüm  rol  oynayır. Azərbaycan  təhsilinin 
tarixində  Qori  Müəllimlər  Seminariyası  mühüm  rol 
oynadığı kimi, İrəvan Pe daqoji Məktəbi də əvəzsiz işlər 
görmüşdür.    Qori  Müəllim lər  Seminariyasının  fəaliy-
yəti  barədə  indiyə  qədər  araşdırmalar  aparılmış  və  bu 
qeyri-adi  təhsil  ocağının  gördüyü  işlər  nəinki  təkcə 
təhsil ictimaiyyətinə, həm də geniş oxucu kütləsinə çat-
dırılmışdır.  Ancaq  İrəvan  Pedaqoji  Məktəbinin  tarixi, 
fəaliyyəti, Azərbaycan təhsilinin inkişafında oynadığı rol 
araşdırılmamış və tədqiq olunmamışdır. Yeri gəlmişkən 
onu da qeyd edək ki, həm Qori Müəllimlər Seminariyası, 
həm  də  İrəvan  Pedaqoji  Məktəbi  öz  dövrünün  təhsil 
sahəsində  flaqmanı  olmuşdur.  Onların  hər  ikisi  elə  bir 
dövrdə fəaliyyət göstərmişdir ki, həmin dövrdə pedaqoji 
kadrların hazırlanmasına böyük ehtiyac vardı. Bu ehtiyacı 
ödəmək  üçün  Qori  Müəllimlər  Seminariyası  və  İrəvan 
Pedaqoji Məktəbi öz çiyinləri üzərinə məsuliyyətli, həm 
də gərəkli olan bir işi götürmüşdür. Hər iki təhsil ocağının 
yetirmələri Azərbaycan təhsilinin inkişafında əllərindən 
gələni əsirgəməmişlər. Hər iki təhsil ocağının qeyri-adi 
faəliyyəti  Azərbaycan  təhsilinin  tarixinə  qızıl  hərflərlə 
yazılmalıdır.


4
Bu  gün  dünya  günü-gündən  inkişaf  edir,  dəyişir. 
Elmi-texniki  tərəqqinin  nailiyyətləri  məişətimizə  gəlir. 
Elm,  texnika  elə  sürətlə  inkişaf  edir  ki,  onun  gətirdiyi 
yeniliklərlə ayaqlaşmaq olmur. Nəzərə alsaq ki, elm də, 
texnika da insana xidmət etməlidir, onda insan amilinin 
bütün  zamanlarda  oynadığı  rolu  diqqət  mərkəzində 
saxlamalıyıq.  Bu  mənada  hələ  Qori  Müəllimlər  Semi-
nariyasının  və  İrəvan  Pedaqoji  Məktəbinin  fə aliy yət 
göstərdiyi dövrdə elmin, texnikanın inkişaf səviyyəsinin 
hal-hazırkı  dövrlə  müqayisədə  çox  geridə  qalmasına 
baxmayaraq,  insan  amili,  ona  qayğı,  diqqət  fövqalədə 
bir  münasibətlə  öz  əksini  tapmışdır.  Belə  ki,  hər  iki 
təhsil  müəssisəsində  hazırlanan  pedaqoji  kadrlar  öz 
bilik,  bacarıq  və  dünyagörüşləri  ilə  insanın  nəyə  qadir 
olduğunu  nümunəvi  şəkildə  təqdim  edə  bilmişlər.  Bu 
təhsil  müəssisəsi nin  pedaqoji  kadrları  və  onların  hazır-
ladıqları  kadrlar  təpədən  dırnağa  qədər  təhsilə,  elmə 
bağlı  adamlar  olmuşdur.  Onların  hər  birinin  həyatı, 
fəaliyyəti gələcək nəsillər üçün həmişə örnək olacaqdır. 
Elm, texnika nə qədər inkişaf etsə də, elmi-texniki tərəq-
qinin  nailiyyətləri  dünyada  nə  qədər  möcüzə  yaratsa 
da, bu təhsil ocaqlarının öz dövrləri ilə müqayisədə heç 
bir  analogiyası  yoxdur.  Daha  doğrusu,  onlarla  analoji 
müqayisəyə cəlb oluna biləcək təhsil müəssisələri tapmaq 
o qədər də asan deyildir. Bunun əsas səbəblərindən biri, 
məhz  bu  təhsil  müəssisələrində  çalışan  pedaqoqların 
elmə, təhsilə vurğunluğu, bağlılığı olmuşdur. Ona görə 
də  hər  iki  təhsil  müəssisəsi  barədə  çox  yazılmalıdır. 


5
Hər  iki  təhsil  müəssisəsinin  təcrübəsi  geniş  və  əhatəli 
şəkildə  tədqiq  edil məlidir.  Hər  iki  təhsil  müəssisəsinin 
yaratdığı  ənənələrdən  hər  zaman  geniş  şəkildə  istifadə 
olunmalıdır. Bu mənada filologiya üzrə fəlsəfə doktoru, 
dosent  Cəlal Allahverdiyevin  və  filologiya  üzrə  elmlər 
doktoru, professor Cəfər Cəfərovun “Təhsil tariximizdən: 
İrəvan Pedaqoji Məktəbi” adlı kitabı təhsilimizin tarixini 
öyrənmək  baxımından  böyük  əhəmiyyət  kəsb  edir. 
1924-1949-cu  illərdə  Ermənistanda  fəaliyyət  göstərmiş 
İrəvan Pedaqoji Məktəbi pedaqoji kadrların hazırlanması 
işində  əvəzsiz  xidmətlər  göstərmişdir.  İrəvan  Pedaqoji 
Məktəbinin fəaliyyət göstərdiyi dövrdə pedaqoji kadrlara 
olan  ehtiyacı  heç  nə  ilə  müqayisə  etmək  olmazdı.  O 
dövrdə  Ermənistanda  olan  Azərbaycan  məktəblərinin 
müəl lim kadrları ilə təmin edilməsinə erməni sovinistləri 
hər cür yolla maneçilik göstərirdilər. Ona görə də erməni 
şovinistlərinin iyrənc məqsədlərinin qarşısını almaq üçün 
pedaqoji  kadrların  hazırlanmasına  olan  ehtiyacı  hiss 
etməmək mümkün deyildir. 
Təsadüfi  deyil  ki,  pedaqoji  kadrlara  olan  ehtiyacı 
ödəmək üçün XX əsrin 20-ci illərindən başlayaraq İrə-
vanda  hazırlıq  kursları  təşkil  olunmuşdur.  1923-cü  ilin 
sonlarında təşkil olunmuş bu hazırlıq kurslarında 1926-cı 
ilin sonlarına qədər 143 müəllim hazırlanmışdı. İrəvanda 
hazırlıq kurslarının təşkilində Bala Əfəndiyevin, Mehdi 
Kazımovun,  Mustafa  Hüseynovun  və  digərlərinin  xid-
mətləri  böyük  olmuşdur.  Məhz  İrəvan  ədəbi-mədəni, 
ictimai-siyasi  mühitində  aparıcı  rol  oynayan  şəxslərin 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə