CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə1/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
  1   2   3   4   5   6   7   8   9   ...   31


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
AZƏRBAYCAN KƏND  
TƏSƏRRÜFATI AKADEMİYASI 
 
 
 
 
                                 
  CƏFƏR İBRAHİMOV 
 
 
 
 
 
 
 
                 PSİXOLOGİYADAN     
MÜHAZİRƏ 
 KONSPEKTLƏRİ 
 
            Qiyabi təhsil alan tələbələr üçün  
                       yardımçı vəsait 
 
 
 
 
 
 
 
 
   
 
    Bakı- 2002 
 
 


 
BBK 88.3 
 İ-17 
Vəsait  Azərbaycan  Respublikası  təhsil  Nazirliyi  Elmi-
metodik  Şurası  «Pedaqogika  və  psixologiya»  bölməsinin 
25.03.  2002-ci  il  tarixli  iclasında  (protokol  №
 
03)  təsdiq 
olunmuş və çapa layiq görülmüşdür 
 
Rəyçilər: 
 
Ə. Ə. Əlizadə      - psixologiya elmləri doktoru, professor      
Ə.M. Həsənov     - fəlsəfə elmləri doktoru, professor 
 Z.M. Aslanova   - psixologiya elmləri namizədi, dosent 
 
 
 
Elmi redaktor: 
 
S. İ. Abbasova — pedaqoji elmlər namizədi 
 
 
C.H. İbrahimov. Psixologiyadan mühazirə konspektləri. 
Yardımçı vəsait. Bakı, 2002, 103 səh. 
 
Vəsait  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasında  qiyabi 
təhsil  alan  tələbələr  üçün  nəzərdə  tutulmuşdur.  Vəsait  mövcud 
dərslik  və  dərs  vəsaitindən  onunla  fərqlənir  ki,  burada  bakalavr 
pilləsi  üçün  zəruri  olan  materiallar  cəm  halında  vəhdətlə 
verilmişdir.  Mövcud  proqramma  uyğun  olaraq  vəsait  üç  hissədən 
ibarətdir.  Şəxsiyyət  və  fəaliyyət,  şəxsiyyətin  idrak  prosesləri, 
şəxsiyyətin  psixoloji  xüsusiyyətləri  ayrı-ayrı  bölmələr  şəklində 
şərh olunur. 
Vəsaitdən digər ali  məktəblərdə qiyabi təhsil alan tələbələr də 
faydalana bilərlər. 
 
ARTNƏ № 277   29.03. 2002 
 



 
 
BİR NEÇƏ SÖZ 
 
İnsanın psixoloji xüsusiyyətlərinə yaxından bələd olmaq, 
fəaliyyət  və  ünsiyyət  prosesində  onu  düzgün  nəzərə  almaq 
hər  bir  ziyalı  üçün,  mütəxəssis  üçün  vacib  amildir.  Gələcək 
mütəxəssislərin  bir  şəxsiyyət  kimi  formalaşmasında  ali 
məktəbdə  psixologiyadan  aparılan  mühazirə  məşğələlərinin 
də  böyük  əhəmiyyəti  vardır.  Çünki  psixologiya  elminin 
nailiyyətlərindən  düzgün  və  yerində  istifadə  edilməsi  bütün 
fəaliyyət  sahələrində  olduğu  kimi  kənd  təsərrüfatında  da 
yüksək  nəticələr  əldə  edilməsinə  səbəb  olur.  Təsadüfı 
deyildir  ki,  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasında 
qiyabi  təhsil  alan  tələbələr  üçün  nəzərdə  tutulan  bu  vəsait 
mövcud  dərslik  və  dərs  vəsaitlərindən  onunla  fərqlənir  ki, 
burada  bakalavr  pilləsi  üçün  zəruri  olan  materialın  cəm 
halında, 
vəhdətdə 
tələbələrə 
çatdırılması 
nəzərdə 
tutulmuşdur.  Mövcud  proqrama  uyğun  olaraq  vəsait  üç 
hissədən  ibarətdir.  Məs.  hissənin  sonunda  verilən  seminar 
məşğələlərinə  hazırlaşmaq  üçün  mövzular  və  tövsiyə  edilən 
ədəbiyyat 
siyahısı 
mühazirələrin 
daha 
dərindən 
mənimsənilməsinə xidmət edir. 
Bu  tədris  vəsaiti  son  beş  ildə  Azərbaycan  Kənd 
Təsərrüfatı 
Akademiyasında 
pedaqoji 
fəaliyyət 
və 
müşahidələr  nəticəsində  meydana  gəlmişdir.  Vəsaitin 
hazırlanmasında  bu  sahədə  olan  dəsrlik  və  vəsaitlərdən, 
məqalələrdən,  müasir  psixolji  tədqiqatlardan  istifadə 
olunmuşdur. Qiyabi təhsil alan kənd təsərrüfatı üzrə gələcək 
mütəxəssislərə 
nəzərdə  tutulan  bu  vəsaitdən  digər 
məktəblərdə  «Ümumi  psixologiya»  fənni  üzrə  qiyabi  təhsil 
alan tələbələr də faydalana bilərlər. Vəsait şübhəsiz ilk addım 
olduğu üçün müəyyən qüsurlardan xali deyildir. Ona görə də 
vəsait haqqında tənqidi fikirlərini və xeyirxah məsləhətlərini 
bildirən oxuculara əvvəlcədən minnətdarlığımı bildirirəm. 
 
Müəllif 
 
 

 
 
 


BİRİNCİ HİSSƏ 
 
 
PSİXOLOGİYAYA GİRİŞ. ŞƏXSİYYƏT. FƏALİYYƏT. 
ÜNSİYYƏT 
 
 
Psixologiyanın predmeti 
 
Müasir  dövrdə  bir  çox  elmlərin  (anatomiya,  biologiya, 
neyrofiziologiya,  təbabət  və  s.  o  cümlədən  psixologiyanın) 
tədqiqat obyekti insandır. Lakin adı qeyd edilən və edilməyən bu 
elmlər  öyrəndikləri  obyektə  görə  deyil,  predmetlərinə  görə  bir-
birindən fərqlənirlər. Psixologiya elmi termini iki yunan sözündən 
-"psyuxe"-  ruh,  ruhi  aləm,  "loqos"  -bilik,  elm  öyrənmək 
sözlərindən  əmələ  gəlmişdir.  "Psixika  haqqında  elm"  deməkdir. 
Qeyd  etmək  lazımdır  ki,  insanların  və  heyvanların  psixikası  bir 
sıra  özünəməxsus  hallarla  müşaiyət  olunur:  məsələn,  duyğular, 
qavrayış,  diqqət,  hafizə,  təxəyyül,  təfəkkür  və  nitqin  köməyi  ilə 
insan  ətraf  aləmə  bələd  olur.  Bu  prosesləri  psixologiyada  idrak 
prosesləri  adlandırırlar.  Psixologiya,  adamların  bir-biri  ilə 
ünsiyyəti,  onların  hərəkət  və  fəaliyyətlərini  bilavasitə  idarə  edir. 
Buraya tələbatlar, motivlər, məqsəd və maraqlar, iradə, hisslər və 
emosiyalar, digər psixi xassələrdən olan qabiliyyətlər, xarakter və 
temperamentin  psixi  hallardan  asılı  olaraq  formalaşması  və 
inkişafı da daxildir. 
İnsan öz idrak fəaliyyətinin köməyi ilə nəinki ətraf aləmi dərk 
edir,  o  bu  aləmlə  yaşayır,  fəaliyyət  göstərir,  özünün  maddi  və 
mənəvi  tələbatlarını  təmin  edir.  İnsanın  öz  hərəkətlərini  başa 
düşməsi,  izah  etməsi  və  onlara  şüurlu,  ixtiyari  münasibət 
göstərməsi psixologiyada şəxsiyyət anlayışında ifadə olunur. 
Psixologiyanın  predmetini  ətraflı  izah  etmək  üçün  "psixika" 
anlayışı  ilə  yaxından  tanış  olaq.  Prof.  Ə.S.Bayramov  və 
Ə.Ə.ƏIizadə izah edirlər ki, psixika beynin xassəsidir və obyektiv 
aləmin beyində subyektiv inikasıdır. Hər şeydən  
 
 



Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə