CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə16/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

asılıdır.  Bu  haqda  psixoloji  ədəbiyyatda  kifayət  qədər  fakt  var-
dır.  Məsələn,  S.V.Krazkov  (1893-1951)  müəyyən  etmişdir  ki, 
eşitmə  qıcıqlanmasının  təsiri  altında  görmə  analizatorlarının 
həssaslığı  dəyişir.  P.P.Lazerev  (1878-1942)  dərinin  ultrabə-
növşəyi şüalarla şüalanmasının təsiri altında görmə həssaslığının 
azalması faktını aşkara çıxarmışdır. 
Duyğuların  qarşılıqlı  tə'siri  prosesində  zəif  qıcıqlandırıcılar 
onların həssaslığını artırır, qüvvətlilər isə azaldır. 
Əgər  hər  hansı  qıcıq  müvafiq  analizatora  təsir  edərək, 
subyektin  özündən  asılı  olmadan,  analizatora  uyğun  duyğunun 
əmələ gəlməsinə, bu zaman onunla bağlı olmayan digər üzvünün 
yaranmasına  səbəb  olur.  Bu  hadisə  sinezteziya  (yunanca 
sunisthesis-birgə  hiss  etmə,  eyni  zamanda  duyma)  hadisəsidir. 
Deməli, qıcıqlandırıcı bir analizatora təsir edərək başqa analizator 
üçün səciyyəvi olan duyğu yaradır. 
Həssaslığın artması ilə əlaqədar olaraq diqqəti başqa bir psixi 
hadisə olan  sesibilizasiya cəlb edir (  latınca-sensibilis-hissiyyatlı 
deməkdir), 
Analizatorların 
qarşılıqlı 
təsiri 
sayəsində 
qıcıqlandırıcılar  sinir  mərkəzlərində  həssaslığın  artmasına  təsir 
göstərir.  Belə  bir  təsir  sayəsində  həssaslığın  artması  sensibi-
lizasiya  adlanır. Məsələn,  biz  bir adama  "alça kimi turş" sözünü 
dedikdə, onda həssaslığın dəyişməsini müşahidə edirik. 
Bu göstərilənlərdən aydın olur ki, hiss üzvlərində həssaslığın 
dəyişməsi  qanunauyğunluqlarını  birlikdə  xüsusi  olaraq  seçilmiş 
yardımçı qıcıqların köməyi ilə bu və ya digər reseptorun həssas-
lığını  artırmaq  olar.  Məsələn,  müsiqi  ilə  məşğul  olan  uşaqlarda 
səslərin  yüksəldiyini  düzgün  fərqləndirmə  mütləq  eşitmə  qa-
biliyyəti ilə yanaşı mümarisələrin (təkrarlar düşünülmüş xarakter 
daşıdıqda-mümarisə  çevrilir  və  öyrənmənin,  mənimsəmənin 
səmərəliliyini təmin edir) səmərəli təşkilindən də asılıdır. 
 
 
 
 
 
47
 


Qavrayışın növləri 
 
4. Qavrayışın növlərini sadə və mürəkkəb olmaqla iki böyuk 
qrupa aid edirlər.
1 
Qavrayışın  sadə  növləri  duyğularda  olduğu  kimi  anali-
zatorlara  əsasən  müəyyən  olunur.  Bu  prosesdə  bəzən  görmə, 
bə'zən eşitmə, bəzən də iybilmə və ya dadbilmə analizatoru üstün 
rol  oynayır.  Bundan  asılı  olaraq  sadə  qavrayışın  görmə,  eşitmə, 
iybilmə,  dadbilmə  və  s.  növlərini  fərqləndirirlər.  Yuxarıda  qeyd 
etdiyimiz kimi duyğuda ancaq bir analizator iştirak edir, qavrayış 
prosesində  isə  ən  azı  iki  və  artıq  analizator  iştirak  edir.  Buna 
uyğun olaraq  əgər söhbət  bir  analizatorun  fəaliyyətindən gedirsə, 
biz  həmin  prosesi,  duyğu  kimi,  əgər  prosesdə  iki  və  daha  çox 
analizator  iştirak  edirsə,  artıq  biz  duyğudan  deyil  qavrayışdan 
danışmalıyıq. Qavrayışın belə birləşmiş şəkildə qarşılıqlı fəaliyyət 
göstərməsi  əsasında,  onun  mürəkkəb  növləri  meydana  gəlir. 
Məsələn,  dərsdə  şagirdin  mətni  qavraması  görmə,  eşitmə  və 
kinestezik qavrayışları əhatə edir. 
Obyektiv  aləmdə  baş  verən  bütün  hadisələr  müəyyən  məkan 
və zaman daxilində mövcud olduğuna görə, qavrayışın mürəkkəb 
növləri insan qavrayışının obyektini təşikl edir. 
Qavrayışın  mürəkkəb  növlərinə  məkan,  zaman  və  hərəkət 
qavrayışları aid edilir. 
Məkan  qavrayışı.  İnsanın  ətraf  mühitə  bələbləşməsi  üçün 
məkan  münasibətlərinin  dərk  edilməsi  vacib  şərtlərdəndir.  Bu 
zaman  obyektiv  şəkildə  mövcud  olan  məkan  beynimizdə  əks 
olunur.  İnikas  prosesində  obyektin  forması,  həcmi,  onların 
arasındakı məsafə, onların relyefi, yerin uzaqlığı və istiqaməti əks 
olunur. Lakin qeyd etmək lazımdır ki, beynimizdə əks olunan bu 
proses  olduqca  mürəkkəb  prosesdir.  Məkanın  qavranılmasında 
əsasən görmə analizatoru iştirak edir. Bu inikas prosesi mürəkkəb 
bir proses olduğuna görə, burada görmə ilə 
 
 
1
  Ə.S.Bavramov,  Ə.Ə.Əlizadə.  Psixologiya.  Ali  məktəblər  üçün 
dərslik. Bakı. "Maarif'. 1989.. 230-234. 
48 


bərabər lamisə, əzələ-hərəkət duyğuları, hətta eşitmə analizatoru 
da iştirak edir. 
Əsasən  məkan  qavrayışı  zamanı  cisimlərin  məkan  mü-
nasibətləri  düzgün  əks  olunur.  Lakin  bəzi  səbəblər  ola  bilər  ki, 
cisimlər  təhrif  olunumş  halda  əks  olunsun.  Bu  əsasən:  a)  ci-
simlərin  hansı  əhatədə  olmasından;  b)  analizatorların  sağlamlıq 
vəziyyətindən  asılıdır.  Cisimlərin  belə  təhrif  olunmuş  şəkildə 
qavranılması  illüziya  adlanır. İllüziyalar  müxtəlif analizatorların 
fəaliyyətində  müşahidə  olunur.  Görmə  qavrayışlarında  isə  onlar 
daha  çox  nəzərə  çarpır.  Çünki  görmə  qavrayışı,  cisimlərin 
arasındakı məsafəni, onun formasını və s. qavramağa kömək edir. 
İnsanların praktik  fəaliyyəti  və  müqayisələr əsasında  illüziyaları 
həqiqi qavrayış surətlərindən ayırmaq mümkündür. 
Zaman  qavrayışı.  Cisim  və  hadisələrin  sürəti,  müddət  və 
ardıcıllığı  zaman  qavrayışı  ilə  əks  olunur.  Ümumiyyətlə,  zama-
nın  qavranılması  mürəkkəb  bir  prosesdir.  Bunun  əsasında  baş 
beyin  yarımkürələri  qabığında  oyanma  və  ləngimənin  ritmik 
surətdə  bir-birini  əvəz  etməsi  durur.  Bu  zaman  insanda  şərti 
refleks  yaranır.  Bir  sıra  analizatorlar  bu  prosesdə  iştirak  edir. 
Lakin  zamanın  əks  etdirilməsi  prosesində  üstün  yeri  eşitmə  və 
hərəki duyğular tutur. Əslində biz zamanı deyil, zaman daxilində 
baş verən hadisələri qavrayırıq. Bu da həmin cisim və hadisələrin 
xassələrindən, 
onlara 
bizim 
bəslədiyimiz 
münasibətin 
xarakterindən asılıdır. 
Qıcıqlandırıcının  zaman  xüsusiyyəti,  eşitmə  duyğusunun 
müddətini,  ritmin  xarakterini  əks  etdirir.  İ.M.Seçenov  eşitməni 
zamanın  meyarı,  eşitmə  hafizəsini  isə  zaman  hafizəsi  adlan-
dırmışdır. 
Zaman  daxilində  baş  verən  hadisələrə  bizim  münasibətin 
xarakteri  mühüm  təsir  göstərir.  Çünki  bu  vaxt  zamanın  qavra-
nılmasında  subyektivlik  aydın  şəkildə  nəzərə  çarpır.  Bu,  sub-
yektivlik  insanın  yaş  xüsusiyyətlərindən,  sərvət  meylindən, 
maraqlarından, temperament tiplərindən və s. asılıdır. 
Zaman  qavrayışı  emosional  vəziyyətdən  asılı  olaraq  dəyişir. 
Müsbət emosiyalar vaxtın tez keçməsi illüziyasını yara- 
 
49 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə