CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə17/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

dır, mənfi emosiyalar isə subyektiv olaraq vaxt müddətini bir qədər 
uzadır. 
Zaman  qavrayışı  uşaqlarda  xeyli  gec  yaranır.  Ona  görə  ki, 
zamanın  müddəti  üçün  dəqiqlik  əsas  şərtlərdən  biridir.  Təlim 
prosesində  məktəblilərin  gündəlik  fəaliyyətlərində  vaxtın 
əhəmiyyəti dedikdə möhkəmlənir. 
Hərəkət  qavrayışı.  Hərəkət  qavrayışı-  obyektlərin  məkanda 
tutduğu  vəziyyətin  dəyişməsinin  inikasından  ibarətdir.  Bu  zaman 
cismin  istiqaməti  və  surəti  əks  olunur.  Müşahidəçinin  məkandakı 
hərəkəti, cismin uzaqlığı, yerdəyişmənin surəti hərəkət qavrayışını 
müəyyən edir. Cismin əvvəlki yerini, onun sonrakı yerdəyişməsini 
yaradan hərəkətin hansı sürətlə baş verdiyini (çox yavaş və ya çox 
surətli) müəyyən edirik, onun əsasında bizdə hərəkət qavrayışı baş 
verir.  Görmə,  eşitmə  və  hərəkət  analizatorları  birgə  fəaliyyət 
əsasında hərəkətlərin qavranılmasını təmin edir. 
Hərəkət  qavrayışı  heyvanlar  üçün  də  mühüm  əhəmiyyət  kəsb 
edir. Belə ki,  bəzi  heyvanlar üçün  hərəkət edən obyektlər təhlükə 
və  ya  potensial  qida  siqnalı  rolunu  oynayır  və  həm  də  tez  cavab 
reaksiyası törədir. 
 
Diqqət və hafizə çoxcəhətli psixi proses kimi 
 
Diqqət  idrak  proseslərindən  biridir.  Lakin  bir  sıra  xüsu-
siyyətinə görə diqqət başqa  idrak prosesləri olan duyğu, qavrayış, 
hafizə,  təfəkkür,  təxəyyüldən  fərqlənir.  Məlum  olduğu  kimi  qeyd 
olunan  idrak  prosesləri  cisim  və  hadisələri  əks  etdirirlər.  Bəs, 
diqqət nəyi əks etdirir? 
Aparılan  tədqiqatlar  əsasında  müəyyən  edilmişdir  ki,  diqqət 
hadisəsi  xüsusi  məzmuna  malik  deyildir.  O,  digər  idrak 
proseslərinin dinamik cəhətini təşkil edir. 
İnsanın idrak fəaliyyətində hafizənin də rolu böyükdür. Keçmiş 
təcrübənin  qavranılmasında  və  hifz  edilməsində  hafizənin  böyük 
əhəmiyyəti  vardır.  Təsadüfi  deyildir  ki,  böyük  rus  fizioloqu 
İ.M.Seçenov  hafizəni  "psixi  həyatın  əsas  şərti",  "psixi  inkişafın 
qüşə daşı" hesab edirdi. O göstərirdi ki, hafizə 
 
50 


bütün  psixi  inkişafın  təməlini  təşkil  edən  qüvvədir.  Əgər  bu 
qüvvə  olmasa  idi,  hər  bir  real  duyğu  hətta  milyonuncu  dəfədən 
sonra, birinci dəfə duyulduğu kimi təsir bağışlayardı. 
Deməli, diqqət olmasa cismin, hadisənin aydın dərk edilməsi 
mümkün  olmazdı,  hafizəsiz  isə  dərk  edilən  cisimlərin  yadda 
saxlanılması  mümkün  olmazdı.  Həm  diqqət,  həm  hafizə  başqa 
psixi hadisələrə dərindən nüfuz edərək, onu şərtləndirir: məsələn, 
hafizə ilə təfəkkürün münasibətinə nəzər salmaq kifayətdir. 
Görkəmli  rus  pedaqoqu  K.D.Uşinski  hələ  XIX  əsrdə 
göstərirdi  ki,  hafizə  təfəkkürə  əsaslanmalı  və  onu  inkişaf 
etdirməlidir.  Hafizə  gərəkli  biliklərlə  nə  qədər  zəngin  olarsa, 
fikirlərimiz  bir  o  qədər  düzgün  və  məzmunlu  olar.  K.D.Uşinski 
yazırdı  ki,  "İnsanın  hafizəsi  ilə  rəftar  etməyi  bacarmayaraq,  biz 
özümüzə təsəlli vermək üçün deyirik ki, tərbiyənin işi ağıl bilik-
lərlə doldurmaq deyil, inkişaf etdirməkdir. Lakin psixologiya bu 
təsəllinin  yalanını ifşa edir və göstərir ki, ağlın özü, yaxşı təşkil 
olunmuş biliklər sistemindən başqa bir şey deyildir". 
Professorlar  Ə.S.Bayramov  və  Ə.Ə.ƏIizadə  göstərdiyi  kimi, 
istər  materialın  seçilməsində,  istərsə  də  onların  sistemə 
salınmasında  diqqət  və  hafizənin  fəaliyyəti  üzvi  surətdə  birlə-
şərək bir-birini şərtləndirir.
1
 Bu cəhətlərə istinad edərək diqqətin 
mahiyyətinə nəzər salaq. 
Diqqət  cisim  və  hadisələrə  olan  seçici  münasibət  əsasında 
müəyyən obyektlərə yönəlir. Bu yönəlişliyin əsasında, şüurun hər 
hansı  obyekt  üzərində  mərkəzləşməsi  baş  verir.  Bununla  da 
diqqət  varlığı  başqa  idrak  proseslərinin  köməyi  ilə  dolğun  və 
adekvat surətdə əks etdirməyə imkan verir. 
İnsanda  diqqətin  yaranması  üçün  ilk  növbədə  obyekt  ayırd 
edilməli, diqqət onun üzərində mərkəzləşməli, başqa digər ikinci 
dərəcəli  obyektlərdən  yayınmalıdır.  Diqqət  insanın  həyat  və 
fəaliyyətində  mühüm  əhəmiyyət  kəsb  edir.  Diqqətlilik  əsasında 
insanın həyat və fəaliyyəti təmin olunur. Diqqətsizlik əsasında isə 
ağır nəticələr baş verir. Elə buna görə də 
 
 
1
Ə.S.Bavramov,  Ə.Ə.ƏIizadə.  Psixologiva.  Ali  ınəktəblər  üçiin 
dərslik. Bakı, "Maarif', 1989,. 240-241. 
51 


K.D.Uşinskinin sözləri ilə desək, diqqət ruhumuzun elə bir yeganə 
qapısıdır ki, şüurumuzda olan, hər bir şey mütləq bu-radan keçir. 
Bu  isə  bizə  mürəkkəb  psixi  hadisə  kimi  diqqətin  yerinə  yetirdiyi 
funksiyaları aydınlaşdırmağa kömək edir. 
Diqqətin mahiyyətini aydınlaşdırmaq üçün, hər şeydən əv-vəl, 
insanın fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edən və tələbatlara 
uyğun  gələn  tə'sirlər  seçilməli,  digər  təsirlərə  əhə-miyyət 
verilməməlidir.  Bu  sahədə  idrak  fəaliyyəti  başa  çatana  qədər 
diqqətin  həmin  obyekt  üzərində  saxlanması  funksiyası  həyata 
keçirilir. Göstərilən fəaliyyətin gedişini tənzim etmək, ona nəzarət 
etmək də vacib şərtlərdəndir. 
Diqqətin  mahiyyətini  açan  bu  funksiyalar  iki  mühüm  nəticə 
çıxarmağa kömək edir. Birinci, diqqət mürəkkəb psixi proses kimi 
bütün,  sensor,  mnemik  fikri  və  hərəki  proseslərə  nüfuz  edir, 
fəaliyyətin daha səmərəli olmasını şərtləndirir. 
İkinci,  diqqət  mühüm  idrak  prosesi  olan  hafizənin  ma-
hiyyətini düzgün başa düşməyə imkan verir. 
Birinci  qrupa-insana  tə'sir  edən  xarici  qıcıqlayıcıiarın  xüsu-
siyyətləri, ikinci qrupa isə subyektin özünün fəaliyyətinə aid olan 
amillər daxildir.

İnsan fəaliyyəti tələbat və ya motivlər əsasında təyin edilir və 
həmişə müəyyən məqsədə yönəlmiş olur. Əgər motiv ay-dın dərk 
olunmasa,  onda  onun  predmeti  ilə  məqsədi  aydın  dərk  olunmur. 
Ona  görə  də  məqsəd  həayta  keçirilmək  üçün  istifadə  olunan 
vasitələrdən fərqlənir. Çünki nə qədər ki, diq-qət avtomatlaşmayıb, 
onun  icrası  böyük  diqqət  tələb  edir.  Proses  avtomatlaşdıqdan 
sonra,  əməliyyat  ciddi  diqqət  olma-dan  həyata  keçirilə  bilər.  Bu 
halda diqqət nəzarət mexanizmi kimi çıxış edir. 
İnsanın xarici ifadələrinə əsasən diqqətin gərginliyi müəy-yən 
edilir.  Gərgin  diqqət  zamanı  orqanizm  müəyyən  uyğun-laşma 
vəziyyəti alır. Hər hansı bir cisimi daha yaxşı qavra-maq üçün ona 
diqqətlə  baxırıq,  nəzərlərimizi  ona  daha  sə'ylə  dikirik.  Bu  zaman 
artıq hərəkətlərə yol vermirik, tam sakitlik 
 
1
  Ə.S.Bayramov.  Ə.Ə.Əlizadə.  Psixologiya.  Ali  məktəblər  üçün 
dərslik. Bakı. "Maarif'. 1989. . 242-243. 
52 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə