CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə18/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

halı  yaranır.  Diqqət  zamanı  fəaliyyətin  gedişi  ona  nəzarət  me-
xanizmi  kimi  xidmət  edir.  Bütün  bu  cəhətlər  diqqəti  mürəkkəb 
idrak prosesi olan hafizə ilə daha da yaxınlaşdırır. 
Diqqətə  nisbətən  hafizə  daha  mürəkkəb  idrak  prosesdir.  Bu 
proseslərə  yiyələnməklə  insan  özünə  lazım  olan  faydalı 
informasiyaları  əldə  edir,  şüurda  saxlamaq,  lazım  gəldikdə  yada 
salmaq  prosesini  ifadə  edir.  Bu  xüsusiyyətlərinə  görə  hafizə 
keçmiş  təcrübəni  yadda  saxlayır,  istənilən  vaxt  yada  salınmaısnı 
təmin edir. Belə  bir əməliyyat  imkan  verir ki, qıcıqlayıcı təsirini 
kəssə belə, zəruri informasiya toplana bilinir. 
Dərslik  ədəbiyyatında  göstərildiyi  kimi,  hafizənin  dörd  əsas 
prosesi:  yaddasaxlama,  hifzetmə,  yadasalma  və  unutma  ayırd 
edilir. Bunların hamısı fəaliyyətdə təşəkkül tapır və onunla təyin 
edilir.  Hafizə  proseslərində  olan  vəhdət,  onların  bir-birinə  nüfuz 
etməsi,  birindən  digərinə  olan  dialektik  əlaqə  zəncirvari  şəkildə 
onların bağlılığını göstərir. 
Yadda  saxlanılan  materialın  avtomatik  olaraq  bərpa  edilməsi 
deyil,  onun  şüurlu  olaraq  baş  verdiyinə  görə,  buraya  mütləq 
qısamüddətli  yaddasaxlama  və  hifzetmə  prosesləri  də  qoşulur. 
Bundan  başqa  yadasalma  prosesində  daimi  olaraq  uzunmüddətli 
yaddasaxlama  da  iştirak  edir.  Materialın  yada  salınması  onun 
təkrarına, yəni öyrənmənin daha canlı olmasına xidmət edir. 
Hifzetmə  və  unutma  poseslərini  də  təhlil  etsək  eyni  qa-
nunauyğunluğu  görərik.  Şüur  bir  obyektdən  başqasına  keçərkən, 
nəzərdə  tutulan  yaddasaxlama  prosesi  mütləq  materialın 
müvəqqəti olaraq unudulmasını da əhatə edəcəkdir. 
Beləliklə,  hafizə  çox  mürəkkəb,  lakin  vahid,  fasiləsiz  bir 
prosesdir.  Şüurun  hafizəsiz  keçinən  vəziyyətini  təsəvvür  etmək 
mümkün deyildir. 
Hafizə proseslərinin səmərəliliyinə  xarici  şərait də əsaslı təsir 
göstərir.  Təkcə  onu  misal  göstərmək  kifayətdir  ki,  materialın 
yadda  saxlanmasına  insanın  ac  və  ya  tox  olması,  sağlam  və  ya 
xəstə, gümrah və ya yuxulu, dalğın və ya diqqətli olması da ciddi 
təsir  göstərir.  Xüsusən  də  insan  hafizəsinin  fəaliyyəti  onun  nə 
dərəcədə gümrah və ya yorğun olma- 
 
53


sından asılıdır. Hafizənin  fəaliyyətini səmərəli təşkil etmək üçün, 
əməklə  istirahətin  düzgün  növbələşməsi,  farmakoloji  və  fizioloji 
təsirlər daxildir. 
 
Diqqət və hafizənin fizioloji əsasları 
Tədqiqatçılar  müəyyən  etmişlər  ki,  psixi  hadisənin  əsasında 
sinir prosesləri durur. Onlar bunu qıcıqlayıcının xarakteri ilə izah 
etmişlər.  Geştalt  psixoloqlar  diqqətin  həcmini  qavrayışa  əsasən 
müəyyən  etmişlər.  Bu  psixoloqların  fikrincə,  diqqətin  necə 
cərəyan  etdiyini  aydınlaşdırmaq  üçün  qavrayışın  qanunlarını 
bilmək lazımdır. 
İkinci  qrup  psixoloqların  fikrincə,  diqqətin  istiqaməti 
bütünlüklə  tələbat  və  emosiyalarla  təyin  olunur:  ona  görə  də 
Amerikanın  biheviorist  psixoloqları,  diqqəti  psixi  proseslərin 
xüsusi kateqoriyası kimi ayırmağı lazım bilməmişlər. 
Üçüncü  qrup  psixoloqlar  "diqqətin  motor  nəzəriyyəsi"  deyi-
lən mövqedə dururlar. Onlar diqqətin mexanizmini, əzələ qüvvəsi 
siqnalları ilə bağlayırlar. 
Göründüyü  kimi  bu  nəzəriyyələrin  hər  biri  diqqətin  mexa-
nizmində  bir  cəhəti  əsas  götürür,  onun  fizioloji  mexanizmini  isə 
izah edə bilmir. 
Burada  diqqət  yetirilməli  məsələ,  sinir  hüceyrələrinin  və-
ziyyəti  ilə  əlaqədardır.  Çünki,  əgər  qıcıqlayıcının  təsiri  vasitəsilə 
sinir  hüceyrələri  fəaliyyət  halına  gəlirsə,  bu  artıq  oyanma 
deməkdir;  əksinə  əgər  sinir  hüceyrələri  müvəqqəti  olaraq  öz 
fəaliyyətini dayandırırsa, bu, ləngimədir. Bu, iki sinir prosesi, İ.P. 
Pavlovun  müəyyən  etdiyi  kimi,  üç  əsas  qanuna:  oyanma  və 
ləngimənin  yayılması,  cəmləşməsi  və  qarşılıqlı  induksiyası 
qanunua tabedir. Bu qanuna görə beynin bir sahəsində əmələ gələn 
oyanma başqa sahədə ləngiməyə səbəb olur, və ya əksinə qabığın 
digər  sahəsində  yaranan  ləngimə  başqa  sahələrdə  oyanmanın  baş 
verməsinə səbəb olur. Deməli, 
 
 
 
54


müəyyən an ərzində beyin qabığında oyanma üçün, optimal sahə 
olur.
1 
P.Pavlov  ən  çox  oyanıqlığa  malik  olan  bu  sahələri  optimal 
oyanıqlıq  sahəsi  adlandırmışdır.  Məlumdur  ki,  insana  istər  xa-
ricdən,  istərsə də daxildən təsir edən qıcıqlandırıcılar  içərisindən 
asanlıqla  oyanma  əmələ  gətirərək,  həmin  sahəyə  təsir  edənlər 
vardır.  Daha  aydın  əks  olunan  həmin  qıcıqlayıcını  Pavlov  beyin 
qabığının  yaradıcı  şö'bəsi  adlandırmışdır.  Diqqətin  fizioloji 
mexanizmi şöbənin fəaliyyəti ilə bağlıdır. 
Beyin  mexanizminin  fizioloji  fəaliyyətinin  öyrənilməsində 
A.A. Uxtomskinin tədqiqatları da çox maraqlıdır. Uxtomski beyin 
fəaliyyətində  dominant  (üstünlük  təşkil  edən)  oyanma  sahəsi 
haqqında  təlim  yaratmışdır.  Dominant  oyanma  sahəsi  optımal 
oyanma sahəsindən özünün yüksək davamlılığı ilə fərqlənir. Belə 
dominant sahəsi  yeni əmələ gələn oyanma ocaqlarını  ləngidir  və 
onların  hesabına  güclənə  bilir.  İstər  dominant,  istərsə  də  optiml 
oyanıqlıq haqqında İ.P.Pavlov və A.A.Uxtomski diqqətin ixtiyari 
növünün  mexanizmini  aydınlaşdırmağa  imkan  vermir.  Burada 
insan  öz  qarşısına  şüurlu  məqsəd  qoyduğuna  görə,  fəaliyyətdə 
daimi olaraq dəqiqləşmə əmələ gəlir. 
Diqqətin  fizioloji  mexanizmi  mürəkkəb  prosesdir.  Müasir 
dövrdə  mexanizm  sinir  sisteminin  müxtəlif  səviyyələrində  yer-
ləşmiş  süzgəc  kimi  başa  düşülür,  orqanizm  özünə  lazım  olan 
qıcıqlayıcıları  seçib  götürür,  qalanlarını  isə  uzaqlaşdırır.  Bu  sis-
tem  beyin  sütununda  və  beynin  qabıqaltı  sahələrində  yerləşən-
şaxəli  törəmənin-yəni  retikulyar  formasiyanın  fəaliyyətilə 
əlaqələndirilir. 
Diqqət  üçün  xarakterik  olan  bu  fizioloji  mexanizm,  öz 
mürəkkəblik  səviyyəsinə  görə,  hafizə  proseslərinə  də  aid  edilə 
bilər.  Belə  ki,  müasir  dövrdə  hafizənin  psixoloji,  fizioloji  bio-
kimyəvi nəzəriyyələri mövcuddur. 
1
 Elm tarixində hafizənin 
 
1
  Ə.S.Bayramov,  Ə.Ə.Əlizadə.  Psixologiya.  Ali  məktəblər  üçün 
dərslik. Bakı, "Maarif'. 1989.. 244-248. 
1
  Ə.S.Bavramov.  Ə.Ə.ƏIizadə.  Psixologiya.  Aliməktəblər 
üçiin dərslik Bakı. "Maarif', 1989.. 246. 
             
          55 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə