diqqətli olmağa məcbur edir. Nəhayət, şagird məsələnin düzgün
həlli yolunu tapır və məsələ onun üçün maraqlı olmağa başlyaır.
Onun diqqəti daha yayınmır, lazımi obyekt üzərində saxlamağa
xüsusi cəhd tələb etmir.
Ümumiyyətlə, məktəb təcrübəsində qeyri-ixtiyari diqqətə
istinad edərək, ixtiyari diqqəti tərbiyə etmək zəruridir, lakin
diqqətin saxlanması hədsiz gərginliklə bağlı olmaqla yorucudur,
ona görə də təlim prosesində ixtiyaridən sonrakı diqqət də xüsusi
əhəmiyyətə malikdir.
Hafizənin növləri ilk növbədə, "Nəyi yadda saxlayırıq?",
"Necə yadda saxlayırıq?" və "Nə qədər müddətə yadda sax-
layırıq?" kimi sualları ilə əlaqədardır. Hafizə də diqqət kimi in-
sanın bütün çoxcəhətli fəaliyyətində iştirak etdiyinə görə onun
təhazür formaları olduqca müxtəlfdir. Odur ki, hafizənin növlə-
rini professorlar Ə.S.Bayramov və Ə.Ə.ƏIizadə bir neçə isti-
qamətdə, ayrı-ayrı meyarlara görə aşağıdakı kimi təsnif edirlər:
1.
Fəaliyət prosesində üstünlük təşkil edən psixi fəallığın
xarakterinə görə - surət hafizəsi, hərəkət hafizəsi, emosional
hafizə, sözlü- məntiqi hafizə.
2.
Fəaliyyətin məqsədindən asılı olaraq - qeyri-ixtiyari və
ixtiyari hafizə növləri;
3.
Materialın möhkəmlənməsi və saxlanması müddətinə görə -
qısamüddətli, üzunmuddətli və operativ hafizə növləri.
Surət hafizəsi gerçəkliyin cisim və hadisələrinin keçmişdə
qavramış olduğumuz surətlərinin yadda saxlanılması, hifz
edilməsi və yada salınmasından ibarətdir. Surət hafizəsinin
məzmunu görmə, eşitmə, lamisə və s. təsəvvürləri təşkil edir.
Təsəvvür surətləri surət hafizəsinin daha mürəkkəb növünü
təşkil edir. Bunlar keçmiş qavrayış materialları əsasında əmələ
gəlir. Surət hafizəsində təzahür edən surətlərin əyaniliyi,
konkretliyi və dəqiqliyi ayrı-ayrı adamlarda müxtəlif ola bilər.
Məsələn, Levitan özününn yay mənzərələrini əsas etibarilə qışda
çəkərdi.
Hərəkət hafizəsi müxtəlif hərəkətlərin və onların sisteminin
yadda saxlanması, hifz olunması və yada salınmasıdır. İd-
59
mançılarda, balet ustalarında hərəkət hafizəsi peşə fəaliyyətini
müvəffəqiyyətlə icra etmək üçün xüsusilə vacibdir. Hərəkət
hafizəsi hərəkətlərin keyfiyyət və məzmununa müsbət təsir
göstərir. Ayrı-ayrı şəxslərdə müxtəlif intensivlikdə olsa da, hə-
rəkət hafizəsi, demək olar ki, bütün adamlarda vardır.
Emosional hafizə keçirdiyimiz hisslərin yadda saxlanması və
yada salınmasıdır. İnsanın keçirmiş olduğu hisslər izsiz ötüb
getmir, onun hafizəsində həkk olunuraq sonradan yada salınır.
Emosional hafizə imkan verir ki keçirdiyi hisslərin məzmun və
xarakterindən asılı olaraq insan öz rəftar və davranışını tənzim
etsin.
Sözlü-məntiqi hafizə fikirlərin, anlayışların yadda saxlan-
ması, hifz edilməsi və yada salınmasından ibarətdir. Sözlüj
məntiqi hafizə ancaq insanlara məxsusdur. Burada fikirlər dil
materiallarında maddiləşir. Odur ki, hafizə sadəcə olaraq məntiqi
deyil, sözlü-məntiqi hafizə adlanır.
Hafizənin qeyri-ixtiyari və ixtiyari növləri yaddasaxlama
yadasalmanın məqsəd və üsullarından, onun iradi surətdə tənzim
edilməsindən asılı olaraq fərqləndirilir.
Əgər material heç bir iradi cəhd göstərilmədən yadda qalırsa,
bu qeyri- ixtiyari hafizə adlanır.
Əksinə, əgər materialın yadda saxlanması üçün iradi səy
göstərilirsə, belə hafizə ixtiyari hafizə adlanır. Deməli, ixtiyari
hafizədə insan şüurlu fəaliyyət göstərir.
Hafizə bir idrak prosesi kimi cisim və hadisənin, təhlil edi-
lərək, beyində möhkəmləndirilməsini təmin edir. Bəzən xarici
təsirlər ani olaraq cərəyan edir və sonra yox olub gedir. Bəzən isə
material vaxt tələb edir ki, bu da izlərin möhkəmlənmə müddəti
adlanır. Bu nöqteyi-nəzərdən yanaşıldıqda hafizənin qısa
müddətli və uzun müddətli növləri ayırd edilir.
Qısa müddətli hafizə çox az müddətə davam edən bir
prosesdir. Az müddətdən sonra bu təəssürat itib gedir, adam heç
nə xatırlaya bilmir. Mətni çap edən makinaçının hafizəsi buna
misal ola bilər. Deməli, qısamüddətli hafizə, çox qısa müddət
davam edən qavrayışdan sonra ani hifzetmə və dərhal yadasalma
ilə xarakterizə olunur.
60
Qısamüddətli hafizənin sinonimi kimi, operativ hafizə
termini də işlədilir.
1
Operativ hafizə dedikdə müəyyən fəaliyyətin
yerinə yetirilməsi üçün zəruri olan məlumatın müəyyən müd-dət
yadda saxlanılması nəzərdə tutulur. Məsələn, hər hansı məsələni
həll edərkən, aralıq əməliyyatları yadda saxlamaq lazım gəlir.
Məsələ həllindən sonra onlar unudula və ya uzun-muddətli
hafizəyə keçirilə bilər. Operativ hafizədə qısamüddətli və
uzunmüddətli hafizədən alınan materialların "işçi qatışığı" yaranır.
Həmin işçi material fəaliyyət göstərdiyi müddət ərzində hələ
operativ hafizənin ixtiyarında olur. Uzun müddətli hafizə dedikdə
qavranılan materialın uzun müddət və möhkəm yadda saxlanması
nəzərdə tutulur. Uzun müddətli hafizədə biliklər ümumiləşmiş
halda insana uzun müddət üçün lazım olur. Burada biliklərlə
bərabər, bacarıq və vərdişlərin, müxtəlif məlumatların da on illərlə
hafizədə saxlanması baş verir.
Hafızə prosesləri, mnemotexniki üsullar
Cisim və hadisələrin yadda saxlanması, hifz olunması, yada
salınması və tanınması hafizə prosesləri adlanır. Hafizənin
fəaliyyətinin təşkili bu proseslərlə bağlıdır. Xüsusi mnemotexniki
(mnemonikon-yunan sözü olub yadda saxlamaq məharəti
deməkdir) üsullardan əlavə yaddasaxlamanı asanlaşdırmaq
məqsədilə, müxtəlif qaydalar vardır ki, bu da həmin prosesin
səmərəli təşkilinə yönəlmişdir. Başqa sözlə desək, insanın
mnemik fəaliyyəti, hər hansı materialın, xüsusi niyyət və
məqsədlə yadda saxlanması və öyrənilməsinə yönəlmişdir. Yəni
insan hər hansı materialı xüsusi olaraq yadda saxlamaq məqsədi
qarşıya qoyur. Hafizədə möhkəmlənmiş həmin materialın lazım
olduğu vaxt yada salınmasına yönələn fəaliyyəti mnemik fəaliyyət
adlanır. Çox qüvvətli emosional təsirin vasitəsilə cisim və
hadisələr beyində nəqşlənir və hafizədə qalır.
1
Ə.S.Bayramov. Ə.ƏƏlizadə. Psixologiya. Ali məktəblər üçün
dərslik. Bakı, "Maarıf'. 1989. 265.
61
Dostları ilə paylaş: |