CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə21/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

 
İnsanın  taleyində  mühüm  əhəmiyyətə  malik  olan  kədər  və  ya 
sevinc uzun müddət beyində nəqşlənir, yaddan çıxmır. 
Qeyri-ixtiyari  yaddasaxlama  zamanı,  hər  hansı  materialın 
yadda  saxlanılması  üçün  iradi  səy  göstərilmir,  qarşıya  məqsəd 
qoyulmur.  Lakin  unutmaq  olmaz  ki,  qeyri-ixtiyari  yaddasaxlama 
cisimlər, hadisələr, görülən iş, insan fəaliyyətinin xarakterinə təsir 
edir.  Qeyri-ixtiyari  yaddasaxlama  zamanı  dərin  bilik  əldə  etmək 
mümkün olmur, hətta varlıq da təhrif edilmış şəkildə əks olunur. 
İnsanın  məqsədəuyğun  fəaliyyəti  ilə  əlaqədar  olan,  əmək  və 
ünsiyyət  nəticəsində  əmələ  gələn,  yaddasaxlamanın  insana  xas 
olan ən başlıca forması ixtiyari yaddasaxlamadır. 
İxtiyari  yaddasaxlama  zamanı  insan  qarşısına  xüsusi  məqsəd 
qoyur,  materialı  yaddasaxlamaq üçün  iradi səy göstərir,  müəyyən 
üsul və qaydalardan istifadə edir. İxtiyari yaddasaxlama müəyyən 
istiqamətə  yönəldilən,  şüurlu  surətdə  tənzim  edilən  prosesdir. 
Psixologiyada  ixtiyari  yaddasaxlamanın  xüsusi  növü  kimi 
öyrənmə  ayırd  edilir.  Öyrənmə  müəyyən  üsulların  köməyi  ilə 
təşkil edilən yaddasaxlamadır. Öyrənmə üçün, məqsədin xarakteri, 
materialın anlaşılma dərəcəsi, təkrarların təşkili və s. kimi amillər 
təsir göstərir. 
Deməli,  yaddasaxlamanın  səmərəliliyi  iki  əsas  amildən-
öyrənilən  materialın  xarakterindən  və  şəxsiyyətin  mnemik 
priyomlardan düzgün istifadə edilməsindən asılıdır. 
Hifzetmə unutma ilə dialektik əlaqədədir. Unutmanın mənfi və 
müsbət  cəhətləri  vardır.  Məsələn,  müəyyən  informasiya  indiki 
halda lazımdır. Amma o unudulub. Halbuki unutmanın faydası da 
çoxdur.  Çünki  gərəksiz  informasiyalar  vardır  ki,  onların 
unudulması  vacibdir.  Ümumiyyətlə,  hifzetmə  əslində  unutma  ilə 
mübarizə sayəsində mümkün olur. 
Alman  alimi  Ebbinhauzun  unutma  prosesinin  necə  getməsi 
haqqında  bir  təcrübəsini  xatırlayaq.  O  müəyyən  etmişdir  ki, 
mexaniki  yaddasaxlamada  materialın  öyrənilməsindən  yarım  saat 
sonra  40%,  bir  gündən  sonra  66%,  3  gündən  sonra  75%,  30 
gündən  sonra  79  %  unudulur.  Əlbəttə,  mə'nalı  yaddasaxlamada 
unutma faizi xeyli azalır. 
62 
 


 
Unutmanın  qarşısını  almaq  üçün  bəzi  xüsusiyyətləri  bilmək 
zəruridir.  Adətən,  qavranılmış  materialın  insanın  tələbat  və 
maraqlarını ödəməyən hissəsi tez unudulur. Material kifayət qədər 
möhkəm  öyrənilmədikdə,  həmçinin  dərindən  dərk  edilmədikdə 
mexaniki surətdə öyrənildikdə tez unudulur. 
Unutmanın  qarşısını  almaq  üçün  öyrənilmiş  materialı 
unutduqdan sonra deyil, unutma başlamazdan əvvəl təkrar etmək 
lazımdır. 
Unutma  ya  tanıya,  ya  yada  sala  bilmədikdə,  ya  səhv  tanı-
dıqda,  eləcə  də  səhv  yada  salmaqda  özünü  büruzə  verir. 
Göründüyü  kimi,  yadasalma  və  tanıma  mühüm  hafizə  proses-
ləridir.  Yadasalma  nəticəsində  keçmiş  təcrübənin,  hisslərin  və 
fikirlərin bərpa edilməsinə nail oluruq. 
Yadasalmanın üç səviyyəsi vardır: tanıma, xüsusi yadasalma 
və xatırlama. 
Tanıma  yadasalma  prosesinin  başlanğıcını  təşkil  edir.  Hər 
hansı cisim və hadisəni qavradıqda, beynimizdə bir sıra rabitələr 
əmələ  gəlir,  cisim  və  hadisənin  təsiri  kəsildikdə  bu  rabitələr 
dərhal yox olmur, az və ya çox müddət davam edir. Həmin cisim 
və  hadisə  yenidən  təsir  etdikdə  o  bizə  tanış  gəlir,  deməli,  onu 
tanıyırıq.  Yadasalmanın  müvəffəqiyyətli  olmasına  əmin  olmaq 
üçün  materialı  əvvəlcə  tam  və  düzgün  anlamaq,  öyrənilən 
materialı  suallar  qoyub  ona  ətraflı  cavab  verməyə  çalışmaq 
lazımdır.  Əgər  həmin  material  xüsusi  çətinlik  çəkilmədən  və 
qavrayışa istina etmədən canlandırılırsa, bu xüsusi yadasalmadır. 
Bunun  əsas  əlaməti  odur  ki,  material  yada  salınarkən  iradi  səy 
göstərilmir. Material sanki özü hafizədə canlanır. 
Yadasalmanın  xüsusi  bir  forması  xatirədir.  Bu,  keçmişimizin 
zaman  və  məkanca  məhdudlaşan  surətlərinin  yada  salınmasıdır. 
Xatirənin mərkəzində şəxsin özü, onun başına gələn və ya şahidi 
olduğu  hadisələr  durur.  Xatirə  zamanı  keçmişdə  olanları  təkcə 
yada  salmırıq,  onları  nə  vaxt,  hansı  şəraitdə  qavradığımızı  yada 
salır,  onların  zaman  ardıcıllığını  dərk  edirik.  Xatirələr  insanın 
şəxsi həyatı ilə bağlı olduğu üçün bir sıra emosiyalarla müşayiət 
olunur. 
63 
 


Göründüyü kimi,  insan hafızənin səmərəli  fəaliyyəti  bir sıra 
amillərdən  asılıdır.  Buraya  həm  hafizə  obyektinin  məzmun  və 
xarakteri,  həm  də  hafizə  subyektinin  sağlamlıq  dərəcəsi,  yaş 
xüsusiyyətləri və s. də təsir göstərir. Yalnız bir cəhəti qeyd etmək 
lazımdır ki, müasir dövrdə informasiyalar sürətlə artsa da, insan 
beyninin  imkanları  həddən  ziyadə  genişdir.  Bəzi  hesablamalara 
görə insanın idrak fəaliyyətində (onun yalnız beyin yarımkürələri 
qabığında  14-16  milyard  sinir  hüceyrəsi  var)  bütün  sinir 
yarımhüceyrələrinin  yalnız  4%  iştirak  edir,  qalan  96%  sanki 
ehtiyatdadır.
1 
Səmərəli fəaliyyət üçün insan hafizəsində əlverişli daxili və 
xarici  şəratin  olması  zəruridir.  Onu  da  göstərmək  lazımdır  ki, 
materialın  yadda  saxlanması  üçün  insanın  ac  və  ya  tox  olması, 
sağlam və ya xəstə, dalğın və ya diqqətli olması da ciddi surətdə 
tə'sir  göstərir.  Xüsusən  də  insan  hafizəsinin  fəaliyyəti  onun  nə 
dərəcədə gümrah  və  ya  yorğun olmasından asılıdır. Yorğunluğu 
aradan  qaldırmaq,  hafizənin  fəaliyyətini  səmərəli  təşkil  etmək 
üçün yol və vasitələr çoxdur. Buraya əmək rejiminə ciddi riayət 
edilməsi,  əməklə  istirahətin  düzgün  növbələşməsi,  farmokaloji, 
fızioloji və s. təsirlər daxildir. 
 
Təfəkkürün əsas formaları 
 
Təfəkkür cisim və hadisələrin mahiyyətinin, onlar arasındakı 
əlaqə  və  asılılığın  insan  şüurunda  ümumiləşmiş  və  vasitəli 
inikasından ibarət olan idrak prosesdir.
1 
Təfəkkürün  mənbəyini  duyğular  və  qavrayış  təşkil  edir. 
Bəzən  belə  güman  edirlər  ki,  duyğu  prosesi  baş  verib  qurtar-
dıqdan  sonra  təfəkkür  fəaliyyətə  başlayır.  Bu  doğru  deyildir, 
çünki  hissi  idrak  prosesinin  özündə  də  fikri  əməliyyat-təhlil, 
tərkib,  müqayisə  və s.  iştirak edir. Deməli, duyğu və qavrayışın 
verdiyi materiallar olmasa, təfəkkür fəaliyyəti də mümkün 
 
1
 Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. Ali məktəblər üçün 
dərslik Bakı. "Maarif', 1989, 278-279. 
1
 Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. Ali  məktəblər üçün 
dərslik. Bakı. "Maarif', 1989, 284-286. 
64 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə