CəFƏR İbrahimov


Təfəkkür prosesləri və ya fikri əməliyyatlar



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə23/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

Təfəkkür prosesləri və ya fikri əməliyyatlar.  
Təfəkkürün növləri 
İnsan  özünün  mürəkkəb  və  hamar  olmayan  həyatında  bir 
sıra məsələləri həll etməli olur, yəni fikri əməliyyatlar icra edir. 
Bu  halda  təfəkkür  bir  proses  kimi  insanın  idrak  fəaliyyətində 
iştirak  edir.  Bu  cəhət  fiziki  fəaliyyət  adlanır.  Bu  cür  fəaliyyət 
prosesi fikri əməliyyatlar və ya təfəkkür prosesləri adlanır. Bu 
proseslərə  təhlil  və  tərkib;  müqayisə,  ümumiləşdirmə
konkretləşdirmə və təsnifat daxildir. 
1 
Təhlil cismi,  hadisəni  fıkrən hissələrə ayırmağa, yəni tamın 
ayrı-ayrı  əlamətlərinin,  cəhətlərinin  müəyyənləşdirilməsinə 
deyilir  Tərkib  həmin  hissələri  fikrən  birləşdirməkdən  ibarətdir. 
Təhlil  və  tərkib  vəhdət  təşkil  edir.  İnsan  ikinci  siqnal  sistemi 
səviyyəsində,  mücərrəd,  təfəkkürə  yiyələndikcə,  cisim  və 
hadisələrin  fikrən  təhlilinə  keçir,  tərkibini  müəyyən  edrilər. 
Məsələn,  müəllim  meyvə  ağacını  öyrədərkən,  onun  kökü,  yar-
paqları,  gövdəsi,  meyvəsi  ayrılıqda  öyrənilir,  təhlil  edir,  həm-
çinin  tərkib  hissələri,  oksigen,  hidrogen  və  s.  qarşılıqlı  şəkildə 
izah edilir. 
Beləliklə, təhlil və tərkib fikri faəliyyət prosesində qarşılıqlı 
vəhdətdə cərəyan edir, varlığın ümumiləşmiş inikasını yaradır. 
Cisim  və  hadisələr  arasında  oxşar  və  fərqli  cəhətləri  fikrən 
müəyənləşdirməkdən  ibarət  olan  əməliyyata-müqayisə  deyilir. 
Müqayisənin  böyük  idrak  əhəmiyyəti  vardır.  Təsadüfi  deyildir 
ki,  K.D.Uşinski  müqayisəyə  ciddi  əhəmiyyət  verirdi.  0, 
göstərirdi  ki,  əgər  siz  xarici  təbiət  hadisələrindən  hər  hansı 
birinin  aydın  başa  düşülməsini  istəyirsinizsə,  onu  ən  oxşar  ci-
simlərdən  fərqləndirin,  bu  zaman  siz  cismin  bütün  əlamətlərini 
aydınlaşdıra bilərsiniz. Bu isə cismi anlamaq deməkdir. 
Müqayisə  nəticəsində  birinci-cisim  və  hadisələr  tutuşduru-
lur, onların arasındakı oxşar-ikinci halda isə fərqli cəhətlər ta- 
 
 
1
 Ə S.Bavramov, Ə.Ə.Əlizadə. Psixologiya. Ali məktəblər üçiin 
dərslik. Bukı. "Maarif', 1989. 294. 
68 


 
pılır. Bir ölkəni başqa bir ölkə ilə, bir şagirdi başqa bir şagirdlə, 
bir çayı başqa bir çay ilə müqayisə etmək olar. 
Müqayisə  edilən  cisim  və  hadisələr  bir-biri  ilə  sıx  surətdə 
bağlı olmalıdır. Belə olmasa müqayisə düzgün nəticə verməz. 
İkinci,  hərəki  cisimdə  müqayisə  üçün  götürülən  əlamətlər 
eyni olmalıdır. 
Üçüncü,  müqayisə  üçün  cisim  və  hadisənin  mühüm  əla-
mətləri götürülməlidir. İkinci dərəcəli  əlamətlərə  görə cisimləri 
müqayisə etmək olmaz. 
Təlim  prosesində  müqayisə  böyük  əhəmiyyət  kəsb  edir. 
idrakın  dərinliyinə  kömək  göstərməklə  yanaşı,  öyrənilən  mate-
rialın möhkəm yadda qalmasını da təmin edir. 
Ümumiləşdirmə-cismin  və  hadisələrin  mühüm  əlamət  və 
xassələrinə görə birləşdirməkdən ibarət olan fikri əməliyyatdır. 
Bu proses üç istiqamətdə gedir. Birinci, cisimlərin ümumi və 
mühüm  əlamətləri  ümumiləşdirilir,  əşya  məfhumları  alınır. 
Məsələn,  meşə,  meyvə,  metal  və  s.  ikinci  ayrı-ayrı  cisim  və 
fıadisələr  arasındakı  mühüm  münasibətlər  ümumiləşdirilir, 
münasibət məfhumları alınır. Məsələn, sağ, sol, hündür, alçaq və 
s.  üçüncüsü  təlim  ümumiləşdirilməlidir.  Məsələn,  plan  tutmaq, 
tezis yazmaq, nəticə və başlıqlar müəyyənləşdirmək və s. 
Ümumiləşdirmə  - müəyyən ümumi  müddəaya əsasən xüsusi 
halları  fikrən  müəyyənləşdirməkdən  ibarətdir.  Məsələn,  şagird 
riyaziyyata  aid  qanunlan,  qaydaları  mənimsəmək  nəticəsində, 
həmin qaydaları konkret məsələnin həllinə tətbiq edir. 
Cisim  və  hadisələrin  ümumi  və  oxşar  cəhətləri  müəyyən 
edilərkən,  hər  hansı  əlamətə  görə,  onları  qruplara,  dəstələrə, 
növlərə  ayırırlar.  Belə  fikri  əməliyyat  sistemləşdirmə  və  ya 
təsnifat adlanır. Məsələn,  iynəyarpaqlı, enliyarpaqlı,  məməlilər, 
quşlar,  sürünənlər  və  s.  Təsnifat  təbiətşünaslıqda  geniş 
yayılmışdır. Həmin  fikri əməliyyat  insanların  idrak  imkanlarını 
genişləndirir, rəngarəng, çoxcəhətli , müxtəlif əlamətli cisim və 
hadisələri ümumiləşmiş halda dərk etməni nisbətən asanlaşdırır. 
 
 
69 


Psixologiyada  elmi,  təfəkkürü  bir  idrak  prosesi  kimi  öyrə-
nərkən onu növlərə ayırır. Onlarla ayrı-ayrılıqda tanış olaq. 
Əyani-əməli  təfəkkür  əşyalar  üzərində  praktik  fəaliyyətlə 
bağlı  təfəkkür  növüdür.  Təfəkkürün  bu  növü  4  yaşına  qədər 
uşaqlarda  üstün  mövqe  tutur.  Əyani-əməli  təfəkkür  daha  çox 
hərəkətlərin  köməyi  ilə  həyata  keçirilir.  Məsələn,  uşaqdan  so-
ruşanda ki "bu evciyi necə qurmusan?" O cavab verir ki, "Bax 
belə".  Evcyi  uçurub,  yenidən  tikir.  Bu  zaman  uşaq  öz  fikrini 
hərəkətlərin köməyi ilə ifadə edir. 
Əyani-obrazlı təfəkkür, obrazlı materiala istinad edir. Yəni 
bu halda cisim və hadisələr təhlil edilir, müqayisədən keçirilir. 
Ontogenetik  inkişafda  əyani-obrazlı  təfəkkür  daha  çox 
məktəbəqədər  yaşlı  uşaqlarda  özünü  göstərir,  bu  yaş  mərhə-
ləsində  hələ  məfhumi  və  ya  mücərrəd  təfəkkür  kifayət  qədər 
aydın nəzərə çarpmır. 
Mücərrəd təfəkkür zamanı fikri fəaliyyət əsasən ümumi və 
mücərrəd  məfhumlara  istinad  edir.  Ədalət,  xoşbəxtlik,  kəmiy-
yət, keyfiyyət və s. mücərrəd təfəkkürə misal ola bilər. 
Əməli  təfəkkür  zamanı  şagirdlər  müxtəlif  fənlərdə  öyrən-
dikləri nəzəri bilikləri təcrübəyə tətbiq edir, müxtəlif bacarıq və 
vərdişlərə yiyələnirlər. 
Əgər təfəkkür texniki məsələlərin həllinə yönəlirsə bu  tex-
niki təfəkkür adlanır. 
Aləmi  obrazlı  surətdə  əks  etdirməklə  əlaqədar  olan  təfək-
kürə bədii təfəkkür deyilir. 
Obyektiv  gerçəkliyin  qanunauyğun  əlaqələrinin  düzgün 
inikas etdirməklə bağlı hallarda məntiqi təfəkkür nəzərdə tutu-
lur. 
Təbiət  və  digər  ictimai  həyat  hadisələrinin  daim  inkişaf 
edərək  dəyişmə  prosesində  əks  etdirilən  təfəkkürə  dialektik 
təfəkkür deyilir. 
İnsan  təfəkkürünün  qeyd  edilən  bütün  növləri  bir-  biri  ilə 
sıx surətdə bağlıdır və qarşılıqlı surətdə bir- birini keçir. 
 
70 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə