CəFƏR İbrahimov


Təxəyyül, onun əsas növləri və fizioloji əsasları



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə24/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

Təxəyyül, onun əsas növləri və fizioloji əsasları 
Keçmiş  qavrayış  materiallarının  yenidən  işlənməsi  əsasın-
da  yeni  surətlərin  yaradılmasından  ibarət  olan  psixi  prosesə 
təxəyyül deyilir. Təxəyyül surətləri necə formalaşır? İnsan on-
ları özündən yaradır, yoxsa həyatdan götürür? 
Biz  əvvəlki  hissələrdə  öyrənmişdik  ki,  materiya  birinci, 
psixika (o cümlədən təxəyyül) ikincidir. Bu o deməkdir ki, tə-
xəyyül də bütün psixi hadisələr kimi xarici aləmin inikasıdır. 
Bununla  birlikdə  təxəyyülün  özünə  aid  xüsusiyətəlri  də 
vardır. Qavrayış, hafizə kimi psixi cisim və hadisələrdə gerçək 
mövcud olan xüsusiyyət, münasibət və qanunauyğunluqları əks 
etdirir. Təxəyyül prosesində isə insan xarici aləmdə bilavasitə 
olmayan yeni surətlər yaradır. Lakin insan təxəyyül prosesində 
nə  qədər  yeni  surətlər  yaratsa  da,  heç  bir  şeyi  özündən 
uydurmur,  yeni  surətin  ayrı-ayrı  əlamət  və  ünsürlərini  ancaq 
həyatdan götürür. 
İnsan  bir  çox  hallarda  müxtəlif  təxəyyül  surətləri  yaradır, 
lakin  onları  həyata  keçirimr  və  yaxud  elə  şeylər  fikirləşir  ki, 
onları həyata keçirmək əslində mümkün olmur. Belə təxəyyül 
passiv  təxəyyül  adlanır.  Passiv  təxəyyül  həm  niyyətli,  həm 
niyyətsiz xarakter daşıya bilər. 
Niyyətli  passiv  təxəyyülə  misal  olaraq  xülyanı  göstərmək 
olar.  Xülya  zamanı  insan  əsrarəngiz  surətlər  yaradır,  onları 
gözünün  qarşısında  canlandırıb  xoşhallanır,  sadəcə  olaraq  bu 
prosesin özündən həzz alır;lakin onları həyata keçirmir. Passiv 
Təxəyyül surətləri hər hansı bir təəssüraiın, söz və hissin tə'siri 
ilə  niyyətsiz  surətdə  də  əmələ  gələ  bilir.  Əgər  insanın  həyat 
fəaliyyətində xülya surətləri üstünlük təşkil edirsə, bu, onun bir 
şəxsiyyət kimi inkişafında ciddi nöqsanlar olduğunu göstərir. 
Xülyanı  xəyalla  eyniləşdirmək  olmaz.  Xəyal  arzu  edilən 
gələcəyin  surətlərini  yaratmaqdan  ibarət  olan  təxəyyül  pro-
sesidir.  İnsanın  həyatında  xəyal  mühüm  rol  oynayır.  Əgər 
xəyal  edən  şəxs  öz  xəyalına  ciddi  inanırsa,  həyata  diqqətlə 
nəzər yetirib öz müşahidələrini öz xəyali planları ilə müqayisə 
   
      71 
 


edirsə  və  ümumiyyətlə,  öz  xəyalını  həyata  keçirmək  üzərində 
vicdanla çalışırsa, onda xəyalla gerçəklik arasında ziddiyyətin heç 
bir  zərəri  olmur.  Xəyal  ilə  həyat  arasında  bir  təmas  olduqda  hər 
şey yerində olur. 
Aktiv  təxəyyül  müxtəlif  formalarda  özünü  göstərir.  Bərpae-
dici və yaradıcı təxəyyül onun əsas növləri hesab olunur. 
Obyektin  təsvir,  çertyoj,  sxem,  not  və  s.  əsasında  yaradılan 
surətinə bərpaedici təxəyyül deyilir. 
Bərpaedici  təxəyyül  surətlərini  xarakterizə  edərkən  iki  cəhəti 
xüsüsilə fərqləndirmək lazımdır. Onlar ilk baxışda müəyyən təsvir 
əsasında yarandıqları üçün hafizə təsəvvürlərini xatırladırlar, lakin 
mahiyyət  etibarilə  hafizə  təsəvvürlərindən  fərqlənirlər,  həm  də 
bərpaedici  təxəyyül  surətləri  qavranılan  təsvirin  sonra  sadəcə 
olaraq  yada  salınması  deyildir.  İnsan  qavradığı  təsviri, 
təsvirolunan  əhvalatları  özünün  həyat  təcrübəsinə  və  biliyinə 
uyğun olaraq gözlərinin qarşısında canlandırır. 
Yaradıcı  təxəyyül  fəaliyyətin  orijinal  və  dəyərli  məhsul-
larında  reallaşdırılan  yeni  surətlərin  müstəqil  yaradılmasını  nə-
zərədə  tutur.  Bərpaedici  təəxyyül  surətləri  müstəqil  yaradılmır. 
Biz bu zaman surəti kiminsə yaratdığı təsvir, sxem, çertyoj, xəritə, 
not və s. əsasında yaradırıq. Yaradıcı təəxyyül surəti isə müstəqil 
yaradılan 
surətdir. 
Məsələn, 
"Poçt 
qutusu" 
C.Məmmədquluzadənin yaradıcı təxəyyülünün məhsuludur. Bizim 
bu  hekayə  əsasında  yaratdığımız  surətlər  isə  bərpaedici  təxəyyül 
surəti olacaqdır. 
Yaradıcı  təxəyyül,  bərpaedici  təəxyyüldən  fərqli  olaraq,  in-
sanı sözün əsil mənasında yaradıcı şəxsiyyət kimi xarakterizə edir. 
Bütün  digər  psixi  proseslər  kimi,  təxəyyül  də  böyük  yarım-
kürələr qabığının funksiyasıdır.
1 
Müvəqqəti  sinir  rabitələrinin  əmələ  gəlməsi  və  onların  so-
nrakı  aktuallaşması  canlanması)  hafizənin  fizioloji  əsasını  təşkil 
edir. Əgər hafizə proseslərində əmələ gəlmiş rabitələr 
 
 
1
  Ümumipsixologiva.  Prof.  A.  V.Petrovskinin  red.  ilə.  Bakı. 
"Maarfı". 1982, s. 366. 
72 


sonralar  canlanırsa,  təəxyül  prosesində  insanda  həyatı  boyu 
yaranmış  rabitələr  sistemi  bir  növ  parçalanır  və  yeni  sistemdə 
birləşir. 
Təxəyyül, deyildiyi kimi, böyük yarımkürələr qabığının fun-
ksiyasıdır. Bununla belə, təxəyyülün strukturunun mürəkkəbliyi 
və  onun  emosiylarla  əlaqəsi  güman  etməyə  əsas  verir  ki, 
təxəyyülün  fizioloji  mexanizmləri  nəinki  beyin qabığında,  həm 
də  beynin  nisbətən  aşağı  şöbələrində  yerləşir.  Son  illərin 
tədqiqatları  bu  fərziyyəni  təsdiq  edir.  Fantaziya  surətlərinin 
formalaşmasında  və  onların  fəaliyyət  proseslərinə  daxil  olma-
sında beynin böyük beyin yarımkürələri ilə birlikdə iştirak edən 
belə  aşağı  şöbələri  hipotalamik-limbik  sistemdən  (qədim  qabıq 
və  qabıqaltı  sahələrlə  olan  əlaqələri  ilə  brilikdə  baş  beyin 
yarımkürələrinə  giriş  yolunun  qarşısında  beyin  kötüyünün  ön 
hissəsi  ətrafnda  limb  və  ya  sərhəd  təşkil  edən  hipotalamus) 
ibarətdir. 
Eksperimental  surətdə  aydınlaşdırılmışdır  ki,  insanda  hipo-
talamik-limbik  sistem  zədələndikdə,  psixikada  xarakterik 
pozğunluqlar baş verə bilər. 
 
Təxəyyül və yaradıcı fəaliyyət 
Yaradıcılıq psixologiya elmini  iki cəhətdən  xüsusilə  maraq-
landırır.
1
  Bir  tərəfdən  yeni  surətlərin  yaradılması  prosesual  xa-
rakter  daşıyır.  Elə  buna  görə  də  təxəyyülün  mahiyyətini  başa 
düşmək  üçün  onun  bir  proses  kimi  qanunauyğunluqlarını  ay-
dınlaşdırmaq  lazımdır.  Digər  tərəfdən,  təxəyyül  yaradıcılıq 
prosesində bir qabiliyyət kimi  formalaşır,  yəni  şəxsiyyətin əsas 
fərdi-psixoloji xassələrindən biri kimi meydana çıxır. 
Hər  bir  təxəyyül  surətində  şəxsiyyətin  motivləri,  münasi-
bətləri və s. özünün aydın əksini tapır. Bu o deməkdir ki, başqa 
psixi proseslər kimi təxəyyülün də mahiyyətini aydınlaş- 
 
 
 
1
 Ə.S.Bavramov. Ə.Ə.Əlizadə. Psixologiva. Ali məktəblər üçün 
dərslik. Bakı. "Maarif'. 1989. səh. 324-328. 
73 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə