CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.

səhifə26/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
1   ...   23   24   25   26   27   28   29   30   31

Beləliklə,  temperament  dedikdə  insanın  psixi  fəaliyyətinin 
dinamikasını  müəyyən  edən  psixikanın  fərdi-özünəməxsus 
xassələri nəzərdə tutulur. Bu xassələr bərabər səviyyədə, müxtəlif 
fəaliyyət  növlərində,  onların  məzmunundan,  məqsədindən  və 
motivlərindən  asılı  olmayaraq  təzahür  edir  və  yetkin  yaşlarda  da 
sabit  qalır.  Onların  qarşılıqlı  birləşməsi  temperamentin  tipini 
səciyyələndirir.
1 
"Temperament"  sözünün  latın  dilindən  hərfi  tərcüməsi 
"hisslərin  lazımi  qarşılıqlı  nisbəti"  deməkdir.  Qədim  yunan  hə-
kimi  Hippokrat (b.e.ə.  V-IV  əsrlər)  temperament  haqqında  təlimi 
elmə  gətirmişdir.  O,  temperament  dedikdə,  həm  insanın  fərdi 
anatomik-fizioloji,  həm  də  psixoloji  xüsusiyyətlərini  nəzərdə 
tutmuşdur. 
Hippokratın  fikrincə,  temperament  bədəndə  olan  dörd 
mayenin nisbətinin pozulması ilə müəyyən olunur. Həmin mayelər 
qan  (latınca  "sanqvis")  limfa  (yunanca  "fleqma"),  öd  (yunanca 
xole)  və  ya  qara  öd  (yunanca  "melana  xole")  adla-nırdı. 
Temperamentin  dörd  tipinin  sanqvinik,  xolerik,  fleqmatik  və 
melanxolik-adı  da  elə  buradan  götürülmüşdür.  Bu  adlar  müasir 
psixologiyada indi də işlənir. 
Temperamentin  psixoloji  xarakteristikasfı  getdikcə  geniş-
lənmişdir.  Roma  həkimi  Qalen  (II  əsr)  temperament  tiplərini 
fizioloji,  psixoloji,  hətta  əxlaqi  xassələrlə  birlikdə  şərh  etmişdir. 
XVIII  əsrin  axırında  alman  filosofu  İ.Kant  temperamenti  yalnız 
psixoloji  xassə  kimi  xarakterizə  edirdi.  XIX  əsrə  qədər  tempe-
rament ancaq psixoloji xassə kimi izah olunurdu. 
Nəhayət,  temperament  haqqında  olan  tə'limlərdə,  xüsusən 
onun  fizioloji  əsasları  haqqında  olan  təsəvvürlər  dəyişdi.  İki 
istiqamət  arasında  (birinci  temperament  tiplərinin  daxili  if-razat 
vəzilərinin  fəaliyyətinin  nisbəti)  alman  psixoloqu  Kreçmer, 
Amerika psixoloqu Şeldon ikincisi isə sinir sistetinin xassələrinin 
nisbəti (İ.P.Pavlov) arasında ciddi fikir mübarizəsi başlandı. 
Sinir  sisteminin  xassələri  haqqında  tə'limində  İ.P.Pavlov 
temperamentin elmi izahını vermişdir. O, belə bir fikrə gəl- 
 
1
  Ümumipsixologiya. Prof. Petrovskinin red. ilə. Bakı, Maarif, . 
1982, 430 s. 
78 


mişdir  ki,  temperament  də,  şərti  reflektor  fəaliyyətin  xüsusiy-
yətləri üçün şərt olan eyni səbəblərdən asılıdır. 
Pavlov  eksperimental  tədqiqatlar  əsasında  müəyyən  etmişdir 
ki,  şərti  reflekslərin  yaranması  üçün  əsas  səbəb  sinir  sisteminin 
xassələridir. O, üç belə xassə müəyyən etmişdir: 
1)  oyanma  və  ləngimənin  sinir  hüceyrələrinin  iş  qabiliy-
yətindən asılı olan gücü; 2) sinir proseslərinin müvazinəti; 3) sinir 
proseslərinin mütəhərrikliyi (Şəkil 3). 
Bütün  bu  xassələr,  sinir  sistemi,  orqanizmlə  xarici  mühit 
arasında  müvazinət  yaratmaq  funksiyasını  yerinə  yetirir. 
İ.P.Pavlov sinir sisteminin dörd əsas tipini ayrıd etmişdir: 
1) qüvvətli,  müvazinətsiz  tip  (burada  oyanma  prosesi  da- 
ha üstündür); 
2)
 
qüvvətli, müvazinətli, mütəhərrik tip; 
3)
 
qüvvətli, müvazinətli, əhatəli (inert) tip; 
4)
 
zəif tip. 
İ.P.Pavlov  sinir  sisteminin  bu  ümumi  tiplərinin  tempera-
mentin  fizioloji  əsasını  təşkil  etməsini  tədqiq  etmişdir.  O,  sinir 
sisteminin  bu  ümumi  tiplərinin  temperamentin  ənənəvi  dörd 
(xolerik,  sanqvinik,  melanxolik,  fleqmatik)  tipinin  əsasını  təşkil 
etdiyini qeyd etməklə bərabər, sinir sisteminin başqa xassələ-rinin 
mövcudluğu fikrini də irəli sürürdü. 
Temperament sinir sistemi tipinin davranış və rəftarı təzahürü 
kimi  meydana  çıxır,  yəni  hər  bir  temperament  tipi  müəyyən  bir 
sinir sistemi tipinə uyğun gəlir (cədvəl 1). 
Sinir  sistemindən  asılılıq  temperamentin  çoxcəhətli  xarakterə 
malik  olduğunu  göstərir.  Bu  o  deməkdir  ki,  temperamentin  bir 
neçə müxtəlif xassəsi sinir sisteminin eyni bir xassəsindən asılıdır 
və  əksinə.  Temperamentin  bir  xassəsi  sinir  sisteminin  bir  neçə 
müxtəlif xassəsindən asılıdır. 
Sinir  sisteminin  ümumi  tipini  İ.P.Pavlov  irsi  tip  adlandır-
mışdır. O, irsi şərtlənməni aşağıdakı faktlarla sübut etmişdir: 
1)  heyvan  növlərində,  onların  nəsillərinin  sinir  sistemləri 
arasında əlaqə olduğunu; 
 
79


2)  seleksiya  yolu  ilə,  sinir  sisteminin  yalnız  bir  xassəsinə 
malik  olan  (məsələn,  ətalətli)  heyvan  cinsləri  yetişdirmək 
mümkündür. 
Temperamentin  əsasını  sinir  sisteminin  irsi  cəhətdən  şərt-
lənən  tipi  təşkil  etdiyi  üçün,  temperament  tipinin  əmələ  gəl-
məsində  də  irsiyyət  əsas  rol  oynayır.  Lakin,  irsiyyətin  əsas  rol 
oynamasına  baxmayaraq  temperamentin  ayrı-ayrı  xassələri  həyat 
və tərbiyə şəraitində (xüsusən erkən uşaqlıq dövründə) baş vermiş 
psixoloji münaqişələr, xəstəliklər və məişət şəraitinin təsiri altında 
yeniyetməlik və hətta yetkin yaşda belə dəyişə bilər. 
 
 
Sinir sistemi tipləri 
 
Oyanma  ləngimənin 
qüvvəsinə görə 
 
______  ______  ____ 
 
 
 
Müvazinət 
dərəcəsinə görə 
 
 
cəld 
 
 
 
asta 
Mütəhərrikliyinə görə 
 
 
qüvvətli 
zəif 
Müvazinətsiz 
Müvazinətli 
Şəkil 3.Ali sinir fəaliyyətinin tipləri 
80 


 
 
 
Cədvəl 1 
 
 
 
 
Temperament tiplərinin psixoloji xarakteristikası 
Temperament  tiplərinin  psixoloji  xarakteristikası,  onun 
aşağıdakı xassələri ilə müəyyən edilir
1

S  e  n  z  i  t  i  v  l  i  k.  Bu  xassə  haqqında  fikir  söyləmək  üçün 
insanda  hər  hansı  psixi  reaksiyanın  əmələ  gəlməsi  üçün  tələb 
olunan ən kiçik xarici təsirin qüvvəsinin nədən ibarət olduğunu və 
bu reaksiyanın hansı sürətlə əmələ gəldiyini bilmək lazımdır. 
R  e  a  k  t  i  v  l  i  k.  Bu  xassə  haqqında  mühakimə  yürütmək 
üçün  eyni  qüvvətli  xarici  və  daxili  təsirlərə  qarşı  verilən  reak-
siyaların  qeyri-ixtiyarilik  dərəcəsini  müəyyənləşdirmək  lazım 
gəlir. 
A  k  t  i  v  l  i  k.  Bu  xassə  haqqında  biz  insanın  məqsədə  çat-
maq üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsinə, xarici 
və  daxili  maneələri  necə  aradan  qaldırmasına  görə  mühakimə 
yürütmək lazımdır. 
R e a k t i v l i k l ə  a k t i v l i y i n  q a r ş ı l ı q l ı  n i s b ə 
t i. Bu xassələr haqqında biz insanın faəliyyətinin ən çox nədən - 
təsadüfi  xarici  və  daxili  təsirlərdənmi  (əhvali-ruhiyyədən,  tə-
sadüfi  hadisələrdən),  yoxsa  insanın  məqsədindən,  niyyətindən, 
meyllərindən, yoxsa əqidələrindən asılı olduğuna görə mühakimə 
yürüdürük. 
 
 
1
  Ümumi  psixologiya.  Prof.  A.  V.Petrovskinin  red.  ilə.  Bakı. 
«Maarif», 1982. t.430-431 
81
№  Ali sinir fəaliyyəti tipləri 
Temperament tipləri 

Zirək 
Sanqvinik 
II 
Sakit 
Flaqmatik 
III 
Coşğun 
Xolerik 
IV 
Zəif 
Melanxolik 


: Uploads -> Ebooks
Ebooks -> Annotasiya
Ebooks -> Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18. 01. 2013-cü IL tarixli 54 saylı əmri ilə təsdiq edilmiş­dir. Bakı-2013
Ebooks -> İctimai məktəbəqədər tərbiyənin inkişafı. İctimai məktəbəqədər tərbiyənin inkişafı tarixi
Ebooks -> Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil
Ebooks -> Mövzu 3. MÜAsir döVRÜn sosial- qlobal problemləRI. saat plan
Ebooks -> Pedaqogika. Əlizadə Nigar. Qrup 203
Ebooks -> İctimai məktəbəqədər tərbiyənin inkişafı. İctimai məktəbəqədər tərbiyənin inkişafı tarixi
Ebooks -> Cənub bölgəsində Lənkərandayam: vaxtilə zəhmətsevərliyilə Azərbaycanda tanınan bu diyarda indi bərəkətli torpaqlar əkilmir kəndlilər qoyduqları zəhmətin əvəzinə qəpik-quruş almaqdan beziblər


Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə