CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə29/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   23   24   25   26   27   28   29   30   31

yoxdur, iki qardaşı var. Bu o deməkdir ki, onlar bir-birindən fərqli 
mikromühitdə böyüyürlər. 
Xarakterin  tipik  və  fərdi  əlamətləri  vəhdətdədir.  Onlar  hə-
mişə  qarşılıqlı  əlaqədədirlər.  Xarakter  əlamətləri  müxtəlif  və 
çoxcəhətli  olsa  da,  əksər  hallarda  onlann  biri  və  ya  bir  neçəsi 
insanın qavranış və rəftarında daha qabarıq şəkildə özünü göstərir. 
İnsanlar bir-birlərini xarakterizə edərkən bu cəhəti, adətən, nəzərə 
alırlar:  biz  hər  hansı  bir  şəxsi  "mehriban"  və  ya  "kobud  adam" 
kimi  qiymətləndirdikdə  onun  müəyyən  bir  xarakter  əlamətini 
nəzərə çarpdırırıq. 
Hələ XIX əsrin sonlarından etibrən psixiatrların diqqətini belə 
bir  cəhət  cəlb  etmişdi  ki,  ayrı-ayrı  adamların  xarakterində 
özlərinin  zahiri  əlamətlərinə  görə  hətta  bəzən  psixopatiyanı 
xatırladan,  əslində  isə  ondan  fərqlənən  ifrat  cəhətlər  özünü 
göstərir.  XX  əsrin  60-cı  illərinin  sonunda  alman  alimi 
K.Leonqardın  təklif  etdiyi  şəxsiyyətin  aksentuasiyası  termini 
müasir psixiatriyada və psixologiyada geniş yayılmışıdr. 
Aksentuasiya- latınca vurğu deməkdir. Biz adətən danışanda 
hər  hansı  bir  fikri  nəzərə  çarpdırmaq  üçün  müəyyən  bir  sözü 
xüsusi  vurğu  ilə  deyirik.  Xarakterin  aksentuasiyası  de-dikdə  də 
onun  ayrı-ayrı  əlamətlərinin  həddindən  artıq  güclənməsi 
nəticəsində daha kəskin surətdə nəzərə çarpması başa düşülür. 
Xarakterin  aksentuasiyası  tipləri  psixopatiyanın  (psixo+ 
yunanca  pathos-dərd,  xəstəlik)  tiplərində  daha  çox  oxşayır  və 
hətta  bəzən  qismən  onlara  uyğun  gəlir.  Lakin  onları  eyniləş-
dirmək ciddi səhv olardı. 
Xarakterin  aksentuasiyası  problemi  ilk  dəfə  psixiatriyada  və 
psixo  nevrologiyada  öyrənilməyə  başlanlsa  da,  o,  müasir  dövrdə 
psixoloqların  diqqətini  daha  çox  cəlb  edir.  Burada  məüəyyən 
terminoloji  çətinliklər  özünü  göstərir:  həmin  məsələni  ilk  dəfə 
psixiatrlar  öyrəndikləri  üçün  xarakterin  aksentuasiyası  hallarını 
təsvir etmək üçün psixiatriya terminlərindən «(şizoid əlamətləri"; 
epileptoid  əlamətləri  və  s.)  istifadə  etmişlər.  Bu  isə  onları 
psixoloji baxımdan təhlil etmək üçün məyyən çətinliklər yaradır. 
 
88 


Xarakterin  aksentuasiyası  tiplərini  alman  psixiatrı  K.Leonqard 
və rus psixiatrı A. E. Liçko təsnif etmişlər
1
. A.Liçkonun təsnifatına 
əsasən müvafiq tiplər üçün səciyyəvi olan əlamətləri göstərək: 
Cədvəl 2. 
 
A.E.Liçkon 
un (1977) 
təsnifatı 
Tiplərin əsas əlamətləri 


Gipertim tip 
Əhvalı həmişə yaxşı, çox vaxt isə yüksək olur, tək 
olanda  darıxır,  bu  və  ya  digər  işə  həvəslə  girişir. 
Lakin  onu  axıra  qədər  çatdırmır,  olduqca 
söhbətcildir. 
Tsikloid tip  Xarici  şəraitdən  asılı  olaraq  əhvalı  kəskin  surətdə 
dəyişir:  əhvalı  pisləşdikdə  tənbəlləşir,  ətrafdakı 
adamlarla ünsiyyətdən bezir, usanır, yoldaşlarından 
və  dostlarından  qaçır;  əhvalı  yaxşılaşdıqda  isə 
zarafatcıl  olur,  rastlaşdığı  adamlara  sataşmağa 
başlayır. 
Labil tip 
Əhvalı həddindən artıq tez-tez dəyişir: onun iştahası 
da,  iş  qabiliyyəti  də  ünsiyyətliliyi  bundan  asılı 
olaraq  dəyişilir.  Bəzən  adi  bir  xoş  söz  ona  böyük 
sevinc  bəxş  edir,  bəzən  isə  hətta  təsadüfən 
rastlaşdığı  hər  hansı  bir  adamın  sərt  baxışı  onu 
asanlıqla sarsıdır. 
Asleno-
nevrotik tip 
Bir  şey  olmamış  həyəcanlanır,  lazım  gəldikdə 
qətiyyətlə  hərəkət  etmir,  tez  yorulur,  ruh 
düşgünlüyünə meyl edir. 
Senzitiv tip 
Qorxaq,  cəsarətsiz  və  utancaqdır.  Çox  həssasdır: 
tükü  tükdən  seçir,  özündə  müxtəlif  noqsan  və 
çatışmazlıqlar görür, dostları ilə mehribandır. 
 
 
 
1
  Bavramova  Ə.S.,  Əlizadə  Ə.Ə.  Psixologiya.  Bakı..  «Maarif».. 
s4l5-419 
89 


Psixiastenik 
tip 
Həmişə  nədənsə  ehtiyat  edir,  qorxur,  hər  şeydən 
şübhələnir  və  həyəcanlanır,  qətiyyətsizdir,  tanış 
adamların içində özünü daha yaxşı hiss edir. 
Şizoid tip 
Adamlara  yovuşmur,  onlarla  soyuq  rəftar  edir, 
çətinliklə  ülfət  bağlayır,  qaradinməzdir,  bir  iş 
olanda özünü kənara çəkir. 
Epileptoid 
tip 
Özünü  kifayət  qədər  idarə  edə  bilmir,  davranışı 
impulisiv xarakter daşıyır, hövsələsizdir. Heç nədən 
dava- dalaş salır, uzun müddət sakitləşmir. 
İsteroid tip 
Şöhrətpərəstdir,  yerli-yersiz  lovğalanır,  hamının 
diqqətini  özünə  cəlb  etməyə  çalışır,  yalan  danışır, 
heç  nədən  cürbəcür  əhvalatlar  uydurur,  bu  yolla 
məqsədinə nail olmadıqda özünü xəstəliyə vurur. 
Səbatsız tip 
Asanlıqla təisr altına düşür, adamlarla tez dil tapır, 
günülü  saatlarla  boş-boşuna  keçirir,  bu  günlə 
yaşayır,  sabahkı  gün  və  öz  gələcəyi  haqqında 
fikirləşmir. 
Konform tip  Həyat  qaydası  belədir:  "Hamı  kimi"  fikirləşmək, 
hərəkət  etmək,  "Hamı  necə,  mən  də  elə";  ətrafdakı 
adamlardan  geri  qalmağa,  eyni  zamanda  onlardan 
fərqlənməyə  çalışır,  başqa  adamların  tələblərinə 
asanlıqla uyğunlaşır. 
Konform 
tipin   kon-
form-
gipertim 
variantı 
Başqa  adamların  istədiyi  kimi  hərəkət  edir,  eyni 
zamanda özünün gələcəyinə optimistcəsinə yanaşır, 
sağlam və qüvvətli olduğunu nəzərə çarpdırır, lakin 
təşəbbüs  göstərmir,  passivdir,  qaydalara  can-başla 
əməl edir. 
Qarışıq tip 
Davranışda  müxtəlif  tiplərin  (labil  tiplə  asteno-
nevrotik  senzitiv  tipin,  astenevrotiv  tiplə  senzitiv 
tipin,  şizoid  tiplə  sentiziv,  psixastenik,  epilertoid, 
isteroid tipin və s.) əlamətləri özünü göstərir. 
 
 
90 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə