CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə5/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   2   3   4   5   6   7   8   9   ...   31

Psixodiaqnostik  metodların-test,  anket,  sosiometrik  və  in-
tervyu  kimi  variantlarından  psixoloji  tədqiqat  zamanı  istifadə 
olunur. 
"Test"  ingilis  sözü  olub,  hərfi  mənası  "sınaq"  ,  "Yoxlamaq" 
deməkdir.  Test  metodundan  istifadə  etməklə  müəyyən  sahə  üzrə 
bilik və  bacarıqlar  yoxlanır, hər hansı  işi  icra etmək  və  ya peşəyə 
yararlılıq yoxlanır. 
Anket  metodu  zamanı  tədqiqatın  məqsədinə  uyğun  olaraq 
suallar qoyulur. Həmin suallara yazılı cavab verilir. Cavabları təhlil 
etməklə  insanların  psixoloji  xüsusiyyətləri  haqqında  fikir 
yürüdülür. 
Sosiometrik  metoddan  kollektivlərdə  insanlar  arasındakı 
qarşılıqlı  münasibətləri  öyrənmək  məqsədilə  istifadə  olunur. 
Sosiometriya  (latınca-Sosietas-cəmiyyət  və  yunanca-metros-
ölçmək  deməkdir)  hansı  formada  tətbiq  edilirsə-  edilsin  onun 
nəticələrini  müşahidə  və  ya  eksperiment  yolu  ilə  dəqiqləşdirmək 
zəruridir. 
Şəxsiyyətlərarası  münasibətləri  öyrənmək  üçün  tətbiq  edilən 
metodlardan biri də intervyüdür. İntervyü zamanı hər hansı məsələ 
haqqında  müəyyən  bir  şəxsin  fikri  soruşulur.  Bu  əsasən  şifahi 
formada həyata keçirilir. 
Son  zamanlar  psixologiya  elmində  modelləşdirmə  meto-
dundan  da  geniş  istifadə  edilir.  Psixikanın  modelləşdirilməsi 
zamanı  insanın  psixi  (təfəkkürün,  qavrayışın,  hafizənin  və  s.) 
fəaliyyətində  onun  modeli  yaradılır  və  həmin  modelin  köməyi  ilə 
psixi proseslər öyrənilir. 
Psixologiyada  tətbiq  olunan  riyazi  metodlar  çoxdur.  Riyazi 
modelləşdirmənin  psixologiyada  istifadə  olunan  formulu  -Buqer-
Veber,  Veber-Fexner  və  Stivens  qanunlarına  əsasən  müəyyən 
olunur.

Statistik  metodlar  dedikdə,  tətbiqi  riyazi  statistikanın  psixo-
logiyada  eksperimentlərin  nəticəsini  işləmək  məqsədilə  istifadə 
olunan ayrı-ayrı metodları nəzərdə tutulur. 
Ehtimal  məntiqindən  və  ehtimal  modellərindən  istifadə 
etməklə psixoloji tədqiqatın nəticələrinin əsaslı olmasını təmin 
 
 
1
 Немов Р.С.Психология.В З-х кн.-4 –е изд.Кн.I.М.,2001,с.24. 
14 


etmək-statistik  metodların  psixologiya  sahəsində  tətbiq  edil-
məsinin başlıca məqsədidir.
2 
Psixoloji  tədqiqatlarda  zəruri  düzgün  metod  seçib  adekvat 
üsulların  düzgün  tətbiqi  sahəsində  müasir  psixologiyanın  ən 
mürəkkəb  nəzəri  və  praktik  problemlərinin  həlli  təmin  edilmiş 
olur. 
 
 
İnsanın fərd və şəxsiyyət kimi inkişaf mərhələləri 
 
Psixologiya  elmi  insani  fərd  və  şəxsiyyət  kimi  öyrənir.  Çünki 
insan  dünyaya  fərd  kimi  gəlir,  ictimai  münasibətlər  sistemində, 
ünsiyyətin  sayəsində  şəxsiyyətə  çevrilir.  Fərd  termini  insanın  bir 
bioloji  varlıq  kimi  psixoloji  xüsusiyyətlərini  ifadə  edir.  Fərd 
anlayışı  ümumilikdə,  götürdükdə  insan  cinsinə  mənsub  olma 
faktını nəzərdə tutur. Bu baxımdan həm yeni doğulmuş uşaq, həm 
də yaşlı adam fərddir. 
Bir  cəhəti  də  dəqiqləşdirək:  insan  fərd  kimi  doğularaq  cə-
miyyətin  üzvü  kimi  müəyyən  etik,  estetik  və  sosial  keyfiyyətləri 
mənimsədikdən  sonra  şəxsiyyətə  çevrilir.  Lakin  şəxsiyyət 
mürəkkəb  anlayışdır.  Onun  psixoloji  baxımdan  müxtəlif  xüsu-
siyyətləri vardır. Onlardan aşağıdakıları göstərmək olar: 
1)
 
şəxsiyyət fəaliyyət dairəsini daimi genişləndirməklə öz həyat 
yolunu müəyyən edir; 
2)
 
şəxsiyyətin həyat istiqamətini-onun maraq, əqidə və davamlı 
motivlər sistemi müəyyən edir. 
3)
 
şəxsiyyətin  fəallığının  mənbəyi  olan  tələbatlar  sisteminə 
uyğun  gələn  obyektlər.  Onun  həyat  mövqeyində,  maraq  və 
meyllərində, emosiya və hisslərində özünün aydın ifadəsini tapır; 
4)
 
şəxsiyyətin  əməyə,  onu  əhatə  edən  insanlara,  özünə 
münasibətləri onun şəxsiyyətini xarakterizə edir. 
Nəzərdən  keçirdiyimiz  bu  xüsusiyyətlər  heyvanlar  arasında 
böyümüş uşaqlarda müşahidə olunmur. Çünki onlar fər- 
 
 
2
 Ə.S.Bayramov. Ə.Ə.Əlizadə. Psixologiya. Bakı, Maarif, 1989, s. 
94. 
15 
 


ddirlər,  gələcəkdə  insanlarla  ünsiyyət  və  fəaliyyət  prosesində 
ictimai münasibətləri mənimsədikdə şəxsiyyətə çevriləcəkdir. 
Şəxsiyyətə  çevrilmək  müəyyən  həyat  mövqeyi,  hər  şeydən 
əvvəl, əxlaqi  mövqe tutmaq, öz  mövqeyini cəmiyyətin üzvü kimi 
aydın  dərk  etmək  və  onun  üçün  məsuliyyət  daşımaq,  özünün 
əməlləri, işləri, bütün həyatı ilə onu təsdiq etmək deməkdir. 
Cəmiyyətin  üzvü  kimi  şəxsiyyətin  inkişafı  çoxcəhətlidir. 
Burada  iki  cəhəti  xüsusilə  ayırd  etmək  lazımdır.  Birincisi-şəx-
siyyətin insanlarla, ictimai həyatın müxtəlif sahələri ilə əlaqələrini 
genişləndirir,  ictimai  təcrübəni  öz  sərvətinə  çevirir.  Şəxsiyyətin 
inkişafının  bu  cəhəti  onun  ictimailəşməsi  (sosiallaşması)  adlanır. 
İkinci  tərəfdən  şəxsiyyət  ictimai  inkişaf  prosesində  şəxsiyyətə 
çevrildikcə  özünəməxsus  (təkrar  olunmaz)  həyat  tərzi  formalaşır 
ki, bu da fərdiləşmə prosesi adlanır. 
Psixologiyada  bu  mühüm  faktı  ifadə  etmək  üçün  fərdiyyət 
anlayışından  istifadə  olunur.  Fərdiyyət  insanın  maraqlarında, 
qabiliyyətlərində,  tələbatlarında,  temperament  və  xarakter 
əlamətlərində özünü göstərir. Fəaliyyət insanın anatomik- fizioloji 
quruluşu  ilə  bağlı  olsa  da,  əsas  etibarilə  onun  həyat  tarixini  əks 
etdirir.
1
  Ona  görə  də  insanlara  fərdi  yanaşma  zamanı  onların 
fərdiyyətinin öyrəniləmsinin böyük praktik əhəmiyyəti vardır. 
3. Qarşıya belə bir sual çıxır: fərd ictimai münasibətləri necə  
( hansı yol və vasitələrlə) mənimsəyir? 
Orqanizmlərdən  biri  olan  heyvanların  davranışını  bütövlükdə 
ətraf  mühit  müəyyən  edir.  İnsanların  fəallığı  isə  cəmiyyətin 
tələbləri  ilə  tənzim  edilir.  Davranışın  insana  məxsus  olan  tipini 
ifadə  etmək  üçün-fəaliyyət  termini  işlənilir.  Psixologiyada  insana 
məxsus  olan  fəaliyyətin  digər  orqanizmlərdən  fərqləndirici 
cəhətlərinə nəzər salaq. 
Burada,  hər  şeydən  əvvəl,  onu  doğuran  tələbatlar  müəyyən 
edilməlidir.  Tələbatların  həyata  keçirilməsində,  ona  stimul 
yaradan, təkan verən motivlər xüsusi rol oynayır. Lakin fəaliyyətin 
məzmununu tələbat deyil, məqsəd müəyyən edir. 
 
 
1
 Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. Bakı, "Maarif', 1989, 
sə. 105-109. 
16 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə