CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə7/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   2   3   4   5   6   7   8   9   10   ...   31

müxtəlif  fərqlər  vardır.  Bu  fikir  ayrılığı  xüsusilə  inkişafın  hərə-
kətverici qüvvəsində, yəni şəxsiyyətin inkişafına cəmiyyətdə olan 
müxtəlif  sosial  qrupların  təsiri,  inkişaf  dövrünün  qanuna-
uyğunluqları,  bu  sahədə  inkişafa  kömək  edən  və  mane  olan 
proseslər daxildir. 
90-cı  illərdən  etibarən  şəxsiyyətin  inkişafı  və  formalaşması 
prosesində müxtəlif nəzəriyyə və konsepsiyaları əhatə edən inkişaf 
konsepsiyasına  xüsusi  diqqət  yetirilir.  Belə  bir  nəzəriyyəyə 
əsaslanan  konsepsiyalardan  biri  Amerika  psixoloqu  E.Eriksona 
məxsusdur. 
Eriksonun baxışlarının əsasını epigenetik prinsiplər təşkil edir. 
Şəxsiyyətin inkişafında Eriksona görə səkkiz psixoloji krizis dövrü 
mövcuddur, bu isə hər bir insanda hökmən baş verir: 
1.
 
İnam-inamsızlıq (həyatın birinci ilində); 
2.
 
Tərəddüd və utancaqlıq (2-3 yaş dövrü); 
3.  Təşəbbüskarlıq  və  öz  günahını  dərk  etmə  (3-6  yaş 
dövrü); 
4.
 
Əməksevərliyə alışma dövrü (7-12 yaş dövrü); 
5.
 
Şəxsiyyətin özünüdərketməsi (12-18 yaş dövrü); 
6.
 
Ünsiyyət və intimliliyə meyl (18-30 yaş dövrü) 
7.
 
Yeni nəsil tərbyiə etmək (30-60 yaş dövrü) 
8.  Ötən  ömürdən  razı  qalmaq  və  ya  qalmamaq  (60  yaş- 
dan sonra) 
Eriksonun  konsepsiyasının  əsasını,  insanın  daxili  aləminin 
dəyişməsi,  ətrafdakı  adamlarla  münasibətdə  radikal  dəyişiklik 
təşkil  edir.  Bunun  nəticəsində  şəxsiyyət  əvvəllər  mövcud  ol-
mayanı  əldə  edir.  Formalaşan  və  inkişaf  edən  şəxsıyyət  həyatda 
nəinki  yaxşı  keyfiyyətləri,  həm  də  pis  keyfiyyətləri  mənimsəyir. 
Bu  nəzəriyyənin  ayrı-ayrı  variantlarını,  şəxsiyyətin  fərdi 
keyfiyyətləri  nöqteyi-nəzərindən  araşdırmaq  demək  olar  ki, 
mümkün  deyildir.  Bütün  bu  çətinlikləri  nəzərə  alaraq  Erikson  öz 
inkişaf  konsepsiyasında-normal  və  anormal  inkişafı  izah  etməyə 
çalışır.  Təmiz  halda  onlara  həyatda  demək  olar  ki,  rast  gəlinmir, 
amma  onları  mümkün  olan  aralıq  variantları  kimi  qarışıq  şəkildə 
izah etmək olar (cədvəl 2). 
 
 
20


 
Cədvəl 2. 
 
Eriksona görə şəxsiyyətin inkişaf dövrləri 
 
İnkişaf dövrləri  Normal inkişaf xətti 
Anormal inkişaf xətti 
1.Çağalıq dövrü 
(1 yaşa qədər 
olan dövr) 
İnsanlara  inam,  Qarşı-
lıqlı  məhəbbət,  valide-
ynlərin  tanınması,  başqa 
adamlarla ünsiyyət 
Tez  döşdən  kəsilməsi, 
ananın  uşaqla  pis  rəf-
tarı  əsasında  inam-
sızlığın yaranması. 
2.Körpəlik 
dövrü (1-3 yaş) 
Ozünə  inamın  yaranma-
sı.  Uşaq  özünə  müstəqil 
ancaq 
valideynlərdən 
asılı insan kimi baxır. 
Uşaq  öz  qabiliyyət-
lərinə  hələlik  inanmır. 
Onun  danışığı,  yerişi, 
elementar  hərəkət  vər-
dişləri  istənilən  səviy-
yədə deyildir. 
3. Məktəbəqədər 
yaş  dövrü   (3-6 
yaş) 
Aktivlik  və  hər  şeylə 
maraqlanmaq.  Ətrafda 
baş  verən  hər  şey  barə-
də  böyüklərə  sual  ver-
mək. 
Passtivlik  və  insanlara 
etinasız 
münasibət. 
Təşəbbüsün  olmama-
sı,  başqalarının  hisslə-
rindən asılı olmaq. 
4.Kiçik məktəbli 
yaşı dövrü (6-10 
yaş). 
Əməksevərlik.  Müvəf-
fəqiyyət qazanmaq üçün 
çalışmaq.  Qarşıya  həlli 
mümkün  olan  real  və-
zifələr qoymaq. 
Çətin  tapşırıqlardan  və 
başqa  adamlarla  yarış 
vəziyyətindən  qaçmaq. 
Öz  böyüklüyünə  və 
yaşına inanmamaq. 
5.Yeniyetməlik, 
cinsi yetişkənlik 
və qənelik dövrü 
(11-20 yaş) 
 
Həyat  yolunun  müəy-
yən  edilməsi,  gələcək 
planların  müəyyən  edil-
məsi.  Özünü  müxtəlif 
rollarda  yoxlamaq.  Tə-
lim  fəaliyyəti.  Dünya 
görüşün artması. Dost və 
yoldaşlar  arasında  lider-
liyi  ələ  almağa  çalış-
maq. 
Keçmiş indi və gələcək 
haqqında fikirlərin mü-
vəqqəti  xarakter da-
şıması.   Özünü   idarə 
etməyə çalışmaq. Cin-
si  rollara  inamsızlıq. 
Dünyagörüşün 
müəyyənləşməsində 
səhvlər. 
 
21


6.Yetkinlik 
yaşının  ilk  dövrü. 
(21-40 yaş) 
İnsanlara 
yaxınlıq.İn-
sanlarla  əlaqə  yaratmaq, 
öz həyat və qabiliyyətini 
onlara 
həsr 
etmək. 
Uşaqların  doğulması  və 
tərbiyə  edilməsi.  Öz 
həyatından razılıq. 
İnsanlardan 
qaçmaq. 
Xarakter  çətinliyi,  in-
sanlara  aydın  olmayan 
davranış. 
Psixikada, 
ruhi 
vəziyyətlərdə 
müəyyən 
çətinliklər 
zamanı  özünü  ələ  ala 
bilməmək. 
7.  Yetkinlik  yaşı-
nın  ikinci  dövrü 
(40-60 yaş) 
Yaradıcılıq.  Məhsuldar 
yaradıcılıq işi ilə məşğul 
olmaq.  Tam  həcmdə 
düşünülmüş  həyat  tərzi 
keçirmək.  Ailə  vəziy-
yətindən  razılıq,  uşaqlar 
ilə fəxr etmək. Yeni nəs-
lin tərbiyəsi və təlimi. 
Eqoizm.  İşdə  məh-
suldar  olmamaq.  İlkin 
əlillik. Zəhmətdən qaç-
maq. 
8.  Yaşlı  adam  (60 
dan sonra) 
Keçmiş  haqqında  dü-
şüncələr,  onun  qiymət-
ləndirilməsi.  Ötən  hə-
yatın  xeyirli  və  lazımlı 
olduğunu  duymaq.  Ölü-
mün  qorxulu  olmadığını 
başa düşmək. 
Həyatın  boş  keçməsini 
anlamaq.  Həyatı  yeni-
dən  başlamaq  arzusu. 
Yaxınlaşan 
ölümün 
qorxusu. 
 
 
İnsan şəxsiyyətinin fəallığı və davranışın motivləri 
 
İnsan  şəxsiyyəti  fəallığının  mənbəyini  nə  təşkil  etməsi  barədə 
uzun illər boyu mübahisələr getmişdir. XX əsrdə bu mübahisələr daha 
da  şiddətlənmişdir.  Çünki  əsrin  əvvəllərində  Vyana  psixiatrı  və 
psixoloqu  Z.Freyd  bir  sıra  eksperimental  təcrübələr  əsasında  maraqlı 
fikirlərlə çıxış etdi. Bu psixoloqun fikrincə, insan ona görə fəaldır ki, 
onda  heyvan  əcdadlarından  irsən  keçmiş  instinktiv  təhriklər  və  hər 
şeydən əvvəl, cinsi instinkt və özünü mühafizə instinkti təzahür edir. 
 
22


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə