CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə14/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   10   11   12   13   14   15   16   17   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
43 
ölkəni  zəiflətməyə  çalışırdılar.  Daxili  mahiyyət:  öz 
burjuaziyasının  rəhbərliyi  altında  ermənilər  milli 
müqəddəratın  müstəqil  təyin  edilməsi  uğrunda,  elə 
siyasi-iqtisadi  amillər  əldə  olunması  uğrunda  mübarizə 
aparırdılar  ki,  bu  amillərin  təsiri  altında  burjuaziya 
sərbəst inkişaf edə bilsin (12, 7) 
İmzalanmış sülh müqaviləsinin 16-cı maddəsinə ay-
rıca ermənilərlə bağlı məsələnin salınması heç də təsadüfi 
deyildi. Bunun bir sıra mühüm səbəbləri var idi. Birincisi, 
qərb  kapitalı  ermənilərə,  xüsusilə  erməni  burjuaziyasına 
Türkiyədə özlərinin iqitsadi vasitəçiləri, köməkçiləri kimi 
baxırdılar.  Bunun  əvəzində  isə  erməni  burjuaziyası  er-
mənilərin 
yaşadıqları 
Şərq 
vilayətlərində 
islahat 
aparmaq,  Türkiyə  dövlətini  buna  məcbur  etmək  məsələ-
sini  qərb  dövlətləri  qarşısında  qoyurdu  (101,  258).  Bu 
maddəyə  görə  Şərqi  Anadolunun  ermənilər  yaşayan 
ərazilərində  islahatlar  aparılmalı  və  ermənilər  bölgənin 
digər  xalqları  ilə  (türk,  kürd,  çərkəz)  sülh  şəraitində 
yaşamalı  idilər  (70,  66).
 
San-Stefano  sülhünün  16-cı 
maddəsinin  şərtləri  sonralar  Berlin  sülh  müqaviləsinin 
61-ci maddəsində daha da təkmilləşdirildi. Beləliklə, XIX 
əsrin  70-ci  illərindən  ortalığa  atılan  “erməni  məsələsi” 
xarakterinə  görə  həm  siyasi,  həm  milli,  həm  də  dini 
məsələ olaraq qalırdı..  
San-Stefano  sühünün  nəticəsində  ermənilərlə  bağlı 
16-cı  maddənin  bu  formada  qəbulu  daha  çox  İngiltərə 
hökumətini  narahat  etməyə  başladı.  Belə  ki,  İngiltərə 
hökuməti  Rusiyanın  maraqlarına  xidmət  edən  hər  hansı 
maddənin  burada  yer  almasına  qarşı  idi.  Bu  maddə  ilə 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
44 
rusların  erməniləri  himayə  etmək  pərdəsi  altında  Şərqi 
Anadolunu  Balkanlaşdırmağa  başlayacağı  və  burada 
müharibə  ilə  əldə  etdiyi  torpaq  qazancının  yaratdığı 
əlverişli  şəraitdən  faydalanaraq    öz  təsirini  bir  tərəfdən 
İsgəndərun,  o  biri  tərəfdən  də  Mesopotamiya  üzərindən 
Bəsrə  körfəzinə  yaymaq  istəyəcəyi  təbii  idi.  Bundan 
başqa zəruri hallarda Rusiya bütün Anadolu ilə İstanbulu 
da  asanlıqla  təhdid  edə  biləcəkdi.  Ümumilikdə,  Rusiya 
Osmanlı imperatorluğu ərazilərini təkbaşına ilhaq etmək 
və yaxud öz himayəsi altına almaq üçün ermənilərdən bir 
istinad nöqtəsi kimi istifadə edəcəkdi (123, 55).  
Müharibədə 
qələbə 
Rusiyanın 
Balkanlarda 
nüfuzunu və mövqeyini möhkəmləndirdi. Bu isə Avropa 
imperialistlərinin,  ilk  növbədə  İngiltərə  ilə  Avstriya-
Macarıstanın  mənafeyinə  uyğun  gəlmirdi.  Müharibədən 
əvvəl gözləmə mövqeyi tutan həmin dövlətlər Rusiyanın 
bölgədə hegemonluğuna yol verməmək niyyətində deyil-
dilər.  Məhz  San-Stefano  sülhünün  şərtləri  Qərbi  Avropa 
dövlətlərini  tam  qane  etmədiyindən  Berlində  yeni  bir 
konqresin  çağırılması  məqsədəuyğun  hesab  edildi. 
Konqresə Qərbi Avropanın yeddi ən iri dövləti - Rusiya, 
Türkiyə,  Almaniya,  İngiltərə,  Fransa,  Avstriya-Macarıs-
tan  və  İtaliya  qatılmışdı.  Konqresə  Almaniyanın  baş 
konsleri  Prens  Otto  Fon  Bismark  rəhbərlik  edirdi.  Qeyd 
edək ki, nümayəndə heyyəti ilə konqresə təşrif buyurmuş 
ermənilər  iyunun  1-dən  müzakirələrə  buraxılmadılar. 
Hətta erməni nümayəndə heyətini təkcə iclas salonundan 
deyil,  binadan  da  çıxarıb  qovdular.  Bu  azmış  kimi  San-
Stefano  müqaviləsində  işlədilmiş  “Ermənistan”  sözünü 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
45 
də  Berlin  traktatından  çıxarıb  onu  “ermənilər  yaşayan 
ərazilər”  ifadəsi  ilə  əvəz  etdilər.  Konqress  bir  ay 
müddətinə  (13  iyundan  –  13  iyula  qədər)  fəaliyyət 
göstərdi. Məlum olduğu kimi, Şərqi Anadoluda müstəqil 
Ermənistan  dövlətinin  yaradılmasına  çalışan  İngiltərə, 
Fransa  və  Rusiya  61-ci  maddənin  şərtlərini  müzakirə 
etmədən  imzaladılar.  Nəticədə,  Rusiyanın  müharibə  nə-
ticəsində  əldə  etdiyi,  San-Stefano  sülh  müqaviləsi  ilə 
tanınmış  bir  sıra  üstünlükləri  ləğv  olundu  (63,  154). 
Türkiyənin daxili  işlərinə daim qarışa bilmək bəhanəsini 
əldə  saxlamaq  üçün  Qərbi  Avropa  ölkələri  Berlin 
traktatının mətninə 61-ci maddənin daxil edilməsini israr-
ladılar.  Həmin  maddəyə  əsasən  Frakiya,  Makedoniya, 
Albaniya  və  Kritdə,  həmçinin  Türkiyənin  ermənilər  
yaşayan vilayətlərində yerli özünüidarə islahatı keçirərək 
xristianları  hüquqi  cəhətdən  müsəlmanlarla  bərabər-
ləşdirmək  öhdəliyini  Türkiyə  üzərinə  götürürdü. 
İslahatların  keçirilməsinə  yalnız  Rusiyanın  nəzarət 
edəcəyini  bəyan  edən  San-Stefano  müqaviləsindən  fərqli 
olaraq,  indi  artıq  bu  funksiya  konqress  iştirakçılarından 
olan altı ölkəyə həvalə edilirdi (4, I cild,  39). Müqavilənin 
birinci maddəsinə görə, İngiltərə Rusiyaya qarşı Osmanlı 
dövlətini  qoruyucaq,  qarşılığında  isə  Kipr  adasını 
İngiltərəyə  verəcəkdir.  İlk  illərdə  kirayə  şəklində  İngilt-
ərəyə icarəyə verilən Kipr adası, sonradan Osmanlı döv-
lətinin Almaniyaya ilə bir blokda müharibəyə girməsi ilə 
ada  İngiltərə  tərəfindən  tamamilə  ilhaq  edildi  (72,  149). 
Nəticədə, “erməni məsələsi” çarizmin monopoliyasından 
çıxarılmış oldu. 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə