CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə26/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   22   23   24   25   26   27   28   29   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
82 
ları  vaxt  itirmədən  Osmanlının  hərbi  və  idarəetmə  siste-
mini  Avropa  modelinə  uyğunlaşdırma  istiqamətində  öz 
səylərini gücləndirməyə başladı. Öncə qarşıya qoyulmuş 
əsas  məqsəd  imperiyanın  hərbi  sistemini  müasir-
ləşdirmək  və  maddi  texniki  bazasını  gücləndirməkdən 
ibarət  idi.  Bunun  üçün  Almaniyadan  buraya  başda 
general Kolmar von der Goltz olmaqla əsgəri kontingent 
göndərildi.  On  ilə  qədər  İstanbulda  qalaraq  imperiyanın 
böyük,  lakin  o  qədər  də  döyüş  təcrübəsi  olmayan  quru 
qoşunları  ilə  yanaşı,  hərbi  dəniz  qüvvələrini  də  modifi-
kasiya etdi (115, 48). 
Qeyd  etmək  lazımdır  ki,  Almaniyadan  fərqli  olaraq 
Osmanlı  imperiyası  tamamilə  yox  olmaq  təhlükəsi  ilə 
üzləşmişdi.  Üçlər  İttifaqı  müharibədə  qalib  gələrdisə,  ən 
azından Osmanlı imperiyası Almaniyanın himayəsi altına 
girmiş olacaqdı. Antanta bloku ölkələri qalib gələrdisə, o 
zaman Türkiyə qalib dövlətlər arasında bölüşdürüləcəkdi 
(76,  424).  Vəziyyətin  həddindən  artıq  gərginləşdiyini 
nəzərə  alan  Ənvər  Paşa  Osmanlı  imperiyasının  müha-
ribədən  kənarda  qalacağına  şübhə  ilə  yanaşaraq  təcili 
şəkildə Üçlər ittifaqı ilə danışıqlar aparılmasını məqsədə-
uyğun hesab etdi. Aparılmış qısa müddətli danışıqlardan 
sonra  Ənvər  Paşa  1914-cü  il  iyulun  23-də  Almaniya 
imperiyasının  Türkiyədəki  səfirinə  müraciət  edərək 
alman-türk  ittifaqının  bağlanmasına  kömək  göstərməyi 
xahiş  etdi.  Nəticədə,  avqust  ayının  2-də  Almaniya  ilə 
Türkiyə  arasında  İttifaq  müqaviləsi  imzalandı  (19,  44). 
1914-cü  il  oktyabrın  31-də  Osmanlı  imperatorluğu  Üçlər 
İttfaqı tərkibində müharibəyə girmiş oldu. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
83 
Qeyd  etmək  lazımdır  ki,  hələ  1908-ci  ildə  qüvvəyə 
minmiş  yeni  Osmanlı  Konstitusiyasına  görə imperiyanın 
bütün  təbəələri  ordu  sıralarına  çağırlmalı  idi.  Bu  barədə 
tarixçi  Sevinc  Seyidova  yazır:  “Məhz  bu  qanunun 
əsasında  erməni  əhalisinin  nümayəndələrini  I  Dünya 
müharibəsi  başlayanda  orduya  çağırdılar.  Lakin  silah 
əldə  edən  erməni  əsgərləri  vətənin  uğrunda  döyüş-
məkdənsə  fərariliyə  üstünlük  verdilər  (19,  45)”.  Bunun 
üçün  Rusiya  erməniləri  davamlı  sürətdə  Osmanlı  döv-
lətinə arxadan zərbə vurmağa, bir sözlə xəyanətə səsləyir-
dilər.  Bir  sözlə  Rusiyanın  erməni  məsələsində  mövqeyi 
heç  də  həmişə  sabit  deyildir  və  siyasi  konyukturadan 
asılı  olaraq  dövlətin  maraqlarına  uyğun  dəyişilirdi  (20, 
49).  Rusiyanın  dəstəyini  aldıqdan  sonra  Osmanlı 
imperiyasında  fəaliyyət  göstərən  erməni  komitələri 
müharibədən  öncə  Türkiyədəki  şöbələrinə  aşağıdakı 
təlimatı  vermişdilər:  “...rus  ordusu  sərhəddən  irəliləyər 
və  Osmanlı  ordusu  geri  çəkilərsə  hər  tərəfdən  Osmanlı 
ordusuna  təzyiq  göstərilməlidir.  Osmanlı  ordusu  hər  iki 
tərəfdən  hücuma  məruz  qalmalı,  rəsmi  binalar  bom-
balanmalı,  iaşə  depolarına  ağır  zərbələr  endirilməlidir. 
Əksinə  Osmanlı  ordusu  hücuma  keçərdisə  bu  zaman 
erməni  əsgərləri  rusların  tərəfinə  keçərək  arxadan  türk 
ordularına zərbə vurmalı idilər(19, 50)”.  
Bir sıra Avropa və Amerikalı tədqiqatçılar da (Clair 
Price, Rafael de Noqales, Philips Price, Phillippe  de Zara, 
Selahi  Sonyel,  Felix  Valyi,  Erix  Fayql,  Jorj  de  Malevil,  
Jastin  Makkarti,  Karolin  Makkarti,  Samuel  A.  Uimz, 
Stefan  San, Stenford  Corc  Şou,  Laurense  Evans  və  b.)  öz 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
84 
əsərlərində  ermənilərin  Osmanlı  imperatorluğuna  qarşı 
ruslarla  bir  ittifaqda  mübarizə  apardığını  yazırlar.  Bu 
barədə Philips Pricenin fikirləri daha maraqlıdır. O, yazır: 
“...müharibə başlayan kimi bu bölgədə yaşayan ermənilər 
(Şərq  vilayətləri  nəzərdə  tutulur-T.C)  Qafqazdakı  rus 
təşkilatları  ilə  gizli  təmasa  girərək  türk  vilayətlərindən 
rus ordusuna könüllü şəkildə köməyə gəldilər (99, 198)”. 
Birinci  dünya  müharibəsi  ərəfəsində  Osmanlı 
imperiyasının  Şərqi  Anadolu  bölgəsinə  qonşu  olan  Qaf-
qaz cəbhəsi artıq rus qoşunları tərəfindən hərbi paliqona 
çevrildi.  Belə  ki,  erməni  əsilli  təcrübəli  üsyan  başçısı 
Andranik  Ozanyan  Tiflisə  gələrək  burada  çoxlu  sayda 
erməni silahlı dəstələrinin yaradılmasına müvəffəq oldu. 
Digər  bir  silahlı  birləşməyə  vaxtı  ilə  Ərzurumdan 
Məclisi-Məbusana millət vəkili seçilmiş, mənşəcə erməni, 
Armen  Qaro  ləqəbi  ilə  taninan  Qaragin  Pastırmacyan 
rəhbərlik  edirdi.  O,  ətrafına  daha  bir  neçə  erməni  əsilli 
millət  vəkilləri  olmuş  şəxsləri  toplayaraq  dörd  yeni 
erməni könüllü alaylarının yaradılmasına müvəffəq oldu. 
Qafqaz  canişini  Vorontsov-Daşkovun  rəhbərliyi  altında 
yaradılan bu alaylar onun verdiyi əmrə əsasən müharibə 
başladıqdan  3  həftə  ərzində  əvvəlcədən  müəyyən-
ləşdirilmiş  strateji  əhəmiyyətli  məntəqələrin  tutulmasını 
həyata  keçirməli  idi.  Rus  Baş  komandanlığının  planına 
uyğun olaraq Daşnaqsütyun cəmiyyətinin verdiyi qərara 
əsasən Andranik Ozanyanın könüllü alayları Vana yaxın-
laşan zaman buradakı silahlı erməni birləşmələri dağlara 
çəkilərək  üsyan  bayrağını  qaldırmalı,  türk  əsgərinə  və 
onların  ailələrinə  yaşadığı  ərazilərə  qarətçi  həmlələr 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə