CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə29/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   25   26   27   28   29   30   31   32   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
91 
Van bölgəsini ermənilərdən təhvil alan ruslar Bitlisə 
doğru irəliləyərkən Van, Muradiyyə, Erciş, Adilcevaz, və 
Ahlatdakı  türk  əhalisi  Bitlis  əhalisi  ilə  birlikdə  səfil  və 
pərişan  halda  Diyarbəkirə  köçürüldü.  Yollar  on  minlərlə 
türk  köçkünləri  ilə  dolmuşdu.  Yollarda  baş  vermiş 
erməni  vəhşilikləri  barəsində  Rafael  de  Noqales  yazırdı: 
“Erməni  komitəçiləri  bu  məcburi  köçürülən  türklərə 
amansız  işgəncələr  verərək  Bitlis  dərəsinin  müsəlman 
qanı  ilə  qırmızı  rəngə  boyanmasına  vəsilə  olmuşlar(116, 
38)”. 
Artıq  demək  olar  ki,  Vanın  mərkəzi  türklərin  nəza-
rətindən  çıxaraq  itirilmək  təhlükəsi  ilə  üzləşmişdi. 
Bununla bağlı olaraq, Van valisinin 24 apreldə Daxili İşlər 
Nazirliyinə  göndərdiyi  raportda  qeyd  edilirdi:  “...İndiyə 
qədər  bölgəyə  kənardan  4  minə  qədər  üsyançı  erməni 
gətirilmişdir. Üsyançılar yolları kəsərək kəndlərə hücum-
lar  edir,  nəticədə  günahsız  insanları  vəhşicəsinə  qətlə 
yetirirdilər. Sadə türk vətəndaşı ilə yanaşı Vanın təhlükə-
sizliyini  təmin  edən  türk  jandarma  əsgərləri  də  bu  vəh-
şiliyin qurbanları oldu. Bununla yanaşı inzibati binalar və 
iaşə  obyektləri  yerlə-yeksan  edildi,  strateji  məntəqələrə 
ağır  zərbələr  endirildi.  Üsyanın  dalğası  genişlənərək 
bütün  Van  vilayətini  bürüdü”.  Mayın  8-də  ermənilər 
hücuma  keçərək  müsəlman  məhəllələrini  yandırdılar. 
Van valisi Cevdət bəy vəziyyətin ağır olduğunu görərək 
Vanın  boşaldılması  əmrini  verdi.  Lakin  hökumət  Vanın 
itirilməsi  və  Şərqi  Anadolu  dəhlizinə  nəzarətin  əldə 
verilməsi  ilə  barışa  bilmirdi.  Məhz  hökumətdə  bununla 
bağlı uzun sürət müzakirələr aparıldı. Hətta ordu koman-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
92 
danı  vəzifəsini  icra  edən  Xəlil  bəy  mayın  11-də  Baş 
Komandanlığa  göndərdiyi  raportda  Van  və  ətraf 
ərazilərin  yaxın  günlərdə  erməni-rus  silahlı  birləşmə-
lərindən  azad  ediləcəyini  bildirsədə,  onun  bu  istəyi 
reallaşmadı.  Çünki  Xəlil  bəyin  Vana  nəzərdə  tutulan 
hücum planından xəbər tutan ermənilər Vana girib-çıxan 
bütün  yolları  nəzarətə  götürdülər.  Xəlil  bəy  düşmənin 
həyata  keçirdiyi  qabaqlayıcı  tədbirlərinə  baxmayaraq 
ordunu  Van  istiqamətində  döyüşə  hazır  vəziyyətə  gə-
tirdi. Artıq mayın 16-dan 17-nə keçən gecə  rus qoşunları 
ilə baş vermiş qanlı döyüşdə türk ordusu çoxlu sayda itki 
verdi.  Vəziyyətin  belə  acınacaqlı  olduğunu  görən 
hökumət  Van  Valisi  Cevdət  bəyə  geri  çəkilmək  barədə 
əmr verdi. Nəticədə, mayın 17-də sonuncu türk əsgəri də 
Vanı tərk etdi. Bununla da,  Vanda tamamilə nəzarəti ələ 
keçirən  düşmən  ordusu  üsyana  rəhbərlik  etmiş  mənşəcə 
erməni  Aram  Manukyanı  şəhərin  valisi  və  general 
qubernatoru  təyin  etdi.  Amerika  tarixçisi  Stenford  Corc 
Şou  çox-çox  sonralar  yazırdı:  “...belə  bir  şəraitdə  rus 
ordusu  hücuma  keçdi  və  mayın  14-də  Vana  çatdı.  Rus 
ordusunun  önündə  gələn  erməni  könüllüləri  iki  gün 
ərzində  yerli  müsəlman  əhalisinin  qırğınını  həyata 
keçirdilər.  Vanda  rusların  himayəsi  altında  erməni  döv-
ləti  yaradıldı.  Şəhərdə  qırılan  qırılmış,  qaçan  qaçmış, 
nəticədə müsəlman qalmamışdı (137,  22)”. 
1915-ci ilin may ayında Osmanlı ordusunun bir neçə 
cəbhədə  vuruşmasına  baxmayaraq  imkan  tapıb  iyulun 
22-də hücumla Vanı geri aldı(129, 72). Lakin çox az müd-
dətdə  Vanda  nəzarəti  ələ  keçirən  türk  ordusu  avqust 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
93 
ayında  buraya  hücum  edən  rus  ordusu  qarşısında  tab 
gətirməyərək  yenidən  şəhəri  ruslara  təslim  etdilər. 
Erməni  millətçi  ekstremisləri  ruslarla  birlikdə  Van 
vilayətində  dinc  türk  əhalisinə  qarşı  amansız  qırğınlar 
törətdilər.  Erməni  vəhşilikləri  barədə  20  iyun  1916-cı  il 
tarixli  sənəddə  də  üsyançıların  Vanın  Abbasağa 
məhəlləsinin  sakinlərinin  qadın,  uşaq,  qoca  demədən 
qətlə yetirməsi, hamilə qadının qarnının yarılaraq uşağın 
başının  deşik-deşik  edilməsi,  girdikləri  evlərdə  əliyalın 
türk  vətəndaşına  saatlarla  işgəncə  verdikdən  sonra  qətlə 
yetirilməsi, 
qəbrlərin 
qazılaraq 
oradan 
çıxarılmış  
sümüklərin  yandırılması  və  qəbrlərin  zibillə  doldurul-
ması  və  digər  tükürpədici  işgəncələr  haqqında  ətraflı 
şəkildə məlumat verilir (34, 55). 
Müharibə illərində H.Z.Tağıyevin sədri olduğu Bakı 
Müsəlman  Xeyriyyə  Cəmiyyəti  Qafqaz  cəbhəsindəki 
döyüş  bölgələrindən  qaçqın  düşənlərə,  valideynlərini 
itirmiş  uşaqlara,  kimsəsiz  qocalara  qardaşlıq  köməyini 
əsirgəməmişdir.  Bu  cəmiyyət  müharibədən  zərər  çəkən-
lərə  kömək  etmək  üçün  üç  dəfə  Rusiya  çarına  müraciət 
etmişdir.  Lakin  hər  dəfə  də  rədd  cavabı  almışdır.  Uzun 
sürən  mübarizədən  sonra  cəmiyyət  üzvlərinə  Şərqi 
Anadolu  bölgələrinə  getməyə  icazə  verilmişdi.  Novruz 
bayramı  ərəfəsində  yola  düşən  komissiya  martın  21-də 
Gəncəyə  gəlmiş,  onları  Həsən  bəy  Ağayev,  Xəlil  bəy 
Xasməmmədov,  Ələkbər  bəy  Rəfibəyov,  Xudadat  bəy 
Rəfibəyov  qarşılamış  və  əlavə  maddi  yardım  göstər-
mişdir.  Gəncədə  şair  Əhməd  Cavad  da  nümayəndə 
heyətinə  qoşularaq  Qarsa,  Vana  yardım  əlini  uzatmağa 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə