CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə4/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   2   3   4   5   6   7   8   9   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
11 
GİRİŞ 
 
“Hadisələr  haqqında  bilərəkdən 
susan  tarixçi  olmayan  hadisə-
ləri uyduran adamdan daha çox 
yalançıdır”  
Roma tarixçisi 
 Ammian Marsellin 
Tədqiqat mövzusunun aktuallığı. Oğuz türklərinin 
XIII  əsrdə  yaratmış  olduğu  Osmanlı  imperatorluğu  XIX 
əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  artıq  öz  əvvəlki  qüd-
rətinin  zirvəsindən  enmiş  durumda  idi.  Bəhs  olunan 
dövrdə  Osmanlı  imperatorluğunda  torpaq  üzərində  feo-
dal  münasibətlərinin  bərqərar  olması,  şəhərlərin  kənd-
lərlə  mövcud  əlaqələrinin  istənilən  səviyyədə  olmaması, 
imperiyanın  tez-tez  xarici  müdaxilələrə  məruz  qalması, 
daxili  feodal  çəkişmələri,  irriqasiya  sistemlərinin  dağıl-
ması, təsərrüfat sisteminin bərbad hala düşməsi kimi mə-
sələlər  dövlətin  inkişafını  əhəmiyyətli  dərəcədə  ləngi-
dirdi. Həmçinin bir-birinin ardınca baş vermiş müharibə-
lərdə  (Rus-türk,  rus-İran,  I  və  II    Balkan  müharibələri), 
xüsusilə  I  dünya  müharibəsində  Osmanlı  imperatorlu-
ğunun  ağır  məğlubiyyəti  onun  süqutunu  daha  da  sürət-
ləndirdi.  Bu  dövrdə  Osmanlı  imperiyası    öz  mövcud-
luğunu qoruyub saxlamaq və parçalanmaq təhlükəsindən 
xilas  olmaq  üçün  mübarizə  aparır,  tez-tez  müharibələrə 
sövq  edildiyindən  sosial-iqtisadi  inkişaf  qanunauyğun-
luqlarını  ciddi  nəzərə  alan  nizamlı  daxili  siyasət  həyata 
keçirə  bilmirdi.  Bunun  əksinə  olaraq,  Avropanın  sürətli 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
12 
inkişafa,  hərbi-siyasi  üstünlüyə  can  atması  Osmanlı 
imperiyasının  hegemonluğunun  qarşısını  almaq  səyləri 
ilə yanaşı, onun ərazilərini bölüşdürmək niyyətindən irəli 
gəlirdi. Bu iyrənc siyasəti həyata keçirmək üçün millətlər 
məsələsindən faydalanmağa qərar verən böyük dövlətlər 
erməni kartından istifadə etmək qərarına gəldilər. Belə ki, 
XIX əsrin əvvəllərinədək bir millət olaraq hələ Avropada 
tanınmayan  erməniləri  yer  üzünə  dağılmış  tacirlər,  öz 
mənfəətlərindən başqa bir şeylə əlaqəsi olmayan şəxslər, 
milliyyətsiz, sərsəri olaraq tanıyırdılar. 
Qeyd  etmək  lazımdır  ki,  Fateh  Sultan  Mehmet  za-
manından  formalaşan  türk-erməni  münasibətləri  nəticə-
sində  ermənilər  Osmanlı  dövlətinin  hər  bir  vətəndaşı 
kimi, bu dövrdə o zamana qədər heç bir məmləkətdə və 
bir  başqa  dövlətin  içərisində  çata  bilmədikləri  din,  dil, 
düşüncə  sərbəstliyi  ilə  bütün  siyasi  və  sosial  haqlara 
sahib  olmuş  və  Osmanlı  dövləti  ərazisində  asudə,  əmin-
amanlıq  şəraitində  yaşamışlar.  Çoxsaylı  etnik  birliklərin 
təmsil  olunduğu  imperiyada  daha  çox  erməni  tacir  və 
sənətkarların  mövqelərinin  güclənməsi  onların  höku-
mətdə  təmsil  olunmasını  da  labüd  edirdi.  Qeyd  edək  ki, 
XV yüzillikdən etibarən hökumətdə təmsil olunmağa baş-
layan ermənilər uzun müddət ərzində öz mövqelərini qo-
ruyub  saxlamağa  müvəffəq  olmağı    bacardılar.  Ölkənin 
demək olar ki, maliyyə strukturlarında yüksək mövqeləri 
ələ  keçirən  varlı  ermənilər  XIX  əsrin  başlanğıcından 
etibarən Qərbin və Çar Rusiyasının şirnikləndirici vədləri 
nəticəsində xəyanətə əl atmış oldular. Onlara olan inamın 
və etibarın azaldığını hiss edərək terror və qiyamlara baş-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
13 
ladılar.  Xüsusilə,  XIX  əsrin  II  yarısında  baş  qaldıran  və 
biləvasitə Osmanlı dövlətinin bütövlüyünə qarşı yönələn 
qiyamlar  real  təhlükə  mənbəyinə  çevrilməkdə  idi.  Vila-
yəti-Sittə deyilən Şərqi Anadolu torpaqlarında erməni qi-
yamlarının    baş  verməsi  nəticəsində  minlərlə  dinc  türk 
vətəndaşı  qətlə  yetirildi,  bəziləri  isə  əzəli  dədə-baba 
yurdlarından  didərgin  salınaraq  digər  ərazilərə  qovul-
dular. Hökumətin bu qanlı hadisələrin qarşısını almaqda 
olduqca  çətin  duruma  düşdüyünü  arxiv  sənədlərindən 
də görmək mümkündür. 
Qeyd  etmək  lazımdır  ki,  I  dünya  müharibəsinin  ən 
şiddətli vaxtlarında Osmanlı təbəəsi olan ermənilərin rus-
larla əməkdaşlığı sultan hökumətini bərk narahat edirdi. 
Osmanlı  hökuməti  vaxt  itirmədən  bu  problemin  tezliklə 
aradan qaldırılması üçün bütün gücünü səfərbər etdi. 27 
may 1915-ci ildə hökumət qiyamçı ermənilərin və onların 
ailə  üzvlərinin  Şərqi  Anadolu  ərazilərindən  çıxarılaraq 
Suriya  və  Mesopotamiya  ərazilərinə  köçürülməsi  barədə 
qərar  qəbul  etdi.  Hərbi  komandanlığın  nəzarəti  altında 
köçürülən  qiyamçı  ermənilər  və  onların  ailə  üzvləri 
xüsusi  ayrılmış  və  nəzarətə  götürülmüş  kənd  və 
qəsəbələrdə  yerləşdirildi.  Ümumilikdə,  çoxlu  sayda    er-
mənilərin  tam  təhlükəsiz  şəraitdə  təyin  olunmuş  ərazi-
lərdə  məskunlaşdırılmasına  başlanıldı.  Nəticədə,  höku-
mətinin qəbul etdiyi bu qərar olduqca mükəmməl və vax-
tında  atılmış  düzgün  addım  idi.  Ermənilər  köçürülməsə 
idi daha nələr baş verə bilərdi? Daha necə şəhər və kənd 
xarabalığa çevrilə bilərdi? Bu və ya digər maraq doğuran 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə