CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə6/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   2   3   4   5   6   7   8   9   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
17 
üçün  tədqiqatda  daha  çox  hadisələrin  xronoloji  ardıcıl-
lığına, müqayisəli təhlil metoduna və ümumiləşdirmələrə 
üstünlük  verilmişdir.  Müxtəlif  mənbələrdən  əldə 
etdiyimiz  faktlar  diqqətlə  araşdırılmış,  hadisələrin  iza-
hında  və  nəticələrin  ümumiləşdirilməsində  Osmanlı 
arxiv  sənədlərinə  istinad  olunmuşdur.  Tədqiqatın  qarşı-
sında  duran  əsas  vəzifələrdən  biri  də  ermənilərin  və 
onlara  himayədarlıq  edən  böyük  dövlətlərin  irəli  sür-
düyü 1,5-2 milyon nəfərə yaxın erməninin türklər tərəfin-
dən  “qətlə  yetirilməsinin”  cəfəngiyyatdan  başqa  bir  şey 
olmadığını sübuta yetirmək olmuşdur.  
Tədqiqat prosesində aşağıdakı məsələlərin araşdırıl-
ması müəyyənləşdirilmişdir:  
1.  “Erməni  məsələsi”nin  meydana  gəldiyi  şəraitdə 
Osmanlı  imperiyasının  daxili-siyasi  vəziyyətinin  gərgin-
ləşməsini tədqiq etmək; 
2.  İmperiya  ərazisində  ermənilərin  sosial-iqtisadi 
durumunu təhlil etmək; 
3. Qərbin və Çar Rusiyasının Osmanlı  imperiyasına 
müdaxiləsində  erməni  faktorundan  istifadə  olunmasını 
araşdırmaq; 
4. Ermənilərin I dünya müharibəsi zamanı imperiya-
nın  ucqarlarına  köçürülməsinin  səbəbi,  gedişi  və  nəticə-
lərini,  hökumətin  qabaqlayıcı  tədbirlərini  arxiv  sənədləri 
əsasında tədqiq etmək
5.  Köçürülmüş  ermənilərin  geri  dönməsi  haqqında 
Sultanın əmr və göstərişlərini araşdırıb üzə çıxarmaq; 
6.  Ermənilərin  əsassız  “soyqırımı”  iddialarının  Av-
ropada,  eləcə  də  dünyanın  müxtəlif  ölkələrində  dəstək-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
18 
ləyən  lobbiçilərin  xidmətlərini  və  gizli  qalan  maraqlarını 
üzə çıxarmaq; 
7.  Qondarma  “erməni  soyqırımı”nın  Avropanın  və 
dünyanın digər ölkələrinin qanunverici orqanlarında dəs-
təklənməsini araşdırmaq; 
8.  “Hay  Dad”  ideologiyasının  hüquqi-siyasi  mahiy-
yətini,  qarşıya  qoyulan  vəzifələri,  gələcəyə  hesablanmış 
hədəfləri müəyyənləşdirmək; 
Tədqiqatın  obyekti  və  predmeti.  XIX  əsrin  sonu–
XX  əsrin  əvvəllərində  Osmanlı  imperiyasında  türk-er-
məni  münasibətlərin  gərginləşməsi,  qiyamçı  ermənilərin 
və  erməni  millətçi  ekstremistlərinin  rəhbərliyi  altında 
Şərqi  Anadolu  ərazilərində  ardıcıl  olaraq  qiyamlarının 
törədilməsi,  İttihad  və  Tərəqqi  hökuməti  ilə  ermənilərin 
əməkdaşlığı, Van üsyanı, Osmanlı imperiyasının I dünya 
müharibəsində iştirakı, 1914-1915-ci il hadisələri, osmanlı 
hökuməti  tərəfindən  terrorçu  ermənilərin  Şərqi  Anadolu 
ərazilərindən  çıxarılaraq  Suriya  və  Mesopotamiya  ərazi-
lərində  müvəqqəti  məskunlaşdırılması,  müharibəsinin 
başa  çatması  ilə  köçürülmüş  ermənilərin  geri  qay-
tarılması  haqqında  “Geri  dönüş”  qanunnaməsinin  imza-
lanması  və  həyata  keçirilməsi,  erməni  diasporu 
tərəfindən  saxta  “erməni  soyqırımı”nın  beynəlxalq  müs-
təvidə  müzakirəsi  və  qərb  dövlətləri  tərəfindən  dəstək-
lənməsi,  bu  işdə    erməni    diasporunun  fəaliyyət  isti-
qamətləri, bir sıra qərb dövlətlərində və parlamentlərində 
saxta  “erməni  soyqırımı”nın  tanıdılması  cəhdləri  və  uy-
durma “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanıdıl-
ması, həmçinin buradan irəli gələn bir sıra mühüm məsə-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
19 
lələrin  Ermənistan  Respublikası  xarici  siyasət  institu-
tunun  əsas  prioritet  istiqamətlərindən  olduğuna  (1991-
2000) toxunulmuş, daha çox xronoloji ardıcıllıq, müstəqil 
analitik  təhlil  və  hadisələrə  obyektiv  baxış  əsas  götürül-
müşdür. 
Tədqiqatın  elmi  yeniliyi.  Məlum  olduğu  kimi, 
Sovet  hakimiyyəti  illərində  tarix  elmi  sahəsində 
araşdırmalarda  mühüm  nailiyyətlər  əldə  olunmasına 
baxmayaraq,  sosializm  sistemindən  irəli  gələn  ideoloji 
mübarizə  formaları  (“pantürkizm”,  “panislamizm” 
ideologiyasına  qarşı  mübarizə)  özünü  1914-1915-ci  illər 
Osmanlı  imperiyasında  baş  vermiş  hadisələrə  müna-
sibətdə  də  birüzə  vermişdir.  Kommunist  ideologiyasının 
təsiri  altına  düşən  tarixçilər,  ziyalılar  uydurma  “erməni 
soyqırımı” məsələsində vahid antitürk mövqeyi nümayiş 
etdirmişdilər.  Osmanlı  imperiyasının  daxili  və  xarici 
siyasəti  ilə  bağlı  əsərlərdə,  dissertasiyalarda  və  məqalə-
lərdə araşdırılan problem məsələyə münasibətdə ümum-
erməni  mənafeyi  əsas  götürülmüş,  “qatil  türk”  obrazı 
yaradılmasına cəhdlər edilmişdir.  Lakin müstəqillik əldə 
edildikdən  sonra  Azərbaycanda  bu  problem  yenidən 
gündəmə  gətirilmiş  və  baş  vermiş  hadisələrə  dövlət 
səviyyəsində  hüquqi-siyasi  qiymət  verilmişdir.  Araş-
dırılan  qondarma  erməni  soyqırımı  probleminə  müna-
sibətdə obyektivlik qorunmuş, bir sıra faktlar və sənədlər 
ilk  dəfə  tədqiqata  cəlb  edilmişdir.  1923-cü  ildə  Lozanna 
konfransında  saxta  “erməni  soyqırımı”  ilə  bağlı  qərb 
dövlətlərinin  nümayiş  etdirdiyi  vahid  antitürk  mövqe, 
həmçinin  II  dünya  müharibəsindən  sonra  bəzi  qərb 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
20 
dövlətlərinin  parlamentlərində  saxta  “erməni  soy-
qırımı”nın tanıdılması cəhdlərinə və nəticələrinə ilk dəfə 
olaraq  toxunulmuş  və  hadisələrə  qiymət  verilməsində 
qərəzsiz  və  ədalətli  mövqe  tutulmuş,  saxta  “erməni  soy-
qırımı”nın  Ermənistan  Respublikası  xarici  siyasət 
strategiyasının  tərkib  hissəsi  olduğu    faktlarla  təsdiq 
olunmuşdur.  Monoqrafiyada  ilk  dəfə  olaraq  “Daşnaq-
sütyun”  partiyasının  toplantılarında  “Hay  Dad”  (“Er-
məni  məhkəməsi”)  ideologiyasının  qəbul  edilməsi,  qar-
şıya  qoyulmuş  ümumi  vəzifələr,  prinsiplər    və  isti-
qamətlər araşdırılaraq təhlil olunmuşdur.  
Problemin  öyrənilmə  səviyyəsi.  Osmanlı  im-
periyası  ərazilərində  ermənilərin  yerləşməsi  prosesi,  so-
sial-iqtisadi  vəziyyəti  haqqında  məlumatların  öyrənilmə 
səviyyəsinə,  tədqiqinə  keçməmişdən  öncə  qısaca  olaraq 
bu  haqda  məlumat  verməyi  məqsədəuyğun  hesab  etdik
Belə  ki,  orta  əsrlər  dövründən  başlayaraq  talelərini  Os-
manlı  imperiyası  ilə  bağlayan  ermənilər  daha  çox  iri 
şəhərlərdə  məskunlaşmaqda  idilər.  Sultan  II  Mehmetin 
fərmanı  ilə  dini  mərkəzlərinin  Bursadan  İstanbula  kö-
çürülməsi  ermənilərin  mövqelərini  daha  da  gücləndirdi. 
Dəniz  ticarətində  və  sənətkarlıq  sahələrində  mövqelərini 
gücləndirən  ermənilər  sultandan  bir  sıra  imtiyazlar 
almağa  da  müvəffəq  oldular.  İmperiya  ərazilərində 
müstəqil ticarət hüququ alan ermənilər burada iri ticarət 
evləri  və  karvansaralar  tikməyə  başladılar.  Artıq  ticarət 
sahəsində iri erməni maqnatları meydana gəldi. Bu şəxs-
lərin hökumətdə yüksək vəzifələrdə təmsil olunmaları və 
heç bir maneəyə rast gəlmədən irəliləmələri onların xalq 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə