CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə8/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   4   5   6   7   8   9   10   11   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
24 
Ermənilərin  soyqırımı  iddialarına  qarşı  ən  sanballı 
əsərlərdən  biri  də  Azərbaycanın  tanınmış  ziyalı  alimləri 
akademik  Cəlal  Əliyevin  və  Budaq  Budaqovun  birgə 
hazırladıqları  “Türklər,  Azərbaycanlılar,  Ermənilər:  Tari-
xi  Həqiqətin  Soyqırımı”  adlı  əsəridir.  Müəlliflər  burada 
daha  çox  birinci  dünya  müharibəsində  məğlub  olmuş 
Türkiyəni parçalamaq, onu xammal mənbəyinə çevirmək 
məqsədi  güdən  Avropanın  müstəmləkəçi  dövlətlərinə 
qarşı türk vətənpərvər qüvvələrinin mübarizəsindən, son 
illər  dünya  çevrəsində  müasir  erməni  millətçiliyindəki 
fəallığın həqiqi, gizlədilən səbəbləri, onların ciddi-cəhdlə 
körüklədikləri  “soyqırımı”  terminindəki  əsas  məqam-
larından,  1915-ci  il  hadisələri  zamanı  Şərqi  Anadolu  tor-
paqlarından köçürülmüş ermənilərin dəqiq sayı, köçürül-
mə  səbəbləri  və  digər  məsələlərdən  geniş  şəkildə  bəhs 
edirlər.   
Ermənilərin  Qafqaza,  o  cümlədən  də  Anadolu 
torpaqlarına gəlmə olduğunu, burada yüksək imtiyazlara 
yiyələndiklərini və digər mühüm məsələləri tədqiq etmiş 
tarixçi Bəxtiyar Nəcəfovun “Ermənilərin iç üzü. XIX əsrin 
sonu XX əsrin əvvəllərində Türkiyə və Cənubi Qafqazda 
erməni terrorizminin tarixi” adlı III cildlik sanballı mono-
qrafiyasında erməni məsələsinin meydana gəlməsində iri 
dövlətlərin pərdəarxası maraqları, Erməni terrorçularının 
fəaliyyətinin  Cənubi  Qafqaza  köçürülməsi,  Osmanlı  im-
periyasının  bölüşdürülməsi  uğrunda  qanlı  hadisələrin 
baş  verməsi,  Birinci  dünya  müharibəsi  və  1915-ci  il  uy-
durma qondarma “erməni soyqırımı” ilə bağlı bir sıra tu-
tarlı  faktları  arxiv  sənədləri  əsasında  tədqiq  edilmişdir. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
25 
Daşnaqsütyun  partiyasına  rəhbərlik  edən  terrorçü 
ermənilər tərəfindən qiyamların baş qaldırması, dinc türk 
əhalisinin  qətlə  yetirilməsi,  əhalinin  zorla  yurd-yuva-
larından didərgin salınması, ermənilərin silah-sursatla tə-
min edilməsi, missioner məktəblərinin açılması, əsas stra-
teji  məntəqələrin  ermənilərə  himayədarlıq  edən  qüv-
vələrin  əlinə  keçməsi  kimi  məsələlər  tədqiqata  cəlb  edil-
mişdir. Məhz bu baxımdan əsər “erməni məsələsi”nin öy-
rənilməsi baxımından olduqca qiymətlidir. 
Son zamanlar bu problemin öyrənilməsi ilə əlaqədar 
yazılmış ən sanballı monaqrafiyalardan biri tarixçı A.Mə-
mmədli  “Ermənilərin  gerçək  tarixi”  adlı  əsərində  tədqiq 
etmişdir.  O,  daha  çox  ən  qədim  zamanlardan  müasir 
dövrədək  erməni  etnosunun  yaşadığı  əraziləri,  yayılma 
areallarını, sosial-iqtisadi vəziyyətlərini, Osmanlı imperi-
yasındakı  vəziyyətini,  erməni  siyasi  təşkilatlarının  yara-
dılmasını  və  fəaliyyətini,  Daşnaqsütyunun  terrorçu 
fəaliyyətini  öyrənməyə  cəhd  etmişdir.  Olduqca  dəyərli 
faktlara  müraciət  edən  və  daha  çox  arxiv  sənədləri  üzə-
rində  işləyən  müəllif  XX  əsrin  əvvəllərində  ermənilərin 
“qızıl  sultan”  adlandırdıqları  Sultan  II  Əbdülhəmid 
tərəfindən  zorla  sıxışdırılaraq  imperiyanın  ucqarlarına 
köçürülməsini,  Həmidiyyə  alaylarının  erməni  qiyamçı 
dəstələrinə  qarşı  amansız  mübarizəsini,  dövlət  sütun-
larının  zəiflədilməsində  erməni  millətçi  ekstremistlərinin 
xəyanətkar  əməllərini  hərtərəfli  tədqiq  edərək  öyrən-
mişdir.  Sultanın  köçürülmə  qərarını  “vaxtında  atılmış 
düzgün addım” kimi qiymətləndirən  müəllif daha sonra 
hökumətin  humanist  siyasətinə  toxunaraq  müharibə  bit-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
26 
dikdən  sonra  üsyançı  ermənilərin  geriye  dönməsi  haq-
qında verilmiş qərarı da təqdir etmişdir. 
Son  zamanlar  bu  problemlə  bağlı  ən  sanballı  əsər-
lərlə çıxış edən görkəmli alimlərimizdən biri də Azərbay-
can  Respublikası  Prezident  Adminstrasiyasının  rəhbəri, 
akademik  Ramiz  Mehdiyevin  “Görus-2010:  absurd  teatr 
mövsümü”  adlı  əsəridir.  Akademik  burada  tarixi  Azər-
baycan  ərazilərinə  ermənilərin  gəlişi,  məskunlaşmaları, 
dini ibadətgahları haqqında geniş məlumat verir. Müəllif 
Azərbaycan  torpaqlarında  dövlət  yaratmağa  cəhd  edən 
ermənilərə  havadarlıq  edən  böyük  dövlətlərin  amal  və 
istəklərini də təfərrüatı ilə işıqlandırır. Ermənilərin dili və 
antropologiyası  haqqında  tam  dolğun  məlumat  verən 
akademik ermənilərin 16 antropoloji tipə bölünməsini də 
vurğulamışdır. Akademik qeyd edir ki, ermənilər birinci 
dünya  müharibəsi  illərində  Osmanlı  imperiyasında 
erməni  qiyamının  nəticələri  barədə  nə  üçün  on  illiklər 
boyu  şüvən  qaldırırlar?  Onlar  özləri  öz  dövlətinə  xain 
çıxmış,  ona  arxadan  zərbə  vurmuş,  düşmən  tərəfə  keç-
miş,  ölkənin  şərqində  müsəlman  əhalini  qırmağa 
başlamışlar  və  bunun  nəticələrinə  görə  elə  özləri  də 
məsuliyyət  daşıyırlar.  Guya  bu  cür  əməllərin  nəticələri 
xoşagələn  də  ola  bilərmiş.  Ermənilər  hansı  “soy-
qırımı”ndan danışa bilərlər ki, o vaxt bu söz yox idi. Hələ 
üstəlik, onlar XX əsrdə “soyqırımı”n ilk qurbanları olmaq 
istəyirlər,  guya  bundan  əvvəl  bütün  müsəlman  əhalinin 
qılıncdan keçirən ermənilər özləri deyilmiş və 1904-1907-
ci illərdə Namibiyada gerrero və hottentot xalqlarının qır-


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə