CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə23/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   19   20   21   22   23   24   25   26   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
72 
üçün  əsgər  verməkdən  və  qiyamlardan  müvəqqəti  də 
olsa  da  “imtina  etməli”  olurdular.  Bu  növbəti  erməni 
hiyləsindən biri idi. 
Qeyd  etmək  lazımdır  ki,  gənc  türklərlə  daşnaqlar 
arasında  aparılan  intensiv  danışıqlarda  xüsusilə,  2 
məsələdə fikirlər haçalanırdı. Birincisi, ermənilərin elə ilk 
vaxtlardan bildirdikləri və hərəkatlarının da ana qayəsini 
təşkil  edən  muxtariyyət  və  müstəqil  erməni  dövlətinin 
yaradılması haqqında məsələ idi ki, gənc türklər üçün bu 
muxtariyyət  və  üstəlik  müstəqil  erməni  dövlətinin  yara-
dılması  cəfəngiyyat  idi,  onlar  “erməni  ideyası”na  qarşı 
özlərinin  “ümumi  osmanlı  vətəni”  ideyasını  irəli  sürur-
dülər.  İkincisi,  Avropa  ölkələri  və  Rusiyanın  köməyinə 
arxalanaraq Osmanlı imperiyası daxilində hərəkət etmək 
fikrini irəli sürürdülərsə də gənc türklər üçün isə Avropa 
ölkələri  və  Rusiyanın  Osmanlı  imperiyasının  parçalan-
ması  və  məhv  edilməsinə  yönəlik  düşmən  münasibətinə 
qatı etirazlarını bildirdilər.    
İttihadçıların  terrorçu  təşkilatlarla  əlaqəyə  girib 
məşrutiyyəni  qorumaq  cəhdi  Daşnaqsütyun  partiyasının 
fəaliyyətini  leqallaşdırırdı.  Hakimiyyətdə  olduğu  zaman 
sultan  II  Əbdülhəmidin  silah  idxalına  qoyduğu  qada-
ğanın  İttihad  və  Tərəqqi  hökuməti  tərəfindən  aradan 
qaldırılması ermənilərin sürətlə silahlanmasına yol açmış 
oldu. İstanbulda 31 mart hadisəsinin ertəsi  günü Adana-
da  ermənilərin  müsəlman  türklərinə  qarşı  hücumları 
intensiv  hal  almağa  başladı.  Hadisə  hər  zaman  olduğu 
kimi bu dəfə də Avropaya “müsəlmanlar erməniləri qətlə 
yetirir”,  “ermənilərin  qanı  axıdılır”  şəklində  çatdırıl-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
73 
dığından  İttihad  və  Tərəqqi  hökuməti  təlaşa  düşdü. 
Adanada  törədilmiş  olayı  yerinədəcə  araşdırmağa  gön-
dərilmiş  Camal  Paşa  Avropaya  xoş  görünmək  üçün 
erməni  qiyamçı  dəstələrinə  toxunmayaraq,  qurduğu 
Divani-Hərbdə  47  müsəlman  və  1  erməninin  edam  et-
dirilməsi  göstərişini  verdi  (38,  səh.  126).  Adanada  baş 
vermiş  hadisələrdən  dərhal  sonra  Qərb  dövlətləri,  o 
cümlədən  Rusiya  yenidən  “İslahat  məsələsi”ni  gündəmə 
gətirdi.  Hökumət  isə  “İslahat  məsələsi”ni  birdəfəlik 
tarixin arxivinə göndərməyə çalışırdı. 
XIX  əsrin  sonlarından  etibarən  iri  dövlətlər  tərə-
findən  ortalığa  atılmış  “islahat  məsələsi”  XX  əsrdən 
etibarən  daha  da  dərinləşərək  Türkiyənin  baş  ağrısına 
çevrilmiş  oldu  (67,  101).  Osmanlı  imperiyasına  qarşı 
“erməni  məsələsi”indən  diplomatik  təzyiq  vasitəsi  kimi 
istifadə  edən  Rusiyasının  hakim  dairələri  1913-cü  ilin 
iyun  ayında  Şərqi  Anadoluda  “yaradılacaq”  erməni 
“muxtariyyəti”  layihəsini  işləyib  hazırladılar.  Türk  tarix-
çisi  Yusuf  Halaçoğlunun  yazdığına  görə  bu  layihənin 
hazırlanmasında 
İngəltərə, 
Rusiya 
və 
Fransanın 
İstanbuldakı  səfirləri  bir  komissiya  şəklində  işləməklə, 
hətta  1895-ci  ildə  hazırlanmış  islahat  proyektindən  də 
yararlanaraq  yeni  bir  islahat  layihəsini  işləyib  hazır-
ladılar.  Hazırlanmış  yeni  layihəyə  “rus  işi”  adı  verildi 
(126,  79).  Çünki  layihənin  əsas  müddəaları  Rusiyanın 
İstanbuldakı səfirliyinin əməkdaşı A.Mandeşltam tərəfin-
dən  hazırlanmışdır.  İslahat  layihəsi  1913-cü  ilin  iyun 
ayının  8-22-də  Osmanlı  hökumətinə  təqdim  olundu. 
Layihədə  Şərqi  Anadoluda  yaradılacaq  vilayətlərdə  böl-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
74 
gü  sistemi  ləğv  edilməklə  Rusiyanın  himayəsi  altında 
“Erməni  vilayəti”  yaradılması  nəzərdə  tutulurdu.  Daha 
dəqiq  desək  Ərzurum,  Van,  Bitlis,  Diyarbəkr,  Harput  və 
Sivasın  bir  qismi  “erməni  vilayəti”  adı  altında  vahid 
mərkəz  halına  gətirilməklə  yanaşı,  həmçinin  vilayətin 
başına da böyük dövlətlərin istəyi ilə sultan tərəfindən 5 
il  müddətinə  müsəlman  və  ya  xristian  baş  müfəttişin 
təyin  edilməsi  planlaşdırılırdı.  Sənədə  görə  valiyə  idarə, 
mülki,  ədliyyəyə  dair  geniş  səlahiyyətlər  verilməli, 
vilayətdə  rəsmi  yazışmalar  türk  və  erməni  dillərində 
aparılmalı  idi.  Layihə  türk  hökumətinə  təqdim  olun-
duqdan  sonra  altı  dövlət  (İngiltərə,  Rusiya,  Fransa, 
Avstriya-Macarıstan,  Almaniya,  İtaliya)  səfirlərinin  mü-
zakirəsinə  verildi.  Rusiya  sənədə  ən  böyük  əngəlin 
Almaniyadan  gəldiyini  anladıqdan  sonra  altı  dövlətdən 
ibarət  bir  komissiyanın  yaradılmasını  təklif  etdi.  Ancaq 
bütün  bunlara  baxmayaraq,  Rusiya  İstanbuldakı  elçisinə 
Almaniya  ilə  münasibətlərin  yenidən  araşdırılmasına 
dair  direktiv  imzaladı.  Hər  iki  elçi  arasında  aparılmış 
müzakirələrə  sonradan  digər  dörd  dövlətin  (İngiltərə, 
İtaliya, Avstriya-Macarıstan, Fransa) də qoşulması sonda 
22  sentyabr  1913-cü  ildə  müqavilə  bağlanması  ilə 
nəticələndi. Müqavilədə “rus sənədi”ndə nəzərdə tutulan 
bəzi  məsələlərdən  imtina  edilməklə  yeni  variantlara 
üstünlük  verilirdi.  Hazırlanmış  yeni  layihəyə  görə 
aparılacaq  islahat  yalnız  ermənilərin  məskunlaşdıqları 
Şərqi Anadolu ərazilərinə deyil, bütün imperiya ərazisinə 
şamil  ediləcəkdi.  İlk  öncə  islahat  ermənilərin  məskun-
laşdıqları  yeddi  vilayətə  (Ərzurum,  Trabzon,  Sivas,  Van, 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə