Qondarma erməni soyqırımı faktların dili ilə
175
göstərir, dünya erməni fondları və təşkilatlarından külli
miqdarda maliyyə yardımı alaraq erməni terror
təşkilatlarının sponsoru rolunu oynayır, onların fəaliy-
yətlərini planlaşdırır və əlaqələndirir. (21, 21) Son illərdə
dünyanın bir sıra iri şirkətləri, bankları və fondlarının
Türkiyəyə qarşı təzyiqləri daha da güclənmişdir. Dün-
yanın ən böyük şirkətlərindən biri olan və İngiltərəyə
məxsus “British Airways”, dünyanın 77 ölkəsində xüsusi
nümayəndəliyə malik “HSBC” bankı, ABŞ-a məxsus
“AKSA” Sığorta Şirkətinin erməni şəbəkələri ilə əmək-
daşlığı haqqında dəqiq faktlar üzə çıxarılmışıdır. Həmin
maliyyə təsisatlarının beynəlxalq səviyyədə uydurma
“erməni soyqırımı” haqqında elmi konfransların keçiril-
məsinə və bu istiqamətdə nəşr edilən kitablara maliyyə
dəstəyi vermələri artıq sübutlarla təsdiq edilib. Xatırladaq
ki, adını çəkdiyimiz bankın dünyanın müxtəlif region-
larını birləşdirən 120 milyondan artıq müştərisi vardır.
Qazi Universitetinin professoru İlkay Orxan bu kom-
paniyanın səbəbləri haqqındakı izahatlarında yazır:
“Həmin maliyyə sektorlarının Türkiyədə çox geniş şəbə-
kələri var. Türkiyə vətəndaşlarının həmin banklarda
əmanətləri saxlanılır. Ölkə vətəndaşlarının hesabına
qazanc əldə edən bu şirkətlər və bankların öz gəlirlərinin
bir hissəsini uydurma “erməni soyqırımı”nın tanıdıl-
masına yönəltmələri barədə bizim əlimizdə çox ciddi
faktlar var(8, 10)”.
Qondarma “erməni soyqırımı”nın beynəlxalq maliy-
yə resurlarından biri də “AKSA” Sığorta Şirkətidir.
Mərkəzi ofisi ABŞ-da yerləşən bu şirkətin dünyanın əksər
Qondarma erməni soyqırımı faktların dili ilə
176
dövlətlərində xüsusi nümayəndəlikləri fəaliyyət göstərir.
Bu şirkət 1915-ci il qondarma “erməni soyqırımı” qurban-
larının sağ qalmış ailə üzvlərinə maddi təzminat ödəmək
barədə xüsusi qərar qəbul edib. Bu gün ABŞ, İngiltərə,
Fransa, Kanada, Belçika, İsveç, İsveçrə və digər dövlət-
lərdə yaşayan ermənilər “soyqırımı qurbanları” olmaları
barədə bu sığorta şirkətinə sənədlər təqdim etməkdə-
dirlər. HSBC Bankın Yerevandakı təmsilçiliyinin müra-
ciətində qeyd edilir: “Ermənistanda 1915-ci il erməni soy-
qırımının qurbanı olmuş 1353 nəfərə sığorta şəklində
maliyyə yardımları olunacaq. Bunun üçün bankın hesa-
bından 3 milyon 650 min dollar vəsait ayrılacaq. Bizim bu
addımı atmağımıza səbəb isə ABŞ-a məxsus “New York
Life” Sığorta şirkətidir. Bu şirkət uzun illərdir ABŞ,
Fransa və digər dövlətlərdə 1915-ci il qurbanları barədə
müvafiq sənədlər toplamaqla məşğuldur. “Nyu York
Life” Sığorta Şirkətinin əsas hədəfi 26 dövlətdə yaşayan
ermənilərə 119 milyon həcmində təzminatların ödənil-
məsini təmin etməkdədir. Məlumat üçün qeyd edək ki,
ötən əsrin sonlarında bu şirkətin himayədarlığı ilə ABŞ-
da ermənilər “soyqırım”ı iddiasını gündəmə gətirməklə
məhkəmələrdə hətta qələbə çala biliblər. Hal-hazırda 20
milyon dollar həcmində 2500 erməni vətəndaşına
maliyyə yardımlarının ödənilməsi planlaşdırılıb. Çünki
bu vətəndaşların əcdadı olmuş şəxslər bir zamanlar
Osmanlı dövlətində yaşamaqla, həm də ABŞ-a məxsus
sığorta şirkətlərinin uzvü olublar(8. 10), Bununla yanaşı
ermənilərin əsas tələbi Osmalı imperiyasinin hüquqi
varisi olan Türkiyədən vaxtilə 1915-ci il hadisələri ilə
Qondarma erməni soyqırımı faktların dili ilə
177
bağlı həyatlarını itirmiş çoxsaylı erməni qurbanlarına
dəymiş zərərin Ermənistana ödənilməsidir. Maraqlıdır ki,
Türkiyə hökuməti bu tələbi qəbul edərsə, təzminatın
məbləği milyonlarla yox, milyard dollarlarla ölçüləcəkdir.
Bu da sonda Türkiyənin iqtisadi-siyasi qüdrətinin zəiflə-
məsinə və günahkar dövlət və ya millət obrazını öz üzə-
rinə götürəcəyinə gətirib çıxaracaqdır. Ümumiyyətlə, bu
plan qərb dairələrində işlənib hazırlandığına görə, onlar
Türkiyənin gündən-günə güclənən hərbi, iqtisadi və
siyasi qüdrətinə qısqanclıqla yanaşır və bu ölkənin yaxın
gələcəkdə dünyanın 10 iqtisadi cəhətdən ən güclü dövləti
sırasına yüksələcəyini həzm edə bilmirlər. Ona görə də
böyük dövlətlərin əsas niyyəti mütəmadi olaraq erməni
maşınını işə salmaqla dövlətin başını daxili problemlərə
qatmaq və onun beynəlxalq və regional məsələlərə aktiv
müdaxiləsini sıfıra endirməkdir.
Qondarma erməni soyqırımı faktların dili ilə
178
NƏTİCƏ
Məlum olduğu kimi, XIX əsrin sonu–XX əsrin
əvvəllərində Osmanlı imperiyası öz mülkərini itirmək
təlükəsi ilə üzləşmişdi. Anadolunun Avropanın iri
kapitalist ölkələri arasında parçalanma təhlükəsi ilə
üzləşməsi, milli kapitalın formalaşmasında yaradılmış
süni maneələr, orduda nizam-intizamın getdikcə zəiflə-
məsi və digər amillər Osmanlı hökumətini Almaniya ilə
olan münasibətləri bir qədər də yaxşılaşdırmağa sövq
edirdi. Məhz bu təhlükələrin vaxtında qarşısının alınması
üçün sultan hökuməti Almaniya imperatorluğu ilə bir
ittifaqda Antanta ölkələrinə qarşı mübarizəyə başladı. Be-
ləliklə, I Dünya müharibəsinin başlanmasına gətirib çıxa-
ran bu siyasət Osmanlı imperiyasının iflasına səbəb oldu.
Müharibənin ən şiddətli vaxtlarında Osmanlı təbəəsi
olan ermənilərin öz vətənlərinə xəyanətkar əməlləri
nəticəsində ölkənin Şərqi Anadolu bölgəsi tamamilə
düşmən ordusu tərəfindən işğal olundu. Aramsız
hücumlar nəticəsində qədim tarixə və mədəniyyətə malik
kənd və qəsəbələr tanınmaz hala düşdü. Yüzminlərlə
türk vətəndaşının qanının töküldüyü bu yurdda həyat
tamamılə iflic vəziyyətə düşdü. Hökuməti hiddətləndirən
də oz ölkəsinin vətəndaşlarının ona qarşı silah çevirməsi
idi. Ermənilərin xəyanətkar əməllərindən ehtiyatlanan
sultan hökuməti 27 may 1915-ci ildə erməni millətçi
ekstremistlərinin və komitəçi ermənilərin Suriya və
Mesopotomiya ərazilərinə köçürülməsi ilə bağlı qərar
qəbul etdi. Məşhur Amerika tarixçisi S.C.Şou 1915-ci il
Dostları ilə paylaş: |