Qondarma erməni soyqırımı faktların dili ilə
98
işgəncələrin verilməsi ilə xarakterizə olunan Van üs-
yanının qarşısını almaq, eləcə də üsyançıların digər böl-
gələrə köçürülməsinin vacibliyini nəzərə alan Ənvər Paşa
2 may 1915-ci ildə Daxili İşlər Naziri Tələt Paşaya gizli
teleqram yolladı. Məktubda Ənvər Paşa seçimin Tələt
Paşanın ixtiyarına verdiyini bildirməklə yanaşı həmçinin
bir sıra məsələlərlə bağlı öz fikir və tövsiyyələrini də
qeyd etmişdir. Burada Ənvər Paşa xüsusi olaraq qeyd
edirdi: “Van gölü ətrafında, eləcə də, Van vilayətində
yaşayan ermənilər döyüşə hazır vəziyyətdədirlər. Onlar
üsyanı davam etdirəcəklər. Aldığım məlumata görə
ruslar 20 aprel 1915-ci ildə Rusiya ərazilərində məskən
salan müsəlman türklərini Türkiyə ərazisinə qovublar.
Rusiya hökumətinin atdığı bu addımı nəzərə alsaq cavab
tədbiri kimi erməniləri ailələri ilə birgə Rusiya ərazisinə
və yaxud da Anadolu daxilində müxtəlif yerlərə
səpələmək lazımdır. Bu iki variantdan birini seçmənizi və
icra etmənizi rica edirəm. Müvafiq bildiyiniz tədbiri
qəbul edin və həyata keçirin. Köçürülən erməni ailələ-
rinin yerinə xaricdən gələn müsəlmanları yerləşdirin
(126, 105-106). Tələt Paşa Ənvər Paşanın bu təklifinə
Bakanlar Kurulundan (Meclisi-Vükela)” qərar çıxarıl-
masını gözləmədən ermənilərin müharibə ocaqlarından
imperiyanın cənub ərazilərinə köçürülməsini məqsədə-
uyğun hesab etdi və tək başına bu məsələnin məsuliy-
yətini öz üzərinə götürməş oldu. Köçürülmə siyasətinin
ilk siqnalı olan bu göstəriş ilə Ənvər Paşa erməni üsyan-
larının qarşısının alınmasına çalışırdı. Onun fikrincə, əgər
ermənilər xırda-xırda birləşmələr şəklində ölkənin müx-
Qondarma erməni soyqırımı faktların dili ilə
99
təlif yerlərinə dağıdılarsa o zaman üsyanlarında baş
verməsi prosesi çətinləşəcəkdi (126, 66). Qısa müddətdə
köçürüləcək bölgələrin adları açıqlanmış oldu. Belə ki,
Tələt Paşa ilk olaraq Van, Bitlis və Ərzurum vilayət-
lərində yaşayan ermənilərin müharibə meydanından
çıxarılması haqqında göstəriş verdi. Bu haqda türk
tarixçisi Yusif Halaçaoğlu yazır: “Tələt Paşa 23 may 1915-
ci il tarixdə IV Ordu Komandanlığına göndərdiyi raport-
da başqa vilayətlərə köçürüləcək ermənilər haqqında mə-
lumat verməklə yanaşı boşaldılacaq ərazilərin adlarını da
aşağıdakı şəkildə açıqlamış oldu:
1. Ərzurum, Van və Bitlis vilayətləri;
2. Hələb vilayətinin mərkəzi qəzası istisna olmaqla
İskəndərun, Beylan (Beten), Cisri-Şuqur və Antakya
qəzaları daxilindəki kənd və qəsəbələr;
3. Maraş şəhər mərkəzi istisna olmaqla Maraş
sancağı;
4. Adana, Sis (kozan) və Mersin səhər mərkəzləri
istisna olmaqla Adana, Mersin, Kozan və Cebeli-Bərəkət
sancaqları (126, 67). İln öncə Ərzurum, Van və Bitlis
vilayətlərindən çıxarılan ermənilər Mosul vilayətinin
cənubuna, Zor sancağına, həmçinin mərkəzi istisna
olmaqla Urfa sancağına yerləşdiriləcəkdi. Adana, Hələb,
Maraş ərazilərindən köçürülən ermənilər isə Suriya vila-
yətinin Şərq hissəsi ilə Hələb vilayətinin şərq və cənub-
şərqinə məxsus olan ərazilərdə yerləşdiriləcəkdi. Köçü-
rülmənin gedişatı zamanı təhlükəsizliyin təmin edilməsi
üçün Adana bölgəsinə Əli Seydi bəy, Hələb və Maraş
bölgələrinə isə Həmid bəy təyin edildi (100, 40). Adlarını
Qondarma erməni soyqırımı faktların dili ilə
100
qeyd etdiyimiz ərazilərdə erməni ailələri ya mövcud
kənd və qəsəbələrdə, ya da hökumət tərəfindən müəy-
yənləşdirilmiş yerlərdə yeni salınacaq qəsəbələrdə yerləş-
diriləcəkdi. Nəzərdə tutulmuş plana uyğun olaraq kənd
və qəsəbələrin Bağdad dəmir yolu xəttindən ən azı 25
km. məsafədə salınması məqsədəuyğun hesab edilmişdi.
Köçürülmənin bütün məsuliyyəti vilayət məmurlarının
öhdəsinə buraxılmışdı. Müəyyənləşdirilmiş ərazilərə
köçürülən ermənilərin istəklərinə uyğun olaraq onların
əmlakı da özləri ilə birlikdə aparılırdı (126, 67-68).
Qeyd etmək lazımdır ki, köçürülmə siyasəti şərti
olaraq iki mərhələdə həyata keçirildi. Van üsyanından
başlayaraq köçürülmə qanununun imzalandığı 27 may
tarixinə qədərki I mərhələ, 1915-ci ildən başlayaraq 1916-
cı ilin fevral ayına qədərki II mərhələ. I mərhələ
hökumətin çıxardığı qərara qədərki mərhələdir ki, Tələt
Paşanın birbaşa razılığı əsasında həyata keçirilmiş və
kütləvi hal almamışdır. II mərhələ isə hökumətin rəsmi
qərarından sonrakı mərhələni təşkil edir ki, ermənilərin
kütləvi şəkildə köçürülməsi də bu mərhələdə həyata
keçirildi. Bununla bağlı Kamal Çiçək “Ermənilərin
zorunlu köçü” adlı əsərində yazır: “Buna bənzər yeni bir
əmrdə 23 may 1915-ci ildə Daxili İşlər Nazirliyindən
Mosul vilayəti ilə yanaşı Urfa və Zor Mutassarrıflığına
(inzibati ərazi bölgüsü-T.C) da göndərilmişdi. Burada
Van, Bitlis və Ərzurumdan köçürülən ermənilərin Urfada
və erməni yaşamayan ərazilərdə eləcə də, Mosulun
cənubundakı kənd və qəsəbələrdə yerləşdirilməsi
göstərilirdi (100, 40)”. Bəzi erməni (Hovanesyan, Karac-
Dostları ilə paylaş: |