Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə10/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   6   7   8   9   10   11   12   13   ...   69

42 
 
-  Canavarlar  ona  dəyməyib...  ağacların  üstündədi, 
orada... Axırıncı dayanacaqda... - Ölüb? 
-  Hə,  tabuta  qoymuşuq,  -  Henri  cavab  verdi.  O  hirslə 
üstünə oyanmış adamdan dartındı. 
-  Əl  çəkin  məndən,  halım  yoxdur...  Cecəniz  xeyrə... 
Henrinin  kirpikləri  qırpıldı,  yumuldu.  Başı  sinəsinə 
sallandı.  Onu  adyalın  üstünə  uzatdılar  və  şaxtanın  ölü 
sükutunda ucadan xorultu səsi eşidildi. 
Bu xorultuya həm də başqa səslər qarışmışdı. Uzaqdan 
ac canavar sürüsünün güclə eşidilən ulartısı gəlirdi. Onlar 
bir  az  əvvəl  qoyub  getdikləri  insan  əvəzinə  başqa  bir  ov 
tapmışdılar; onu qovurdular. 
İkinci hissə 
VƏHŞİNİN DOĞULMASI 1 
CANAVAR DÖYÜŞÜ 
İnsan  səslərini  və  qoşqu  itlərinin  zingiltisini  qabaqca 
dişi  canavar  eşitdi.  Sönən  alov  mühasirəsində  özünü 
qoruyan  zavallı  insandan  əl  çəkib  üzü  yuxarı  götürüldü. 
Yorğun  sürü  canlı  ovdan  könülsüz  ayrıldı.  Vəhşilər 
qulaqlarını  şəkləyib  azca  ətrafı  dinşədilər.  Sonra  dişi 
canavarın dalınca götürüldülər. 
Sürünün başında ağ, yekə bir canavar qaçırdı. Yəqin ki, 
başçılardan  biriydi.  Sürünü  də  dişi  canavarın  dalınca  o 
aparırdı.  Hərdən  başçı  onu  ötmək  istəyən  cavan 
downloaded from KitabYurdu.org


43 
 
həmcinslərinin  üstünə  diş  qıcıyır,  onları  geri  oturdurdu. 
Qabaqdakı dişi canavarı gözdən qoymayan ağ vəhşi də get- 
gedə sürəti artırırdı. 
Dişi  canavar  sürüdən  qabaqda  qaçırdı,  sanki  bu  yer 
əvvəlcədən  onunku  imiş.  Guya  həmişə  də  onunku 
olacaqdı. Amma onun bu hərəkəti dəstə başçısını heç də 
acıqlandırmırdı.  Ola  bilsin  ki,  təsadüfi  bir  sıçrayış  dişi 
canavarı  qabağa  salmışdı.  Yeko,  ağ  canavar  dişiyə  lap 
yaxın idi və indi onunla böyür-böyürə qaçmağa çalışırdı. 
Amma bu, dişi canavarın ürəyincə deyildi. O, mırıldanır, 
dişlərini qıcıdır, ağ canavarı yaxına buraxmırdı. Bəzən də 
elə  qaça-qaça  ağ  canavarın  belindən  dişləmək  istəyirdi. 
Belə  hallarda  başçı  heç  bir  quduzluq  göstərmir,  bir  az 
qırağa  sıçrayırdı.  Sonra  tullanır,  bütün  hərəkətləri  və 
görkəmi  ilə  dəlicəsinə  vurulmuş  sadəlövh  vəhşini 
xatırladırdı. 
Sürüyə  başçılıq  etməyə  mane  olan  yeganə  amil  də bu 
idi.  Əlbəttə,  dişi  canavarı  başqa  xoşagəlməz  hallar  da 
narahat  edirdi.  Onun  sağ  yanında  arıq,  qoca  bir  canavar 
qaçırdı.  Qoca  canavarın  çapıq  yerləri  onun  çox 
döyüşlərdən çıxdığını xəbər verirdi. Qoca vəhşi yalnız sağ 
tərəfdən qaçırdı. Çünki onun sağ gözü yox idi. O, təkgöz 
idi. Bəlkə də elə buna görə də qoca canavar sol tərəfində 
qaçan  vəhşini  həmişə  sıxışdırırdı.  O,  aldığı  yaralardan 
downloaded from KitabYurdu.org


44 
 
çapıq-çapıq  olmuş  çənəsini  gah  dişi  canavarın  böyrünə, 
gah belinə, gah da boynuna sürtürdü. Dişi canavar da bu 
"qulluğa”  biganə  qalmırdı.  Sol  tərəfdə  qaçan  dəstə 
başçısına eyni şaqqıltı ilə cavab verirdi. Elə do olurdu ki, 
canavarların  hər  ikisi  eyni  vaxtda  ona  yayxmırdı.  Bu 
zaman  dişi  canavar  daha qəti tədbir haqqında  düşünməli 
olur,  sürüdən  geri  qalmayaraq,  hər  ikisini  birdən 
həsləyirdi. Belədə o, hər iki erkəyin gözünün odunu almaq 
üçün  nərə  çəkib  dişlərini  qıcırdırdı.  Başqa  vaxt  olsaydı, 
bəlkə  də  bir-birinin  üstünə  şığıyar,  döyüşəsi  olardılar, 
amma  indi  sürünü  girınc  etmiş  ən  güclü  hissə  -  aclıq 
hissinə belə, sevgi və rəqabət hissi qalib gəlmişdi. 
Dişi canavardan aldığı zərbələrdən sonra qoca vəhşi sağ 
böyründə  qaçan  üçyaşlı  cavan  canavara  toxunurdu. 
Yorulub  heydən  düşmüş  o  biri  vəhşilərə  nisbətən  cavan 
canavar  güclü  və  çevik  idi.  Bu  keyfiyyətlərinə  görə  o, 
bütün dəstədən seçilirdi. Bununla belə, təkgöz canavardan 
bir  az  geri  qalırdı.  Amma  ürəklənib  qoca  canavara 
yetişmək  istəyəndə  (bu,  nadir  hallarda  olurdu)  qoca 
canavar nerə çəkir, dişlərini şaqqıldadırdı. Bu zaman cavan 
canavar  bəzən  ləngiyir,  geri  qalır,  bəzən  də  nəzərə 
çarpmadan, xəlvəti dişi  canavarla qoca  canavarın arasına 
soxulurdu. Bu əməlinə görə o, üçqat cəzalanırdı - gah dişi 
vəhşinin,  gah  qoca  canavarın,  gah  da  dəstə  başçısının 
downloaded from KitabYurdu.org


45 
 
qəzəbinə düçar olurdu. 
Cavan  canavar  qarşısında  üç  quduz  vəhşini  görəndə 
ayaq  saxlayır,  çöməlib  tüklərini  pırpızlaşdırır,  dişlərini 
qıcırdardı.  Dəstənin  başında  olan  bu  şuluqluq,  təbii  ki, 
daldakılara  da  sirayət  edirdi.  Canavarlar  cavan  üçyaşar 
vəhşinin  üstünə  şığıyır,  onun  böyür-boğazını  dişləməklə 
öz narazılıqlarını bildirirdilər. Cavan vəhşi təhlükədə idi. 
Bununla belə, özünə hədsiz dərəcədə güvənir, tez-tez araya 
soxulurdu.  Bu  isə  ona  bədbəxtlikdən  savayı  bir  şey 
gətirmirdi. 
Vay  o  gündən  ki,  canavarlara  ov  rast  düşəydi.  Onda 
aclıq hissi sevgi və rəqabətə də qalib gəlir, onların başını 
qatardı. Canavarların halı yaxşı deyildi. Onlar uzun sürən 
aclıqdan  arıqlamışdılar.  Əvvəlki  heyləri  qalmamışdı. 
Sürünün arxasınca qaçanlar ən zəiflər - qocalar və cavanlar 
idi.  Onların  bəziləri  axsayırdı.  Güclülər  qabaqda 
gedirdilər.  Canavardan  çox  sür-sümüyə  oxşayan  bu 
vəhşilərin hərəkətində (əlbəttə, axsayanları saymasaq) bir 
damcı olsun yorğunluq hiss olunmurdu. Adama elə gəlirdi 
ki,  onların  rezin  kimi  dartılıb-gərilən  əzələləri  içində 
sonsuz  bir  qüvvət  ehtiyatı  gizlənmişdir.  Onların  bədən 
əzələləri beləcə ardı-arası kəsilmədən dartılıb-açılırdı. 
Həmin  gün  vəhşilər  çox  qaçdı.  Onlar  gecələr  də 
qaçırdılar. O biri gün də beləcə qaçdılar. Heç yerdə həyat 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə