Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə12/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   8   9   10   11   12   13   14   15   ...   69

50 
 
Ayaqları  gücdən  düşmüşdü.  Gözləri  dumanlanırdı. 
Zərbələri isə tamam zəifləmişdi. 
Bu mənzərəni seyr edən dişi canavar hələ də dal pəncəsi 
üstündə oturub gülürdü. Bu döyüş onun içində dumanlı bir 
sevgi  hissi  oyatmışdı.  Belə  sevgi  yalnız  tənha  şimalın 
sevgisi ola bilərdi. Bu sevginin faciəsini isə yalnız ölənlər 
bilirdilər.  Əlbəttə,  sağ  qalanlar  üçün  bu,  faciə  deyildi  - 
arzuların, istəklərin təntənəsi idi! 
Cavan canavarın leşi qarın üstünə düşdü. Təkgöz qoca 
qürurla  dişi  canavarın  yanma  yeridi.  Qələbə  sevincini 
əməlli-başlı  dadsa  da,  ayıq-  sayıq  olmağı  da  yaddan 
çıxarmamışdı.  O,  qəzəblə  qarşılanacağını  gözləyirdi. 
Amma belə olmadı. Dişi canavarın ona mərhəmətlə.yanaş- 
dığını görüb heyrətləndi. Bütün bu müddət ərzində ilk dəfə 
idi ki, qoca vəhşiyə belə nəvaziş göstərilirdi. Dişi canavar 
onunla oynamağa başladı. Küçük kimi atılıb düşdü. Sonra 
onu  iylədi.  Təkgöz  canavar  yaşının  bu  “hörmətli” 
mərhələsini  unudaraq  bütün  ağlını  və  təcrübəsini  yaddan 
çıxarıb  daha  sərsəm  hərəkətlər  etdi:  o  da  balaca  küçüyə 
döndü. 
Vəssalam. Bütün məğlub olan rəqiblər də yaddan çıxdı. 
Qar üstündə qanla yazılmış bu məhəbbət romanı da az qala 
unuduldu.  Təkgöz  yalnız  bircə  dəfə  başını  çevirib 
yaralarını yalayanda döyüş mənzərəsini xatırladı. Bu vaxt 
downloaded from KitabYurdu.org


51 
 
dodaqları hiddətlə dartıldı. Boynundakı, çiynindəki tüklər 
dimdik qalxdı. Pəncələrini ürpə-ürpə qarın içinə soxdu və 
bütün  bədənini  gərərək  hücum  vəziyyətini  aldı.  Bu  hal 
bircə an çəkdi. Hər şey ötüb keçdi. Hər şey unuduldu və 
təkgöz onu yoldan çıxaran, işarə ilə meşəyə dəvət edən dişi 
canavarın dalınca yüyürdü. 
Bir  müddətdən  sonra  artıq  iki  vəhşi  mehriban  dost, 
qarşılıqlı  razılıq  əldə  etmiş  canavarlar  kimi  yanbayan 
qaçırdılar.  Günlər  ötürdü.  Amma  vəhşilər  ayrılmaq 
bilmirdilər.  Birlikdə  ov  edir,  öldürür,  birlikdə  yeyirdilər. 
Çox  keçmədi  ki,  dişi  canavar  özünü  nəsə  narahat  hiss 
etməyə başladı. Elə bil o, nəsə axtarırdı və axtardığı şeyi 
heç  cür  tapa  bilmirdi.  Adətən  onu  yıxılmış  ağacların 
altındakı  xəlvət  yerlər  cəlb  edirdi.  Belə  vaxtlarda  dişi 
canavar  çay  sahili  boyu  sıralanmış  sıldırım  qayalardakı 
narın  qar  basmış  yarğanlarda,  mağaralarda  saatlarla 
uzanırdı.  Bu  hal  qoca  təkgözü  o  qədər  də 
maraqlandırmırdı.  Amma  o,  itaətlə  “qadınının”  dalınca 
gedirdi.  Bəzən  dişi  canavarın  axtarışları  çox  uzun  çəkir, 
qoca canavar isə qar üstünə uzanıb onu səbirlə gözləyirdi. 
Onlar  bir  yerdə  çox  qalmırdılar.  Bu  dəfə  Makkenzi 
çayına  tərəf  yüyürməyə  başladılar.  Çay  sahili  boyunca 
getdilər. Çayın balaca qolları üstündə hərlənən canavarlar 
arabir  dönüb  ov  axtarır,  sonra  da  qayıdıb  yenə  əvvəlki 
downloaded from KitabYurdu.org


52 
 
yerlərinə  çıxırdılar.  Hərdən  cüt  gəzib  dolaşan  başqa 
canavarlara  da  rast  gəlirdilər.  Bu  görüşə  heç  bir  tərəf 
sevinmirdi. Heç bir tərəf yenidən birləşmək, dəstə halında 
gəzməyə  meyl  göstərmirdi.  Bəzən  yolda  yalquzaqlar  da 
olurdu;  erkək  canavarlar  idi.  Bu  vəhşi  erkəklər 
məmnuniyyətlə  təkgözlə  onun  rəfiqəsinə  qoşulmaq 
istəyirdilər.  Amma  təkgöz  bunun  əleyhinə  idi.  Elə  ki 
rəfiqəsinin  erkək  vəhşilərlə  çiyin-çiyinə  dayandığını 
görürdü, tüklərini pırpızlaşdırar, dişlərini qıcırdardı. Bunu 
görən 
yad 
canavarlar 
həsləyər, 
daldalı  çəkilib 
uzaqlaşardılar. 
Aylı bir gecə idi. Onlar sakit meşədə qaçarkən təkgöz 
qəflətən  ayaq  saxladı.  O,  ağzını  göyə  tutdu,  quyruğunu 
qısdı.  Vəhşinin  burun  dəlikləri  qalxıb  enməyə  başladı. 
Havanı  iylədi.  Sonra  it  kimi  qabaq  pəncələrini  qaldırdı. 
Nəsə  onu  həyəcana  gətirmişdi.  O,  havadan  gələn  təzə 
qoxunun  nədən  xəbər  verdiyini  anlamağa  çalışdı.  Dişi 
canavar  bumu  ilə  dostuna  toxundu.  Sonra  irəli  qaçdı. 
Təkgözü də öz dalınca qaçmağa məcbur etdi. Amma qoca 
canavarın içində narahatlıq gəzirdi. Bir az qaçandan sonra 
yenə  ayaq  saxladı.  Külək  təhlükəli  qoxu  gətirirdi.  Və  o, 
qoxunun nə demək olduğunu bilmək istəyirdi. 
Dişi canavar ağaclığın dalından böyük bir talaya çıxdı. 
Ehtiyatla  o  yan-bu  yana  baxdı.  Az  sonra  bütün  tükləri 
downloaded from KitabYurdu.org


53 
 
pırpızlaşdı.  Təkgöz  tərəddüd  edə-edə  ona  yaxınlaşdı. 
Canavarlar  beləcə  yanaşı  dayanıb  qulaq  asmağa, 
acgözlüklə  havanı  iyləməyə,  diqqətlə  ətrafa  baxmağa 
başladılar. 
Yaxından  it  mırıltısı,  xırıltılı  kişi  səsləri,  qadınların 
söyüşməsi, uşaqların ağlaşması gəlirdi. Taladan o tərəfdə 
dəri  ilə  örtülmüş  iri  komalar,  tonqallar  və  tonqalların 
önündən  o  tərəf-bu  tərəfə  tələsən  insan  siluetləri 
görünürdü. Havaya tüstü qalxırdı. Ancaq canavarlar hindu 
düşərgəsindən gələn qənbə qoxunun nədən çıxdığını hələ 
anlamırdılar. Bu iylər təkgöz və onun rəfiqəsinə naməlum 
olan  şeylərdən  danışırdı.  Dişi  canavarı  qəribə  narahatlıq 
bürüdü. O, getdikcə daha şövqlə havanı iyləməyə başladı. 
Təkgöz  canavar  isə  hələ  də  tərəddüd  içində  idi.  Birdən 
təkgöz qeyri-ixtiyari yerindən götürülüb geri döndü. Dişi 
canavar  onu  sakitləşdirmək  məqsədilə  bumunu  təkgözün 
boğazına sürtdü. Sanki o, bununla təkgözü yola gətirmək 
istəyirdi. Sonra yenə hindu düşərgəsinə baxmağa başladı. 
Dişi  canavarın  gözlərində  dərin  bir  həsrət  gizlənmişdi. 
Amma  bu,  aclıqdan  doğan  həsrət  deyildi.  Canavar 
qəsəbəyə qaçmaq istəyi ilə coşub-daşırdı. O, xəlvətcə ton-
qal  ların  yanına  getmək,  boğuşan  itlərə  qarışmaq, 
adamların himayəsində daldalanmaq istəyirdi. 
Təkgöz  qoca  hövsələdən  çıxmışdı.  Pəncələrini  yerə 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə