Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə14/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   10   11   12   13   14   15   16   17   ...   69

58 
 
neçə milliyində, yuxan tərəfdə tapdı. Başdan-başa donmuş 
çay  susmuşdu.  Dişi  canavar  yorğun-yorğun  təkgözün 
dalınca  qaçırdı.  Birdən  çayın  yuxarı  tərəfindəki  dikdirdə 
əyri  bir  yer  gördü.  Canavar  dönüb  o  tərəfə  yüyürdü. 
Gurultulu yaz leysanlan sahildə ensiz, dar bir dəlik açmışdı 
və yamacın dikdirində balaca bir mağara yaranmışdı. Dişi 
canavar mağaranın girəcəyində ayaq saxladı. Onun bayır 
tərəfinə  diqqətlə  baxdı.  Sonra  mağaranın  başına  hərlənib 
yenə  əvvəlki  yerinə  qayıtdı.  Dəlik  dik  yamaca  qalxırdı. 
Dişi  canavar  geriyə  dönüb  bu  ensiz  deşikdən  içəri  girdi. 
Təxminən  üç  addım  süründü.  Mağara  divarları  getdikcə 
eninə  və  hündürlüyünə  genəlirdi.  Dişi  canavar  diametri 
təxminən altı addım  olan balaca, dairəvi bir meydançaya 
çıxdı. İçəri qupquru, rahat idi. O, mağaraya göz gəzdirdi. 
Təkgöz  isə  girişdə  dayanıb  təmkinlə  rəfiqəsinin 
hərəkətlərini  izləyirdi.  Dişi  canavar  başını  aşağı  saldı. 
Bumunu  uzadıb  pəncələrinə  toxundurdu.  Bir  neçə  dəfə 
kəllə-mayallaq  aşdı.  Sonra  yorğunluqdanmı,  ya  nədənsə 
ayaqlarını  qatlayıb,  uzandı.  Onun  başı  mağaranın 
girəcəyinə tərəf idi. Təkgöz qulaqlarını şəklədi. Rəfiqəsinə 
kinayə  ilə  güldü.  İçəridən  hər  şey  görünürdü. Mağaranın 
deşiyindən  düşən  işıqda  dişi  canavarın  quyruğunun  ucu 
asta-asta  yuxarı-  aşağı  qalxıb-enirdi.  Dişi  canavar  alt 
çənəsini bərk-bərk torpağa sıxmış, cəhəngini açmış, dilini 
downloaded from KitabYurdu.org


59 
 
çıxarmışdı. Yəqin ki, rahatlıq tapdığına sevinirdi. 
Təkgöz acmışdı. O. mağaranın ağzındaca yuxuya getdi. 
Amma  çox  yata  bilmədi. Gah  durub  qulaqlarını  şəkləyir, 
gah  da  aprel  günəşinin  şüalarının  qar  üstündə  sayrışan 
rənglərinə göz qoyurdu. Ətrafdakı aləm nədənsə danışırdı. 
Təkgöz 
mürgüləməyə 
başlayanda 
qulaqlarına 
görünməyən,  xırda  çayların  güclə  eşidiləcək  pıçıltısı 
dəyirdi. Hərdən başını qaldırır, həyəcanla bu səslərə qulaq 
verirdi. Göyün üzündə yenə günəş göründü. Oyanan şimal 
sanki canavara əl edirdi. Ətrafda hər şey oyanırdı. Havadan 
yaz  ətri  gəlirdi.  Qarın  altında  yeni  həyat  doğulurdu. 
Ağaclar şirədən şişmişdilər. Tumurcuqlar buz qandallarım 
sındırıb tökmüşdülər. 
Təkgöz  narahat-narahat  oyanıb  rəfiqəsinə  baxırdı. 
Amma  dişi  canavar  yerindən  tərpənmək  istəmirdi.  Qoca 
canavar  ətrata  yenə  də  diqqət  kəsildi.  Lap  yaxında  şimal 
sərçələrinin  nırıltı  ilə  uçuşduğunu  gördü.  Ayağa  durdu. 
Amma rəfiqəsinə baxıb yenə uzandı. Yuxuladı. Qulağına 
zəif vızıltılar dəyirdi. Mürgüləyə-mürgüləyə pəncəsini bir 
neçə  dəfə  üz-gözünə  çırpdı.  Sonra  ayıldı.  Bumunun 
ucunda  milçək  vızıldayırdı.  Görünür,  iri  milçək  idi.  O, 
bütün  qışı  qum  kötük  içində  keçirmiş,  indi  isə  günəşin 
gəlişi  ilə  azadlığa  çıxmışdı.  Təkgöz  canavarın  ətraf 
mühitin harayına hay verməyə heyi qalmamışdı. O, yemək 
downloaded from KitabYurdu.org


60 
 
istəyirdi. 
Təkgöz  rəfiqəsinin  yanına  süründü.  Onu  qaldırmaq 
istədi. Dişi canavar isə dişlərini şaqqıldatdı. Nəhayət, qoca 
canavar tək yola düşməyi qərara aldı. O, gün işığına çıxdı. 
Ayaqları  altındakı  qar  əriyirdi.  Səyahət  heç  də  asan 
olmayacaqdı.  Təkgöz  donmuş  çayın  üstü  ilə  ağacların 
kölgəsinin düşdüyü tərəfə, yuxarıya üz qoydu. O, təxminən 
səkkiz saat hərləndi. Qaranlıq düşən kimi ac, yorğun halda 
mağaraya qayıtdı. Nə bir quşa rast gəldi, nə də heyvana. 
Onun  qovduğu  dovşanlar  qan  əriyən  dik  yamaclarda 
rahatca qaçırdılar. Özü isə sürüşüb yerə dəyirdi. 
Mağaranın girəcəyində anlaşılmaz bir duyğu onu ayaq 
saxlamağa məcbur etdi. İçəridən zəif, qəribə səslər gəlirdi. 
Bu  səslər  dişi  cana-  vann  səsinə  bənzəyirdi.  Bu  səslərdə 
nəsə  bir  doğmalıq,  yaxınlıq  duyulurdu.  Qoca  canavar 
ehtiyatla içəri süründü. Rəfiqəsi ürkək- ürkək mırıldandı. 
Bu, təkgözü çaşdırmadı. Amma o, dişi canavardan bir az 
aralandı. Əlbəttə, təkgözü başqa səslər maraqlandırırdı. Bu 
səslər  zəif,  zingiltili  səslər  idi,  ağlamağa  oxşar  qanşıq 
səslər idi. 
Dişi  canavar  hirslə  mırıldandı.  Təkgöz  geriyə  dönüb 
mağaradan çıxdı. Uzanıb yatdı. Səhər yuvaya tutqun işıq 
düşmüşdü.  Qoca  canavar  yenə  həmin  qanşıq,  tanış  və 
qəribə 
səslərin 
gəldiyi 
yeri  axtarmağa  başladı. 
downloaded from KitabYurdu.org


61 
 
Özünümüdafiə  mövqeyində  duran  dişi  canavar  dişlərini 
şaqqıldadırdı.  Onda  qəribə,  təzə  keyfiyyətlər  əmələ 
gəlmişdi. Bütün hərəkətlərindən qısqanclıq yağırdı. Qoca 
canavar buna görə də ondan aralı durmağa məcbur olurdu. 
Axır  ki,  təkgöz  dişi  canavann  ayaqları  arasında,  onun 
qarnına sığınıb qurdalanan beş balaca, canlı yumağı görə 
bildi.  Yavaşca  zingildəyən  bu  köməksiz,  zəif  balalar 
gözlərini  dünyaya  hələ  ki,  açmamışdılar.  Qoca  canavarı 
heyrət bürümüşdü. Əslində onun uzun və uğurlu həyatında 
belə şeylər tez-tez baş vermişdi. Amma hər dəfə o, təzədən 
heyrətlənirdi.  Dişi  canavar  ata  canavara  narahat-narahat 
baxdı.  O,  hərdənbir  asta-asta  mırıldanır,  qoca  canavarın 
yaxınlaşdığım  görən  kimi  daha  hiddətlə  nərildəyirdi. 
Bütün  ana  canavarların  təcrübəsindən  də  üstün  olan  bir 
instinkt  ona  dumanlı  şəkildə  olsa  da  pıçıldayırdı  ki,  ata 
canavarlar  öz  köməksiz  nəsillərini  yeyə  bilərlər.  Amma 
belə  bir  bədbəxt  hadisə  hələ  ki,  dişi  canavara  üz 
verməmişdi. Qorxu hissi təkgözü öz balalarının yanından 
qovmağa onu məcbur etmişdi. 
Canavar  balaları  təhlükəsiz  yerdə  idi.  Əlbəttə,  qoca 
canavar  da  instinktin  hökmünü  hiss  etmişdi.  Bu  instinkt 
ona əcdadlarından keçmişdi. O, bütün varlığında, canında 
bu hökmü hiss etdi. Bu hökmə qarşı müqavimət göstərmək 
haqqında da heç düşünmədi. Beləliklə, o, təzə doğulmuş 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə