Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə15/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   11   12   13   14   15   16   17   18   ...   69

62 
 
nəslini mağarada qoyub yemək dalınca getdi. 
Yuvadan  təxminən  beş-altı  mil  aralıda  çay  iki  qola 
ayrılmışdı.  Onun  hər  iki  qolu  dağlara  sarı  burulurdu. 
Canavar çayın sol qolu bo 
yunca getdi və tezliklə nəyinsə izinə düşdü. İzlər lap təzə 
idi. O, əyilib qarın üstünü iylədi, sonra qamı üstə uzanıb, 
izlərin apardığı istiqamətə tərəf baxdı. Tələsmədən çevrilib 
çayın sağ qoluna tərəf qaçdı. İzlər onun öz ləpirlərindən də 
yekəydilər. O bilirdi ki, belə ləpirlərin dalınca düşməkdən 
bir şey çıxmaz. 
Çayın sağ qolu ilə təxminən yarım mil qaçan canavarın 
həssas  qulağına  nəsə  çığırtı  səsi  dəydi.  Yaxına  gəlib  dal 
ayaqlan  üstə  qalxdı  və  dişlərini  ağaca  sürtən  nəhəng  bir 
oxlu  kirpini  gördü.  Təkgöz  ehtiyatla,  ümidsiz  halda  ona 
yaxınlaşdı.  Ümumiyyətlə,  belə  uzaq  şimalda  iynələrini 
atan vəhşi kirpi ona heç rast gəlməmişdi. Onların ətindən 
heç  vaxt  dadmamışdı.  Canavar  çoxillik  təcrübəsindən 
bilirdi ki, həyatın uğurlu, xoşbəxt anları olur. Elə buna görə 
də  o,  oxlu  kirpiyə  tərəf  irəliləyirdi.  Bu  görüşün  necə 
nəticələnəcəyini  demək  çətin  idi.  Axı,  canlı  varlıqla 
döyüşün aqibətini heç vaxt qabaqcadan bilmək olmur. 
Oxlu kirpi yumaq kimi çömbələrək hər tərəfə uzun, iti 
iynələrini səpələdi. Belə vaxtda ona hücum etmək olmazdı. 
Təkgöz gəncliyində eynilə belə cansız yumaq iynələri ilə 
downloaded from KitabYurdu.org


63 
 
rastlaşmışdı.  Yumağa  toxunanda  qəfildən  bumuna  zərbə 
dəymişdi. İynələrdən biri lap bumunun içinə girmişdi. Bu, 
canavara  dəhşətli  ağrılar  vermiş,  bir  neçə  həftədən  sonra 
iynə düşmüş, canı dinclik tapmışdı. 
Canavar  qamı  üstə  uzandı.  Tullanmağa  hazırlaşdı. 
Bumunu  oxlu  kirpinin  quyruğundan  təxminən  bir  addım 
aralı  saxlayaraq  gözləməyə  başladı.  Hər  şey  ola  bilərdi. 
Qəfildən  oxlu  kirpi  çönə  bilərdi.  Və  bəlkə  də  çönsəydi, 
canavarın  cənginə  keçərdi.  Canavar  onun  açıq  qalmış 
qarnını bircə anda yırta bilərdi. 
Təkgöz  yarım  saat  gözlədi.  Sonra  durub  hirslə 
hərəkətsiz yumağın üstünə mırıldandı və qaçıb getdi. Bax, 
beləcə  oxlu  kirpiləri  əvvəllər  də  güdmüşdü.  Amma  nə 
faydası? Düşündü ki, vaxt itirməyə dəyməz. Təkgöz çayın 
sağ qolu ilə irəlilədi. Gün başa çatsa da, qoca canavar hələ 
cənginə bir şey keçirə bilməmişdi. 
Təkgözü  idarə  edən,  onu  hərəkətə  gətirən  içində 
oyanmış  atalıq  instinkti  idi.  Bir  şey  məlum  idi:  nəyin 
bahasına  olursa  olsun  yemək  tapmalıdır.  Belə  də  oldu. 
Günün axırma yaxın ağ bir kəklik qamarladı. Qoca canavar 
taladakı  kolluqdan  çıxırdı.  Birdən  bu  quşcuğazla  üzbəüz 
gəldi.  Kəklik  kötüyün  üstündə  oturmuşdu.  Hər  ikisi  eyni 
vaxtda  bir-  birini  gördü.  Quş  qanad  çalmaq  istədi,  ancaq 
canavar  pəncəsi  ilə  onu  vurub  saldı.  Təkgözün  iti  dişləri 
downloaded from KitabYurdu.org


64 
 
quşun  yumşaq  ətinə  batdı,  zərif  sümüklərini  sındırdı. 
Vəhşinin  çənəsi  açılıb-yumulmağa  hazırdı,  ancaq  birdən 
nəsə fikirləşdi və kəkliyi götürüb mağaraya tərəf yüyürdü. 
Təkgöz  öz  səssiz  yerişi  ilə  təxminən  bir  mil  qaçdı. 
Qaça-qaça  hər  künc-bucağa,  döngəyə  diqqətlə  göz 
yetirirdi. Bu dəfə yenə əvvəlki iri pəncələrin izinə düşdü. 
İzlər onun yolunun üstündə idi və o, ləpirlərin sahibi ilə hər 
an rastlaşa bilərdi. 
Canavar qayanın dalından başım çıxartdı. Gözünə əcaib 
bir  şey  dəydi.  Dərhal  yerə  uzandı.  Bu,  qarın  üstündə 
nəhəng ləpirlər salan yekə bir erkək vaşaq idi. O, yumağa 
dönmüş oxlu kirpinin qabağında uzanmışdı. Səhər canavar 
özü  də  beləcə  oxlu  kirpinin  qabağında  idi.  Təkgöz 
hərəkətsiz dayanan vəhşi oxlu  kirpi ilə vaşağın  yanından 
kölgə kimi ötüb keçdi. 
Təkgöz  qamı  üstə  uzanmış,  kəkliyi  də  qabağına 
qoymuşdu.  O,  nazik  küknar  ağaclarının  iynəcikləri 
arasından  taleyin  bu  oyununu  diqqətlə  izləməyə  başladı. 
Onun gözünün qabağında iki vəhşi dayanmışdı. Onlar çox 
güclü  idilər.  Bu  tale  oyununun  mənası  beləydi  ki, 
oyunçulardan biri o birini yemək istəyirdi. Əlbəttə, heç biri 
yeyilmək istəmirdi. 
Bu  mənzərəni  sakitcə  seyr  edən  qoca  canavar  da 
xəlvətcə oyunda iştirak edirdi. O, yalnız öz bəxtinə ümid 
downloaded from KitabYurdu.org


65 
 
bağlamışdı. Bəlkə də yaşamaq üçün ən vacib olan yemək 
əldə edə biləcəkdi? 
Bir saat ötdü. Heç nə dəyişmədi. İynəli yumaq yenə daş 
kimi hərəkətsiz dayanmış, vaşaq isə sanki mərmər heykələ 
dönmüşdü.  Təkgöz  sanki  ölü  kimi  düşmüşdü.  Buna 
baxmayaraq,  hər  üç  vəhşi  həyəcanlı  dəqiqələr  yaşayırdı. 
Bu həyəcan o qədər təsirli idi ki, onlar canlarında ağrılar 
hiss  etməyə  başlamışdılar.  Vəhşilər  heç  vaxt  belə  ağn 
duymamışdılar. 
Təkgöz irəli meylləndi. Elə bu vaxt küknar ağaclarının 
arxasında  nəsə  bir  dəyişiklik  baş  verdiyini  gördü.  Oxlu 
kirpi  rəqibinin  artıq  çıxıb  getdiyini  kəsdirmişdi.  O, 
keçilməz, “zirehli” bədənini ehtiyatla tərpətməyə başladı. 
Heç  nədən  şübhələnməyən  tikanlı  yumaq  yavaş-yavaş 
açılır,  düzəlirdi.  Canlı  ovu  qarşısında  görən  təkgöz 
canavarın ağzı sulandı. Birdən oxlu kirpi də öz düşmənini 
gördü. Elə bu an vaşaq ona qüvvətli bir zərbə endirdi. Əyri, 
iti dımaqlı pəncə kirpinin zərif qamını yırtdı. Vaşaq dərhal 
geri  sıçradı.  Əgər  oxlu  kirpi  tamamilə  açılsaydı,  yaxud 
rəqibini  azca  tez  görsəydi,  yəqin  ki,  döyüş  başqa  cür 
alınacaqdı.  Amma  vaşaq  yana  sıçrayanda  oxlu  kirpi 
quyruğu ilə böyürdən zərbə ilişdirdi. Kirpinin iti iynələri 
vaşağın  bədəninə  batdı.  Hər  şey  qəflətən  olurdu;  həmlə, 
cavab həmləsi oxlu kirpinin ölümqabağı vəngiltisi, nəhəng 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə