Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə16/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   12   13   14   15   16   17   18   19   ...   69

66 
 
vəhşi 
pişiyin  tükürpərdici  çığırtısı  ətrafı  başına 
götürmüşdü.  Təkgöz  qulaqlarım  şəklədi,  həyəcandan 
titrəyən  quyruğunu  qısdı.  Vaşaq  yenə  meydana  çıxdı  və 
ona  dəhşətli  yaralar  vurmuş  oxlu  kirpinin  üstünə  şığıdı. 
Xırıldayan oxlu kirpi quyruğu ilə yenə bir zərbə endirdi. 
Sonra  təzədən  yumağa  dönmək,  qarnından  tökülmüş 
bağırsaqlarını yığıb gizlətmək istədi. Vəhşi pişikdən yenə 
dəhşətli  çığırtı qopdu. O, vıyıltı  ilə geri  tullandı, vaşağın 
bumunun içinə iynələr girmişdi. Və indi onun bumu çoxlu 
iynə batırılmış balışı xatırladırdı. O, pəncələri ilə bumunu 
cırmaqlayır, od kimi yandıran oxlardan canını qurtarmağa 
çalışırdı.  Gah  ağzını  qarın  içinə  soxur,  gah  da  bumunu 
ağaclara  sürtürdü.  Atılıb  düşən  bu  vəhşi  pişik  dəhşətli, 
yandırıcı  ağrılardan  başını  tamam  itirmiş,  gah  sağa,  gah 
sola cumur, fınxıra-fınxıra gödək quyruğunu yerə çırpırdı. 
Az  sonra  o  susdu.  Təkgöz  vaşağa  göz  qoyurdu.  Birdən 
tüklərini  qabardıb  pırpızlaşdırdı.  Bu  vaxt  vaşaq  dəhşətli 
miyoltu  ilə  yerindən  sıçradı  və  vəngildəyə-vəngildəyə 
götürüldü.  Onun  qulaqbatırıcı  vəngiltiləri  ətrafa  yayıla-
yayıla  uzaqlaşırdı.  Yaralı  vaşaq  gözdən  itənə  kimi 
vəngiltisi eşidilirdi. Təkgöz irəli cummaq istədi. O, qarın 
üstündə elə ehtiyatla yeriyirdi ki, sanki oxlu kirpinin bütün 
iynələri ayağının altına səpələnmişdi və bu saat onun zərif 
pəncələrinə  batacaqdı.  Oxlu  kirpi  canavarı  görən  kimi 
downloaded from KitabYurdu.org


67 
 
hiddətlə  ciyildədi,  dişlərini  şaqqıldatdı.  Birtəhər  dönmək 
istədi. Amma indi o, əvvəlki kimi basılmaz zireh deyildi. 
Əzələləri sözünə baxmırdı, tikə-tikə parçalanmışdı. Ondan 
qan gedirdi. 
Təkgöz  dilini  işə  saldı.  Qarın  üstünə  tökülmüş  qanı 
ləzzətlə yalamağa başladı. Belə dadlı qəlyanaltıdan sonra 
aclığı daha da artdı. Amma o, həyatda çox şey görmüşdü. 
Həyat ona ehtiyatla hərəkət etməyi öyrətmişdi. Bir az vaxtı 
öldürmək  lazım  gəlirdi.  Buna  görə  də  canavar  oxlu 
kirpinin qabağında uzanıb gözləməyə başladı. Oxlu kirpi 
isə  xırıldayıb  dişlərini  qıcırtdı,  sonra  yavaşdan  ciyildədi. 
Bir  azdan  təkgöz  oxlu  kirpinin  iynələrinin  yavaş-yavaş 
düşdüyünü  gördü.  Onun  bütün  bədəni  titrətməyə  düşdü. 
Titrətmə  birdən  kəsildi.  Kirpinin  uzun  dişləri  son  dəfə 
şaqqıldadı, iynələri töküldü, bədəni süstləşdi və o, bir daha 
tərpənmədi. 
Təkgöz  qorxa-qorxa  yorğun  pəncələri  ilə  oxlu  kirpini 
çəkib dartdı, sonra onu arxası üstə çevirdi. Hər şey uğurla 
qurtardı. Oxlu kirpi ölmüşdü. Bunu diqqətlə yoxladıqdan 
sonra  canavar  öz  ovunu  dişləri  arasına  alıb  çaya  tərəf 
yüyürdü.  O,  başını  yana  çevirib  tikanlı  ovunu  ehtiyatla 
sürüyürdü.  Birdən  nəsə  yadına  düşdü.  Oxlu  kirpini  atıb 
kəkliyin yanına qayıtdı. 
Canavar  bir  an  belə  tərəddüd  etmirdi.  Nə  edəcəyini 
downloaded from KitabYurdu.org


68 
 
yaxşı bilirdi. Kəkliyi yemək lazım idi; canavar onu yedi, 
sonra oxlu ovunun yanına qayıtdı. 
Qoca canavar ələ keçirdiyi ovu dartıb yuvaya gətirəndə 
ana  canavar  başını  qaldırıb  onun  boynunu  yaladı.  Sonra 
nəvazişlə  zingildədi  və  qoca  canavan  xırda  balalarından 
uzaqlaşdırdı.  Amma  bu dəfəki  nəriltidə  acıq  yox idi.  Bu 
nəriltidə  daha  çox  üzrxahlıq  vardı.  Ata  canavardan 
qorxmaq duyğusu yavaş-yavaş əriyirdi. Təkgöz özünü ata 
canavar  kimi  aparırdı.  O  öz  doğma  balalarını  parçalayıb 
yemək kimi qanundan- kənar arzu ilə yaşamırdı. 
BOZ CANAVAR BALASI 
O,  qardaş  və  bacılarından  xeyli  seçilirdi.  Qardaş  və 
bacılarının  dərisi  analarınkı  kimi  sarışın  rəngə  çalırdı. 
Onun  dərisi  isə xalis  təkgöz  canavarın dərisi kimiydi. O, 
yeganə  boz  rəngli  canavar  balası  idi.  Əsl  canavar  kimi 
doğulmuşdu,  atasına  çəkirdi.  Ata  və  bala  arasında  bircə 
fərq vardı: atanın bir, balanın isə iki gözü vardı. 
Boz canavar balasının gözləri təzəcə açılmışdı. Artıq o, 
yaxşı görürdü. Gözləri bağlı olanda belə, canavar balasının 
iybilmə,  qavrama  və  dadbilmə  duyğulan  yaranmışdı.  O, 
bacı-qardaşlarını yaxşı tanıyırdı. Onlarla ləngər vura-vura 
oynayır,  eşələnir,  sonra da xırda-xırda  dalaşırdılar.  Artıq 
onda xınltılı səslər əmələ gəlmişdi. Bu titrək səslər gələcək 
ulaşmadan xəbər verirdi. Hələ gözlərinin açılmasına azca 
downloaded from KitabYurdu.org


69 
 
qalmışdı. Amma o, qoxu, dad və hiss duyğusu ilə isti nəfəs, 
yemək  və  zəriflik  mənbəyi  olan  ana  canavarı  tanımağa 
başlamışdı.  Ana  canavar  nəvazişli,  yumşaq  dili  ilə  onun 
zərif  bədənini  yalayanda  balası  rahatlanır,  sonra  anasına 
qısılır və sakitcə yuxuya gedirdi. 
Ömrünün ilk həftələrini yuxuda başa vurdu. Lakin indi 
canavar  balası  daha  yaxşı  görür,  az  yatır,  yavaş-yavaş 
dünya  ilə  tanış  olurdu.  Onun  dünyası  qaranlıq  idi  və  bu 
qaranlıqdan başqa bir aləm tanımırdı. 
Əslində  buna  şübhə  də  etmirdi.  Boz  canavar  balasının 
gözünə  həmişə  qaranlıq  görünürdü.  Dünyanın  min  cür 
rəngi  var.  Amma  onun  dünyası  bir  rəngli  idi,  balaca  idi, 
yuvanın  divarları  arasında  idi.  Canavar  balasının  xarici 
mühitin  genişliyi,  əlvanlığı,  zənginliyi  barədə  təsəvvürü 
yox idi. Bəlkə elə buna görə də, bu dar divarlar arasındakı 
həyat onun üçün məşəqqətli deyildi. 
Lakin canavar balası tezliklə duydu ki, onun yaşadığı 
dünyanın  divarlarından  biri  o  birilərindən  fərqlənir. 
Oradan mağaraya giriş yolu var. Ordan işıq gəlir. Bu divar 
o birilərinə bənzəmirdi. Düzdür, canavar belə şeyləri dərk 
edə bilməzdi. Hələ düşünə bilmirdi. Amma həmin divarın 
deşiyi onu çoxdan özünə cəlb etmişdi. 
Burdan gələn işıq onun qapanmış kirpiklərinə düşürdü. 
Boz  canavar  balasının  həssas  sinirləri  bu  qəribə  və  xoş 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə