Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə17/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   13   14   15   16   17   18   19   20   ...   69

70 
 
duyğuların  ilıq  qığılcımlarına  qarışır,  buna  biganə  qala 
bilmirdi. Canavar balasının bədənində həyat coşurdu. Elə 
bir  həyat  ki,  öz  hökmüylə  onun  iradəsinin,  hiss  və 
duyğularının  əleyhinə  hərəkət  edirdi.  İçində  coşmağa 
təzəcə başlayan həyat işığa can atırdı. Mürəkkəb kimyəvi 
tərkibi  olan  bitkinin  günəşə  can  atdığı  kimi,  o  da  işığa 
boylanırdı. 
Canavar  balası  hələ  heç  nə  dərk  etmirdisə  də, 
mağaranın çıxış yoluna tərəf sürünürdü. Bacı-qardaşları da 
ondan geri qalmırdılar. Ömürlərinin bu çağında balalardan 
heç  biri  arxa  divarların  qaranlıq  küncünə  qapılmaq 
istəmirdi. İşıq onları özünə çəkirdi. Elə bil canavar balaları 
bitki olmuşdular. Və onların yaşaması üçün gedən kimyəvi 
proses işıq tələb edirdi. İşıq onların həyatı idi, yaşaması idi. 
İt  küçüklərinə  bənzər  bu  cumbulu  canavar  balaları  da 
instinktsiz-fılansız  lap  üzüm  tənəkləri  kimi  işığa  doğru 
sürünürdülər. 
Sonralar  canavar  balalarının  hər  birində  fərdi 
keyfiyyətlər  -  fərdi  istək  və  şüurlu  oyanma  əmələ  gəldi. 
İşığa doğru can atma yalnız sürətləndi. Onlar bütün günü 
ona  san  sürünürdülər.  Ana  canavar  isə  hər  dəfə  onlan 
qaytarmağa məcbur olurdu. 
Elə  bu  vaxtlar  boz  canavar  balası  anasının  qəribə 
xüsusiyyətlərini  də  kəşf  etmişdi.  Əvvəllər  ona  anasının 
downloaded from KitabYurdu.org


71 
 
yüngül,  yumşaq  və  nəvazişli  yalaması  bəlli  idi.  Amma 
işığa cuman vaxt ona aydın olurdu ki, anasının, onu dala 
vurub  qaytaran,  cəza  verən  bərk  bumu  da  var.  Cəld  və 
dəqiq hərəkətlərlə onu yerə sıxan, yaxud gillədib küncə ata 
bilən pəncələrin zərbələrini də duydu. Və ömründə ilk dəfə 
boz  canavar  balası  ağrı  hiss  etdi.  İndi  o,  bu  ağrıdan 
qaçmağa  çalışırdı.  Düzdür,  əvvəllər  buna  əhəmiyyət 
vermirdi. Çox sonralar isə qorxudan büzüşməyi, cəzadan 
gizlənməyi  öyrəndi.  Bunlar  artıq  düşünülmüş  hərəkətlər 
idi,  dünyanın  varlığını  ümumiləşdirmək  bacarığının 
yaranması  demək  idi.  İşığa  san  düşünmədən  süründüyü 
kimi,  ağrılardan  da  beləcə  qaçırdı.  O,  ağndan  qorxurdu. 
Ona görə qorxurdu ki, ağrının nə demək olduğunu bilirdi. 
Bacı-qardaşlan  kimi  o  da  vəhşi  idi.  Başqa  cür  ola  da 
bilməzdi.  Axı,  o,  ətlə  qidalanan  yırtıcılar  nəslindən  idi. 
Ömrünün  ilk  günlərindən  süd  əmirdi  və  bu  südü  əmələ 
gətirən də ət idi. İndi gözlərinin açıldığı bu bir həftədə südü 
kəsilən ana canavarın balaları üçün böldüyü ətdən yeyirdi. 
Boz  canavar  balası  gündən-günə  vəhşiləşirdi.  Onun 
zingiltisi bacı-qardaşlarına nisbətən daha çox xırıltılı, daha 
çox güclü idi. Küçüklər kimi hirslənməyi də qorxuluydu. 
İlk dəfə o, bacı-qardaşlarına pəncələri ilə möhkəm zərbə 
endirməyi  öyrəndi.  Onları  arxası  üstə  yıxır,  birinin 
qulağından tutur, qəzəblə nərildəyib çənəsini sıxır, o birini 
downloaded from KitabYurdu.org


72 
 
o tərəf-bu tərəfə dartıb incidirdi. Əlbəttə, o, cumbululardan 
çox  südəmər  balalarını  mağaradan  çıxmağa  qoymayan 
anasım təngə gətirmişdi. 
Mağaraya düşən işıq boz canavar balasına gündən-günə 
daha çox gəl-gəl deyirdi. Balaca vəhşi hey mağaranı gəzib-
dolaşır,  oradan  çıxmağa  can  atırdı.  Lakin  onu  geri 
dartırdılar. O, mağaranın çıxış yolunu öyrənmişdi. Amma 
dünyada bir yerdən başqa yerə aparan müxtəlif giriş-çıxış 
yollarının  olduğunu  hələ  də  anlaya  bilmirdi.  Mağaradan 
savayı  aləmin  mövcud  olduğu  onun  üçün  qaranlıq  idi. 
Buna  görə  də  mağaradan  çıxan  yol  ona  divar  kimi  -  işıq 
divan kimi görünürdü. Günəş bütün canlı varlıqlar üçün nə 
demək idisə, onun üçün də bu divar beləydi. Və bu günəşli 
divar  onu  hər  gün  çəkirdi.  Canavar  balası  yorulmaq 
bilmirdi.  Bu,  dünyaya  açılan  yeganə  yol idi.  Bu  yol  ona 
yeriş gətirəcəkdi. Lakin özü bu barədə heç nə bilmirdi. O 
bilmirdi ki, bayırda daha əlvan həyat var. 
Bu  işıq  divannın  qəribə  bir  xüsusiyyəti  vardı.  Boz 
canavarın  atası  (artıq  o  öz  aləmində  atasını  anasına 
bənzəyən  varlıq  kimi,  işığa  yaxın  yerdə  yatan,  yemək 
gətirən və mağaranın doğma sakini kimi tanımışdı) sadəcə 
buradan  keçib  gedir,  çox  uzaqlarda  gözdən  itirdi.  Boz 
canavar balası bunu başa düşə bilməzdi. Çünki anası onu 
işıqlı divara yaxın qoymurdu. Bala canavar  mağaranın o 
downloaded from KitabYurdu.org


73 
 
biri divarlarına yanaşır və hər dəfə də onun zərif bumu nəsə 
bərk  bir  şeyə  toxunurdu. Bu  onu  incidirdi. Bir  neçə  dəfə 
belə “səyahətlərdən” sonra divarların yoxlanması qurtardı. 
Canavar  balası  atasının  tez-tez  görünməməsinə  özündən 
asılı olmayaraq yaxşı hal kimi baxırdı. 
Əlbəttə, o, adamlar kimi düşünmürdü. Beyni dumanlı 
idi.  Hər  halda,  boz  canavar  balasının  qənaətləri 
adamlarınkından heç də pis deyildi. O, şeyləri olduğu kimi 
qəbul  edirdi. Özünü çox  da  çətin  suallarla  dolaşdırmırdı; 
bu niyə belə oldu, o niyə belədir? Bu suallar onun nəyinə 
gərək idi? Onunçün şeylərin mövcud olması kifayət idi. O, 
ətraf  mühiti  beləcə  tanıyırdı.  Buna  görə  də  bumu 
mağaranın divarlarına bir neçə dəfə dəydikdən sonra boz 
canavar  balası  bu  divar  səddini  keçə  bilməyəcəyi  və 
atasının  elədiklərini  görə  bilməyəcəyi  ilə  barışdı.  Lakin 
onun  içində  atası  ilə  özü  arasındakı  fərqi  anlamaq  istəyi 
heç 
vaxt 
baş 
qaldırmamışdı. 
Onun 
beyninin 
formalaşmasında məntiq və digər elmlər iştirak etmirdi. 
Şimal cəngəlliyinin digər sakinləri kimi, tezliklə o da 
aclıq hiss etdi. Elə gün olurdu ki, ata canavar ət gətirmirdi, 
anasının südü isə kəsilmişdi. Canavar balaları zingildəyir, 
dişlərini  qıcırdır,  günün  çox  hissəsini  yatırdılar.  Onlar 
aclıqdan  tamamilə  süstləşmişdilər.  Daha  səs  çıxara 
bilmirdilər.  Dalaşanda  da  heç  biri  qəzəblənmir, 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə