Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə3/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   2   3   4   5   6   7   8   9   ...   69

11 
 
-  Bilirsən,  Henri,  məni  nəsə  narahat  edir.  Axı  itlər  o 
gələn qonağa niyə hücum etmədilər? O balığı çırpışdıran 
qonağı deyirəm e... 
-  Yuxulu səs gəldi: 
-  Bili,  sən  lap  dəymədüşər  olmusan.  Əvvəllər  belə 
deyildin. Az danış, yat, səhər onsuz da durub deyəcəksən 
ki, heç nə olmayıb. Vallah, mədən ağrıyır sənin, ona görə 
narahatsan... 
Onlar  ağır-ağır nəfəs  alaraq  bir  yorğan altında  yanaşı 
yatmışdılar, Ocaq öləzimişdi və işıldayan gözlərin dairəsi 
adamların gecələdiyi düşərgəyə tuşlanaraq getdikcə daha 
da yaxınlaşırdı. 
İtlər bir-birlərinə sığınmışdılar. İşıldayan gözlərdən biri 
onlara  lap  yaxınlaşanda  qorxa-qorxa  hürüşməyə 
başladılar.  Sonra  elə  bərkdən  hürdülər  ki,  Bili  yuxudan 
ayıldı,  dostunu  oyatmasın  deyə  ehtiyatla  yorğanının 
altından  çıxdı  və  ocağa  quru  çör-çöp  atdı.  Alov  qalxıb 
ətrafı işıqlandırdı və gözlərin dairəsi o saat geri çəkildi. 
Bili bir yerə yığışmış itləri nəzərdən keçirtdi, gözlərini 
ovuşdurub  bir  az  da  diqqətlə  baxdı  və  təzədən  yorğanın 
altına girdi. 
-  Henri, - dostunu səslədi. - Hey, Henri! 
Henri ayılaraq zarıldadı, soruşdu: 
-  Nə var yenə? 
downloaded from KitabYurdu.org


12 
 
-  Heç nə. İtlər yenə yeddi dənə olublar. İndicə saydım. 
Henri bu xəbəri deyinə-deyinə qarşıladı və tez də yuxuya 
gedib xoruldadı. 
Səhər  birinci  Henri  durdu  və  dostunu  da  oyatdı.  Saat 
altı  olsa  da,  havanın  işıqlanmasma  hələ  üç  saat  qalırdı. 
Henri  ala-toranlıqda  səhər  yeməyi  hazırlamağa  başladı, 
Bili isə yeri yığıb şeyləri kirşəyə qoydu. 
-  Bura bax, Henri. Sən nə deyirdin? Neçə itimiz var? 
-  Altı. 
-  Eh, düz demədin... 
-  Nədi, yenə yeddi olub? 
-  Yox, beş dənədi. Biri yoxdur. 
Henri hiddətlə çımxırdı: 
-  Lənət sənə, şeytan! - Sonra əlindəki yemək qablarını 
kənara tullayaraq itləri saymağa başladı. 
-  Düzdü, Bili. Fətti qaçıb. 
-  Aradan  elə  çıxıb  ki,  heç  xəbərimiz  olmayıb.  Tap 
görüm necə tapırsan. 
-  İşlər korlandı, - Henri dedi. - Diri-diri yeyiblər onu. 
-  Yəqin  o  vəhşilər  Fəttini  parçalayanda  yazıq  çox 
zingildəyib. 
-  Fətti elə həmişə səfehləyirdi, - Bili dedi. 
-  Ən ağılsız it də bilə-bilə ölümə getməz... 
Henri o biri itləri süzdü, beynində hər birinin nəyə qadir 
downloaded from KitabYurdu.org


13 
 
olduğunu götür-qoy etdi. 
-  Bunlar ağıllıdı, belə hoqqa çıxarmazlar. 
Bili də köksünü ötürdü: 
-  Bunları dəyənəklə də ocaqdan uzaqlaşdıra bilməzsən. 
Ürəyimə dammışdı ki, Fəttinin başında nəsə var. 
Şimal  yollarında  ölən  itlər  haqqında  adətən  belə  vida 
sözləri  deyirdilər.  Bu  sözlər  çoxlu  başqa  itlərin,  hətta 
insanların ölümündən sonra deyilən vida sözlərindən heç 
də fərqlənmirdi. 
DİŞİ CANAVAR 
Səhər yeməyindən sonra Henri və Bili olan-qalanlarını 
kirşəyə yığıb bu cəfakeş ocağı tərk edərək, qaranlıq yolla 
irəlilədilər. Elə bu vaxt həmin dəhşətli, tükurpədici ulartı 
eşidildi; səs qaranlığı, şaxtanı yara-yara gəlib onlara çatdı. 
Qızılaxtaranlar  dinməzcə  gedirdilər.  Düz  saat  doqquzda 
hava işıqlandı. 
Günortaçağı səma cənub tərəfdən çəhrayı rəngə çaldı. 
Üfüqdə  günəşlə  şimal  ölkəsi  arasında  sədd  çəkilmişdi. 
Çəhrayı rəng itdi. Günəşin solğun bənizi təxminən üç saat 
ətrafı  işıqlandırdı.  Sonra  o  da  söndü  və  kimsəsiz,  sakit 
şimal təzədən uzun Arktika gecəsini öz əyninə geyindi. 
Qaranlıq düşən kimi səyyahları hər tərəfdən izləyən o 
ulartı lap yaxından eşidilməyə başladı. 
Bəzən  bu  səs  elə  yaxından  gəlirdi  ki,  itlər  qorxudan 
downloaded from KitabYurdu.org


14 
 
yerlərində titrəyirdilər. 
Bu dəhşətli ulartıdan itlərin canına vəlvələ düşmüşdü. 
Bili və Henri qoşqunu düzəldirdilər. Bili dedi: 

Yaxşı ki, girlərinə ov keçib, bizi sakit buraxarlar... 

Day  demə,  onların  ulartısı  adamın  canına  üşütmə 
salır. 
Sonra  qızılaxtaranlar  növbəti  düşərgəyə  çatanacan 
susdular. 
Henri  ocağın  üstündə  pıqhapıqla  qaynayan  soya 
qazanına buz qırıntıları atırdı. Birdən arxadan qulaqbatırıcı 
səs gəldi. Billin qıyya çəkinəsi ilə Henrinin dik atılması bir 
oldu. Henri qarın üstüylə qaçan və qaranlıqda gözdən itən 
hansı  heyvanınsa  naməlum  kölgəsini  gördü.  Bili  itlərin 
arasındaydı. Bir əlində dəyənək, o birində quru balıq tuta-
raq meyit kimi qurumuşdu. 
-  Axır ki, yarısını qopartdı! - Bili qışqırdı. - Amma necə 
lazımdı payını da aldı. Zingiltini eşitmədin? 
Henri soruşdu: 
-  Axı nəydi o? 
-  Baş açmadım. Deyə bilərəm ki, bütün itlər kimi onun 
da ayaqları dişləri, dərisi vardı. 
-  Əhliləşdirilmiş canavardı bəlkə? 
-  Canavar olduğunu deyə bilmərəm, amma düz yemək 
vaxtı peyda olursa, demək əsl əhliləşdirilmiş heyvandı. 
downloaded from KitabYurdu.org


15 
 
Bu gecə dostlar şam yeməyindən sonra tabutun üstündə 
oturub  qəlyan  çəkərkən  gördülər  ki,  işıldayan  gözlərin 
halqası yavaş-yavaş daralır. 
-  Nolaydı,  girlərinə  sığın  dəstəsi  keçəydi,  bizi  sakit 
buraxaydılar, — Bili dedi. 
Henri  söyüş  söydü,  sonra  onlar  düz  iyirmi  dəqiqə 
beləcə  oturub  danışmadılar.  Henri  gözlərini  alova 
zilləmişdi,  Bili  isə  tonqaldan  bir  az  aralı,  qaranlıqda 
işıldayan gözlərin halqasına baxırdı. 
-  Mək-Terriyə çatsaydıq nə olardı... - Bili köks ötürdü. 
-  Sən  Allah,  bəsdi  ağladın,  zıqqıldama,  -  Henri 
dözmədi.  Mədən  qıcqırıb  sənin,  ona  görə  zıqqıldayırsan. 
Soda iç, o saat keçəcək, onda mən də səninlə darıxmaram. 
Səhər Henrini yuxudan Billin biabırçı söyüşləri oyatdı. 
O,  dirsəklənib  baxanda,  Bili  tonqalın  böyründə,  itlərin 
arasında durub hirsindən yumruğunu yellədirdi. 
-  Hey! - Henri qışqırdı: - Noolub? 
-  Froq qaçıb. 
-  Ola bilməz... 
-  Deyirəm qaçıb da... 
Henri yorğanı atıb dərhal itlərə tərəf cumdu. Diqqətlə 
onları  saydı,  şimalı  lənətləyən  Bili  kimi  o  da  söyməyə 
başladı. 
-  Froq  qoşquda  ən  güclü  it  idi,  -  deyə  Bili  sözünü 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə