Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə4/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   2   3   4   5   6   7   8   9   ...   69

16 
 
tamamladı. 
-  Özü də hamıdan ağıllıydı, - Henri əlavə etdi. 
-  İkicə  günün  içində  növbəti  it  epitafiyası  da  beləcə 
oxundu. 
Səhər yeməyi canlarına yatmadı, qalan dörd iti kirşəyə 
qoşdular. 
Bugünkü  gün  də  əvvəlkilərin  tayı  oldu.  Səyyahlar 
dinməzcə  qarlı  çöllərlə  gedirdilər.  Sakitliyi  yalnız  onları 
daban-dabana izləyən, lakin gözə görünməyən təqibçilərin 
məşum  ulartısı  pozurdu,  Qaranlıq  düşən  kimi  təqib 
başlanır, ulartı lap yaxınlıqdan eşidilirdi: itlər qorxudan tir- 
tir əsir, vurnuxur, qayışlarını dolaşdırır, bununla adamları 
daha da əldən salırdılar. - Növbəti dayanacaqda Bili lovğa-
lovğa danışdı: 
-  Hə,  şüursuz  bəndələr,  daha  heç  yana  qaça 
bilməzsiniz... 
Henri xörək bişirməyi buraxıb yaxma gəldi. Bili itləri 
hindusayağı bağladı. Henri itin boynundakı xaltanı cilovla 
yoğun,  uzun  bir  ağaca  sarıdı.  Ağacın  bir  ucunu  isə  yerə 
basdırdı. İtlər boyunlarındakı kəməri çeynəyə bilmirdilər - 
ağacın qol-budağı mane olurdu. 
Henri başını məmnun-məmnun tərpətdi: 
-  Tayqulağı ancaq bu yolla saxlamaq olar. İndi qayışı 
çeynəyib qıra bilməz. Belə yaxşıdı, salamat olarlar ki... 
downloaded from KitabYurdu.org


17 
 
-  Gəl  bir  olmasın!  -  Bili  dedi.  -  Əgər  səhər  bircəciyi 
qaçıb getsə, onda mən dilimə kofe vurmayacam. 
-  Guya onlar bilmirlər ki, bizim heç neyimiz yoxdu... - 
Henri uzanaraq düşərgəni mühasirəyə alan göz halqalarını 
göstərdi.  Bir-iki  güllə  atsaydıq,  bəlkə  qorxardılar. 
Günbəgün  daha  da  yaxınlaşırlar.  Gözünü  oddan  çək,  o 
tərəfə bir bax! Hə, gördün? 
İkisi  də  tonqalın  arxasında  görünən  tutqun  kölgələri 
maraqla  izlədi.  Qaraltı  tərəfə  diqqətlə  baxdılar.  Orda  bir 
cüt  göz  işıldadı  və  bu,  yalnız  vəhşi  gözləri  ola  bilərdi. 
Yavaş-yavaş aydın olurdu ki, bu vəhşilər tez-tez yerlərini 
dəyişirlər. 
İtlər  arasına  səksəkə  düşdü  və  bu,  Billə  Henrinin 
diqqətindən yayınmadı. Tayqulaq səbirsizliklə mırıldanır, 
gah  qaranlığa  cumur,  gah  da  geri  çəkilib  boynuna 
bağlanmış ağaca hirslə hürürdü. 
-  Ora bax, Bili, - Henri pıçıldadı. 
Tonqalın  ətrafa  səpələnən  işığında  itə  oxşar  bir  vəhşi 
qamı  üstə  sürünürdü.  O,  bütün  diqqətini  itlərə  yönəldib 
qorxa-qorxa, eyni zamanda həyasızcasına yaxına gəlirdi. - 
Əlbəttə, vəhşi, adamlardan da gözünü çəkmirdi. Tayqulaq 
gələn qonağa san cumdu, amma ağac mane oldu. Tayqulaq 
uzun-uzadı zingildədi. 
-  Bu  axmaq,  deyəsən  heç  qorxub  eləmir  ha,  -  Bili 
downloaded from KitabYurdu.org


18 
 
yavaşca dedi. 
-  Dişi canavardı, - Henri pıçıldadı. - İndi bildim Fətti 
və  Froqun  başına  nələr  gəlib.  Canavar  sürüsü  bu  dişini 
qəsdən qabağa verir ki, itləri özünə cəlb etsin. O birilər isə 
fürsəti fövtə vermir, itlərin üstünə şığıyıb parçalayırlar. 
Tonqalda nəsə bərkdən çırtıldadı. Alov fışıltı ilə ətrafa 
sıçradı. Qorxmuş vəhşi bircə anda qaranlıqda gözdən itdi. 
-  Bilirsən, nə var, Henri? 
-Nə? 
-  Bu, elə mənim dəyənəklə vurduğum vəhşidi. 
-  Yəqin ki... 
-  Bilirsən, görünür, ocağa dadanıb. Bu, lap şübhəlidir. 
Henri dedi: 
-  Yaman çoxbilmiş heyvandı, adi canavarlardan deyil. 
O  canavar  ki,  it  yeməyinin  üstünə  çıxdı,  demək 
çoxbilmişdir. 
-  Qoca  Uillinin  nə  vaxtsa  bir  iti  vardı.  Canavara 
qoşulub qaçdı. - Deyə Bili ucadan danışdı. - Mən onu Litl-
Stiqdə  sığınlarm  otlağında  gördüm.  Canavar  sürüsü 
arasındaydı,  güllə  ilə  vurub  öldürdüm.  Qoca  Uilli  uşaq 
kimi  ağlayırdı.  Yazıq  düz  üç  ildi  ki,  onu  görmürdü.  Və 
bütün bu vaxtı it canavarlarla gəzib dolaşmışdı. 
-  Bili,  vallah,  bu  canavar  deyil,  itdi.  Yəqin  bir  vaxt 
sahibləri ona da beləcə balıq veriblər. 
downloaded from KitabYurdu.org


19 
 
-  Sən düz deyirsən... 
-  İndi  gör bir. Bu  saat onu  mələdəcəyəm. Sadəcə, leş 
edəcəm onu. Biz daha itlərimizi qurban verə bilmərik. 
-  Neynirsən?  Axı  üçcə  patronumuz  qalıb.  -  Henri 
etiraz etdi. 
-  Qorxma, düz nişan alacam... 
Səhər tezdən Henri yenə tonqalı alışdırdı və dostunun 
xorultusu altında yemək hazırladı. 
-  Elə  yaxşı  yatmışdın  ki...  Ürəyim  gəlmirdi  səni 
durğuzam. - Henri köksünü ötürdü. 
Bili yuxulu-yuxulu yeməyə girişdi. Parçını doldurmaq 
üçün  əlini  qəhvədana  san  uzatdı,  Ancaq  qəhvədan  da 
uzaqda, Henrinin yanındaydı. 
-  Bura bax, Henri, - deyə Bili yumşaq tənəylə dostuna 
baxdı. - Heç nəyi yaddan çıxannamısan ki? 
Henri diqqətlə ətrafa boylandı, başını tərpətdi. Bili boş 
parçanı ona tərəf itələdi. 
-  Axı, sənə qəhvə düşmür, - Henri dedi. 
-  Doğrudan  arıqlamışam?  -  Deyə  Bili  qorxa-qorxa 
soruşdu. 
-  Yox. 
-  Qorxursan ki, mədəm korlanar? 
-  Yox. 
Bili hirsindən bozardı: 
downloaded from KitabYurdu.org


20 
 
-  Di, tez ol, bəs nolub? Ürəyimi çəkmə. 
-  Spanker qaçıb... 
Bili  taleyin  hökmünə  tabe  olan  adamlar  kimi  yavaş-
yavaş çevrildi. Elə oturan yerdəcə itləri saymağa başladı. 
-  Bu, necə olub? - Könülsüz soruşdu. Henri çiyinlərini 
çəkdi. 
-  Nə  bilim.  Yəqin  Tayqulaq  onun  qayışını  gəmirib. 
Özü bunu edə bilməzdi... 
-  Nacins məxluq! - Deyə Bili hirsini içində boğa-boğa 
yavaşca  söydü.  -  Öz  qayışını  gəmirə  bilməyib,  amma 
Spankerinkini gəmirib. 
-  Bəli, daha Spankerin bütün iztirablarına son qoyulub. 
Canavarlar  onu  yəqin  gözlərinə  təpişdiriblər.  İndi  bala-
bala  həzm  edirlər.  Üçüncü  epitafıya  da  beləcə  oxundu, 
Qəhvə iç, Bili! 
Bili parçını geri çəkdi. 
-  Köpəkoğluyam, içsəm! Dedim ki, itlərdən biri qaçsa 
içməyəcəyəm. Deməli, dilimə vurmayacağam, vəssalam! 
-  Əla qəhvədir! - Henri onu yoldan çıxarmaq istədi. 
Bili özünü sındırmayıb qəhvədən dilinə də vurmadı. 
Tayqulaq  onun  yeməyini  zəhərə  döndərmişdi,  buna 
görə də iti o ki 
var söydü. 
Yola hazırlaşanda Bili çımxırdı: 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə