Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə5/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   2   3   4   5   6   7   8   9   ...   69

21 
 
-  Bu gecə onları ayrı-ayrı bağlayacağam! 
Heç yüz addım getməmişdilər ki, Henri dayandı, əyilib 
nəyisə  xizəyin  altından  götürdü.  Qaranlıqda  bu  əşyanı 
yaxşı  görə  bilmədi,  amma  tanıdı  və  onu  arxaya  tulladı. 
Əşya kirşəyə dəyib, arxadan gələn Billin qabağına düşdü. 
-  Götür, lazımın olar. - Henri qışqırdı. 
Bili  ah  çəkdi.  Xalta  qınğıydı.  Spankerdən  yalnız  bu 
qalmışdı. Dedi: 
-  Axırına çıxıblar! yüz faiz! 
-  Hətta  xaltanın  dəmirini  də  gəmiriblər.  Henri,  onlar 
acından ölürlər ki!.. Şər deməsən, xeyir gəlməz. Hələ bizi 
də gözlərinə təpəcəklər. 
Henri qeyzlə güldü: 
-  Düzdü,  canavarlar  mənim  dalımca  heç  vaxt 
düşməyiblər.  Amma  başıma  daha  pis  müsibətlər  gəlib. 
Şükür Allaha ki, sağ-salamat çıxmışam. Onlardan, o nacins 
vəhşilərdən lap onu gəlsin. Bili, elə bilirsən sənin lələşini 
məhv etmək asandı? 
-  Noolar,  baxarıq,  baxarıq...  -  dostu  mızıldandı.  - 
Yaxşı, Mək- Qerriyə çatanda görərsən... 
-  Heç ümidim yoxdu. 
Sənin  kefin  pisdi,  ona  görə  belə  deyirsən!  -  Henri 
qətiyyətlə bildirdi. - Vallah, sənə nəşə lazımdı. Qoy Mok-
Qcmyo çataq, səninçün eləsini doldurum ki... 
downloaded from KitabYurdu.org


22 
 
Bili etiraz əlamoti olaraq nəsə mızıldandı. Sonra susdu 
və xeyli danışmadı. 
Bu gün də əvvəlki günlər kimi etdi. 
Saat doqquzda hava işıqlandı. Saat on ikidə üfüq cənub 
tərəfdən  çəhrayı  rəngə  boyandı.  Bu,  hardasa  gizlənmiş 
Günəşin  işiydi.  Beləliklə,  cansıxıcı  gün  başlandı. 
Təxminən  üç  saatdan  sonra  yenə  amansız  gecə  onu 
udacaqdı. 
Günəş  üfüqdən  boylanan  vaxtı  Bili  kirşədən  tüfəngi 
götürüb dedi: 
-  Sən  dayanma,  Henri.  Mən  bir  gedim  görüm  orda 
neynirlər. 
Henri qışqırdı: 
-  Uzağa getmə, Bili! Patronun azdı. Başına hava gəlib
nədi, səni tikə-tikə edərlər... 
-  Aha, indi də sən zarıldadın! - Bili dedi. 
Henri  susdu  və  tək-tənha  yoluna  düzəldi.  Sonra 
qaranlıq  səhrada  gözdən  itəıı  dostunun  dalınca  narahat-
narahat boylandı. 
Bir saat sonra Bili kəsə yolla qayıtdı: 
-  Hər yeri axtarır, gəzib-dolaşırlar. Bizdən də ayrılmaq 
istəmirlər. Bizi gəbərdəcəklərinə arxayındılar. İntəhası bir 
az səbr edirlər, bununla belə, yan-yörədəki yeməli ovlarını 
da əldən buraxmaq istəmirlər. Henri dedi: 
downloaded from KitabYurdu.org


23 
 
-  Səncə,  onlar  nə  fikirləşirlər?  Yəni  biz  tələyə 
düşmüşük, oradan çıxa bilmərik? 
Bili bu sözlərə məhəl qoymadı. 
-  Mən  bəzilərini  gördüm.  Çox  arıqdılar.  Yəqin  xeyli 
vaxtdır  dişlərinə  bir  şey  dəymir:  əlbəttə,  bizim  itlərdən 
başqa.  Sürü  böyük  sürüdü,  üç  dənə  it  onların  qarnını 
doydurar?  Əriyib  çöpə  dönüblər.  Bir  dəri,  bir  sümük, 
vəssalam. Qabırğaları da ki, elə bil ağac qabıqlarıdır. Bir 
sözlə, qorxu-zad qulaqlarına girmir. Bu saat cənglərinə nə 
keçsə dağıdacaqlar. 
Bir  azdan  Henri  (indi  o,  kirşənin  dalınca  gedirdi) 
yavaşdan fit çaldı. 
Bili geri döndü və sakitcə itləri saxladı. Az əvvəl ötüb 
keçdikləri  döngənin  arxa  tərefıylə  möhkəm  əzələli,  arıq, 
tükü  pırtlaşıq  bir  canavar,  qarı  iyləyə-iyləyə,  yüngülcə 
sürüşə-sürüşə  qaçırdı.  Adamlar  dayananda  o  da  ayaq 
saxladı, ağzım sallayıb yerdən gələn iyi acgözlüklə burun 
deşiklərinə çəkdi. 
-  Odur, dişi canavardır, - Bili dedi. 
İtlər  qarın  üstündə  uzanmışdı.  Bili  onların  yanından 
ötüb  dostuna  yaxınlaşdı.  İkisi  də  bu  qəribə  heyvana 
diqqətlə  baxırdı.  Bu  vəhşi  neçə  gün  idi  ki,  onların  izinə 
düşmüşdü və qoşqunun yarısını həzm-rabcdon keçirmişdi. 
Canavar bir anlıq dayandı, baxdı və azca irəli yeridi. O, 
downloaded from KitabYurdu.org


24 
 
beləcə  təxminən  yüz  addım  kirşəyə  tərəf  gəldi,  sonra 
küknar  ağaclarının  yanında  durdu,  ağzını  göyə  tutdu. 
Bumu ilə havadan iyi çəkə-çəkə ona tamaşa edən adamlara 
diqqətlə  göz  qoymağa  başladı.  Bu  baxışlarda  nəsə  bir 
həsrət  gizlənmişdi.  Bu,  elə  bil,  həsrətli  it  baxışlarını 
xatırladırdı, amma bu baxışlarda itə xas olan sədaqət yox 
idi.  Bu  həsrət  aclıqdan  doğmuşdu,  canavar  cəhəngi  kimi 
zalım, şaxta kimi amansız idi. 
Canavara  nisbətən  bu  vəhşi  yekeydi.  Düzdür,  yerişi 
canavar yerişiydi. Və görünür, o öz əcdadlarını təmsil edən 
ən iri nümayəndələrdən idi. 
Henri ovçu gözüylə baxıb dedi: 
-  Hündürlüyü iki fut olar. Başından quyruğuna qədər, 
yəqin ki, beş futdur. 
-  Hə, - Bili cavab verdi. - Rəngi də canavar rəngi deyil. 
Sarışın  canavar  görməmişəm.  Amma  bununku,  deyəsən, 
qırmızımtıl-qəhvəyi rəngə çalır. 
Bili yanılırdı. Heyvanın tükləri xalis canavar tükləriydi. 
Arasından  ağ  ləkələr  də  gözə  dəyirdi.  Başını  isə 
qırmızımtıl  tüklər  örtmüşdü.  Və  bu  ağımtıl,  qırmızımtıl, 
sarımtıl  rənglər  gah  itir,  gah  da  gözə  dəyir,  adamı 
çaşdırırdı. 
-  Əsl qoşqu itidir! Özü də yekəsindən, - Bili dedi - Bir 
bax, quyruğunu gör necə bulayır. 
downloaded from KitabYurdu.org


25 
 

Ey,  Layka,  -  Bili  çağırdı.  -  Yaxın  gəl  görüm.  Adm 
nədir sənin? 
-  Heç bir damcı da qorxmur! Henri güldü. 
Bili  hündürdən  qışqırdı  və  canavarı  yumruğu  ilə 
hədələdi.  Amma  heyvan  qorxub  eləmədi,  bir  az 
ehtiyatlandı. O, adamlara yenə amansız acgözlüklə, oğrun 
ehtirasla baxırdı. Onun qarşısında canlı vardı və o, acından 
ölürdü.  Azca  cəsarəti  çatsaydı,  adamları  parçalayıb 
yeyərdi. Bili qeyri-ixtiyari səsini yavaşıtdı: 
- Bura bax, Henri. Bizim üçcə patronumuz var. Amma 
bir  heyvanı  ki,  öldürə  bilərik.  Burda,  axı,  güllə  boşa 
çıxmaz. Heyif itlərdən, elə bil heç yox idilər. Yox, buna 
son qoymaq lazımdı. Hə, nə deyirsən? 
Henri  razılıqla  başını  tərpətdi.  Bili  ehtiyatla  tüfəngi 
kirşodən  götürdü,  çiyninə  qaldırmaq  istəyirdi  ki,  dişi 
canavar  cığırdan  o  tərəfə  sıçrayıb  götürüldü  və  küknar 
ağacları  arasında  gizləndi.  Dostlar  bir-  birinə  baxdılar. 
Henri uzun fit çaldı. 
- Eh,  heç  ağlıma  gəlmirdi,  -  deyə  Bili  tüfəngi  yerinə 
qoydu. - İtlərin yeməyinin üstünə çıxan çoxbilmiş canavar, 
əlbəttə,  tüfəngi  də  tanıyar.  Vallah,  Henri,  bizim  bütün 
bədbəxtliyimiz  bu  dişi  canavarla  bağlıdır.  O,  qansızdı, 
itlərimizin üçünü aparıb, mağıl indi altı itimiz vardı. Yox, 
mən ona çatacam. Belə açıqlıqda onu öldürmək olar? Çox 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə