Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə6/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   2   3   4   5   6   7   8   9   ...   69

26 
 
bicdi.  İndi  mən  onu  izlərəm.  Pusquda  durub  bu  qansız 
vəhşini  gəbər-  dəcəm,  -  Ancaq  uzağa  getmə  ha,  Henri 
xəbərdarlıq elədi. - Sürüylə sənə hücum etsələr, vəssalam, 
işin  bitdi.  Bu  vəhşilər  lap  çox  acıblar.  Ehtiyatlı  ol,  Bili, 
keçərsən onların cənginə ha! həmin gün vaxtından bir az 
tez düşərgə saldılar. Əlbəttə, uç it altı itin gücündə deyildi 
və onlar ağır kirşəni sürətlə darta bilmirdilər. Bili itləri bir-
birindən aralı bağladı, hər iki dost yıxılıb yatdı. Canavarlar 
isə  daha  da  ürəklənmişdilər  və  onların  ucbatından  gec 
qızılaxtaranlar  neçə  dəfə  oyanmağa  məcbur  oldular. 
Vəhşilər  o  qədər  yaxın  gəlmişdilər  ki, itlər  qorxudan  lap 
dəlilik  edirdilər.  Ürəkli  quldurların  qabağını  almaq  üçün 
tonqala  neçə  dəfə  odun  atmaq  lazım  gəldi.  Dənizçilər 
deyirlər  ki,  köpəkba-  lıqları  gəminin  dalınca  üzməyi 
xoşlayırlar, - Bili yorğanın altından çıxıb tonqala sarı gəldi. 
- Bu canavarlar da köpəkbalığı kimi bir şey- dirlər - quruda 
yaşayan köpəkbalıqları! Bu hiyləgər vəhşilər, elə bilirsən, 
təkcə  it  yeməyindən  ötrü  dalımıza  düşüblər?  Axır  bizi 
tutub yeyəcəklər, baxarsan. Henri onun sözünü kəsdi: 
-  Sən ki, bu qədər bəd-bəd danışırsan, elə sənin özünü 
qamarla- yacaqlar. Qorxan gözə çöp düşər. Təsəvvür et ki, 
elə lap canavarların ağzındasan... 
-  Eh, onlar o qədər insan eti yeyiblər ki... 
-  Bəsdi, bədniyyət olma! Daha taqətim yoxdur! Henri 
downloaded from KitabYurdu.org


27 
 
acıqlı-acıqlı  böyrü  üstə  çevrildi.  Billin  susması  onu 
təəccübləndirdi. Bu, Billə yaraşan hal deyildi. Adətən sərt 
sözlər onu hövsələdən çıxarırdı. Henri yuxuya gedənə kimi 
bu haqda düşündü. Nəhayət, kirpikləri açılıb yumuldu və 
o,  belə  bir  qənaətlə  dərin  yuxuya  getdi  ki,  “Bili  ruhdan 
düşüb. Sabah onu ovundurmaq lazımdı. Ayıltmaq lazımdı 
onu”. 
ACLIQ HARAYI 
Gün  uğurlu  gəlmişdi.  Gecə  bir  dənə  də  olsun  it 
qaçmamışdı.  Bili  və  Henri  bu  şaxtalı  gündə  xoş  əhvalla 
yola  düzəldilər.  Bili  sanki  ötən  gecəki  həyəcanlarını 
unutmuşdu.  Döngələrin  birində  kirşə  aşdı.  Amma  Bili 
itlərlə  zarafatından  qalmadı.  Alem  biri-birinə  qarışmışdı. 
Aşmış kirşə nəhəng qar topasının arasına pərçim olmuşdu. 
Onu  təzədən  düzüb-qoşmaq  üçün  itləri  qoşqudan  aşası 
oldular. Qızılaxtaranlar əyilib kirşəni qaldırmağa çalışanda 
Henri Tayqulağm qaçıb uzaqlaşdığını gördü. 
-  Dayan,  Tayqulaq  -  Henri  qışqırdı  və  dikəlib  itin 
dalınca baxdı. 
Amma  Tayqulaq  daha  da  bərkdən  götürüldü.  Orada, 
yolun kənarında, indicə ötüb gəldikləri yerdə dişi canavar 
Tayqulağı  gözləyirdi.  İt  ona  çatanda  qulaqlarını  şəklədi, 
addımlarını yavaşıtdı, sonra dayandı. İt canavara diqqətlə, 
amma oğrun-oğrun baxır, bəlkə də həsəd aparırdı. 
downloaded from KitabYurdu.org


28 
 
Dişi  canavar  dişlərini  qıcıtdı,  sanki  itə  bic-bic 
gülümsündü. Sonra bir neçə dəfə oynamaq hərəkətləri edib 
dayandı. Tayqulaq hələlik ehtiyat edirdi, quyruğunu yuxarı 
qaldırıb,  qulağını  şəkləyə-şəkləyə  ona  tərəf  getdi;  başını 
lap dik qaldırdı. 
İt  canavarı  imsimək  istədi.  Vəhşi  isə  geri  çəkilərək 
qabaq  pəncə-  ləriylə  iti  oynaşmağa  dəvət  etdi.  Tayqulaq 
irəli meyllənəndə, canavar geri çəkilirdi. Ha yavaş-yavaş, 
ha yavaş-yavaş canavar Tayqulağm başını tovladı, onu öz 
etibarlı  müdafiəçilərindən,  insanlardan  uzaqlaşdırıb 
ardınca  apardı.  Birdən  elə  bil  Tayqulağı  cərəyan  vurdu. 
Nəsə dumanlı bir təhlükə hiss edib dayandı. Dərhal kirşeyə 
tərəf  çevrildi,  qoşqu  dostlarına,  onu  səsləyən  insanlara 
baxdı.  Ancaq  geriyə  meyllənmək  istəyəndə  dişi  canavar 
dərhal onu yoldan elədi, Tayqulağa yaxınlaşdı, bircə anlıq 
bumuyla  ona  toxundu,  sonra  oynaya-oynaya,  iti  özüno 
çokə-çəkə daha da uzaqlaşdı. 
Bu  vaxt  Billin  yadına  tüfəng  düşdü.  Amma  silah 
çevrilmiş kirşənin altında qalmışdı. Henri dostuna kömək 
edib  şeyləri  yığışdırana  kimi  itlə  canavar  biri-birinə  o 
qədər  yaxın  durmuşdular  ki,  belədə  güllə  atmağa 
dəyməzdi. 
Tayqulaq öz səhvini gec başa düşdü. Bili və Henri hələ 
də  bir  şey  anlamırdılar.  Birdən  gördülər  ki,  Tayqulaq 
downloaded from KitabYurdu.org


29 
 
dönüb var gücüylə onlara tərəf qaçır. Tayqulağm qabağını 
kəsmək  üçün  yolun  hər  iki  tərəfindən  on  iki  boz,  arıq 
canavar  qaçırdı.  Elə  bu  vaxt  dişi  canavar  bayaqkı  oy-
naqlığını  vo  hiyləgərliyini  unudaraq  vəhşi  ulartı  ilə 
Tayqulağm  üstünə  şığıdı.  Tayqulaq  onu  çiyni  ilə  itələdi, 
ancaq  itin  geriyə  yolu  bağlanmışdı.  Tayqulaq  kirşəyə 
çatmaq 
ümidini 
itirməmişdi. 
Canavar  sürüsünün 
mühasirəsinə  cumdu.  Canavarlar  getdikcə  çoxalırdı.  Dişi 
canavaf  isə  itdən  əl  çəkmir,  ondan  bir  addım  belə 
aralanmırdı. 
- Hara 
gedirsən, 
Bili? 
deyə 
Henri 
dostunun 
çiyinlərindən yapışdı. 
-  Bəsdi! Onlar daha it görməyəcəklər! 
Henri  kirşənin  üstündə  oturub  gözləməyə  başladı. 
Görəsən, bunun axırı necə olacaqdı? Bundan başqa onun 
əlindən nə gələrdi ki?.. 
Bili gözdən itmişdi. Amma kolların və təzəcə boy atan 
küknar ağaclarının arasında Tayqulaq gah görünür, gah da 
itirdi. Henri itin vəziyyətinin çıxılmaz olduğunu anladı. İt 
də təhlükəni başa düşmüşdü, amma qaçır, canavar sürüsü 
isə  kəsmə  yolla  yüyürürdü.  Tayqulaq  bu  vəhşilərin 
cəngindən  çətin  qurtaraydı.  Kirşəyə  çatmaq  üçün  onları 
qabaqlamalıydı.  Canavarlar  hər  an  onun  qabağını  kəsə 
bilərdilər. Henri bilirdi ki, haradasa, qarın üstündə, kol-kos 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə