Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə61/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   57   58   59   60   61   62   63   64   ...   69

254 
 
Bu  sözləri  deyə-deyə  Skott  Ağ  Dişi  nəzərdən  keçirə-
keçirə  qulaqlarının  dibini  qaşıyırdı.  Canavar  balası 
sahibinin ayaqları arasına sığınmışdı... 

CƏNUB TORPAĞINDA 
Ağ  Diş  San-Fransiskoda  gəmidən  düşdü.  O,  heyrətə 
gəlmişdi.  Onun  təsəvvüründə  Allahın  surəti  və  qüdrəti 
birləşmişdi. Hələ heç vaxt ağ dərili adamlar ona bu qədər 
ecazkar 
görünməmişdilər. 
Bunu 
San-Fransiskonun 
sürüşkən səkiləri ilə addımlayanda hiss etdi. Ətrafda dəri, 
kətan komalar əvəzinə nəhəng binalar ucalmışdı. Küçələr 
müxtəlif növ təhlükəylə doluydu: uşaq arabaları, karetlər, 
maşınlar, faytonlara qoşulmuş böyük atlar... Enli yollarda 
qorxunc  tramvaylar  hərəkət  edirdilər.  Onlar  elə  bil, 
bərkdən  uğuldayır,  cingiltili  səslər  çıxarırdılar.  Bu  səslər 
vaxtilə  Ağ  Dişin  şimal  meşələrində  rast  gəldiyi  vəhşi 
vaşaqların fınxırtısını xatırladırdı. 
Ətrafdakı  hər  şey  nəhənglərdən  xəbər  verirdi.  Bütün 
bunların  arxasında  hökmlü  insanın  varlığı  hiss  olunur, 
şeylər dünyasına hakimlik edən insanın qüdrəti duyulurdu. 
Bu mənzərə Ağ Dişi heyrətə gətirmiş, mütəəssir etmişdi. 
O, vahimə içindəydi. Öz məzlumluğunu dərk edən Ağ Diş 
elə bil təzədən küçüyə dönmüş, şimal cəngəlliyindən Qrey 
Bi-  verin  düşərgəsinə  təzəcə  düşmüşdü.  Burda  nə  qədər 
downloaded from KitabYurdu.org


255 
 
allah vardı, ilahi! Onları görən Ağ Dişin gözləri alacalandı. 
Küçənin səs-küyü onun qulaqlarında guruldayırdı. 
Özünü itirmişdi. İlk dəfə hiss etdi ki, indi sahibindən 
daha  çox  asılıdır  və  Skottun  dalınca  düşüb  onu 
addımbaaddım izlədi, allahını gözdən qoymadı. 
Şəhərin  xatirəsi  uzun  müddət  Ağ  Dişin  yuxularında 
dolaşdı.  Elə  həmin  gün  Skott  iti  zəncirlədi  və  onu  yük 
vaqonunun küncündəki çamadanların, yeşiklərin arasında 
bağladı.  Burada  enlikürək,  güclü  bir  allah  da  vardı.  O, 
cırıltıyla sandıqları və çamadanları itələyir, vaqona daşıyır, 
yükləri bir-birinin üstünə yığır, yaxud da qapının arxasında 
duran o biri allahlara tullayırdı. Və burada, bu cəhənnəm 
xarabasında Skott Ağ Dişi tərk etdi. Daha doğrusu, Ağ Diş 
sahibinin yüklərini görüb izləyənə qədər özünü yalqız hiss 
etdi.  Yalnız  bundan  sonra  o,  Skottun  yüklərinin  keşiyini 
çəkərək arxayınlaşdı. 
Bir  saatdan  sonra  Uidon  Skott  vaqonun  yanında 
göründü. Enlikürək Allah donquldandı: 
- Lap  vaxtında  gəlmisiniz..  Bu  it  məni  sizin 
çamadanlara yaxın buraxmayıb... 
Ağ  Diş  vaqondan  düşdü.  Onları  araba  gözləyirdi. 
Skotta bir kişiylə qadın yaxınlaşdı. Qadın əl-qolunu açıb 
sahibi  qucaqladı...  Bu,  deyəsən  düşməndi!..  Uidon  Skott 
dərhal  ondan  aralanıb  hiddətdən  dəlilik  edən,  mırıldayan 
downloaded from KitabYurdu.org


256 
 
Ağ Dişi tutdu. 
- Qorxma, ana! - Skott dedi və Ağ Dişi sakitləşdirməyə 
çalışaraq  əlavə  etdi.  -  Elə  bilir  siz  mənə,  nəsə  xətər 
yetirmək  istəyirsiniz.  Bunu  etməyə  isə  icazə  verilmir! 
Qorxma,  anacan,  qorxma!  O,  tezliklə  hər  şeyi  başa 
düşəcək. 
Qorxudan rəngi-rufu ağaran missis Skott güldü. 
-  Demək,  belə  çıxır  ki,  mən  öz  oğlumla  itin  yanında 
görüşüb söhbət edə bilməyəcəyəm, hə?.. 
Qadın Ağ Dişə baxdı. İt mırıldanır, tüklərini qabardır, 
qadından gözünü çəkmirdi. 
Skott dedi: 
-  Tezliklə  başa  düşəcək!  Özünüz  görəcəksiniz, 
mütləq... 
Sonra  sahib  Ağ  Dişlə  mülayim-mülayim  danışmağa 
başladı, onu sakitləşdirəndən sonra ciddi tərzdə dilləndi: 
-  Sənə dedim ki, otur! Uzan! 
Bu  sözlər  Ağ  Dişə  tanış  idi.  Buna  görə  də  əmrə 
könülsüz tabe oldu. 
-  Hə, anacan! 
Skott  gözlərini  Ağ  Dişdən  çəkməyərək  əlini  uzatdı. 
Sonra yenə itə əmr etdi: 
-  Uzan! 
Ağ  Diş  tüklərini  pırpızlaşdırdı,  qalxdı,  dərhal  yerinə 
downloaded from KitabYurdu.org


257 
 
oturdu. 
O, 
naməlum 
allahların 
düşmənçilik 
hərəkətlərindən gözlərini çəkmədi. Buna baxmayaraq, nə 
sahibini  qucaqlayan  qadın,  nə  də  kişi  ona  heç  bir  xətər 
gətirmədilər.  Naməlum  adamlar  və  Skott  şeyləri  arabaya 
qoydular,  özləri  də  orada  oturdular.  Ağ  Diş  də  onların 
dalınca yüyürməyə başladı. 
Ağ  Diş  hərdənbir  atlara  yanaşıb  sanki  xəbərdarlıq 
etmək istəyirdi ki, o, atların sürətlə apardığı Allaha xətər 
toxunmasına yol verməyəcək. 
Bir azdan fayton daş darvazadan içəri girdi və sıx qoz 
ağaclarıyla  əhatə  olunmuş  xiyabanla  irəlilədi.  Xiyabanın 
hər  tərəfi  çəmənlik  idi  və  adda-budda  palıd  ağacları 
görünürdü.  Qayçılanmış  yaşıl  otlağın  üstünə  günəşdən 
yanmış  qızılı-çəhrayı  zolaq  düşmüşdü.  Bir  az  irəlidə  isə 
yamyaşıl  təpələr  vardı,  xiyabanın  qurtaracağında  alçaq 
təpəliyin üstündə üzün aynabəndi və çoxlu pəncərəsi olan 
ev görünürdü. 
Bütün  bunlara  yaxşıca  tamaşa  etməyə  ağ  Diş  macal 
tapmadı.  Araba  xiyabana  daxil  olan  kimi  onun  üstünə 
hiddətlənmiş, qəzəbdən gözləri qızmış bir çoban iti cumdu. 
Bütün  tüklərini  qabartmış  Ağ  Diş  təmkinlə,  sakit-sakit 
sarsıdıcı  zərbə  endirməyə  hazırlaşdı.  Lakin  tutaşma  baş 
vermədi.  Ağ  Diş  yarı  yolda  dayandı.  Elə  bil  qurumuşdu, 
sonra  çömbəldi.  O,  bircə  dəqiqə  bundan  əvvəl 
downloaded from KitabYurdu.org


258 
 
ayaqlarından vurub yıxmaq istədiyi itdən necə olur-olsun 
uzaqda qalmağa çalışdı. Bu, dişi it idi və Ağ Dişin cinsinə 
mənsub  olanların  qaydasına  görə  dişilərə  hücum  et-
mirdilər. Dişi itə hücum etmək Ağ Diş üçün öz instinktinin 
hökmü əleyhinə getmək idi. Amma dişi itə instinkt tamam 
başqa  şey  deyirdi.  Çoban  iti  şimal  çöllərindən  qeyri-
ixtiyari  qorxurdu.  Xüsusilə  Ağ  Diş  kimi  şimal  itlərini 
görəndə vahimələnirdi. Ağ Diş çoban iti üçün canavar idi, 
ona düşmən idi. Və bu düşmən canavar hələ uzaq-uzaq za-
manlarda  onun  əcdadlarının  xılını  məhv  etmişdi.  Buna 
görə  də  çoban  iti  Ağ  Dişin  üstünə  şığıdı. Canavar  balası 
könülsüz  mırıldadı.  Çiynində  kəskin  diş  yarası  hiss  edib 
zingildədi.  Amma  çoban  itini  dişləmədi.  Təşvişlə  geri 
sıçrayıb  itin  böyrünə  keçməyə  çalışdı.  Ancaq  bütün 
cəhdləri əbəs idi - çoban iti ona yol vermirdi. 
Arabada oturmuş yad adamlardan biri çığırdı: 
-  Hey, Kolli, gəl bura! 
Uidon Skott güldü, dedi: 
-  Eybi  yoxdu,  ata.  Qoy  Ağ  Dişə  dərs  olsun.  O,  hələ 
burada çox şey öyrənəcək. Qoy elə, bəri başdan öyrənsin. 
İşin olmasın, birtəhər keçinər. 
Araba  aralandı.  Kolli  isə  hələ  də  Ağ  Dişin  qabağını 
kəsmişdi.  Canavar  balası  onu  ötüb  qaçmağa  çalışdı.  O, 
yoldan dönüb otluğa cumdu, çoban iti isə bu biri tərəfdən 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə