Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə62/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   58   59   60   61   62   63   64   65   ...   69

259 
 
qaçdı. Ağ Diş yenə onun cənginə keçdi. 
Canavar  balası  geri  dönüb  o  biri  otluğun  içinə  girdi, 
amma  bu  da  mümkün  olmadı.  Ev  iti  onun  qabağını 
kəsmişdi.  Araba  isə  canavar  balasının  sahibini,  Allahını 
aparırdı. Ağ Diş arabanın ağaclıqlar arasında yavaş-yavaş 
gözdən itdiyini gördü. O, çıxılmaz vəziyyətdə idi. Çoban 
iti  əl  çəkmirdi.  Bu  vaxt  Ağ  Diş  ona  tərəf  döndü.  Köhnə 
fəndlərini  işlədib,  əvvəlcə  itin  çiynindən,  sonra 
ayaqlarından vurub yıxdı. Çoban iti o qədər bərk qaçırdı 
ki, Ağ Dişin zərbəsi onu kəllə-mayallaq aşırıb bir neçə dəfə 
yerdə  fırlatdı. İt  dırnaqları  ilə  yerdən  yapışıb  dayanmağa 
çalışır,  ucadan  zingildəyirdi.  O,  təhqir  olunmuş 
qürurundan hiddətlənmişdi. 
Ağ Diş daha gözləmədi. Yol açıq idi və ona da elə bu 
lazım  idi.  Çoban  iti  isə  vəngildəyə-vəngildəyə  onun 
dalınca yüyürdü. Ağ Diş sürətlə qaçırdı. Çoban iti ona çata 
bilməzdi. O, hürə-hürə, haray-həşir sala-sala qaçır, bütün 
gücünü  yığıb  sıçramağa  hazırlaşırdı.  Ağ  Diş  isə  sakitcə, 
arxayınçılıqla qaçırdı. 
Evə  gəlib  çatanda  Ağ  Diş  sahibinin  faytondan 
düşdüyünü  gördü.  Canavar  balası  evin  girəcəyində 
dayandı. Bu vaxt ona hücum ediləcəyini başa düşdü. Onun 
üstünə  şotland  köpəyi  şığıdı.  Ağ  Diş  ona  yaxşıca  dərs 
vermək üçün hazırlaşmağa çalışdı. Lakin gec idi. 
downloaded from KitabYurdu.org


260 
 
Şotland  köpəyi  yetişmişdi.  Köpək  yandan  Ağ  Dişin 
üstünə cumdu. Bu gözlənilməz zərbədən Ağ Diş şar kimi 
yerdə diyirləndi. Amma ayağa duranda onun görkəmindən 
cin  yağırdı,  qulaqlarını  başına  sıxmışdı,  dodaqlarım  və 
bumunu  qəzəblə  əsdirirdi  o,  az  qala  dişlərini  şotland 
köpəyinin boğazına batıracaqdı. 
Sahib köməyə yeridi. Amma o çatana kimi Kolli özünü 
yetirmişdi.  Çoban  iti  şotland  köpəyinin  ölümcül 
yaralanmasına imkan vermədi. Kolli qasırğa kimi canavar 
balasının üstünə cumdu.  Şimal  cəngəlliyindən  gəlmiş  bu 
qonağa  çoban  itində  nifrət  oyanmışdı.  Onun  təhqir 
olunmuş  ləyaqəti  və  ədavətli  kini  bu  nifrəti  yalnız 
alışdırmışdı.  Cəngəllikdən  gəlmiş  qonaq  bic  idi,  çevik 
fəndlərlə  onu  ötüb  keçmiş,  hələ  bir  Kollini  yerə  də 
sərmişdi.  Buna  görə  də,  Ağ  Diş  şotland  köpəyinin  işini 
bitirmək istəyəndə Kolli onun üstünə şığıdı və ikinci dəfə 
onun ayağından dişdəm götürdü. 
Bu vaxt hadisə yerinə çatan Skott Ağ Dişi tutdu, atası 
isə itləri geri çağırdı. 
Skott Ağ Dişi sakitləşdirə-sakitləşdirə donquldandı: 
- Arktikadan  gəlmiş  bu  bədbəxt  canavara  yaxşı  qəbul 
düzəldiblər  burda.  Ömründə  cəmi  bir  dəfə  onun 
ayaqlarından vurublar. Burda isə bu bir dəqiqənin içində 
iki  dəfə  yazığı  kələ-mayallaq  aşırıblar.  Daha  sözüm 
downloaded from KitabYurdu.org


261 
 
yoxdur. 
Araba  çıxıb  getdi.  Evdən  naməlum  allahlar  çıxdılar. 
Onlardan bəzisi sahibdən bir az aralı durmuşdu. Amma iki 
qadın yaxın gəlib Skottu qucaqladı. Ağ Diş bu düşmənçilik 
hərəkətinə  yavaş-yavaş,  tədricən  öyrəşməyə  başladı. 
Çünki  bu  hərəkətlər  sahibinə  heç  bir  xəta  gətirmirdi, 
allahların ifadə etdikləri sözlərdə isə təhlükə hiss olunmur-
du.  Naməlum  adamlar  Ağ  Dişə  də  yanaşmaq  istədilər. 
Ancaq  canavar  balası  mırıldadı,  Skott  isə  adamları 
xəbərdar etdi. Ağ Diş öz sahibinin ayaqlarına qısıldı, Skott 
onun başını nəvazişlə tumarlayaraq sakitləşdirdi. 
Şotland köpəyi əmr eşitdi: 
-  Dik! Gəl yerinə görüm! 
Köpək  pilləkənləri  qalxıb  aynabənddə  uzandı,  amma 
hürməyindən qalmayıb gözünü qonaqdan çəkmədi. Qadın 
allahlardan  biri  Kol-  Iinin  boynunu  qucaqlayıb  onu 
oxşamağa  başladı.  Amma  Kolli  heç  cür  sakit  olmurdu, 
canavarın gəlişinə həyəcanlanmışdı. O mırıldayır, dişlərini 
qıcırdırdı. Kolliyə elə gəlirdi ki, canavar balasını it cinsinin 
içinə buraxan allahlar böyük səhv etmişlər. 
Allahların hamısı aynabəndə qalxdılar. Canavar balası 
sahibini  bir  addım  belə  gözdən  qoymurdu.  Dik  yenə 
mırıldandı.  Ağ  Diş  də  tüklərini  qabardıb  cavab  səsi 
çıxartdı. 
downloaded from KitabYurdu.org


262 
 
- Kollini evə aparın, - deyə Skottun atası dilləndi. - Bu 
ikisi  isə  qoy  boğuşsun.  Boğuşandan  sonra  barışıb  dost 
olarlar. 
Skott güldü, dedi: 
- Onda,  dostluğunu  Dikə  sübut  etmək  üçün  Ağ  Diş 
onun yasında mərsiyəçi rolunu oynamalı olacaq... 
Ata tərəddüdlə əvvəlcə Ağ Dişə, sonra Dikə, daha sonra 
isə oğluna baxdı. 
-  Deyirsən yəni... 
Skott başını tərpətdi. 
-  Düz deyirəm. Sizin it bir-iki dəqiqəyə məhv olacaq... 
Skott Ağ Dişə döndü: 
-  Gedək,  gəl  gedək,  zavallı  canavar!  Görünür,  evə 
Kollinin yerinə səni aparmalı olacağıq... 
Canavar  balası  ehtiyatla  pilləkənləri  qalxdı  və 
aynabəndə daxil oldu. O, quyruğunu qaldırmışdı, gözlərini 
isə Dikdən çəkmirdi, eyni zamanda evdə qarşılaşa biləcəyi 
gözlənilməz  təhlükəyə  də  hazır  durmuşdu.  Amma  evə 
girəndə heç bir hadisə baş vermədi. 
Otağın  künclərini  diqqətlə  yoxladı,  təhlükə  olub-
olmadığına  göz  yetirdi.  Sonra  razılıqla  mırıldanıb 
sahibinin  ayaqları  yanında  uzandı.  O,  hər  şeyə  diqqət 
yetirir, ətrafdakı hadisələri izləyirdi. Ona elə gəlirdi ki, bu 
tələnin  içində,  hardasa  böyük  bir  dəhşət  gizlənib  və  o, 
downloaded from KitabYurdu.org


263 
 
həmin dəhşətlə hər an döyüşə girişməyə hazır idi. 

ALLAHIN MÜLKÜ 
Bir yerdən başqa yerə köçmək Ağ Dişdə ətraf mühitə 
uyğunlaşmaq  bacarığını  inkişaf  etdirmişdi.  Bu  bacarığı 
ona  təbiət  bəxş  etmişdi.  Bütün  bunlar  onda  belə 
uyğunlaşmanın labüdlüyünü möhkəmlətmişdi. O, Siyera-
Vistadakı  həyata  (hakim  Skottun  malikanəsi  belə 
adlanırdı) tezliklə uyğunlaşdı. Həmin gündən sonra itlərlə 
bir  daha  elə  ciddi  boğuşma  olmadı.  Burada,  cənub 
şəhərində itlər, allahların adət-ənənəsinə ondan daha yaxşı 
bələd  idilər.  İtlərin  başa  düşdüyünə  görə.  Ağ  Dişin 
labüdlüyü lazımdı və bu fakt onunla özünü doğrultmuşdu 
ki, allahlar canavar balasına evə girməyə icazə vermişdilər. 
Kolli və Dik indiyə kimi canavar göməmişdilər, canavarla 
döyüşməmişdilər.  Bir  halda  ki,  allahlar  canavarı  qəbul 
etmişdi,  deməli,  onlar  da  şəksiz  tabe  olmalıydılar, 
vəssalam. 
İlk günlər Ağ Dişlə Dik arasında münasibətlər gərgin 
idi.  Amma  tezliklə  Dik  banşdı  və  o,  canavar  balasına 
Siyera-Vista  malikanəsinin  ayrılmaz  tərkibi  kimi  baxdı. 
Əgər  bütün  bunlar  təkcə  Dikdən  asılı  olsaydı,  yəqin  ki, 
onlar  dost  olardılar.  Ancaq  Ağ  Dişin  dostluq  etməyə 
ehtiyacı  yox  idi.  Canavar  balası  itlərdən  onu  sakit 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə