Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə63/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   59   60   61   62   63   64   65   66   ...   69

264 
 
buraxmağı  tələb  edirdi.  Bütün  həyatı  boyu  o  öz 
həmcinslərindən  ayrı  gəzib  dolanmışdı  və  bu  qaydanı 
pozmaq  üçün  heç  bir  həvəs  göstərmirdi.  Dikin  sataş- 
maları  onu  zinhara  gətirmişdi.  Ağ  Diş  bircə  mırıltısıyla 
onu  qovardı.  Ancaq  hələ  şimalda  olarkən  Ağ  Diş  yəqin 
etmişdi  ki,  sahibinin  itlərinə  toxunmaq  olmaz.  Bu  dərsi 
burada, cənubda da unutmurdu. Amma canavar balası öz 
inadkarlığından,  xudbinlik  və  qapalı  olmasından  əl 
çəkmirdi.  Diki  o  dərəcədə  inkar  edirdi  ki,  axırda  bu 
xeyirxah  it  canavarla  dostluq  etməkdən  əl  çəkdi  və  ona 
məhəl qoymadı. 
Kolli isə başqa cür hərəkət etdi. O, allahların canavarla 
münasibətini görüb tərəddüd edirdi. Kolli Allahın canavarı 
evə buraxmasında heç bir əsas görə bilmirdi və buna görə 
də  Ağ  Dişi  gözümçıxdıya  salmışdı.  Onun  yaddaşında 
saysız-hesabsız cinayətlər həkk olunmuşdu. Bu cinayətləri 
vaxtilə canavar və onun əcdadları törətmişdilər. Kolli- nin 
nəsli vaxtilə bu cinayətlərin qurbanı olmuşdu. Çoban itinə 
qəfildən basqın etməyi bir gündə unutmaq olmazdı. Nəinki 
bir  gündə,  heç  uzun  müddət  yaddan  çıxarmaq  olmazdı. 
Kolli kin saxlamışdı və bu kin onu hər an intiqam almağa 
səsləyirdi.  Kolli  allahların  hökmünə  qarşı  çıxa  bilməzdi. 
Allahlar Ağ Dişi qəbul etsələr də, Kolli canavar balasının 
gününü zəhərə döndərmişdi. Onların arasında əsrlik ədavət 
downloaded from KitabYurdu.org


265 
 
mövcud idi və Kolli bunu həmişə Ağ Dişə xatırladırdı. 
Öz  cinsi  üstünlüklərindən  istifadə  edən  Kolli  Ağ  Dişi 
təqib  edirdi.  İnstinkt  Ağ  Dişi  ona  hücum  etməyə 
qoymurdu. Amma Kollinin zəhlətökənliyinə laqeyd olmaq 
da  mümkün  deyildi.  Çoban  iti  canavarın  üstünə  atılanda 
Ağ  Diş  qalın  tüklü  belini  onun  ağzına  tərəf  verir  və 
məharətlə  kənara  sıçrayırdı.  Bu  da  kömək  etməsəydi,  o, 
təmkinlə  və  darıxdırıcı  tərzdə  onun  ətrafında  fırlanır, 
başını  itdən  qoruyurdu.  Amma  Kolli  fürsət  düşən  kimi 
fənd işlədib onun dal ayaqlarından dişləyəndə Ağ Diş öz 
vüqarı haqqında düşünməzdi, bu vaxt sürətlə geri sıçramalı 
olurdu. Buna baxmayaraq, bu tutaşmaların  əksərində Ağ 
Dişin ləyaqətli, məğrur və qalib görkəmi olardı. Canavar 
balası Kol- liyə diqqət vermirdi, çalışırdı ki, onun gözünə 
görünməsin.  Onun  səsini,  mırıltısını  eşidən  kimi  durub 
həmin yerdən uzaqlaşırdı. 
Ağ  Diş  Siyera-Vista  malikanəsində  çox  şey 
öyrənməliydi. Şimal- dakt həyat buradakıyla müqayisədə 
sadəydi.  Ən  əvvəl  o,  sahibin  ailə  üzvləri  ilə  tanış  oldu. 
Amma bu, onun üçün təzə kəşf deyildi. Mit- sahla Klu-kuç 
da  Qrey  Biverə  məxsus  idilər,  onlar  da  ət  yeyir,  Biverin 
qaladığı  tonqalın  istisinə  qızınır,  onunla  birgə  yatırdılar. 
Siyera-Vista  malikanəsinin sakinləri də  beləcə  eynilə  Ağ 
Dişin sahibinə məxsus idilər. 
downloaded from KitabYurdu.org


266 
 
Amma bu malikanədə ciddi fərq hiss olunurdu. Siyera-
Vista Qrey Biverin komasından qat-qat böyük idi. Burada 
çoxlu  adam  yaşayırdı  və  Ağ  Diş  onların  hamısıyla 
qarşılaşırdı.  Malikanədə  hakim  Skott,  arvadı,  sahibin  iki 
bacısı:  Bet  və  Meri,  iki  uşağı  -  Uidon  və  Moud,  xid-
mətçiləri vardı. Uşaqlardan birinin dörd, o birinin altı yaşı 
olardı.  Əlbəttə,  bu  adamlar  haqqında  heç  kəs  Ağ  Dişə 
məlumat  verə  bilmədi.  Onların  qohumluq  əlaqələrindən, 
insani münasibətlərindən Ağ Dişin xəbəri yox idi. Hardan 
biləcəkdi axı? Hər halda, o, tezliklə başa düşdü ki, bütün 
bu  adamlar  onun  Allahına  -  Skotta  məxsusdur.  Sonralar 
onların hərəkətlərini izləyə-izləyə, söhbətlərinə qulaq asa-
asa, səslərin- dəki ahəngi ayırd edə-edə tədricən hər birinin 
sahibinə nə qədər yaxın olduğunu dərk etdi. Ayırd etdi ki, 
sahibi  onların  hər  birinə  necə  münasibət  bəsləyir.  Bütün 
bunlara uyğun olaraq Ağ Diş də öz münasibətini bildirir, 
yeni 
allahlarla 
ünsiyyətə 
girirdi: 
sahibinin 
qiymətləndirdiyi  şeyi  o  da  qiymətləndirirdi.  Sahibi  üçün 
əziz  və  qiymətli  nə  vardısa,  onunçün  də  əziz  idi.  O,  bu 
qiymətli, əziz varlıqları da qoruyurdu. 
Evin  uşaqlarına  da  münasibət  beləydi.  Ümumiyyətlə, 
Ağ  Diş  uşaqları  xoşlamır,  onunla  oynamaq  istəyən 
balacaların şıltaq hərəkətlərinə dözə bilmirdi. O, uşaqların 
amansız 
olduğunu 
unutmamışdı. 
Vaxtilə 
hindu 
downloaded from KitabYurdu.org


267 
 
düşərgələrində  bu  şıltaq  hərəkətlərin  amansız  nəticəsini 
dadmışdı. Buna görə də, Uidon və Maud birinci dəfə ona 
yaxınlaşanda  mırıldadı  və  qəzəbli  gözlərindən  od  çıxdı. 
Sahibinin sərt qışqırığı və yumruq zərbəsi onu məcbur etdi 
ki, uşaq nəvazişinə tabe olsun.  Amma  balaca uşaq  əlləri 
onu  tumarlasa  da,  mırıldanmağından  qalmırdı  və  bu 
mırıltıda xoş ahəng duyulmurdu. 
Lap sonralar isə Ağ Diş hiss etdi ki, balaca qız və oğlan 
sahibi  üçün  çox  əzizdir.  Bundan  sonra  əmrsiz  və  zorsuz 
uşaqları yaxın buraxdı. 
Bütün bunlara baxmayaraq. Ağ Diş öz hisslərini ifadə 
edə  bilmirdi.  O,  açıq-aşkar  sahibinin  uşaqlarına  tabe 
olmuşdu,  lakin  onların  şıltaqlıqlarına  dözə  bilmirdi.  Bu, 
əzabverici  cərrahiyyə  əməliyyatına  dözmək  kimi  bir  şey 
idi. Uşaqlar onu zinhara gətirəndə isə o, qətiyyətlə çıxıb 
gedirdi.  Tezliklə  Uidon  və  Maud  Ağ  Dişi  xoşlamağa 
başladılar. Amma Ağ Diş öz hisslərini bildirmirdi. O, heç 
vaxt uşaqlara özü yaxınlaşmazdı. Buna baxmayaraq, daha 
onlardan qaçmır, onları gözləyirdi. Sonralar böyüklər hiss 
etdilər ki, uşaqları görəndə canavar balası ilıq bir görkəm 
alır. Bu ilıq gör - kəm isə uşaqlar ondan ayrılıb gedəndə 
yüngülcə pərişanlıqla əvəz olunardı. 
Ağ Diş çoxlu təzə şey öyrənməli oldu. Əlbəttə, bütün 
bunlar  üçün  uzun  müddət  vaxt  lazım  gəldi.  Ağ  Dişin 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə