Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə64/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   61   62   63   64   65   66   67   68   69

268 
 
qəlbində uşaqların yerindən başqa bir yer də vardı: Hakim 
Skottun  yeri.  Bu,  iki  səbəblə  izah  olunurdu:  əwəla, 
görünür, sahib onu çox yaxşı  əzizləyirdi. İkincisi, hakim 
Skott  səbirli,  təmkinli  adam  idi.  Ağ  Diş  onun  ayaqları 
yanında  uzanmağı  xoşlayırdı.  Belə  vaxtlarda  qoca  Skott 
aynabənddə  əyləşib  qəzet  oxuyardı.  Ağ  Dişə  müraciətlə 
deyilən  hər  bir  söz,  yaxud  mülayim  baxış  sanki  ona 
pıçıldayırdı ki, sahib səni sayır, səninlə xoş rəftar etməyi 
özünə  əskiklik  bilmir.  Hərdən  sahib  harasa  gedirdi. 
Qayıdan kimi elə bil Ağ Dişin çiçəkləri açılır, ona dünyanı 
bağışlayırdılar. 
Hakim  Skottun  bütün  ailə  üzvlərinə  öyrəşən  Ağ  Diş 
onları  yaxın  buraxır,  daha  mırıldanmırdı.  Amma  öz 
sahibindən, Allahından başqa heç kəsə bu qədər yaxınlıq 
etmirdi.  Onun  mınltısmdakı  sevgi  və  xoş  duyğuların 
ahəngi  yalnız  sahibinin  oxşamaları  zamanı  duyulardı. 
Skottun  qohumları  nə  qədər  çalışırdılarsa,  Ağ  Dişin 
rəğbətini qazana bilmirdilər. Onun Allahına olan sevgisi, 
rəğbəti  əvəzsiz  idi,  yeganəydi.  O,  Skottdan  başqa  başını 
heç  kəsin  qoltuğuna  soxub  xumarlanmazdı.  Skott  onun 
sonsuz sədaqəti, Allahı, inam səcdəgahı idi. Daha doğrusu, 
Skottdan savayı ailə üzvləri onun üçün mülk kimiydi. 
Tezliklə  Ağ  Diş  ailə  üzvləri  ilə  onun  qulluqçuları 
arasındakı fərqi də sezdi. Qulluqçular canavar balasından 
downloaded from KitabYurdu.org


269 
 
qorxurdular.  O  isə  öz  növbəsində  onlara  hücum  etmirdi. 
Çünki  qulluqçuları  da  sahibinin  mülkü  hesab  edirdi. 
Qulluqçularla  Ağ  Diş  arasında  yalnız  neytral  bir  əlaqə 
mövcud idi. Onlar sahib üçün xörək bişirirdilər, qab-qacaq 
yuyur  və  Klondaykda  Məttin  gördüyü  bütün  başqa  ev 
işlərini  görürdülər.  Qısası,  qulluqçular  Siyera-Vista 
malikanəsinin ayrılmaz tərkib hissəsiydilər. 
Ağ  Diş  malikanədən  çıxanda  da  çox  şey  öyrəndi. 
Sahibin  mülkü  böyük  idi,  geniş  idi,  ancaq  onların  da 
sərhədi  vardı.  Malikanənin  çölündə  bütün  allahların 
ictimai  mülkiyyəti  -  yollar,  küçələr,  səkilər,  vardı.  Axı, 
şəxsi  mülkiyyətlərin hamısı  hasarlanmışdı!  Bütün  bunlar 
saysız-hesabsız qanunlar məcmuəsi ilə idarə olunurdu. Və 
Ağ Diş allahların dilini başa düşməsə də, ona özünü necə 
aparmağı bu qanunlar hökm etmişdi. O, allahların yazdığı 
qanunları  yalnız  həyat  təcrübə-  siylə  mənimsəmişdi. 
Əvvəllər, insanla ilk görüşündən qabaq instinktlə yaşamış, 
hərəkət  etmişdi.  O,  insanla  görüşlərindən  sonra  qanunu 
mənimsədi və onu heç vaxt pozmadı. 
Lakin Ağ Dişə ən çox təsir göstərən sahibinin səsindəki 
ciddi ahəngi və onun cəza verən əliydi. Ağ Diş öz Allahını 
dəli bir məhəbbətlə sevirdi və Allahının ciddiliyi onu elə 
ağrıdır,  ona  elə  əzab  verirdi  ki,  bu  ağrı-əzabı  nə  Qrey 
Biver,  nə  də  Göyçək  Smit  verə  bilməzdi.  Qrey  Biverlə 
downloaded from KitabYurdu.org


270 
 
Göyçək  Smitin  verdiyi  ağrı-əzablar  yalnız  bədəndə  hiss 
olunurdu.  Amma  Ağ  Dişin  bütün  canı,  onun  vüqarlı, 
əyilməz ruhu coşub-daşırdı. Yeni sahibin zərbələri həddən 
artıq zəif idi. Bu zərbələr cismani ağrılar vermirdi. Amma 
bu zərbələr elə dərin hissləri lərzəyə gətirirdi ki, Ağ Dişin 
bütün ruhu əsirdi. Sahib Ağ Dişə olan narazılığını bununla 
bildirirdi. Elə bununla da o, Ağ Dişin qəlbini neştərləyirdi. 
Əslində  sahib  Ağ  Dişi  o  qədər  də  cəzalandırmırdı. 
Canavar balası üçün Allahın səsi kifayət idi: bu səsə görə 
Ağ Diş düz, yaxud əyri hərəkət etdiyini mühakimə edirdi. 
Bu səsə uyğun hərəkət edir, nəfəs alırdı. Bu səs onunçün 
kompas  idi.  Bu  kompas  onun  həyat  yolunu  isti-
qamətləndirir, təzə şəhərin yeni dünyası ilə tanış edirdi. 
Şimalda  it  yeganə  əhliləşmiş  heyvan  sayılırdı.  Qalan 
bütün  heyvanlar  öz  hökmüylə  yaşayır,  zəiflər  həmin  itin 
qanuni ovu olurdu. Əvvəllər Ağ Diş tez-tez ov edərdi, heç 
ağlına  da  gəlməzdi  ki.  cənubda  başqa  cür  olacaq.  Buna 
San-Dieqo şəhərinin yaxınlığındakı Santa- Klara vadisində 
olduğu ilk günlər əmin oldu. Sübhdən evin həndəvərində 
gəzərkən o, hindən qaçmış toyuğa rast gəldi. Aydın məsələ 
idi ki, canavar balası toyuğu yemək istədi. Onun üçün bircə 
sıçrayış  bəs  idi,  sonra  da  dişlərini  şaqqıldadacaqdı, 
vəssalam. Hürkmüş toyuq qaq- 
qtldayacaqdı  və  bununla  da  iş  bitəcəkdi.  Toyuq  kök  idi, 
downloaded from KitabYurdu.org


271 
 
yağlıydı,  yeməliydi.  Ağ  Diş  ağzının  suyunu  yaladı  və 
ovunu qamarlamağa hazırlaşdı. Elə həmin gün o, tövlənin 
yanında azan daha bir toyuğu qa- marladı. Mehtər toyuğu 
xilas  etmək  üçün  onun  üstünə  yeridi.  Ağ  Dişə  bələd 
olmayan  mehtər qorxutmaq  üçün özüylə  nazik  bir qamçı 
da götürdü. Elə ilk zərbədən sonra Ağ Diş toyuğu buraxıb 
həmin  adamın  üstünə  cumdu.  Dəyənək  olsaydı  yenə 
canavar  balasını  saxlamaq  mümkündü,  amma  mehtərin 
əlində qamçı vardı. İkinci zərbəni heyvan sakitcə qarşıladı, 
heç  ağrımadı  da.  Mehtər  çığırdı,  sinəsinə  atılan  canavar 
onu  yerə  sərdi,  qamçını  büküb  əlləriylə  boğazını  örtdü. 
Nəticədə  qolları  dirsəyinəcən  parçalandı.  Mehtər  bərk 
qorxmuşdu.  Onu  lərzəyə  gətirən  bu  idi  ki,  Ağ  Diş 
qəzəblənərək hücum edəndə nə hürdü, nə nərildədi, nə də 
mırıldadı.  Mehtər  saraya  tərəf  götürüldü,  Kolli  gəlmə-
səydi, mehtər canını qurtara bilməyəcəkdi. O, vaxtilə Diki 
beləcə ölümdən qurtarmışdı. Özündən çıxmış çoban iti Ağ 
Dişin  üstünə  şığıdı.  Kollinin  şübhələri  düz  çıxmış,  o 
yanılmamışdı. Kolli öz allahlarından ağıllıydı, o, Ağ Dişdə 
səhv  etməmişdi,  canavar  oğru,  soyğunçu,  vəh-  şiydi!  O, 
köhnə adətlərini təzədən işə salmışdı! O, çətin düzələrdi! 
Mehtər  tövləyə  girdi,  Ağ  Diş  isə  Kollidən  özünü 
qorumağa  çalışdı.  O,  itin  başına  fırlanır, gah  bir,  gah  da 
digər çiynini onun cənginə verirdi. Amma Kolli onu başa 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə