Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə65/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   61   62   63   64   65   66   67   68   69

272 
 
düşmüşdü,  təqibi  saxlamırdı.  Bu  dəfə  adi  cəzaya 
kifayətlənməyəcəkdi.  Onun  təşviş  və  hiddəti  get-gedə 
artırdı, nəhayət, Ağ Diş bütün ləyaqətini unudub düzənliyə 
əkildi. 
- O, daha toyuq yeməyəcək, - sahib dedi. - Ancaq əvvəl 
mən gərək onu cinayət üstündə yaxalayım... 
İki  gün  sonra  bu  hadisə  bir  də  təkrar  olundu.  Amma 
sahib  bu  cinayətin ölçüsünün böyük olacağını heç  ağlına 
gətirməzdi.  Ağ  Diş  quş  hinini  və  toyuqları  diqqətlə 
izləyirdi. Axşamçağı toyuqlar hində quşlar üçün qoyulmuş 
tarın üstünə oturdular. Ağ Diş bu yaxında həyətə gətirilmiş 
taxtaların  üstünə  dırmaşıb  oradan  toyuq  hininin  damına 
tullandı.  Hinin  damından  içəri  atıldı.  Dərhal  hində  ölüm 
çaxnaşması başladı. 
Səhərisi  gün  sahibkar  artırmaya  çıxanda  gözlərinə 
inanmadı:  mehtər  otun  üstünə  təxminən  əlli  dənə 
yumurtlayan ağ toyuq düzmüşdü. Skott astadan fit çaldı. 
Əvvəlcə  təəccübləndi,  sonra  onu  heyrət  bürüdü.  Onun 
gözlərinin  qabağında  həm  də  Ağ  Diş  dayanmışdı  və 
canavar balası öz günahını başa düşmək üçün heç tükünü 
belə tərpətmirdi. O, vüqarla durmuşdu, elə bil tərifəlayiq 
şücaət göstərmişdi. Sahib dodaqlarını bir- 
birinə  sıxıb  nə  edəcəyini  müəyyənləşdirdikdən  sonra  o, 
cinayətkarla  çox  kəskin  danışdı,  Allahın  səsində  qəzəb 
downloaded from KitabYurdu.org


273 
 
vardı.  Bundan  əlavə  sahib  kəsilmiş  toyuqları  Ağ  Dişə 
göstərib ona bir yumruq ilişdirdi. 
O gündən Ağ Diş daha hinə girmədi. Toyuqlar qanunla 
qorunurdular  və  Ağ  Diş  bunu  birdəfəlik  başa  düşdü. 
Tezliklə  sahib  onu  quş  damma  da  apardı.  Canlı  quş  pırr 
edib  Ağ  Dişin  düz  bumunun  üstündən  uçanda  canavar 
balası  sıçrayışa  hazırlaşdı.  Bu,  təbii  hərəkət  idi,  ancaq 
sahibin  səsi  onu  dayanmağa  məcbur  etdi.  Onlar  quş 
damında  yarım  saata  kimi  hərləndilər.  Hər  dəfə  Ağ  Diş 
özünü  unudub  instinktə  təslim  olmaq  istəyəndə,  quşun 
üstünə  atılır,  amma  sahibin  səsi  onu  dayanmağa  məcbur 
edirdi.  Beləliklə,  elə  buradaca  o,  daha  bir  qanunu  mə-
nimsədi. 
Səhər  yeməyi  vaxtı  Skott  Ağ  Dişə  verdiyi  dərsi  nəql 
edəndə atası: 
- Belə  vəhşi  toyuq  ovçularını  əhliləşdirmək  çətindi,  - 
deyə  başını  yellədərək  qüssələndi.  -  Belə  vəhşiləri  quş 
damma burax, bir balaca qanın dadını bildilər, vəssalam, - 
Hakim Skott yenə başını kədərlə buladı. 
Amma Uidon Skott atasıyla razılaşmadı: 
- Bilirsiniz nə edəcəyəm? - dedi. - Mən Ağ Dişi bütün 
günü toyuq hininə salıb bağlayacağam. 
Atası etiraz etdi. Dedi: 
-  Bəs toyuqlar? Onlar nə olsun? 
downloaded from KitabYurdu.org


274 
 
Oğlu davam etdi: 
-  Bundan əlavə, mən hər öldürülmüş toyuğa qızıl dollar 
verəcəyəm... 
Bett söhbətə qoşuldu: 
Onda ataya da bir cərimə düşür də... 
Bacısı  da  Bettin  tərəfini  saxladı  və  stol  arxasında 
oturanlar xorla bu təklifi bəyəndilər. Hakim etiraz etmədi. 
Bir an duruxub fikirləşəndən sonra Uidon Skott dedi: 
-  Yaxşı!  Əgər  günün  axırınacan  Ağ  Diş  hində  bir 
toyuğa belə toxunmasa, orada keçirdiyi hər on dəqiqəsinə 
görə  siz  təntənəli  və  ciddi  şəkildə  məhkəmədə  hökm 
oxunan  kimi  deyəcəksiniz:  "Ağ  Diş,  sən  mənim 
düşündüyümdən də ağıllıysanmış!" 
Bütün  ailə  üzvləri  oturmağa  elə  yer  seçdilər  ki, 
görünməsinlər.  Sonra  hadisəni  izləməyə,  seyr  etməyə 
hazırlaşdılar. Amma çox keçmədi ki, dilxor oldular. Sahib 
həyətdən çıxan kimi Ağ Diş yıxılıb 
yatdı. Sonra yuxudan durub tabaqdan su içməyə gəldi. O, 
toyuqlara heç gözucu da baxmadı, toyuqlar canavar balası 
üçün sanki mövcud deyildi. Axşamtərəfi o toyuq hininin 
damına tullandı. Hinin o biri tərəfindən yerə düşüb yortma 
vura-vura  evə  sarı  qaçdı.  O,  yeni  bir  qanunu 
mənimsəmişdi.  Və  hakim  Skott  aynabəndə  yığılmış  ailə 
üzvlərini məmnun etmək üçün təntənəli səslə on altı dəfə 
downloaded from KitabYurdu.org


275 
 
təkrar etdi. Ağ Diş, sən mənim düşündüyümdən də ağıllı 
imişsən!” 
Amma qanunların müxtəlifliyi Ağ Dişi çaşdırır, onu pis 
vəziyyətə  salırdı.  Nəhayət,  o,  qəti  başa  düşdü  ki,  özgə 
allahlara məxsus olan toyuqlara da toxunmaq olmaz. Eləcə 
də  pişiklərə,  dovşan  və  hind  toyuqlarına  da  toxunmaq 
qadağandır. Düzü, bu qanunla ilk dəfə tanış olandan sonra 
onda  belə  təsəvvür  oyandı  ki,  bütün  canlı  varlıqlar  toxu-
nulmazdır.  Bildirçinlər  düz  onun  bumunun  altında  pırr 
edib çəmənliyə qonur, xətərsiz uçub gedirdilər. Ağ Dişin 
bütün  bədəni  əsirdi,  bununla  belə,  instinkt  istəyinin 
qarşısım 
alır-quşları 
tutmaq 
arzusunu 
özündən 
uzaqlaşdırırdı. O, allahların hökmünə tabe olmuşdu. 
Amma  bir  dəfə  o,  çəmənlikdə  Dikin  dovşan  üstünə 
düşdüyünü  gördü.  Sahib  də  bunu  gördü,  amma  nəinki 
mane  olmadı,  hətta  Ağ  Dişi  də  dovşanı  təqib  etməyə 
qızışdırdı. Beləliklə, Ağ Diş bildi ki, təzə qanun dovşanlara 
aid deyil, bu qanunu dərhal mənimsədi. Ev heyvanları ilə 
əmin-amanlıq şəraitində dolanmaq lazım idi. Əgər onlarla 
dostluq  etmək  mümkün  deyilsə,  neytral  olmaq  lazımdır. 
Lakin  başqa  heyvanlar  -  sincablar,  bildirçinlər  və 
dovşanlar  meşənin  vəhşi  həyatından  ayrılmamışdılar  və 
insana tabe olmurdular. Onlar itlərin qanunu ovu idi. 
Allahlar yalnız ev heyvanlarını,  əhliləşmiş heyvanları 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə