Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə66/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   61   62   63   64   65   66   67   68   69

276 
 
qoruyurdular, onların bir-biriylə düşmənçilik etməsinə yol 
vermirdilər. Allahlar öz təbəələrinin həyatına və ölümünə 
ağalıq edir və bu hakimiyyəti səylə qoruyurdular. 
Santa-Klara  vadisində  həyat  şimal  cəngəlliyindəki 
həyatdan heç də sadə deyildi. Buradakı mədəni həyat Ağ 
Dişdən dözüm və özünə rəhbərlik etməyi, sanki hörümçək 
torunda olan tarazlıq kimi hərəkət etməyi tələb edirdi. Bu 
hörümçək toru həm də polad kimi bərk idi. Burda həyatın 
min  üzü,  min  rəngi  vardı  və  Ağ  Diş  bütün  bunların 
hamısıyla  qarşılaşmalı  olurdu.  Belə  ki,  o,  San-Xose 
şəhərinin küçələrində  sahibinin  mindiyi  arabanın dalınca 
qaçanda, yaxud sahibini küçədə gözləyəndə onun ətrafında 
həyat qaynayıb daşır və bu sonsuz həyat axını öz qanun-
qavdalarına dərhal əməl etməyi tələb edirdi. 
Demək  olar  ki,  həmişə,  hər  an  ondan  öz  təbii  səs-küyü 
içində batmağı tələb edirdi. 
Şəhərdə  ət  dükanlarım  görürdü.  Burada,  düz  onun 
ağzının  yanında  ət  tikələri  sallanmışdı.  Amma  ətə 
toxunmağa  icazə  verilmirdi.  Sahibin  getdiyi  evlərdə 
pişiklər vardı. Onlara da toxunmaq olmazdı. İtlərə isə hər 
yerdə rast gəlirdi. Ağ Dişə hürsələr də, onlarla boğuşmaq 
olmazdı.  Üstəlik,  səkilərdən  saysız-hesabsız  ötüb-keçən 
adamlar  Ağ  Dişə  baxır,  kimi  dayanaraq  heyrətlə  onu 
dostuna  göstərir,  kimi  onu  hər  tərəfdən  nəzərdən  keçirir, 
downloaded from KitabYurdu.org


277 
 
onunla danışmağa çalışır, kimi də əlini Ağ Dişə vururdu. 
Bu isə daha dözülməz idi. Özgə əllərinə təmkinlə dözməli 
olurdu.  Ağ  Diş  artıq  səbirli,  dözümlü  olmağı  bilirdi.  O, 
hətta  öz  ağır,  ləngərli  utancaqlığına  son  qoymuşdu, 
naməlum  allahların  ona  yetirdiyi  diqqəti  vüqarla 
qarşılayırdı. Allahlar ona iltifat göstərir, o da cavab verirdi. 
Amma  bununla  belə.  Ağ  Dişin  içində  allahlarla  təklifsiz 
rəftarına mane olan hansı bir qüvvəsə vardı. Ötüb keçənlər 
onun başına sığal çəkir, sonra öz şücaətlərindən razı halda 
yollarına davam edirdilər. 
Lakin  asanlıqla  canını  qurtarmaq  Ağ  Dişə  heç  də 
həmişə  müyəssər  olmurdu.  Sahibi  gətirən  araba  dalınca 
qaçarkən  yolda  oynayan  oğlan  uşaqları  canavarı  daşa 
basırdılar. Ağ Diş bilirdi ki, onları qovub tutmaq, yırtmaq 
olmaz. Öz instinktini içində boğmaq lazım gəlirdi və boğa-
boğa tədricən əhliləşir, mədəni dünyanın itinə çevrilirdi. 
Bütün bunlara baxmayaraq, insal və ədalətin nə demək 
olduğunu bilməsə də, işlərin bu cür gedişi Ağ Dişi qane 
etmirdi.  Amma  hər  bir  canlı  varlıqda  müəyyən  dərəcədə 
ədalət  hissi  vardır  və  Ağ  Diş  də  bununla  heç  cür  barışa 
bilmirdi  ki,  axı  niyə  onu  oğlanlara  dərs  verməyə 
qoymurlar. O unutmuşdu ki, allahla bağladığı müqaviləyə 
görə  sahib  onun  qayğısını  çəkməli,  onu  qonımalıydı. 
Budur,  sahibi  bir  dəfə  arabadan  düşüb  qamçıyla  dəcəl 
downloaded from KitabYurdu.org


278 
 
uşaqların  dərsini  verdi.  Bundan  sonra,  uşaqlar  Ağ  Dişi 
daha daşa basmadılar və canavar balası hər şeyi başa düşüb 
arxayınçılıq hiss etdi. 
Çox keçmədi ki. Ağ Dişin başına buna oxşar bir hadisə 
gəldi.  Onun  keçdiyi  şəhər  yolunun  üstündə  həmişə  üç  it 
durardı. Bu itlər Ağ Dişə hücum etməyə hazırlaşırdılar. Bu 
boğuşmaların  nə  ilə  nəticələnəcəyini  qabaqcadan  bilən 
sahib  yorulmadan  Ağ  Dişə  boğuşmanı  qadağan  edən 
qanun öyrətmişdi. Ağ Diş bu qanunu yaxşı mənimsəmişdi 
və  hər  dəfə  şəhər  yolunun  üstündəki  həmin  döngəni 
keçəndə özünü narahat hiss edirdi. Onun qəzəbli mırıltısı 
dərhal itləri uzaqlaşdırırdı. Amma onlar təqiblərinə davam 
edir, arxadan hürür, Ağ Dişi təhqir edirdilər. Bir müddət 
belə oldu. Məhəllə sakinləri itləri Ağ Dişin üstünə həvəs-
ləndirir, açıq-aşkar Ağ Dişi təkləyirdilər. Günlərin birində 
sahib arabam saxladı və Ağ Dişə əmr etdi: 
-  Hə, sən də tut onları! 
Ağ Diş qulaqlarına inanmadı. O, sahibinə baxır, sonra 
da  itlərə  tərəf  dönürdü.  Sonra  yenə  sualedici  nəzərlərlə 
sahibinə baxdı. Onun baxışları həyəcandan yanırdı. Skott 
isə təkrar etdi: 
-  Hə, qoca canavar! Tut onları! Özünü göstər görüm! 
Ağ  Diş  daha  tərəddüd  etmədi.  O,  dönüb  sakit-sakit 
düşmənlərinin  üstünə  cumdu.  İtlər  geri  çəkilmirdi.  Dava 
downloaded from KitabYurdu.org


279 
 
başladı. İtlər hürür, mırıl- dayır, dişlərini şaqqıldadırdılar. 
Döyüş  meydanını  toz  basmışdı.  Və  bır  azdan  iki  it  artıq 
yolun  üstündə  sərələnib  ölümqabağı  titrəyişə  qərq 
olmuşdu.  Üçüncü  it  isə  əkilib  aradan  çıxmışdı.  Ağ  Diş 
onun  dalınca  əsl  canavar  kimi  tamam  səssiz-səmirsiz 
qaçırdı.  O,  canavar  sürətiylə  qaçıb  düzənliyin  ortasında 
ona yetişdi və işini bitirdi. 
İtlərin üçünün də ölümü digər itlərin şıltaqlığına da son 
qoydu. Bu hadisə tezliklə bütün vadiyə yayıldı və adamlar 
öz  itlərini  canavarla  döyüşdürməkdən,  ona  sataşmaqdan 
çəkindirdilər. 

XEYİRXAHLIQ ÇAĞIRIŞI 
Aylar su kimi axırdı. Cənub şəhərində nə qədər desən 
yemək  vardı.  Ağ  Dişdən  heç  bir  iş  tələb  etmirdilər.  O, 
əməlli-başlı  özünə  gəlmiş,  firavan  və  şad-xürrəm 
yaşayırdı. Cənub canavar üçün təkcə coğrafi qütb deyildi, 
həyat idi. İnsan nəvazişi günəş kimi onu isitmişdi. 
Bununla  belə,  Ağ  Dişlə  itlər  arasında  nəsə  bir  fərq 
sezilirdi. O. bütün qanunları hətta həmcins qardaşlarından 
yaxşı  mənimsəmişdi.  Başqa  itlər  onun  düşdüyü  şəraitdə 
yaşamışdılar. Ağ Diş buradakı qanunlara daha dəqiq riayət 
edirdi.  Buna  baxmayaraq,  yırtıcılıq  onu  tərk  etməmişdi. 
Elə  bil  şimalda  yaşayan  canavar  müvəqqəti  olaraq 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə