Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə67/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   61   62   63   64   65   66   67   68   69

280 
 
mürgüləmişdi. 
Ağ Diş itlərlə dostluq etmirdi. O, həmişə tənha gəzirdi, 
bundan  sonra  da  itlərdən  aralı  durmağı  qərara  almışdı. 
Ömrünün  ilk  çağlarında  Lip-liplə  və  küçük  xılları  ilə 
düşmənçiliyə  görə,  Göyçək  Smitlə  birlikdə  keçirdiyi 
aylarına görə Ağ Diş itlərə nifrət edirdi. Onun həyatı öz 
təbii  axarından  çıxmışdı,  o,  insanla  ülfət  bağlamış,  öz 
cinsindən olan vəhşilərdən ayrılmışdı. 
Bundan başqa, cənub itləri Ağ Dişə şübhəylə baxırdılar. 
O,  itlərdə  şimal  cəngəlliyindən  qorxu  instinkti  oyatmışdı 
və  bu  itlər  ona  nifrətlə  hürür,  mırtldayırdılar.  O  da  öz 
növbəsində başa düşürdü ki, onları dişləmək heç də vacib 
deyil.  Onun  şaqqıldayan  cəhəngi  və  qəzəblə  titrəyən 
dodaqları səhvsiz fəaliyyət göstərir və demək olar ki, hər 
hansı hiddətlənən iti həsləməyə məcbur edirdi. 
Amma həyat Ağ Dişə bir bəla sınağı göndərmişdi. Bu 
bəla Kolli idi. Kolli onu göz açmağa qoymurdu. Kolli üçün 
qanun Ağ Dişin təsəvvür etdiyi gücdə deyildi. O, sahibinin 
onları  dostluğa  çağıran  bütün  cəhdlərinə  qarşı  çıxırdı. 
Kollinin  qəzəbli,  tükurpədici  mırıltısı  Ağ  Dişi  daban-
daban  izləyirdi.  Kolli  onu  toyuqların  başına  gətirdiyi 
müsibətə  görə  bağışlaya  bilmirdi,  möhkəm  inanırdı  ki, 
canavar  balasının  bütün  niyyətlərində  cinayət  vardır.  O, 
hər  yerdə  Ağ  Dişin  “pis  əməlini”  görürdü.  Ağ  Dişi 
downloaded from KitabYurdu.org


281 
 
addımbaaddım  izləyə-izləyə  onun  gününü  göy  əskiyə 
düyünləmişdi.  Elə  bil  Kolli  polis  idi.  Ağ  Diş  göyərçinə, 
yaxud  da  bir  toyuğa  boylanıb  baxan  kimi,  bir  hürüşmə 
qoparırdı ki, gəl görəsən. Ağ Diş ondan canını qurtarmaq 
üçün  yalnız  yerə  uzanıb  başını  qabaq  pəncələri  üstünə 
qoyur, özünü yatmış kimi göstərirdi. Belə olanda Kolli o 
saat gözdən itib səsini kəsirdi. 
Kollinin  ona  verdiyi  narahatlıqdan  başqa  hər  şey  yağ 
kimi gedirdi. Ağ Diş özünü səbirli aparmağı öyrənmişdi, 
qanunları  möhkəmcə  mənimsəmişdi.  Onun  xasiyyətində 
müsbət  əlamətlər,  sakitlik  və  müdrik  bir  mətanət  əmələ 
gəlmişdi.  Ətraf  mühit  daha  onunçün  ədavətli  deyildi. 
Burda təhlükə, ağrı-əzab qorxusu, ölüm yox idi. Əvvəllər 
onu izləyən o naməlum hissin dəhşəti də tədricən yox oldu. 
Həyat  sakit  və  asan  idi.  Həyat  qorxusuz-hiirküsüz,  düz, 
hamar axırdı. 
Burda  qar  görmürdü,  amma  Ağ  Diş  bunu  başa 
düşmürdü.  Yəqin  ki.  düşünə  bilsəydi  Ağ  Diş  belə 
düşünərdi:  “Yay  nə  yaman  uzun  çəkdi'?!”  Qara  olan 
ehtiyac  şüursuz,  dumanlı  şəkildə  idi.  Qızmar  yay 
günlərində  günəş  şüalan  yandıranda  Ağ  Diş  şimal  üçün 
yüngülcə danxırdı. Bu həsrət yalnız onun narahat-narahat 
gəzməsiylə  bilinirdi.  Bu  həsrətin  səbəbini  heç  özü  də 
anlamırdı. 
downloaded from KitabYurdu.org


282 
 
Ağ Diş öz hisslərini heç vaxt açıq-aşkar bildirməzdi. O, 
sahibinə  sığınıb  qalar,  yüngülcə  mırıldanar  və  yalnız  bu 
yolla öz məhəbbətini bildirərdi. Amma tezliklə o, üçüncü 
yolu da tapdı. Allahların gülməyinə dözə bilmirdi. Gülüş 
onu  özündən  çıxarır,  acıqlandırır,  qəzəbini  coşdururdu. 
Amma öz Allahına hirslənə bilmirdi və bir dəfə Skott xe-
yirxah niyyətlə onunla zarafatlaşıb güləndə, Ağ Diş özünü 
itirdi. Onun  əvvəlki hiddəti qalxdı, amma  bu  dəfə həmin 
hiddət  məhəbbətə  güc  gələ  bilmədi.  O,  hirslənə  bilmədi. 
Nə etməliydi? O öz məğrur görkəmini saxlamağa çalışdı, 
amma  Skott  daha  bərkdən  güldü.  Ağ  Diş  daha  da 
məğrurlaşdı,  sahib  isə  elə  hey  şaqqanaq  çəkib  gülürdü. 
Nəhayət,  Ağ  Diş  təslim  oldu.  Onun  üst  dodağı  tərpəndi, 
dişlərini  sıxdı,  gözlərində  naməlum  od  parladı.  Ağ  Diş 
gülüşə dözməyi də öyrəndi... 
Ağ  Diş  sahibiylə  oynamağı  da  mənimsəmişdi.  O, 
yorulub  taqətdən  düşmədi,  arxası  üstə  çevrilib  ayaqlarını 
oynatmağı,  hər  cür  zarafatı  qəbul  etməyi  öyrəndi.  Belə 
vaxtlarda özünü guya qəzəblənmiş kimi aparır, mırıldanır, 
dişlərini  havada şaqqıldadırdı,  guya  sahibindən diş- dəm 
götürmək istəyir. Əslində isə bunu etmirdi. Skottu dişləyə 
bilməzdi. Və  belə  əyləncəli oyunun  axırında, zərbələr və 
dişlərin şaqqıltısı güclənəndə birdən itlə Allah bir-birindən 
aralanıb  hərəsi  bir  tərəfə  düşür,  bir-birlərinə  baxırdılar. 
downloaded from KitabYurdu.org


283 
 
Sonra  birdən  (elə  bil  coşan  dənizin  üstündən  qəflətən 
günəş  boylanırdı)  hər  ikisi  gülməyə  başlayırdı.  Oyun 
qurtaranda  adətən  Skott  canavar  balasının  boynunu 
qucaqlayır. Ağ Diş isə öz zərif, yumşaq mırıltısıyla sanki 
sevgi nəğməsi oxuyurdu. 
Lakin Skottan başqa heç kəs Ağ Dişlə belə oynamağa 
cürət  etmirdi.  Canavar  balası  buna  yol  verməzdi.  Hünəri 
var, bir kimsə onun ləyaqətini tapdalayaydı, yaxud onunla 
belə zarafat edəydi. Ağ Dişin vahiməli mırıltısı, tüklərinin 
dimdik  qalxması  həmin  cəsarətli  adamın  oynamaq 
həvəsini  də  öldürərdi.  Ağ  Diş  sahibinə  onunla  zarafat 
etməyə icazə verirdisə, bu o demək deyildi ki, o, adi it kimi 
öz  sevgisini  sağa-sola  paylayardı.  O,  yalnız  bir  nəfəri 
sevirdi və öz sevgisini xırdalamaqdan imtina etmişdi. 
Skott tez-tez at belində gəzintiyə çıxardı və Ağ Diş belə 
gəzintilərdə  sahibini  müşayiət  etməyi  özünün  birinci 
dərəcəli  vəzifəsi  sayardı.  Canavar  balası  şimalda  öz 
sədaqətini  insanlara  bildirmək  üçün  qoşquda  gəzirdi, 
cənubda  isə  heç  kəs  kirşədə  getmirdi,  buradakı  itləri 
yükləmirdilər.  Buna  görə  də  Ağ  Diş  həmişə  belə 
gəzintilərdə  sahibinin  yanında olardı. Buna  öz  sədaqətini 
bildirməyin yeni forması kimi baxardı. Bütün günü beləcə 
qaçmaq  onunçün  su  içmək  kimi  bir  şeydi.  O,  heç  bir 
gərginlik sərf etmədən qaçırdı, yorğunluq bilməzdi, lap 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə