Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə68/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   61   62   63   64   65   66   67   68   69

284 
 
vaşaq  kimi  qaçardı  və  təxminən  əlli  mil  qaçandan  sonra 
gəlib atın qabağına çıxardı. 
Bu gəzintilər Ağ Dişə öz hisslərinin izharında daha bir 
yol öyrətdi ki, o, ömründə ikinci dəfə bundan istifadə etdi. 
Birinci  dəfə  bu  belə  oldu.  Uidon  Skott  dəliqanlı  atın 
belində  yəhərdən  düşmədən  darvazanı  açıb-bağlamaq 
istəyirdi.  O  bir  neçə  dəfə  darvazaya  yan  aldı,  onu  bağ-
lamağa  çalışdı,  lakin  hürkmüş  at  geri  çəkildi,  kənara 
tullandı.  At  get-  gedə  coşur,  şahə  qalxırdı.  Sahib  atı 
mahmızlayanda  və  qabaq  ayaqlarını  yerə  salmağa  onu 
məcbur  edəndə  at  şıllaq  atmağa  başladı.  Ağ  Diş  onları 
həyəcanla  izləyirdi.  Axırda  səbri  çatmadı,  atın  üstünə 
cumub  qəzəblə  mırıldadı  bu  nərilti  daha  çox  hürməyi 
xatırladırdı. 
Bu hadisədən sonra Ağ Diş tez-tez hürməyə cəhd edirdi 
və  Skott  onun  bu  cəhdlərini  qiymətləndirirdi.  Amma  o, 
cəmi  bircə  dəfə  hürə  bilmişdi,  o  da  sahibinin  yanında 
olmamışdı. Növbəti hadisə isə buna əsas oldu: Skot yenə 
at belində düzənlikdə gəzirdi. Birdən at kənara tullandı. At 
düz  ayaqları  altından  sivişib  qaçan  dovşanı  görüb  hürk- 
müşdü,  ayaqları  dolaşıb  büdrədi.  Skott  yəhərdən  yerə 
dəydi  və  ayağı  əzildi.  Ağ  Diş  qəzəbləndi  və  atın 
boğazından yapışmaq istədi, amma sahib qoymadı. Skott 
qışqırdı: 
downloaded from KitabYurdu.org


285 
 
-  Evə get! Tez, cum evə! 
Ağ  Diş  onu  tək  qorumaq  istəmirdi.  Skott  bir  balaca 
kağıza nəsə yazmaq  istədi, amma nə qələm, nə də kağız 
tapdı. Sonra o, Ağ Dişə evə getməyi əmr etdi. 
Ağ Diş kədərlə ona baxdı, bir-iki addım yeridi, sonra 
qayıdıb  yavaşdan  zingildədi.  Onun  sahibi  Ağ  Dişlə 
yumşaq, amma ciddi tərzdə danışırdı. Ağ Diş qulaqlarını 
şəkləmişdi, öz sahibinə həyəcanla diqqət kəsilmişdi. 
Uidon Skott dedi: 
- Özünü  itirmə,  qoca  canavar,  get  evə!  Tez  xəbər  ver 
evə, di qaç dedim sənə! 
Ağ Dişə “evə” sözü tanış gəlirdi. O, qalan sözləri başa 
düşmürdü, axır ki, sahibinin nədən danışdığını anladı. O, 
çevrilib  könülsüz-könülsüz  düzənliyə  götürüldü.  Sonra 
dayanıb tərəddüd edə-edə geri baxdı. 
Yenə əmr eşitdi: 
-  Evə dedim sənə! 
Bu dəfə Ağ Diş əmrə riayət etdi. 
Canavar  balası  evə  çatanda  hamı  artırmada  oturub 
axşam havasıyla sərinlənirdi. Ağ Diş tamam toz içindəydi 
və ağır-ağır nəfəs alırdı. Skottun anası iti görüb dedi: 
-  Uidon qayıtdı deyəsən!.. 
Uşaqlar  Ağ  Dişi  qışqıra-qışqıra  qarşılayıb  sevinclə 
onun üstünə yüyürdülər. O, uşaqlardan aralanıb artırmanın 
downloaded from KitabYurdu.org


286 
 
uzaq  küncünə  çəkildi.  Balaca  Uidon  və  Maud  onu  lap 
artırmanın  uzaq  küncünə  qovdular.  Canavar  balası 
mırıldadı,  uşaqlardan  canını  qurtarmağa  çalışdı.  Skottun 
arvadı təşvişlə o tərəfə baxıb dedi: 
-  Uşaqlar  Ağ  Dişin  yanında  olanda, vallah mən  ürək-
göbəyimi yeyirəm. Bir gün o, uşaqları parçalayacaq... 
Ağ  Diş  uşaqları  yıxıb  nərildəyə-nərildəyə  qəzəblə 
tələdən  çıxdı.  Ana  uşaqlarını  yanına  çağırıb  sakitləşdirdi 
və Ağ Dişi rahat buraxmalarını tapşırdı. 
-  Canavar  həmişə  canavar  olaraq  qalacaq.  Ona  bel 
bağlamaq olmaz! 
Bet söhbətə qarışıb dilləndi: 
-  Axı o, həqiqi canavar deyil... 
Hakim etiraz etdi: 
-  Sən  də  Uidonun  sözünə  inanırsan?  0  deyir  ki,  Ağ 
Dişin  qanı  it  qanıdır.  Axı  bunu  elə-belə,  havadan  deyir. 
Əslində isə... 
Hakim  sözünü  tamamlaya  bilmədi.  Ağ  Diş  onun 
qabağında dayanıb qəzəblə mırıldadı. Skott çımxırdı: 
-  Get yerinə! Tez ol, get yerinə! 
Ağ Diş sahibinin - Allahının arvadına döndü. Canavar 
balası diş- ləriylə onun paltarının ətəyindən yapışıb özünə 
sarı  dartanda  qadın  qorxusundan  qışqırdı.  Zərif  paltar 
yırtıldı. Elə həmin andaca Ağ Diş hamının diqqətini özünə 
downloaded from KitabYurdu.org


287 
 
yönəltdi. O durub başını lap yuxarı qaldırmışdı, adamların 
üzünə baxırdı. Onun boğazı qurumuşdu, titrəyirdi, amma 
heç bir səs çıxarmırdı. 0, nəsə demək istəyirdi, içini nəsə 
dağıdırdı. 
Uidonun anası dilləndi: 
-  Bəlkə  quduzlaşıb?..  Mən  elə  Uidona  deyirdim  ki, 
şimal iti istiyə dözə bilməyəcək... 
Birdən Bet heyrətlə qışqırdı: 
-  Ora bax, nəsə danışır! 
Bu  an  elə  bil  Ağ  Diş  dil  açdı  və  ucadan  hürməyə 
başladı. Skottun arvadı inamla dedi: 
-  Uidona nəsə olub! 
Hamı yerindən dik qalxdı. Ağ Diş isə pilləkənləri enib 
dala  baxa-  baxa  götürüldü.  Bununla  adamları  dalınca 
çağırırdı.  O,  ömründə  ikinci  və  axırıncı  dəfə  hürdü  və 
adamları anlatmağa nail oldu. 
Bu hadisədən sonra Siyera-Vista sakinlərinin ürəyində 
Ağ Diş özünə isti yer elədi. Hətta bir vaxt əlini dişlədiyi 
mehtər belə etiraf edirdi ki. Ağ Diş canavar olsa da, ağıllı 
heyvandır. Hakim Skott da bu fikirlə şərik idi və ailənin 
digər üzvlərinin etirazına cavab vermək üçün, dediklərinin 
düz olduğunu sübut etmək məqsədilə, ensiklopediyadan və 
müxtəlif zoologiya kitablarından götürdüyü təsvirləri, cəd-
vəlləri göstərirdi. 
downloaded from KitabYurdu.org


288 
 
Günlər  ötürdü.  Santa-Klara  vadisinin  qızmar  günəş 
şüaları  daha  da  yandırırdı.  Lakin  qışın  yaxınlaşmasıyla 
əlaqədar  (bu,  Ağ  Dişin  cənubda  ikinci  qışıydı)  canavar 
balası  qəribə  bir  kəşf  etdi:  daha  Kolli  bərk  dişləmirdi. 
Onun  yüngül  dişdəkləri  isə  daha  ağrı  vermirdi.  Ağ  Diş 
çoban itinin onu əvvəllər incitdiyini unutmuşdu və çalışırdı 
ki,  Kolli  ilə  oynasın,  onlar  elə  oynaqlaşırdılar  ki,  hətta 
yöndəmsiz, gülünc vəziyyət alırdılar. 
Bir dəfə Kolli çəmənlikdə çox hərləndi, sonra Ağ Dişi 
dalınca  çəkib  meşəyə  apardı.  Skott  nahara  kimi  at 
gəzintisinə çıxmağa hazırlaşırdı. Ağ Diş bunu duymuşdu. 
Yəhərlənmiş  at  qapının  ağzında  durmuşdu.  Ağ  Diş 
tərəddüd  etdi.  O  özündə  elə  bir  ehtiras  duymuşdu  ki,  bu 
hiss öyrəndiyi bütün qanunlardan da güclüydü. Bu ehtiras 
bütün vərdişlərdən, sahibə olan məhəbbətdən də güclüydü. 
Bu ehtiras yaşamaq eşqindən də güclüydü. Və Kolli onu 
yüngülcə dişləyib qaçanda Ağ Diş öz qətiyyətini toplayıb 
çoban itinin dalınca götürüldü. Həmin gün Skott gəzməyə 
tək çıxdı. 
Ağ  Diş  isə  meşəyə  Kolli  ilə  böyürə-böyürə  qaçırdı. 
Vaxtilə, neçə il bundan əvvəl sakit şimal cəngəlliklərində 
onun anası - Kiççi də tək- gözlə beləcə qaçmışdı. 
 
 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə