Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə69/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   61   62   63   64   65   66   67   68   69

289 
 
YATMIŞ CANAVAR 
Təxminən  Həmin  günlərin  birində  qəzetlər  San-
Kventin  həbsxanasından  zalım  bir  məhbusun  qaçması 
xəbərindən  yazmışdılar.  Bu.  elə  bir  şəxs  idi  ki,  anadan 
olandan pozulub korlanmışdı. Heç bir kömək 
yeri  olmayan  bu  şəxs  cəmiyyətin  amansız  əllərinə 
düşmüşdü.  Bu  əllərə  düşən  adam  isə  nəyə  desən  dönə 
bilərdi.  Bu,  heyvan  idi,  insan  cildində  heyvan  və  onu 
vəhşidən, yırtıcıdan başqa heç nə adlandırmaq olmazdı. 
San-Kventin  həbsxanasında  onu  heç  cür  tərbiyə  edə 
bilmirdilər.  İnadım  heç  bir  cəza  sındıra  bilmirdi.  O,  son 
nəfəsədək  vuruşmağa  qadir  idi,  qəzəbliydi,  amma 
döyülmək  və  əzilmək  istəmirdi.  Nə  qədər  qəzəblə 
coşurdusa,  cəmiyyət  onunla  bir  o  qədər  amansız  rəftar 
edirdi və bu amansızlıq yalnız onun qəddarlığını artırırdı. 
Aclıq,  çəkişmə,  vuruşma!  Cim  Holl  həyatda  bunlardan 
başqa  bir  şey  görməmişdi.  Çimlə  uşaqlıqdan,  lap 
körpəlikdən belə rəftar etmişdilər. O, sütül bir uşaq olanda 
San-Fransiskonun  ucqar  hissəsində  yaşayırdı  və  bu  vaxt 
cəmiyyət onu necə istəsəydi formalaşdıra bilərdi. 
Həbsxanada  üçüncü  dəfə  yatanda  Cim  Holl  özü  kimi 
zalım və yırtıcı bir gözətçiyə rast gəlmişdi. Gözətçi onu hər 
cür  təqib  edir,  ona  nəzarətçilərin  qabağında  şər  atırdı. 
Beləliklə, 
güzəştlərindən 
də 
məhrum 
etmişdilər. 
downloaded from KitabYurdu.org


290 
 
Gözətçiylə Cim arasında fərq bunda idi ki, birinci cibində 
açar və tapança gəzdirirdi, Çimin əlində isə heç nə yox idi. 
Lakin  bir  dəfə  o,  gözətçinin  üstünə  atılıb  cəngəlliklərdə 
yaşayan vəhşi kimi dişlərini onun boğazına sancdı. Bundan 
sonra Cim Hollu təka- damlıq kameraya saldılar. O, burada 
üç  il  qaldı.  Kameranın  döşəməsi,  divarları  və  damı 
dəmirdən  idi.  Bu  müddət  ərzində  bir  dəfə  də  olsun  Cim 
kameradan çölə çıxmadı, bir dəfə də olsun hava, günəş üzü 
görmədi.  Gündüzlər  kamera  ala-toranlıq  olurdu,  gecələr 
isə  zülmət  və  sükunət.  Cim  Hollu  diri-diri  dəmir  qəbrə 
qoymuşdular. O, insan üzünə həsrət idi. Heç kəslə kəlmə 
kəsə  bilmirdi.  Ona  yemək  ötürəndə  Cim  vəhşi  kimi 
bağırırdı.  O,  bütün  dünyaya  nifrət  edirdi.  O,  qəzəbdən 
bütün  günü,  bütün  gecəni  hönkürtüylə  ağlayırdı,  sonra 
həftələrlə,  aylarla  susurdu, bu  səssizlik  zülmətində, onun 
qəlbinə  işləmiş  zülmətin  dəli  sükutunda  cınqırını 
çıxarmırdı. 
Sonra necə oldusa, gecələrin birində o qaçdı. Nəzarətçi 
inad  edirdi  ki,  bu,  ağlagəlməz  bir  hadisədir,  ola  bilməz. 
Amma  kamera  boş  idi,  onun  qapısı  ağzında  öldürülmüş 
gözətçinin meyiti qalmışdı. Həbsxanadan çıxana kimi daha 
iki  adam  öldürmüşdü  və  onların  hamısını  Cim  Holl  öz 
silahsız əlləriylə boğub öldürmüşdü. 
Cim  Holl  gözətçinin  silahını  götürüb  dağlarda 
downloaded from KitabYurdu.org


291 
 
gizlənmişdi.  Onun  başı  üçün  külli  miqdarda  qızıl  pul 
ayırmışdılar.  Tamahkar  fermerlər  əllərində  silah  onun 
dalınca düşmüşdülər. Onun qanının qiyməti hesabına oğlu-
uşağı kollecə göndərmək, ya da girov kağızı almaq olardı. 
Guya vəzifə borcunu yerinə yetirmək məqsədilə əlisilahlı 
adamlar  Hollu  axtarmağa  çıxmışdılar.  Cinayətkarları 
axtarıb  tapan  itli  dəstə  də  onun  qanlı  izinə  düşmüşdü. 
Adamların  şikayətinə  görə,  axtarış  qrupu  telefonla  zəng 
çalır, teleqramlar göndərir, xüsusi qatarlar sifariş verir, öz 
axtarışlarını gecə-gündüz davam etdirirdilər. 
Hərdənbir  Cim  Holl  öz  təqibçilərinin  gözünə 
görünürdü.  Bu  zaman  adamlar  onu  tutmaq  üçün  şücaət 
göstərir,  yaxud  da  onu  axtarmaq  üçün  hər  yerə 
səpələnirdilər.  Bundan  sonra  bütün  şəhər  bu  barədə 
qəzetlər  vasitəsilə  xəbər  tuturdu.  Adamlarla  qarşılaşanda 
Cim  Holl  bir  neçəsini  öldürür,  yaralayırdı.  Yaralananları 
xəstəxanalara aparırdılar, onların yerini isə digər insan ovu 
həvəskarları tuturdu. 
Bundan sonra Cim Holl itdi. İtlər onun izinə düşdülər. 
Silahlanmış  adamlar  günahsız  fermerləri  tutur,  onlardan 
pasport tələb edirdilər. Hollun başı üçün müəyyən edilmiş 
pulu almaq ehtirası ilə yanan adamlar dağlardan neçə dəfə 
onun “meyitini” tapıb gətirmişdilər. 
Bu  müddət  ərzində  Siyera-Vista  malikanəsində  də 
downloaded from KitabYurdu.org


292 
 
qəzetlər oxunurdu. Bu xəbərləri maraqdan çox, həyəcanla 
izləyirdilər. Qadınlar qorxurdular. Hakim Skott xoruzlanıb 
onlarla məzələnirdi. Cim Holl məhkəmədə onun qarşısında 
dayanmış,  öz  ölüm  hökmünü  ondan  dinləmişdi.  Bu  dəfə 
Cim günahkar deyildi. Onu ədalətsiz mühakimə edirdilər. 
Oğrular və polislər arasında buna “məhbəslə diyirlənmək” 
deyirdilər. 
Cim  Hollu  etmədiyi  cinayətə  görə  həbsxanaya 
diyirlətdilər.  Onun  əvvəllər  iki  dəfə  həbsdə  olduğunu 
nəzərə alan hakim Skott əlli il həbs hökmü oxudu. 
Hakim Skott işin nə yerdə olduğunu o qədər də bilmirdi 
və  şübhə  etmişdi  ki,  o,  istər-istəməz,  sübut  dəlillərinin 
qondarma olduğuna görə, polislərlə əlaqəyə girmişdi. Cim 
Hollun cinayətdə təqsiri yox idi. Cim Holl hakim Skottun 
bütün işlərdən xəbərdar olduğuna əmin idi və bu ədalətsiz 
hökmü ona kəsməklə Skott polisin əlindən tutmuşdu. Buna 
görə  də,  hakim  hökm  oxuyanda,  Cimə  əlli  ıl  iş  kəsəndə 
(ölüm ondan yaxşıydı) Cim Holl həyatın onunla bu qədər 
amansız  olduğuna  nifrət  etmişdi  və  bu  vaxt  hiddətlənib 
yerindən  durmuşdu.  O  qədər  hiddətlənmişdi  ki,  göy 
mundir  geyinmiş  düşmənləri  axırda  onu  vurub  yerə 
sərmişdilər. O, hakim Skottu ədalət pərdəsini yırtan təməl 
daşı hesab 
etmiş,  onu öldürməklə  hədələmişdi.  Sonra  isə  Cimi  diri-
downloaded from KitabYurdu.org


293 
 
diri  həbsxana  kamerasında  basdırdılar...  O  isə  burdan 
qaçdı. 
Ağ  Diş  bütün  bunlardan  xəbərsiz  idi.  Amma  onunla 
sahibin arvadı Əlis arasında bir sirr vardı. Hər gecə, bütün 
Siyera-Vista  malikanəsi  yatandan  sonra  Əlis  çarpayıdan 
durub  Ağ  Dişi  salona  buraxırdı.  Ağ  Diş  otağa 
öyrəşməmişdi. O, ev iti deyildi və evdə gecələyə bilmirdi. 
Sübh tezdən isə heç kəs yuxudan durmamış Əlis yerindən 
səssizcə qalxıb canavar balasını həyətə buraxırdı. 
Belə gecələrin birində hamı yuxuya gedəndən sonra Ağ 
Diş ayıldı və yerində səssizcə uzandı. O, evdə naməlum bir 
Allahın  olduğunu  duydu.  Addım  səsləri  eşitdi.  Ağ  Diş 
hürmədi. Bu, onun adəti deyildi. Naməlum Allah səssizcə 
addımlayır, canavar isə hənirsiz onu izləyirdi. Çünki onun 
bədəninə  ilişən  paltarı  yox  idi.  O,  səssiz  hərəkət  edirdi. 
Şimal  cəngəlliyində  ürkək  quşları  tutmaq  müyəssər 
olmuşdu və o, quşu qəflətən qamarlamağın vacib olduğunu 
bilirdi. 
Naməlum  Allah  pilləkənin  yanında  dayanıb  qulaq 
verdi.  Ağ  Diş  tərpənmədi,  durmuşdu,  hərəkət  etmirdi və 
səbirlə  nə  olacağını  gözləyirdi.  Pilləkən  dəhlizə  çıxırdı. 
Burda onun sahibinin otağı yerləşirdi və orada sahibin əziz 
və  doğmaları  yatırdılar. Ağ  Diş tüklərini qabartdı, amma 
səssiz-səmirsiz gözlədi. Naməlum  Allah  ayağını pillələrə 
downloaded from KitabYurdu.org


294 
 
qoyub yuxarı qalxmağa başladı. 
Elə bu an Ağ Diş cumdu. O, bunu heç bir xəbərdarlıq 
etmədən gördü, heç mırıldamadı da. Onun bədəni havada 
ox kimi vıyıldadı və o, düz naməlum Allahın kürəyindən 
yapışdı.  Ağ  Diş  onun  çiyinlərindən  sallanıb  dişlərini 
boğazına  batırdı.  O,  bütün  ağırlığını  naməlum  Allahın 
üstünə salıb, bircə dəqiqədə onu arxası üstə yıxdı. Hər ikisi 
döşəməyə sərələndi. Ağ Diş kənara sıçradı, naməlum adam 
təzəcə  ayağa  qalxmaq  istəyirdi  ki,  canavar  balası  yenə 
onun üstünə şığıdı, dişlərini yenə onun boğazına batırdı. 
Siyera-Vista  mülkünün  sakinləri  hövlnak  yuxudan 
ayıldılar.  Pilləkəndən  gələn  səs-küydən  düşünmək  olardı 
ki, orada böyük bir şeytan sürüsü döyüşür. Güllə açıldı: bir, 
iki, üç... Kimsə dəhşət və ağrıdan inildədi. Sonra dəhşətli 
mırıltı  eşidildi.  Və  bütün  bu  səslər  yıxılan  mebelin 
tarappıltısına və sınan şüşələrin cingiltisinə qarışdı. 
Lakin  səs-küy  birdən  qalxdığı  kimi  birdən  də  kəsildi. 
Bütün  bunlar  cəmi  üç  dəqiqə  çəkmişdi.  Sakinlər  təşviş 
içində pilləkənin yuxarısına yığışdılar. 
Aşağıda  qaranlıqdan  xırıltılı  səslər  gəlirdi.  Elə  bil 
suyun üstündə hava köpüklənirdi. Tədricən xırıltı iisıltıyla 
əvəz olundu, lap fit səsini xatırlatdı. Amma bu səslər də 
tezliklə kəsildi, sanki kimsə güclə hava udurdu. 
Uidon Skott işığı yandırdı. Pilləkən və dəhliz işıqlandı. 
downloaded from KitabYurdu.org


295 
 
Sonra  hakimlə  oğlu  əllərində  tapança  ehtiyatla  aşağı 
düşdülər.  Artıq  gec  idi.  Ağ  Diş  öz  işini  görmüşdü. 
Yıxılmış,  sınmış  mebelin  arasında  bir  adam  böyrü  üstə 
uzanmışdı,  üzü  əlləri  ilə  örtülüydü.  Uidon  Skott  əyilib 
həmin adamın üzünü açdı. Boğazında qızaran yaralar onun 
ölümünün labüdlüyünü sübut edirdi. Hakim Skott qışqırdı: 
-  Cim Holl! 
Ata və oğul bir-birinə mənalı-mənalı baxdılar, sonra Ağ 
Dişə  nəzər  saldılar.  Canavar  balası  da  böyrü  üstəydi. 
Gözləri yumuluydu, amma adamlar onun üstünə əyiləndə 
kirpiklərini  qaldırıb  baxmağa  çalışdı,  quyruğunu  zorla 
tərpətdi.  Uidon  Skott  Ağ  Dişi  tumarladı  və  sığallanan 
heyvan astadan mırıldandı. Amma bu mırıltı elə o dəqiqə 
kəsildi. Ağ Dişin kirpikləri qırpılıb yumuldu, elə bil bütün 
bədəni boşaldı və döşəmənin üstünə düşdü. 
Skott pıçıltıyla: 
-  Zavallı, səninki qurtardı... - dedi. 
-  Hələ  bilmək  olmaz  -  deyə  hakim  Skott  telefona 
cumdu. 
Ağ  Dişin  böyür-başını  təxminən  saat  yarım  nəzərdən 
keçirən cərrah dedi: 
-  Düzü, onun yaşamasına ümidim yoxdur, mindən biri 
sağ qalır. 
Pəncərədən  düşən  ilk  günəş  şüaları  elektrik  işığını 
downloaded from KitabYurdu.org


296 
 
avazıtdı.  Uşaqlardan  savayı  bütün  ailə  üzvləri  cərrahın 
başına  yığışmışdı.  Görəsən,  cərrah  Ağ  Diş  barədə  nə 
deyəcək? 
Cərrah deyirdi: 
-  Dal  ayaqları,  qabırğalarının  üçü  sınıb,  biri  isə, 
deyəsən, yüngülcə zədələnib, çox qan itirib. Ola bilsin ki, 
başqa  daxili  zədələri  də  var.  Görünür,  onu  təpikləyiblər. 
Hələ güllələrin üçünün də deşib keçdiyini demirəm. Yox, 
vəziyyəti çətindir, ümid çox azdır. Bir faiz güman varsa, o 
da bəlkə çoxdur. 
Hakim Skott ucadan dedi: 
-  O bir faiz ümidi itirmək olmaz! Nə qədər desəniz pul 
verəcəyəm. İşığa salın, nə lazımdı, edin... Uidon tez San-
Fransiskoya teleqram vur, doktor Nikols gəlsin. Siz Allah, 
inciməyin,  doktor.  Biz  sizə  inanırıq.  Amma  belə  it  üçün 
gərək mümkün olan hər şeyi edəsən. 
- Əlbəttə, əlbəttə! Başa düşürəm. Bu it ona layiqdir. O, 
insan kimidi, qayğısına gərək qalasan. Xəstə uşağa qulluq 
göstərdiyin  kimi  gərək  ona  baxasan.  İstiliyini  həmişə 
yoxlayın. Saat onda bir də gəlib baxaram. 
Ağ  dişə  insan  kimi  baxır,  qulluq  edirdilər.  Hakimin 
qızları xəstəyə baxan qadın çağırmağın  əleyhinə oldular, 
onlar bu işi öz öhdələrinə götürdülər. Ağ Diş isə cərrahın 
ondan  imtina  etdiyi  o  yeganə  ümidi  həyatdan  qopartdı. 
downloaded from KitabYurdu.org


297 
 
Əlbəttə,  səhv  etdiyinə  görə  cərrahı  qınamaq  olmaz.  O, 
nərmənazik  insan  bədənlərini  dəfələrlə  sağaltmış,  neçə 
nəslin  bədənində  cərrahiyyə  əməliyyatı  aparmışdı.  Ağ 
Dişlə müqayisədə həmin xəstələrin hamısı kövrək və zəif 
idilər  və  həyatdan  yapışa  bilmirdilər.  Ağ  Dişsə  şimal 
cəngəlliyindən çıxmışdı. Bu cəngəllik heç kəsi kövrək və 
zərif etmir, bu cəngəllik zəifləri məhv edir. Nə onun ata-
anasında,  nə  də  əcdadlarında  zəriflik  əlaməti  olmuşdu. 
Şimal çöl- lüyü ağ Dişə dəmir orqanizm bəxş etmiş, onu 
möhkəmlətmişdi. O, bütün ruhu, canı, nəfəsiylə həyatdan 
bərk-bərk yapışmışdı. Bu inadkarlıq, yaşamağa ehtiras hər 
hansı canlı varlığa xas idi. 
Ağ  Dişi  gipsə  salıb  möhkəm  sarımışdılar.  Tərpənə 
bilmirdi,  həftələrlə  ölümlə  əlbəyaxa  oldu.  Çox  yatırdı, 
çoxlu yuxular görürdü və onun beynində bitib-tükənməyən 
şimalın xəyalı canlanırdı. Ötən günlər təzədən oyanmışdı. 
Hər  tərəfdən  Ağ  Dişə  əl  uzadırdılar,  o,  yenə  mağarada, 
Kiççi ilə yaşayırdı, bütün bədənini əsdirərək Qrey Biverin 
ayaqları altında sürünür, ona öz itaətkarlığını beləcə ifadə 
edirdi, o, Lip-lipin təqiblərindən canını qurtarmağa çalışır, 
qaçıb aradan çıxırdı... 
Ağ Diş yenə sakit meşədə qaçırdı. Yenə aclıq içində ov 
etməyə  çıxmışdı,  o  yenə  özünü  kirşənin  başında  görür, 
Mit-sahm,  Qrey  Biverin  qırmanclarının  yelləndiyini, 
downloaded from KitabYurdu.org


298 
 
qışqırıqlarını,  “Hoydu”,  “hoydu!”  demələrini  eşidirdi. 
Kirşələr  dərəyə  qoşqu  bir-birinə  dəyirdi.  Ağ  Dişin 
qarşısında onun Göyçək Smitlə bağlı günləri, məşəqqətli 
həyatı, döyüşləri canlanırdı. Belə anlarda o zingildəyirdi, 
mınldayır,  yanında  oturan  adamlar  isə  deyirdilər  ki,  Ağ 
Diş, yəqin, yenə pis yuxu görür. 
Amma  hər  şeydən  əvvəl  ən  əzabverici  şey  hər  gün 
təkrar olunan dəhşət idi; Ağ Diş yuxuda tramvay görürdü, 
onun  cingiltili  səsini  eşidirdi.  Bu  tramvay  dəhşətlə 
nərildəyə-nərildəyə,  cırıldaya-cırıldaya  onun  üstünə 
gəlirdi, lap elə bil nəhəng, güclü vaşaq kimi gəlirdi. Budur, 
Ağ  Diş  kolluqda  gizlənir,  uzanıb  sincabın  ağacdan  yerə 
düşməsini  gözləyir.  Bax  o  öz  ovunun  üstünə  atılıb  və... 
Sincab  o  saat  dönüb  olur  vahiməli  tramvay.  Bu  nəhəng 
maşın onun üstündə nərildəyir, elə bil 
üstünə  dağ  aşır,  sonra  uğuldayır,  od  püskürür.  Qartal  da 
onun  kimi.  O  da  göydən  daş  kimi  yerə  düşürdü  və  o  da 
tramvaya  dönürdü.  Ağ  Diş  özünü  yenə  Göyçək  Smitin 
qəfəsində  hiss  edirdi.  Onun  başına  adamlar  yığışır  və  o 
bilir ki, tezliklə yenə vuruşma-boğuşma başlanacaq. Qapı-
ya baxır, öz rəqibini gözləyir. Bu vaxt qapı açılır və həmin 
dəhşətli  tramvay  yenə  onun  üstünə  gəlir.  Belə  dəhşətli 
qarabasmalar  hər  gün  təkrar  olur,  ona  hər  gecə  yuxuda 
əzab verirdi. 
downloaded from KitabYurdu.org


299 
 
Nəhayət, gözəl günlərin birində onun sarğısını açdılar, 
gipsini götürdülər. Bu gün necə də təntənəli gün idi! Bütün 
Siyera-Vista  Ağ  Dişin  yanındaydı.  Sahib,  onun  Allahı 
zavallı  canavar  balasının  qulağının  dibini  qaşıyır,  o  isə 
yumşaq nərilti ilə öz canavar mahnısını oxuyurdu. Skottun 
arvadı Ağ Dişə "Misilsiz Canavar” adı qoydu. Bu təzə ad 
heyrətlə,  sevinclə  qəbul  olundu.  Bütün  qadınlar  təkrar 
etməyə başlamışdılar: “Misilsiz Canavar!”. 
Misilsiz  Canavar  ayağa  durmağa  çalışdı.  Lakin 
səndirləyib  yıxıldı.  Sağalmağa  hələ  vardı,  əzələləri  öz 
gücünü və çevikliyini itirmişdi. O öz zəifliyindən utanırdı. 
Elə  bil  allahların  yanında  günah  işlətmişdi.  Var  gücünü 
toplayaraq, axır ki, pəncələri üstə qalxdı, o tərəf-bu tərəfə 
silkələndi. Qadınlar bir ağızdan qışqırıb dedilər: 
-  Misilsiz Canavar! 
Hakim  Skott  təntənəli  baxışlarla  qadınları  süzüb 
dilləndi: 
-  Sizin sözünüzdə həqiqət var! Mən həmişə bunu təsdiq 
edirdim. Heç bir it Ağ Diş kimi edə bilməzdi. O canavardır, 
əsl canavar! 
-  Bəli,  misilsizdir,  —  deyə  hakim  razılaşdı.  -  Bundan 
sonra mən onu elə beləcə çağıracağam; Misilsiz Canavar! 
Həkim dedi: 
-  O  təzədən  yeriməyi  öyrənməlidir.  Qoy  elə  indidən 
downloaded from KitabYurdu.org


300 
 
başlasın. Onu həyətə düşürün. 
Ağ Diş həyətə düşdü. Siyera-Vista malikanəsinin bütün 
sakinləri  iftixarla  onun  dalınca  düşdülər.  Zavallı  canavar 
çox  zəifləmişdi,  çəmənliyə  çatan  kimi  otun  üstündə 
uzandı, bir az dincini aldı. Sonra əməliyyat davam etdi, hər 
addımdan  sonra  Ağ  Dişə  tədricən  güc  gəlməyə  başladı. 
Damarlarındakı qan daha  coşqun dövran edirdi.  Tövləyə 
çatanda darvazanın ağzında Kollini gördü. Kolliniıı dörd 
yanında  altı  dənə  sağlam  küçük  günəş  şüaları  altında 
xumarlanırdı. 
Ağ  Diş  küçüklərə  anlaşılmaz  heyrətlə  baxdı.  Kolli 
hiddətdən  mırıldandı  və  Ağ  Diş  ona  yaxın  durmamağı 
qərara aldı. Skott çəmən 
liyin  üstündə  sürünən  küçüyü  ayağı  ilə  Ağ  Dişə  tərəf' 
itələdi.  Ağ  Diş  tüklərini  qabartdı,  amma  Allah  onu 
sakitləşdirdi. Bet Kollini tutmuşdu. İt Ağ Dişdən gözünü 
çəkmir,  mırıltısıyla  bildirmək  istəyirdi  ki,  arxayın  olmaq 
hələ tezdir. 
Balaca küçük Ağ Dişə sarı süründü. Ağ Diş qulaqlarını 
şəkləyib maraqla ona baxdı. Sonra onlar burunlarını bir-
birinə  toxundurdular.  Və  küçük  öz  isti  diliylə  canavarın 
çənəsini  yalamağa  başladı.  Ağ  Diş  qeyri-ixtiyari  olaraq 
özü də dilini çıxarıb küçüyün üz-gözünü yaladı. 
Allahlar  sevincək  halda  bir-birini  təbrik  edir,  əllərini 
downloaded from KitabYurdu.org


301 
 
sıxırdılar. Ağ Diş təəccüblü, anlaşılmaz baxışlarıyla onlara 
göz qoyurdu. Bu vaxt özündə yenə zəiflik hiss etdi, yenə 
səndirləndi,  uzanaraq  başını  yana  əydi.  O  biri  balaca 
küçüklər də onun yanına süründülər. Kolli narahat olsa da, 
Ağ 
Diş 
küçüklərin 
onun 
belinə 
dırmaşıb 
yumbalanmalarına məğrur-məğrur, ləzzətlə dözürdü. 
Allahların  əllərinin  alqışı  onu  əvvəllər  olduğu  kimi 
sıxırdı.  Tezliklə  bu  hiss  ötüb  keçdi.  Küçüklər 
oynaqlaşırdılar. Ağ Diş isə günəşin zərrin şüaları altında 
uzanıb mürgüləyirdi. 
 
 
downloaded from KitabYurdu.org

Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə