Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə7/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   2   3   4   5   6   7   8   9   10   ...   69

30 
 
və  ağacların  arasında  gizlənmiş  Bili  canavar  sürüsü  və 
Tayqulaqla qarşılaşacaqdır. 
Hər  şey  bir  anda  oldu.  Hadisənin  belə  tezliklə  baş 
verəcəyini  Henri  heç  gözləmirdi.  Güllə  səsi  gəldi.  Sonra 
dalbadal  iki  atəş  də  açıldı. Billin gülləsi  qurtarmışdı. Elə 
bu vaxt zingilti, inilti və dəhşətli ulartılar bir-birinə qarışdı. 
Henri  yaralı  canavarların  vahiməli  səsləri  arasından 
Tayqulağm zingiltisini də eşidirdi. 
Vəssalam.  Bağırtı  da  kəsildi.  Zingilti  də  qurtardı. 
Hənirsiz çöllərin dəli sükutu yenidən başladı. 
Henri  kirşənin  üstündə  uzun  müddət  oturdu.  Hara 
gedəydi axı? Hər şey bəlliydi. Elə bil Billin canavar sürüsü 
ile əlbəyaxa çarpışması onun gözləri önündə baş vermişdi. 
O,  həmin  dəqiqələrdə  yalnız  bircə  dəfə  yerindən  qalxıb 
kirşədən  baltanı  götürdü.  Sonra  kirşenin  üstündə  oturub 
kədərli gözlərini bir nöqtəyə zillədi. Onun ayaqları arasına 
qısılmış itlər tir-tir əsirdilər. 
Nəhayət, Henri yorğun-arğın ayağa qalxdı, elə bil bütün 
günü bədənini əzmişdilər. İtləri qoşdu. Qayışlardan birini 
öz  çiyninə  keçirtdi  və  itlərlə  birlikdə  kirşəni  dartmağa 
başladı. Amma çox getmədi, qaranlıq düşən kimi dayandı, 
düşərgə  saldı  və  bacardıqca  çox  quru  odun  yığdı.  İtləri 
yedizdirdi, özü də şam etdi, sonra düz tonqalın yanında yer 
saldı. 
downloaded from KitabYurdu.org


31 
 
Həmin gecə Henri rahat yata bilmədi. Gözünü yummaq 
istəyəndə  canavarlar  düz  ocağın  böyründə  göründülər. 
Onlar  aydın  görünürdülər,  lap  yaxmdaydılar,  üzük  qaşı 
kimi tonqalı mühasirəyə almışdılar. Canavarlardan bəzisi 
qarın üstündə uzanmış, bəzisi çöməlib oturmuş, bir neçəsi 
isə  qarın  üstüylə  sürünə-sürünə  tonqala  sarı  yaxınlaşır, 
onun ətrafında hərlənirdi. Yatanları da vardı. Bu vəhşilər it 
kimi  qarın  üstündə  büzüşüb  arxayın-arxayın  yatmışdılar. 
Henrinin yuxusu isə ərşə çəkilmişdi. 
Henri böyük bir tonqal qalamışdı. Ona gün kimi aydın 
idi ki, yalnız ocağın nəhəng alovuyla özünü qoruya bilər. 
İtlərin ikisi də sahibin sağ-sol tərəfində oturmuşdu, Onlar 
Henriyə  pənah  gətirib  son  ümid  yeri  kimi  ona 
sığınmışdılar, İtlər gah mırıldanır, gah zingildəyir, gah da 
qorxa-qorxa  hürürdülər.  Canavarlardan  hansısa  tonqala 
yaxınlaşanda  itlərin  hürüşü  qalxırdı,  hürüşməni  eşidən 
canavar sürüsü hərəkətə gəlir, sıçrayıb irəli cumurdu. Nərə 
çəkir, 
ulayır,  sonra  yenə  qarın  üstünə  qısılıb 
mürgüləyirdilər. 
Sürü  sürünə-sürünə  tonqala  yaxınlaşırdı.  Vəhşilər 
Henrinin  lap  ikicə  addımlığına  can  atır,  bununla  da  öz 
ovlarını gözdən qoymaq istəmirdilər. Henri ocaqdan çubuq 
dartıb  çıxartdı  və  onu  canavarların  üstünə  tulladı.  Əgər 
odun parçası canavarlardan birinə dəysəydi, dəhşətli nərilti 
downloaded from KitabYurdu.org


32 
 
və ulartı ətrafın səssizliyini pozar, vəhşilər heç olmazsa bir 
az geri çəkilərdilər. 
Səhərə yaxın Henri yuxulu gözlərini ovuşdurub ayağa 
qalxdı.  Yemək  hazırladı.  Toqqasının  altını  bərkitdi.  Saat 
doqquz  idi.  Gün  işığı  canavarları  qovmuşdu.  Henri 
gecədən  bəri  ürəyində  götür-qoy  elədiyi  işləri  görməyə 
girişdi. O, cavan küknar ağaclarından qırıb onları iki qoşa, 
hündür  ağacların  arasına  elə  düzdü  ki,  sanki  iki  ağac 
arasında  körpü  yarandı.  Sonra  kirşədəki  qayışları 
körpünün  üstündən  aşırıb  itlərin  köməyi  ilə  taxta  tabutu 
yuxarı, düzəltdiyi körpü üstünə qaldırdı. Uzunsov, qapalı 
yeşiyi  orada  yerbəyer  edəndən  sonra  içindəki  mərhuma 
müraciətlə dedi: 
- Billi parçalayıb yedilər, bəlkə məni də yedilər; amma 
sənə, cavan oğlan, onların dişi çatmayacaq! 
Bundan  sonra  Henri  yoluna  davam  etdi.  İndi  itlərin 
dartdığı boşalmış kirşə yüngülcə yellənirdi. Sürət də xeyli 
artmışdı.  Sanki  itlər  də  insan  kimi  başa  düşmüşdülər  ki, 
yalnız Mək-Qerri fortuna çatanda təhlükə sovuşa bilər. 
Canavarlar isə daha da ürəklənmişdilər: onlar kirşanın 
dalınca arxayın-arxayın, dillərini çıxarıb yortma qaçırdılar. 
Canavarlar  lap  anqlayıb  çöpə  dönmüşdülər.  Yalnız 
əzələləri zəncir kimi dartılırdı. Henri onların qarın üstüylə 
rahat qaçdıqlarına, yıxılmamalarına heyrət edirdi. 
downloaded from KitabYurdu.org


33 
 
Henri  qaranlığa  düşəcəyindən  qorxurdu.  Günortaçağı 
Günəş'  üfüqdən  boylanaraq  göyün  cənub  qübbəsini 
isidirdi. Henri günəşin bu hərəkətinin xeyir gətirəcəyinə və 
hər  şeyin  yaxşılıqla  qurtaracağına  inandı.  Günlər 
uzanmışdı, İlıq günəş şüalan bu yerləri qızdırırdı. Amma 
bu “mərhəmətli” şüalar öləziyəndə Henri dayanmalı oldu. 
Qaranlığa hələ xeyli vardı və hava işıqkən Henri tədarük 
görməyə başladı - daha çox çör-çöp, oduncaq yığdı. 
Gecə  düşən  kimi  onun  canına  da  vəlvələ  düşürdü. 
Canavarlar  lap  cürətlənmişdilər.  Bir  yandan  da  ötən 
gecənin  yuxusuzluğu  Henrini  əldən  salmışdı.  O,  adyala 
bürünüb,  baltanı!  ayaqları  arasına  qoydu.  Tonqalın 
yanında  oturdu.  Henri  özünü  heç  cür  ələ  ala  bilmirdi. 
Gözləri  qapanırdı.  İllərin  ikisi  də  lap  onun  böyrünə 
sığınmışdı. Gecəyarısı Henri oyandı və özündən cəmi on 
iki fut aralıda yekə bir ağ canavar gördü. Bu canavar bəlkə 
də sürüdəki canavarların ən yekəsiydi. Vəhşi yavaş-yavaş, 
tənbəl-tənbəl gəlirdi. O, var  gücüylə  düz  Henrinin üzünə 
əsnədi,  sonra  oğrun  və  hiyləgər  baxışlarını  əvvəl-axır 
yeyəcəyi öz məxsusi canlı ovunun üstündə gəzdirdi. 
Bütün  sürüdə  belə  bir  məkrli  arxayınçılıq  hökm 
sürürdü. Henri təxminən iyirmi canavar saydı. Onlar gah 
acgözlüklə  Henriyə  baxır,  gah  da  arxayın-arxayın  mürgü 
vururdular. 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə