Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə8/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   4   5   6   7   8   9   10   11   ...   69

34 
 
Canavarlar  yemək  süfrəsinin  başına  yığılmış  uşaqlara 
bənzəyirdilər.  İşarə  verilən  kimi  yeməyə  daraşacaqdılar. 
Və  o  dadlı,  yeməli  şey  Henri  idi!  O  da  belə  düşünürdü: 
“Görəsən,  bunlar  əməliyyata  nə  vaxt  başlayacaqlar?..” 
Henri  ocağa  çör-çöp  yığa-yığa  düşünürdü.  İndi  o  öz 
canının  dərdinə  qalmışdı.  Can  şirin  şeydi  axı.  Henri 
əzələlərini  yoxlamaq  məqsədilə  oynatdı,  barmaqlarının 
sirli  quruluşuna  xəlvəti  bir  maraqla  tamaşa  etdi.  Sonra 
onları  şaqqıldatdı;  əvvəlcə  bir-bir,  sonra  da  hamısını 
birdən. O, gah barmaqlarını dartdı, gah da bükdü. Dırnaq-
larının  düzülüşünə  də  göz  yetirdi.  Bundan  sonra  isə 
barmaqlarının  uclarını  gah  bərkdən,  gah  da  yavaşca 
cımcıqlayaraq  əsəblərini  yoxladı,  məftunluqla  öz  canını, 
bütün orqanizminin zərifliyinə inandı. Sonra ürkək-ürkək 
ocağın  başına  yaxınlaşan  canavarlara  baxdı...  Henrinin 
beynində elə bil qəfildən şimşək çaxdı: sən demə bu acgöz, 
yırtıcı vəhşilərin sinov getdiyi şey onun möhtəşəm bədəni, 
şirin  canı  əslində  dovşan  və  yaxud  sığın  əti  kimi  bir 
şeymiş... 
O, mürgüdən dəhşət içində ayıldı, qarşısında sarışın bir 
dişi  canavar  gördü.  Vəhşi,  tonqaldan  təxminən  altı  fut 
aralıda  durmuşdu,  qızmış  gözləriylə  adamı  yeyirdi. 
Sahibinin  ayaqlarına  qısılmış  itlər  dişlərini  qıcıyır, 
mırıldanırdılar.  Amma  dişi  canavarın  vecinə  deyildi.  O, 
downloaded from KitabYurdu.org


35 
 
adama şəhvətlə baxırdı və beləcə insanla yırtıcı arasında 
“baxış müharibəsi’’ xeyli davam etdi. 
Canavarın görkəmində quduzluq yox idi. Amma onun 
gözləri!..  Aman  Allah,  bu  yırtıcının  gözündən  şimşək 
çaxırdı. Henri onun üçün canlı ərzaq idi və bu canlı, yeməli 
şeyin görünüşü canavarın ağzının suyunu axıdırdı. Onun 
ağzının suyu ağ qarın üstünə damcılasa da, naməlum bir 
iştahla ağız-burnunu yalayırdı. 
Henrinin  canına  dəli  bir  qorxu  düşmüşdü.  O,  cəld 
közərmiş  odun  parçası  götürdü,  amma  elə  bu  vaxt  dişi 
canavar geri çəkildi: görünür, canavar buna öyrəşmişdi. O 
vəngildədi, dişlərini qıcırdaraq ağartdı. Gözlərində yanan 
aclıq  ehtirası  quduz  bir  qızğınlıqla  əvəz  olundu.  Henri 
karıxdı.  Barmaqları  közərmiş  odun  parçasından  elə  bərk 
yapışmışdı  ki,  özündən  asılı  olmayaraq  tonqaldan 
aralanmışdı. Elə bu vaxt bu arıq barmaqlarının didik-didik 
olunacağı gözlərinin önünə gəldi. 
Henri indiyə  kimi  canını bu qədər  istəməmişdi. Onun 
həyatı təhlükə altmdaydı. 
Henri  bütün  gecəni  özünü  közərmiş  odun  parçalarıyla 
canavarlardan  qorudu.  O,  hərdən  yuxuya  məğlub  olurdu, 
bununla belə, yenə itlərin zingiltisinə, mırıltısına oyanırdı. 
Səhər  açıldı.  Amma  budəfəki  gün  işığı  canavarları  qova 
bilmədi.  Henri  sürünün  dağılıb  getməsini  nahaq 
downloaded from KitabYurdu.org


36 
 
gözləmişdi.  Vəhşilər  yenə  də  tonqalı  üzük  qaşı  kimi 
dövrəyə  almışdılar  və  Henriyə  elə  həyasız  arxayınçılıqla 
baxırdılar  ki...  Səyyahın  bədəni  qorxudan  üşüdü,  buna 
baxmayaraq, gün işığı onu ürəkləndirmişdi. 
Henri  alovun  müdafiəsi  altından  çıxıb  yola  düzəlmək 
istəyirdi  ki,  cürətli  canavarlardan  biri  sürünün  arasından 
çıxıb  onun  üstünə  sıçradı.  Amma  canavar  hesabı  düz 
aparmamışdı,  hədəfi  boşa  çıxdı.  Əlbəttə,  Henri  cəld 
tərpənməsəydi,  bəlkə  də  başqa  cür  olacaqdı.  Canavarın 
dişləri onun ombasının bir neçə santimetrliyində bir-birinə 
dəyib şaq- qıldadı. Bu dəfə bütün sürü onun üstünə cumdu. 
Yanan,  odlu  çubuqlar  olmasaydı,  yəqin  ki,  canavarlar 
Henriyə daraşacaqdılar. 
Henri  hətta  günün  günorta  çağında  da  tonqaldan 
aralanıb  odun  qırmağa  gedə  bilmədi.  Kirşənin  iyirmicə 
addımlığında  çoxlu  quru  küknar  ağacları  vardı.  Henri 
ocağı bu ağacların yanına itələmək üçün yarım gün vaxt 
itirdi. O, közərən çubuqları əlində tuta-tuta özünü canavar-
lardan  qoruyurdu.  Ağaclığa  çatanda  ətrafa  göz  gəzdirdi. 
Çör-çöpün daha çox olduğu yeri axtardı. 
Bu gecə də əvvəlki gecələrin eyni idi. Fərq bircə bunda 
idi  ki,  Henri  tamam  yuxuya  məğlub  olmuşdu.  İtlərin 
mırıltısı, zingiltisi artıq onu oyada bilmirdi. İtlər ard-arası 
kəsilmədən  zingildəyirdilər.  Henrinin  yorğun,  yatmış 
downloaded from KitabYurdu.org


37 
 
beyni bu səslərin əks-sədasını eşidə bilməzdi. 
Birdən elə bil kimsə ona zərbə endirdi və o, dik atıldı. 
Dişi  canavar  lap  yaxında  durmuşdu.  Henri  dərhal  yanan 
çubuğu onun açılmış cə- hənginə soxdu. Dişi canavar geri 
sıçradı,  ağrıdan  uladı.  Henrinin  burnuna  isə  yanmış  tük, 
bişmiş  ət  iyi  dəydi,  Bu  mənzərə  Henriyə  ləzzət  verdi. 
Sonra  vəhşinin  başını  əsdirə-əsdirə  onun  lap  böyründə 
qeyzlə nərildədiyini gördü. 
Bu  dəfə  yatmamışdan  qabaq  Henri  közərən  küknar 
budaqlarının  bir  ucunu  sağ  əlinə  bağladı.  Elə  təzəcə 
gözlərini  yummuşdu  ki,  əli  yandı  və  yanmış  yerin  ağrısı 
onu  ayıltdı.  Beləcə,  bir  neçə  saat  davam  etdi.  Henri 
ayılanda  həmin  çubuqlarla  canavarları  qovur,  ocağa 
təzədən  çör-çöp  atır  və  məşəldən  yenə  əlinə  bağlayırdı. 
Hər  şey  yaxşı  gedirdi;  amma  bir  dəfə  Henri  məşəli  əlinə 
pis  bağladı  və  yuxuya  gedəndən  sonra  məşəl  əlindən 
düşdü. 
O,  yuxu  görürdü:  Mək-Qerri  fortu.  İsti,  rahat  yer.  O, 
fortun  rəisi  ilə  kart  oynayır.  Sonra  yuxuda  gördü  ki, 
canavarlar fortu dövrəyə alıblar. Onlar düz fort qapılarının 
ağzında  ulayır,  Henri  isə  hərdənbir  rəislə  birlikdə  kartı 
kənara  tullayıb  canavar  ulartısına  qulaq  verir  və  onların 
içəri  girmək  cəhdlərinə  gülürdü.  Sonra  (nə  qəribə  yuxu 
görürdü, aman 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə