Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə9/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   5   6   7   8   9   10   11   12   ...   69

38 
 
Allah!)  cırıltı  səsi  eşidildi.  Qapılar  taybatay  açıldı. 
Canavarlar  otağa  soxuldu,  Henrinin,  rəisin  üstünə 
cumdular. Qapılar açılan kimi canavarların dəhşətli ulartısı 
otağı başına götürdü. Yuxu nəsə başqa bir şəkil almışdı və 
Henri  bu  dəhşətli  ulartının  səsindənmi,  ya  bu  qəribə 
yuxudanmı, heç cür baş aça bilmirdi. 
Yuxudan  ayılanda  gördü  ki,  həqiqətən  canavarlar 
nərildəyir, ulayırlar. Vəhşi sürüsü onun üstünə cummuşdu. 
Canavarlardan  birinin  dişləri  onun  qoluna  batdı.  Henri 
özünü tonqalın üstünə atdı və birdən hiss etdi ki, ayağında 
da yaralar var. Beləcə döyüş başlandı. 
Qalın  əlcəklər  Henrinin  əllərini  oddan  qoruyurdu.  O, 
yanan  odunları,  iri  gözləri  ovuclarında  götürüb  ətrafa 
səpələyirdi. Tonqal püskürmüş vulkanı xatırladırdı. 
Belə  çox  çəkə  bilməzdi.  Henrinin  sifəti  suluqlamışdı, 
kirpikləri,  qaşları  yanmışdı.  Ayaqları  da  istiyə  tab  gətirə 
bilmirdi. O, yanan odunlardan birini əlinə götürüb dərhal 
tonqalın  böyrünə  tullamadı.  Canavarlar  geri  çəkildilər. 
Ətrafa o qədər köz-kömür səpələnmişdi ki, qarın üstündən 
fışıltılı  səslər  çıxırdı.  Canavarlar  fışıldayan  közləri 
tapdayır,  yəqin  ki,  buna  görə  nərə  çəkir,  vəngildəyir  və 
atılıb düşürdülər. 
Henri  odun  parçasını  tulladı.  Yanan  əlcəklərini  də 
çıxarıb  qarın  üstünə  atdı,  sonra  onları  söndürmək  üçün 
downloaded from KitabYurdu.org


39 
 
tapdamağa başladı. İtlərin ikisi də yoxa çıxmışdı. Yəqin ki, 
onlar  da  Fotti  və  başqa  itlər  kimi  canavarların  növbəti 
qurbanı olmuşdular. 
-  Amma  məni  yeyə  bilməyəcəksiniz!  -  Deyə  Henri 
hiddətlə yumruğunu havada yelləyib canavarlara qışqırdı. 
Onun  səsi  sürüdə  bir  canlanma  yaratdı  və  onlar 
mehriban-mehriban  ulamağa  başladılar.  Dişi  canavar  isə 
lap  Henrinin  yanına  gəldi,  ac,  şəhvətli  gözlərini  insana 
zillədi... 
Henri  özünümüdafiə  üçün  yeni  plan  cızdı.  Tonqaldan 
ayrı-ayrı ocaqlar düzəltdi və onları üzük qaşı kimi dairəvi 
səpələdi.  Özü  də  qaldı  ortada,  adyalı  ərimiş  qarın  üstünə 
sərib  oturdu.  İndi  hər  tərəfdən  onu  yanan  ocaqlar 
qoruyurdu.  Henri  özünü  alov  mühasirəsində  gizlətdi. 
Bütün sürü heyrətlənmişdi: Sanki canlı ov yoxa çıxmışdı, 
Təəccüblənmiş  vəhşilər  bu  “alov  üzüyü”nü  dövrəyə 
aldılar.  Hələ  indiyə  kimi  canavarlar  od-alova  bu  qədər 
yaxın  durmamışdılar.  İndi  onlar  lap  itlər  kimi  bir-birinə 
qısılmış,  cərgəylə  “alov  üzüyü”nün  yaxınlığında 
oturmuşdular.  Alovun  istisindən  daha  qorxmadan 
canavarlar dişlərini şaqqıldadaraq yüngülcə ulayırdılar. 
Dişi  canavar  çöməlib  oturmuşdu,  əvvəlcə  o,  başını 
yuxarı qaldınb ulamağa başladı.  Sonra  canavarlar bir-bir 
ona  tərəf  gəldi,  nəhayət,  bütün  sürü  ağzını  göyə  tutub 
downloaded from KitabYurdu.org


40 
 
uladı; onlar aclıq nəğməsi oxuyurdular. 
Hava  işıqlanmağa  başlamışdı.  Səhərin  gözü  açılırdı. 
Tonqal  yanıb  sönmək  üzrəydi.  Oduncaq  da  az  qalmışdı. 
Ehtiyat  odun,  çör-çöp  yığmaq  lazım  idi.  Henri  “alov 
üzüyü”nün  içindən  çıxmaq  istədi,  lakin  canavarlar 
qoymadı. Düzü, yanan odunlar canavarları geri çəkilməyə 
məcbur edirdi. Ancaq dəxli yox idi, daha da həyasızlaşmış 
vəhşilər  çıxıb  getmirdilər.  Henri  onları  qovmağa  çox 
çalışdı. Gördü ki, xeyri- zadı yoxdu. Məcbur olub yenidən 
“alov üzüyü”nün içinə girdi. Elə bu vaxt canavarlardan biri 
onun üstünə tullandı, lakin ocağın üstünə düşdü. Qorxmuş 
vəhşi ağrıdan dəhşətlə vəngildədi, sürünə-sürünə ocaqdan 
aralandı  və  yanmış  pəncələrini  qarın  içində  soyutmağa 
başladı. 
Henri qüssəli-qüssəli adyalın üstündə əyləşmişdi. Beli 
bükülmüş, başı aşağı sallanmışdı. Mübarizə aparmağa halı 
qalmamışdı.  Hərdənbir  başını  qaldırıb  yanıb  qurtarmaq 
üzrə  olan  tonqala  yazıq-yazıq  baxırdı.  “Alov  üzüyü” 
hardasa  seyrəlir,  bir-birindən  aralı  ocaqlara  dönürdü.  Və 
bu ocaqlar arasındakı məsafədən içəri girmək asanlaşırdı. 
Bəli,  alov  dilimləri  qısalır,  aralardakı  məsafələr  isə 
çoxalırdı. 
Henri mızıldandı: 
-  Hə, indi  məni də  yeyə  bilərsiniz!  Heç vecimə  deyil, 
downloaded from KitabYurdu.org


41 
 
mən yatmaq İstəyirəm- 
Ayılanda bircə addımlıqda gözlərini ona zilləmiş həmin 
dişi canavarı gördü. 
Onun  üçün  bəlkə  də  saatlara  bərabər  olan  dəqiqələr 
ötürdü. Henri başını qaldırdı. Deyəsən qəribə, anlaşılmaz 
bir dəyişiklik baş vermişdi. Elə bil yuxudaydı, ayıldı. Nəsə 
baş  vermişdi.  Əvvəlcə,  Henri  heç  nə  anlamadı.  Ətrafına 
baxdı:  canavarlar  yoxa  çıxmışdılar.  Tapdanmış  qarın 
üstünə 
düşən  ləpirlər  vəhşilərin  Henriyə  necə 
yaxınlaşdığını aydın göstərirdi. 
Henrinin mürgülü gözləri yenə qapandı. Başı əyildi və 
dərhal səksənib ayıldı. Hardasa, uzaqdan insan səsi, xizək 
xışıltısı,  it  hürüşməsi  gəlirdi.  Çaydan  üzü  bəri  ağacların 
arasında dörd qoşqu göründü. Bir neçə adam sönmüş “alov 
üzüyü”nün ortasında huşunu itirmiş Hen- rini dövrəyə aldı. 
Onlar  Henrini  silkələyir,  ayıltmağa  çalışırdılar.  Henri 
onlara  sərxoş  kimi  baxdı,  sonra  yuxulu,  ölgün  bir  səslə 
kəkələdi: 
-  Sarışın canavar... İtlərin yeməyinin üstünə çıxmışdı. 
Əvvəlcə xörəkləri yedi... Sonra itləri... Sonra da... Bili... 
-  Lord  Alfred  hardadı?  -  Deyə  gələnlərdən  biri 
Henrinin  qulağına  qışqırıb  çiyinlərindən  möhkəmcə 
silkələdi. 
Henri yavaşca başını tərpətdi. 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə